Amerikanı necə bəyənməmək olar?! - Hüsniyə Məhərrəmli | Americano

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 393

  • @GulzarResulova
    @GulzarResulova 20 дней назад +63

    Sözün əsl mənasında çox zövq aldım.Bu qədər pozitiv həyat dolu yaşamağı sevən Hüsniyyə xanım sizin söhbətiniz mənə çox xoş təsir bağışladı.

  • @myfamily8201
    @myfamily8201 20 дней назад +79

    Hüsniyyə xanım hər zaman zövqü,savadı,fikirləri ilə ənn öndə olan aparıcı idi..Sizə elə Amerika yaraşır,uğurlar arzu edirik🌹

    • @ALZ._.89
      @ALZ._.89 19 дней назад +1

      Sesi taniş geldi . Heç deme aparici imiş . 👍🏽

  • @GulovsheHuseynalizada
    @GulovsheHuseynalizada 20 дней назад +81

    Husniye xanimi tebrik edirem,ozun cox gozel ifde etdi ,harani beyenirsense harda xoshbextsense ora senin evindir..

  • @aynure1098
    @aynure1098 20 дней назад +59

    Səxavət, bir neçə gündür ki, sizin kanalınızı icad etmişəm və hər gün bir buraxılışa baxıram. Qonaqlarınınız maraqlıdır, çəkilişləriniz, yanaşmanız - hamısı gözəldir. Davamlı olsun :)

    • @ədalətnaminə
      @ədalətnaminə 19 дней назад +8

      Mən də Firəngiz Rəhimbəyova haqqında çəkdiyi videoya baxandan sonra Səxavət bəyin RUclips kanalını kəşf etmişəm.

    • @Saha-a-nour
      @Saha-a-nour  19 дней назад +4

      Nə yaxşı ki varsız. 🤗 Və yazdıqlarınız mənim üçün dəyərlidir.

    • @Saha-a-nour
      @Saha-a-nour  19 дней назад +1

      @@ədalətnaminə🙏🤗

    • @ədalətnaminə
      @ədalətnaminə 18 дней назад +2

      @@Saha-a-nour Siz də nə yaxşı ki, varsınız, izləyicilərinə dəyər verən dəyərli insan 🙌

    • @NarminJabraili
      @NarminJabraili 18 дней назад

      İlk bununla başladım ... Baxacam.

  • @GaniraAtash
    @GaniraAtash 12 дней назад +8

    Deməli belə, uşaqlar baxdım. İkiniz də özəlsiz. Hüsniyyə, amerikanlar demişkən, wonderfulsan. Sənin enerjin, həyat eşqin bunlar heç vaxt solmasın, Hüsniyyə. Balaların, ailən çox gözəldir, hər şey çox gözəldir.Amerikadakı macəran daha da maraqlı, daha da gözəl olsun. Bütün arzularına çatasan, bütün istəklərini həyata keçirəsən. Sən o qədər ağıllı və zəhmətkeşsən ki, əminəm, hər şey addım-addım gerçəkləşəcək. Səni çox sevdim. Biz əvvəldən tanış idik, amma həyat bizi Amerikada rastlasdirdi. Ürəyini və sözünü qoru.❤

  • @GəncaləBədəlova
    @GəncaləBədəlova 5 дней назад +2

    Çoox zevq aldım.
    Təşəkkürlər!ÇOOOX GÖZƏL İDİ hər şey
    Bu qədər pozitiv , bu cür. enerjili , optimizmlə dolu qaynar qadın görmədim----HƏMDƏ SƏMİMİ
    HÜSNİYYƏNİ 5ci ELEMENTdən bəyəndim
    Fərqliydi.
    ALLAH KÖMƏYİNİZ OLSUN
    QAPILARINIZ. HƏMİŞƏ AÇIQ OLSUN
    AMİN...

  • @ramilafeyzullayeva1849
    @ramilafeyzullayeva1849 4 дня назад +2

    Çox gözəl maraqlı programdır, Səxavət bəy sizə təşəkkür edirəm, maraqla videoları izleyirem, Hüsniyye xanimida həyat eşqinidə çox sevirəm❤

  • @GulanbarBabayeva
    @GulanbarBabayeva 20 дней назад +25

    Cox sag ol Səxavət oglum, bu verilişə görə hər birinə baxıram, cünki biz də Californiada yaşayırıq..,🙏👍👋👋

