Ramiz Rövşən - "Örtüldüm qapı kimi"

Поделиться
HTML-код
  • Опубликовано: 6 дек 2017
  • Şair: Ramiz Rövşən
    Oxuyur: Фирдовси Атакишиев (Firdovsi Atakishiyev)
    "Örtüldüm qapı kimi"
    Bu dünyanın üzünə
    örtüldüm qapı kimi.
    Gecəsinə, gündüzünə,
    Nəğməsinə, sözünə,
    Qızların ala gözünə
    örtüldüm qapı kimi.
    Anam, daha məndən nigaran olma,
    Əlim cibimdədi, ağlım başımda.
    Dörd yandan dərd gəlsə, ölərəm, amma
    Kimsə xəbər tutmaz gözüm yaşından.
    Kiridim, anam, kiridim,
    Kiridim, tamam kiridim,
    Bu qıfılım, bu kilidim,
    örtüldüm qapı kimi.
    Yoldan ötən, bu qapıda ləngimə,
    qurdalanıb eşələnmə cibində.
    Bu qapıya düşən açar tapılmaz,
    balıq qarnındadı, dərya dibində.
    Dəryalara baş vurası halım yox,
    Balıqlara yem olası halım yox,
    Bir qapıyam, damım yox, divarım yox,
    yoldan ötən, bu qapıda ləngimə!..
    …Qapılar vardı ki,
    yerə diz qoyub,
    Qıfılına, kilidinə üz qoyub
    Öpmək istəyirdim, öpə bilmədim.
    Qapılar vardı ki,
    qıcıb dişimi,
    Yumruğumu, təpiyimi, başımı
    Çırpmaq istəyirdim, çırpa bilmədim.
    Kiridim, anam, kiridim,
    Kiridim, tamam kiridim,
    Bu qıfılım, bu kilidim,
    örtüldüm qapı kimi…

Комментарии • 9

  • @s.y8080
    @s.y8080 4 года назад +5

    Kiridim, anam, kiridim. . .

  • @Umamatsui
    @Umamatsui 5 лет назад +5

    Mənim də çox sevdiyim şairdir Ramiz Rövşən 💓

  • @elxanmehdiyev1909
    @elxanmehdiyev1909 4 года назад +2

    Davaminiz gelsin lutfan

  • @ayselsalahli2775
    @ayselsalahli2775 6 лет назад +7

    ses tonu ve seiri bu cur gozel demesi bawqa alemdi !☝

  • @leylaheybetova9990
    @leylaheybetova9990 6 лет назад +5

    Çox gözel lahiyedi mence.çox böyük zövqle izleyirem sizin kanalı.ama çox teessüf ki,izlenme ve abune sayı layiqince deyil.insanların seviyyesindendir mence...tebrik edirem Sizi.davamı hemişe gelsin şeirlerin.ela yığma komanda👍👍

  • @i.bagirova.1865
    @i.bagirova.1865 4 года назад +1

    😔

  • @bekirvekilov9772
    @bekirvekilov9772 6 лет назад +1

    Cox Gozel Seirdi Derin Menasi Var Ifda Eladir Cox Sagolun 👍👍👍👍👍

  • @taranaali3572
    @taranaali3572 5 лет назад +1

    Superrrr

  • @s.k_029
    @s.k_029 5 лет назад +1

    Möhtəşəm