Kərbəlada göz yaşardan bir əhvalat Hacı Şahin Duaların qəbul olduqu gecə 2020

Поделиться
HTML-код
  • Опубликовано: 21 сен 2024
  • Kərbəlada göz yaşardan bir əhvalat
    Hacı Şahin Duaların qəbul olduqu gecə 2020
    Həmin ildə əzadarlıq xüsusi şövq və həyəcanla keçirilirdi və insanlar Kərbəlaya axışırdı. Böyük Əhli-Beyt (ə) mərcəsi Əllamə Seyyid Məhdi Bəhrul-ulum səhər tezdən bir dəstə tələbə və alimlə birlikdə Kərbəladan çıxdı. O, istəyirdi ki, əzadarları qarşılamaq üçün getsin.
    Əzadarlar uzun zaman piyada yol getdikdən sonra gəlib Kərbəlaya çatmışdılar və Seyyid, tələbələrlə bir yerdə onları qarşılayırdı. Hüseyn (ə) əzadarları o isti havada ağlar gözləri ilə başlarına və üzlərinə vurur və mərsiyə deyirdilər. Bu zaman Bəhrul-ulum mənəvi əzəmətinə baxmayaraq, əsasını kənara atır və başındakı əmmaməsini çıxardır. Əbasını və qəbasını çıxardır və özünü əzadarların içinə atır. Başqa əzadarlar kimi, sinə vurmağa və əzadarlıq etməyə başlayır.
    Seyyidlə gələnlər çalışırlar ki, onu bu işdən çəkindirsinlər, ancaq müvəffəq olmadılar. Sonra onu kənara çəkdilər ki, bir qədər istirahət etsin. Seyyid bir qədər özünə gələndən sonra səmimi dostları cürət edib ondan soruşdular: “Nə oldu ki, əzadarları görən kimi özünü itirdin və ixtiyarsız onlara qoşuldun?”.
    Seyyid göz yaşı tökərək dedi: “O zaman ki, sinə vuranlara çatdıq, gördüm ki, İmam Zaman ağa (ə.f) başı və ayaqları açıq halda onların arasındadır və şiddətlə ağlayır. Öz sinəsinə və başına vurur. Bu səhnəni görən zaman taqət gətirə bilmədim. Ona görə də ixtiyarsız əzadarlara qoşuldum ki, Həzrətin (ə.f) yanında şəhid cəddi üçün sinə vurum”. (Tebyan) #Hacı# #Şahin# #Hacı# #Ramil#2020##yeni#

Комментарии • 16

  • @raufseferzade
    @raufseferzade 4 года назад +7

    Allah imam HÜSEYN(e.s) qatillerine lenet elesin😪

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +1

      《1000- kərə Aminnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn》Qardaşım 😢😢😢😢🕋🕋🕋🕋🕋

    • @alimaagaevaajmawallax3863
      @alimaagaevaajmawallax3863 4 года назад

      Minkereeeeeeee lennet olsun wumre minkere lennet olsun

  • @alimaagaevaajmawallax3863
    @alimaagaevaajmawallax3863 4 года назад +3

    UCA ALLAH IMAMHUSEJN qatillerine miljon lenet ejlesin
    canim FEDA sene FEDA OLSUN JA HUSEJN 👈😔😢😢😔😢😔😢😔😢😔😢😔😢😔😢😔😢😔😢😔😢😔😢😔😢😔😢

  • @fsanbabayeva3199
    @fsanbabayeva3199 4 года назад +2

    Ya səbr Allah🤲🏻🙏🏻

  • @gunelaliyeva3158
    @gunelaliyeva3158 4 года назад +1

    Cann Hüseynimmm😔😔😔😔

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +1

      Hüseynimə.dəyən əllər kökünən sınsın《 inşAllah》😭😭😭😭😭

  • @rosenmemmedov2485
    @rosenmemmedov2485 4 года назад +2

    MÜSƏLMAN XALQ Kanalına Abunə Olun☝️