    • @Saha-a-nour
      @Saha-a-nour  19 дней назад

      Çox sağ olun 🙏 Necədir California da həyat? 😊

    • @GulanbarBabayeva
      @GulanbarBabayeva 18 дней назад

      @ cox yaxşı xüsusən havalar, yəni həmişə yaşıllıq, gül - cicək amma mən uygunlaşa bilmirəm 9 ildir

    • @mujganceferova8904
      @mujganceferova8904 17 дней назад +1

      ​@Saha-a-nour Salam çox gozel musahibe idi,Bilmek olar xanimin dediyi Talant vizaya komek eden bey nece tapmaq olar,hal hazirda bu isle mesgul olan insan axtariram Bakida

    • @Hwjsjsshsu
      @Hwjsjsshsu 13 дней назад

      Yasilliq. Gul cicekbolan yere adam darixarmi bizim qaldigimiz yeri horses ataq yalin wacarsiniz​@@GulanbarBabayeva

    • @happiness629
      @happiness629 3 дня назад

      ​@@Saha-a-nourSalam necesiniz, gencliyimin gozel radio muxbiri, gozel sesli insan
      O gun sizin haqqınizda yalnus informasiya oxudum, sizin haqqinizda melumat bilmek istedim tapa bilmedim, nehayet cixdiniz qarsima

  • @TeraneQabilzade
    @TeraneQabilzade 20 дней назад +69

    Husniyye de getdi.... Ugurlar size....xowbext olun... Bakida daha hec kim qalmadi, hami kocur... 😢

    • @AhmedRs-ub6kw
      @AhmedRs-ub6kw 19 дней назад +4

      Gedırler, amma ömur boyu da veten hesretı cekırler

    • @aytenmamedzade
      @aytenmamedzade 17 дней назад +6

      Ona görə də tv kanallar bu gündədi. Vətəni sevən öz konfortunu düşünüb vətəni dağdan düşənlərin əlində qoyub getməzdi.

    • @NailyaBabayeva
      @NailyaBabayeva 5 дней назад +1

      Səhv fikirdəsiz... Azərbaycan'da o qədər savadlı, mədəni və ağlı başında insan var və onlar heç bir yerə getmək istəmirlər

    • @NailyaBabayeva
      @NailyaBabayeva 5 дней назад +1

      ​@@aytenmamedzadekonfort sözü yoxdur Azərbaycan dilində - rahatlıq sözü var

  • @hbkhazar1643
    @hbkhazar1643 18 дней назад +26

    Husniyye üçün rahatdır, çünki dil bilir, liberal ərazidə yaşayır, ətrafında bilən dostları var, pulu var. Bunlar olmasaydı onun üçün kabus olacaqdı Amerika ilk vaxtlar. Ona görə eyforiyadadır

    • @leylarahim
      @leylarahim 3 дня назад

      Dili bir gece yatıb beynine şprisle getirib doldurmayıblarki. Etrafında bilen dostların olmağıda yenede şexsin özüne bağlı birşeydiki özün seçib özün qerar verirsen dostluğuna ehatene qebul edıb. Pulun olmağına geldıkde ağılsız insana dağ qeder pul ver bitirer deyer yene ver. Ağlı varki qazanıb qatdalıyıb cibine qoyur xercleyır. Eyforıyaya çatanacan elbetki keşmekeşli yolları olub bunuda fıkırlesmek lazımdır.

  • @alexgoogle40
    @alexgoogle40 20 дней назад +69

    Bu bitməsini istəmədiyim Americano idi. 🌸👏🏻Gələcəkdə Hüsniyyə ilə təkrarlayın bu müsahibəni, zəhmət olmazsa..

    • @ədalətnaminə
      @ədalətnaminə 19 дней назад +2

      Hə , mənim də xoşuma gəldi bu video, amma şəxsi həyatı haqqında daha geniş şəkildə video hazırlamaq olar gələn dəfə üçün.

  • @ShahlaJabbarli
    @ShahlaJabbarli 20 дней назад +35

    Hüsniyyə super xanımdır. İnstagramdan da izləyirəm, enerjisi çox müsbətdir.
    Belə qalın, Hüsniyyə xanım. 🌹💐

    • @tutualiyeva2566
      @tutualiyeva2566 11 дней назад

      Salam instagramda adi necedir? Zehmet olmasa deyerdiz❤

    • @hasanova_afag
      @hasanova_afag 9 дней назад

      husniyem ​@@tutualiyeva2566

  • @elfirabegiyeva4972
    @elfirabegiyeva4972 18 дней назад +10

    Qulaq asdıqca insanda həyat eşqi,yaşamaq həvəsi yaranır.Bu hissləri şəxsən mənə yaşatdıgın üçün sənə ugurlar arzulayıram və təşəkkür edirəm.

  • @Elnareimanli
    @Elnareimanli 14 дней назад +17

    Pul olandan sonra hər yer gözəldi,pul olmasa harda olursan ol yaşamaq cox cətindi.pulsuz olan da nə qədər yaxşi yer də gözəl yer də yaşasan da insanin gözünə pis görünür.bir sözlə pulun varsa hər yer və yaşamaq gözəldi

  • @rrzayeva2801
    @rrzayeva2801 6 дней назад +1

    Cox maraqlı verliş ve qonaqlar, butun hemvetenlerımıze ugurlar🙏🏻 Allah her kesın yolun acıq etsın

  • @aydanbayramli2388
    @aydanbayramli2388 20 дней назад +6

    Cox cox cox gozel alinib 1 nefese izledim resmen. Emeyinize sagliq

  • @warrenbuffet8468
    @warrenbuffet8468 8 дней назад +1

    Xeyallarimin ölkesi,macera dolu Amerika🇺🇲 Zövq aldim dialoqunuzdan. Tesekkurler!👏

  • @sabahkurbanova1709
    @sabahkurbanova1709 20 дней назад +13

    Uğurlar gənclər!Həmişə xoşbəxt və pozitiv olun!

  • @CemileXasayeva
    @CemileXasayeva 20 дней назад +27

    Darisi bizlerin başına Hüsniyyə 😍

  • @gulshanyusifova7059
    @gulshanyusifova7059 5 дней назад +1

    Hüsniyyə xanım.Yolunuz hər zaman açıq olsun! Duracell battery kimi mənə çok pozitiv enerji verdiniz😊❤

  • @ElvinMikayilov-dl4vp
    @ElvinMikayilov-dl4vp 17 дней назад +5

    Səxavət, salam qardaş. Verlişiniz insanı dinlədikcə və izlədikcə həqiqətən valeh edir. Hüsniyyə xanımı da ürəkdən salamlayıram; onu da sevərək həmişə dinləmiş və izləməkdən zövq almışıq. Hər ikinizə və sizin timsalınızda işini sevən, həyatda mənalı şəkildə yaşayan və ətrafına pozitiv enerji yayan insanlara bütün işlərində uğurlar arzulayıram.

  • @miribesirli7105
    @miribesirli7105 20 дней назад +24

    Allah istəyənlərə qismət etsin getməyi xaricə, orda yaşayanlarada Allah kömək olsun. Ancaq mən heç vaxt Azərbaycandan başqa yerdə yaşamağı nə arzulamamışam, nədə yaşaya bilmərəm. Bəlkə bir neçə gün gəzməyə getmək olar, ancaq həmişəlik istəmərəm. Verilişinizidə bəyəndim.

  • @KhatiraIsrafilova
    @KhatiraIsrafilova 18 дней назад +5

    Ne gozel musahibe🦋💜👍🏼o qeder musbet enerji verdiniz ki 👍🏼🫰🏻Ishlerinizde ugurlar, hemishe gozel ve pozitiv olun😀Etrafa ishiq sacirsiz mashallah🙏🏻

  • @AmsterdamNiderland
    @AmsterdamNiderland 20 дней назад +10

    Çox zövq aldıq verlişdən.Litva ,Kaunasdan baxıram.Hüsniyyə ailə mövzusunda danışanda çox sevindim ki ,hələdə belə insanlar var.Mənim üçündə ailə müqqəddəsdir.Uğurlar həyatınızda .Hüsniyyə xanımın əgər Turxan kimi dostu varsa Amerikada onda həyatda hər şey çox gözəl olacaq.Hamınıza uğurlar.

  • @leylamusayeva3444
    @leylamusayeva3444 18 дней назад +17

    29 yaşım var, amma 40 yaşımı İNSALLA Americada qeyd etmek ucun cabalayiram. Biraz gec olacaq deye düşünürəm ama olacaq bilirem. Cox zovq aldim. Yaxşıki sizler kimi həmvətənlərimiz var❤

    • @xalid-minus5026
      @xalid-minus5026 14 дней назад

      olacaq o vaxtacan, no worry. 37de ) hadi iyisin, 3il qabaga atdim

    • @NailyaBabayeva
      @NailyaBabayeva 5 дней назад

      Sizlər yox sizin kimi

  • @ГаранфилНазарова-ю4и
    @ГаранфилНазарова-ю4и 17 дней назад +3

    Nə gözəl verliş çıxdı qarşıma, 🎉, çox maraqlı👍🏼, Hüsniyyə xanım necə gözə pzünü və fikirlərini bizlərlə paylaşdı, əhsən👍🏼✅

  • @sabahkurbanova1709
    @sabahkurbanova1709 13 дней назад +4

    Hüsniyyə xanımı görəndə həmişə Yana Çurikova gəlir ağlıma,eyni xarizma,eyni səs tembri və hər ikisi aparıcı və işlərinin professionalı,çox sevirəm pozitiv və şən insanları,uğurlar hər birinizə❤🇦🇿❤

  • @ulviyyerzayeva748
    @ulviyyerzayeva748 19 дней назад +21

    Adam sərhəd tanımır,dil bilir, bacarıqlıdı,həyatı dolu dolu yaşayanlardandı.Belə insanlar qaynayır bir yerdə saxlamaq olmaz

  • @KamilMammadov-s1b
    @KamilMammadov-s1b 10 дней назад +1

    Uğurlar! Super pozitiv müsahibə alınıb. Hüsniyyə xanıma bol-bol uğurlar. Sözün əsl mənasında video ləzzət elədi. Dünyanın hər bir yerində olan istedadlı, bacarıqlı həmvətənlərimizə eşq olsun. Good luck!!!

  • @ruxsarahabibova9990
    @ruxsarahabibova9990 20 дней назад +11

    Çox pozitiv buraxılış oldu.Zövq aldim

  • @guldaneallahverdiyeva9520
    @guldaneallahverdiyeva9520 5 дней назад +1

    Hər baxdığım bölümə bir təşəkkür yazmağı artıq vərdiş etmişəm))) Yenə də təşəkkür edirəm.

  • @zaurxalilov3279
    @zaurxalilov3279 18 дней назад +4

    Cox hormetli Sexavet bey. tesekkur edirik. Ugurlar

  • @pasapasayev1674
    @pasapasayev1674 9 дней назад +3

    Salam olsun Azərbaycandan 😊.Hüsniyyə xanımı efirlərdə ğörmürdük sizin sayənizlə bildik amerikadaymış.ugurlar arzulayıram.

  • @sevin6
    @sevin6 7 дней назад +6

    Hüsniyə youtube kanalı açsa, Amerikada yaşam barədə, adi günlük həyatı barədə videolar çəksə, çox izlənər, məncə. Amma bu sahəni istəmədiyini də açıq şəkildə ifadə etdi. Uğurlar ❤

  • @vefaeldarli842
    @vefaeldarli842 5 дней назад +3

    Ağıllı başların ,gözümüzün öyrəşdiyi,duruşuyla örnək olan insanlar hamısı ABŞ a köçür tək bir ölkədən nə qədər tanışlar köçür.Buralar da çox mənasızlaşır.Biz də həsədlər içərisində sizləri izləyirik.Çkx paxıllandımmm🫠

  • @elvinsuleymanov9655
    @elvinsuleymanov9655 20 дней назад +11

    Gözel alınıb Herne işle məşgul olsanız Allah xeyir versin

  • @farmanmusayev8568
    @farmanmusayev8568 16 дней назад +2

    Azad , müstəqil, ağıllı,Dünyavi düşüncəli Gözəl xanım. Kamaz. Çox optimist .

  • @fidanxalilova515
    @fidanxalilova515 20 дней назад +15

    Elə bilirdim, miqrantlar Amerikadan enerji alır...yalan ..! Bütün Amerika Hüsniyyədən enerji alır😂😂😂😂😂 Uğur olsun, bütün həmvətənlərimizə!!!

  • @sevinjmamedova8592
    @sevinjmamedova8592 17 дней назад +6

    Əzizimiz,Hüsniyyə xanım,mən həmişə
    sizi sevənlər arasındayam,artıq neçə ildir instagram followerinizəm.Bilirəm ki,əslində əsl vətənpərvərsiniz,yaltaq sənət insanlarından olmamısınız heç vaxt.Vicdanlı ,pozitiv insan,sizə uğurlar,həmişə də xoşbəxt olun❤️🥰

  • @ruyahasanova-d6z
    @ruyahasanova-d6z 5 дней назад

    Necə gözəl xarakterə sahibdi.Hər gün yaşadığım bu monoton dünyada mənə ilham verdi.

  • @zumrudtahirqizi
    @zumrudtahirqizi 20 дней назад +7

    Adamda her zaman neyise pis şey axtarır bizimkiler. Müalesef ki bu bizde çoxdur. Xoşbextliyini yaşa ezizim. Sağ elin menim başıma

  • @azrbaycanmullimi4544
    @azrbaycanmullimi4544 5 дней назад

    Əla,super,çox şad ookdduu bu verlişi izlıməyə də,belə pozitiv qonağınız Hüsniyyə xanımı dinlıməyə də.Əhsən içindəki özgüvənə.Heyranlıqla izlədim

  • @sefegkerimov4337
    @sefegkerimov4337 20 дней назад +4

    Mən neçə ildi sizi izləyirəm Hüsniyyə xanım bu videoda öyrəndim ki, sizin uşağlarınız var. Allah saxlasın ❤Belə xoşbəxt Anaları olduğu üçün şanslıdılar.❤

  • @ədalətnaminə
    @ədalətnaminə 19 дней назад +7

    Hüsniyyə xanım özünü çox gözəl şəkildə ifadə etdi. 👏👏👏👏👏👏

  • @mrsagayevahaciyeva523
    @mrsagayevahaciyeva523 20 дней назад +2

    Coooox maraqli idi❤❤❤ Husniye sizin fikirlerinizi, yawam terzinizi sadece alqiwlayiram ve cox yaxin bilirem ozume👏🏻👏🏻👏🏻 ve size bravo bu addimi atib bawlamisiz yeni heyata sag eliniz menim bawima😅 in wa Allah🤲🏻🤲🏻😘😘🥰🥰 sevilirsiz💋💋 Verliwe gorede tewekkurler size👏🏻👏🏻

  • @m_t3901
    @m_t3901 16 дней назад +1

    Ela vlogdur tesekkurler 👍👍😊kefimin hec olmadigi vaxtda nece yaxsi tesir eledi

  • @xeyransababayeva1047
    @xeyransababayeva1047 10 дней назад +1

    Hüsniyyə xanım çox böyük enerji aldım Sizdən.Sizi bu intervyudan tanıdim ve sevdim

  • @Aynurgamidova
    @Aynurgamidova 19 дней назад +2

    Husniye xanim men sizi chox beyenirem teessuf edirem ki ,sizin kimi zovqlu insan Bakidan getdi ,efirlerin sizi kimi zovqlu xanimlara ehtiyaci var .

  • @aysuhuseynova7477
    @aysuhuseynova7477 8 дней назад +2

    Artıq kiminsə həyatı kiməsə maraqlı deyil həqiqətən. Bu çoxdan modası keçmiş bir şeydir. Kimə harda və kiminlə xoşdur orda da onunla yaşamalıdır. Bu gün orda xoş ola bilər sabah başqa yerdə. Hamı özünün bir üst versiyası barədə düşünüb inkişaf etməlidir. Yəni mənə bu video da dediyim kimi başqasının həyatı olduğu üçün maraqsız gəldi. Uğurlar Hüsniyyə xanım🤍

  • @gamararabova573
    @gamararabova573 16 дней назад +1

    Zövq alaraq izlədiyim video oldu. Hüsniyyə, yolunuz daima açıq olsun! Sevilirsiniz♥️

  • @ParvanaShirinova
    @ParvanaShirinova 19 дней назад +2

    Cox mohtesem bir çekiliş.Dc de Hüsniye xanimla gorusmek umidile😊🥰

  • @nazayaqubova3057
    @nazayaqubova3057 5 дней назад

    ❤ axıra qədər həvəslə sizin kimi gözlərimdən qığılcımlar çıxa - çıxa 😂 baxdım . Siz olan hər yer gözəldir Vallah. Amma qəribə bir hisdə keçirdim … Vətəən çox Ali yerdi … kaşki burda bu qədər sıxılmasaydıq ….

  • @gunay3744
    @gunay3744 18 дней назад +2

    Heç bitməsini istəmədim🥹 Hüsniyə xanım sizi çox sevirdim, bu Americanoda isə sizi özümə bir ayrı doğma hiss etdim❤️❤️❤️ Öpürəm, bağrıma basıram sizi🫶🏻 Bu buraxılış üçün isə təşəkkürlər sizə, Saha!☺️✨️

  • @xumarmikaylova6494
    @xumarmikaylova6494 16 дней назад +1

    Afərin👏👏👏👏👏Çooooox xoşbext ol,yolun həmişə açıq olsun!!!

  • @Gahrama
    @Gahrama 20 дней назад +1

    Evvelden sonacan maraqla izledim.Super buraxilis idi.Bele maraqli insanlarla sohbeti dinlemek zovq verir.Ugurlar islerinizde.Husniye xanim cox maraqli insandi.Butun fikirleriyle raziyam,belede davam

  • @fidannagiyeva234
    @fidannagiyeva234 17 дней назад +8

    Hüsniyə xanımı Eurovision vaxtlarından bəyənirəm. Yolu açıq olsun. Quyruq istəyi ortaq cəhətimizdir)) 48 kg çəkimə görə heç kim inanmasa da, acanda ancaq quyruq istəyirəm)

  • @gulchinnesibli2238
    @gulchinnesibli2238 3 дня назад

    Super, çox gözəl alınıb.👏👏👏👏

  • @НаиляАхмедова-ч3в
    @НаиляАхмедова-ч3в 12 дней назад +1

    Хусния, вам хорошо? Вот славно! Я рада, за всех тех, кому хорошо и комфортно. И дай вам Всеввшний благ и счастья! Выглядите
    на все 100. Вы позитивный человек и распространяете вокруг себя свет и радость!

  • @zeynebismayilova9088
    @zeynebismayilova9088 9 дней назад

    ❤Məndə ailəmlə gəlmək arzusundayam. İnşəAllah alınar və ən az bu qədər xoşbəxt hiss edərik. Sizə uğurlar Hüsniyyə xanım və çəkiliş edən hərkəsə ,aparıcıya👍🏻💞

  • @amilaliyev32
    @amilaliyev32 19 дней назад +2

    Salam Səxavət sizin verilişi çox bəyənirəm Hüsniyə xanımda çox xoşuma gəldi mehriban insandı

  • @salalagurbanova6757
    @salalagurbanova6757 20 дней назад +3

    Rusiyadan salamlar. Yeni və maraqlı buraxılışları səbirsiliklə gözləyirik. Verlişlərininiz Azərbaycan dilində sakit,təmiz meh kimidir, əsla onları qısalmayın. Dünyada yaşayan bütün həmvətənlərimizə uğurlar diləyi ilə.

  • @НАсирлиНАзакет
    @НАсирлиНАзакет 20 дней назад +9

    Uğurlar size,çox həvəslə baxdım. Səmimi,sadə,səviyyəli👍🏼

  • @pustaqasimova
    @pustaqasimova 20 часов назад

    cuskalar )))) Husniyye One love

  • @AqilAlesger
    @AqilAlesger 18 дней назад +3

    Gözəl buraxılışdı. Uğurlar 🎉

  • @zeynebbaki1121
    @zeynebbaki1121 19 дней назад +8

    Çox gözəl hisslər oldu.Gəncliyimizin ən sevimli iki insani bir arada.Heyif ki indi belə gəncərimiz çox azdı.İllər sonra indiki Tv ekranlarında olan aparıcılardan gözəl xatirələrlə yada düşən olmayacaq,nə yaxşı ki bizim var.Var olun.Uğurlarınız bol olsun.

  • @barxat_9992
    @barxat_9992 7 дней назад

    Gözel elagan kübar xanım həmişə xoşuma gəlib hem aparıcı kimi hemde xanım kimi❤

  • @biker.85
    @biker.85 18 дней назад +5

    Mən Bakıda yaşayıram , Səxavət qardaş.
    Ama Amerikada yaşamağın ləzzətini sizin söhbətləriniz və söhbətdaşlarınızla yaşayıram.

  • @bdysjshndhsjdb2240
    @bdysjshndhsjdb2240 8 дней назад +1

    Sizin kanali yeni keşf etmişem cox maraqlidi

  • @Cybrg1
    @Cybrg1 20 дней назад +3

    Xoş gəldiniz! Uğurlar!

  • @jalaalakbarova9011
    @jalaalakbarova9011 20 дней назад +1

    Çox möhtəşəm buraxılış❤ Sağ olun bele keyfiyyətli və maraqlı söhbət üçün! Hüsniyə hər zaman həyatdan zövq almağınız diləyi ilə 🙏 Yolunuz açıq olsun. Səxavət bəy videolar çox peşəkar və çox maraqlıdır bir nəfəsə izlənilir. Təşəkkürlər işiniz avand olsun 🤗🙏

  • @azerbaycan_respublikasi_123
    @azerbaycan_respublikasi_123 7 дней назад

    Husniyye xanimi,her zaman gorende ele bilirdim ikinci ozumdur.O qeder gozel anlayiram onu,o qeder ici gozellikler ile ,durustluk ile doludur ki alindira bilmeyib bizim olkemizde.Icindeki rengleri deyek bir uze vermek ucun,toke,azadliga buraxa bilmek ucun ideal olke Amerikadir.Bizim kimisinin yeri Amerikadir.Oglumu,yoldasimi goturub insaallah mende kocecem,insaallah May ayinda GC qalibi olariq bizimde yolumuz aciq olar.Usagim ucun eminem ,geleceyi ucun en gozel yer ele Amerikadir.Ruh azadligi olkesi.Insaallah cox gozel olar orda heyatiniz.Sonuncu defe men sizi gorende gemilerin yaninda masin reklami cekilisi idi,size baxaraq dusunurdum,bizim yerimiz Amerikadir keske gede bilse,keske deye bilsem, onun olkesi oradir.keske bizim yolumuz acilsa.Allah meni esitdi ,indi rastima cixdiz ,gozlerim yasardi sevincden.Ozum ora gelmis kimi oldum.Yolunuz daim aciq olsun.Menim evezime orada gozlerinizi yumub,derinden nefes alin.Opurem sizi💚

  • @aygunrafiyeva881
    @aygunrafiyeva881 19 дней назад

    Chox maraqli hec bitmesin istediyim buraxilishi oldu Americanonun .Hem Husniyye xanim hem Saho sizin dunya gorushunuz fikirleriniz yanashmaniz heyat eshqiniz chox beyenib destekleyirik var olun daha chox olsun bele reportajlar🥰

  • @ilaha1397
    @ilaha1397 8 дней назад +1

    Həyatınız xoş olsun😍😍😍

  • @АрзуГусейнова-ю7ц
    @АрзуГусейнова-ю7ц 20 дней назад +2

    Sərxan, salam oğul. Çox sağ ol, maraqlı amerikanoya görə. Hüsniyə xanıma görə çox sevindim. Həmişə gözüm onu axtarırdı. Oğlum sənə də hər zaman can sağlığı, uğurlar arzulayıram,var ol.

  • @ədalətnaminə
    @ədalətnaminə 19 дней назад +10

    Səxavət bəy, belə davam edin. Amerikaya köçmüş Azərbaycanlı məşhurları çəkib göstərin. Hüsniyyə xanım kimi məşhurların həyatı bizim üçün çox maraqlıdır.
    Qənirə Ataşova, Elariz Məmmədoğlu, Aynur Talıbova və diğər məşhurları çəkin. Düzdür , Aynur Talıbovanın öz RUclips kanalı var, amma heç vaxt öz həyat yoldaşını, övladını çəkib göstərməyib.
    Uğurlar 🎉🎉🎉🎉🎉

  • @sabinasabina2765
    @sabinasabina2765 20 дней назад +2

    Hüsniye xanımı görmək necə gözəl duyğular yaratdı. ❤ instagramdan izləyirəm . 🇺🇸🇦🇿

  • @fuadlleyla8985
    @fuadlleyla8985 15 дней назад +1

    Zövq aldım Hüsniyyə xanımın söhbətindən ❤

  • @saramariamidze
    @saramariamidze 20 дней назад +4

    O gün olsun mən də sizin verlişlərin birinin gəhrəmanı olum!🎉🎉🎉 Amerikaya gələndə mütləq görüşərik!❤❤❤

  • @jahanmammadli4356
    @jahanmammadli4356 20 дней назад +1

    Biz Sizin belə uzun videolarinizi sevirik😍Maraqlı olur belə. Çox öyrənirik. Uğurlar🤩

  • @sefeqmirzeyeva4841
    @sefeqmirzeyeva4841 20 дней назад +5

    teessüf ki, herkes xoşbext ailede doğulmur, insanın pozitiv olmasında aile esas faktordur

  • @seaflavourist1089
    @seaflavourist1089 12 дней назад

    Möhtəşəmsən, Hüsniyə❤)) sən, əsil Azərbaycan qadınısan.hər bir cümlən ibrətamiz, gəncliyə nümunə idi..dosta dəyər verən, böyüyə hörmət, ailə dəyərini anlayan, düzgün valideyn tərbiyəsi.. və s. Yolun hər zaman, hər yerdə açıq olsun.
    Səni hava limanında görmüşdüm.çox istədim yaxın laşam, nədənsə utanmışdım.
    Nəvaxtsa yenidən sənlə rastlaşsam qucaqlayacam.kicik bacın kimi.
    Səxavət bəy, siz isə efirdə anamın düzgun diksiyası, davranişi, efir mədəniyyəti ilə yadinda qalmisiz.sizin birdən yoxa çixdiğınızı da o dedi.və kanalınizı da ele sizi yutubda axtararkən tapdım. Uğur hər zaman sizinlə olsun.
    Heç vaxt Tənha hiss etməyəsiz.❤layihə üçun təşəkkürlər))

  • @DasqınZaidov
    @DasqınZaidov 19 дней назад +1

    Bu dəfəki, buraxılış çox möhtəşəm idi. Baxmaqdan zövq aldım.

  • @IncanteVoleN
    @IncanteVoleN 16 дней назад

    Videolariniz cox maraqlidi, duzu 3 gune demek olar videolarinizi izlemisem. Amma duzu daha iller once yeni 90-ci ve 2000-ci illerin evvelinde, texnologiyanin inkisaf etmediyi dovrde risk ederek ora kocen hemyerlilerimizin hekayesini dinlemek daha maraqli olardi.

  • @zumrudtahirqizi
    @zumrudtahirqizi 20 дней назад +3

    Mende her zaman esebleşirdim amma başa düşdüm ki deymez. İstenilen yerde, mekanda heyatın xoş keçirse ne mutlu bana deyib yaşamak lazım. Dosta gelince men hemişe yanılmışam

  • @melahetabbasova6087
    @melahetabbasova6087 12 дней назад

    Hüsniyye xanim uğurlar size❤ sağ eliniz başıma 🫰🏻

  • @jarullahaghayev9823
    @jarullahaghayev9823 20 дней назад +19

    Hüsniyyəni Ailəlikcə çox sevirik . Çox pozitiv insandı. Uğurlar sənə

  • @IlkinPlays
    @IlkinPlays 20 дней назад +1

    Allah ugurlarinizi artirsin ... good luck

  • @sevdagulumcanova9129
    @sevdagulumcanova9129 18 дней назад

    Çox sevirəm bu xanımı🥰Supersiniz Allah yolunuzu açıq,xeyirli eləsin Amin 🙏😘

  • @aykagreen115
    @aykagreen115 20 дней назад +6

    Superrr💚👌👍

  • @gunaymammadova4898
    @gunaymammadova4898 17 дней назад +2

    Siz meni rahatladiniz. Men de sevirem qesheng geyinmeyi. Kocmeyimize de az bir muddet qalib. Fikirleshirdim ki, orda nece olacaq. Rahatladim.)))

  • @rovshanaliyev598
    @rovshanaliyev598 19 дней назад

    Hüsniyyə xanımı həmişə bəyənmişəm. Simpatiyam var. Bugün özünü daha xoşbəxt hiss etməyi məni sevindirir. Uğurlar 👏🏻

  • @hbkhazar1643
    @hbkhazar1643 19 дней назад +6

    Husniyye xanimi bəyənirəm, kreativdir amma Amerikada yenidir və amerikan sistemini, cəmiyyətini anlamır, olduqca emosional danışır. Keçid dövründə əksər insanda olur.zamanla sakitləşər, eyforiyaya qapılıb

  • @Rena-yk6sq
    @Rena-yk6sq 16 дней назад

    Вы молодец желаем вам чтобы рядом с вами был полный чемодан ВЕЗЕНЬЯ и счастья❤

  • @NatureofUsa
    @NatureofUsa 20 дней назад +2

    It is the best Americano!!!

  • @Fomassi
    @Fomassi 12 дней назад +1

    ABŞda təhsil almışam,Kanada vətəndaşıyam, yaşlandıqca nədənsə Azərbaycan çəkir. Yəqinki mən Azərbaycandan bezib çıxmamışam:) hər ikinizə uğurlar, bəlkə nəsib olar, tanış olarıq

  • @İnconb
    @İnconb День назад

    Deyrem en ugurlu en savadli insanlar getti bizden Bulardan Hüsniye, Sexavet ,Aynur ..Allah yolunuzu acix eylesin ama sizder vetenede lazimsiz

  • @2_crazy_minds989
    @2_crazy_minds989 20 дней назад +2

    Çox sevdim bu videonu əlinizə əməyinizə sağliq.

  • @samiraparris302
    @samiraparris302 20 дней назад +4

    Bu qadının enerjisini sevdim!

  • @rovsanbayramov6678
    @rovsanbayramov6678 20 дней назад +1

    Təbriklər. Uğurlarınız bol olsun. Virginia çox gözəl yerdir

  • @moonlight_a
    @moonlight_a 19 дней назад +1

    Həmişə demişəm ki,əsil qızılı payız Amerokadadır.Bu gəzintidən də ,müsahibədən də böyük zövq aldım.Səxavət,həm sizə,həm dəHüsniyyə xanıma işlərinizdə uğurlar arzulayıram!