Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı saxlanılmışdır
HTML-код
- Опубликовано: 8 фев 2025
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilmişdir.
Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan Respublikasına gəlməsinə nail olmuş, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparmış, qollarını və ayaqlarını bağlayaraq orada saxlamış və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb etmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılmış, Şeraz Muhammad Afzal Muhammad isə azad edilmişdir.
Həbs olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılmışdır. Кино
Çox xoşbəxtəm ki Azərbaycanın sizin kimi mərd oğulları var.
Dövlət Təhlükəsizliyi Xidməti 🖤😎
İnşallah senede qismət menim əziz dostum❤❤❤
Çox sağ ol dostum
100%
İlk öncə Allah bütün şəhidlərimizə rəhmət eləsin və şəhidlərimizin qanı və müharibədə iştirak edən şəxslərin əziyyəti vətənə halal olsun çunki vətən bizi bu cürə qoruyur və bizim keşiyimizi çəkir 16 yaşım var və 18 yaşımın tamam olmağını gözləyirəm Ali baş komandanın bir səsinə səs verərək cəbhəyə yollanmaqa hazıram! mənim yalnız bir məqsədim var vətənə layiqincə xidmət etmək Allah bütün Azərbaycan xalqını qorusun
Vətənimiz etibarlı ellerdedir halal. Olsun
Dtx Eşq olsun🇦🇿
Eşq olsun DTX İgidlerimize
Dtx-n bütün əməkdaşlarını Allah özü qorusun ləzzət elədi mənə bu əməliyyat 👍👍👍👍
🇦🇿🇦🇿🇦🇿ALLAH DÖVLƏTİMİZİ, RƏHBƏRİMİZİ QORUSUN VƏ DAHA DA GÜCLÜ OLMAGI BƏXŞ ETSİN. ALLAH TƏHLÜKƏSİZLİYİMİZİ QORUYAN QARDAŞLARDAN RAZI OLSUN. 🇦🇿🇦🇿🇦🇿
Sizinlə fəxr etməmək mümkün deyil, var olun DTX ürəysiniz.❤❤❤❤❤❤❤❤
Canım Azərbaycanım❤ DTX❤❤❤❤❤❤❤❤❤
Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Xalqı, yaşasın Azərbaycan Dövləti🇦🇿🇦🇿🇦🇿 Milletimizin Dovletimizin Tehlukesizliyi üçün xidmet eden her kes
Əla! Əhsən DTX!
Azərbaycanın döyünən ürəyi Allah sizi qorusun
YAŞASIN DTX 🇦🇿🇦🇿🇦🇿✊🦅🦅🦅
Var olsun DTX.
Sen bu küçüklere bax eyyyy
Gelib burda at oynatmaq isdeyirler
Çox sağolun bizim igidlerimiz
😎😎😎😎😎😎
🖤
Allah bütün şəxsi heyyətinizi qorusun ❤❤❤❤❤❤❤
Allah sizi Qorusun Azərbaycan Respublikasının Görünməz Qəhrəmanları ❤❤❤❤
Allah sizi qorusun igidler ❤️❤️❤️❤️💪💪
BAŞI QAÇIBE BULARIN, AĞILLARI ÖZ ÇİNQA ÇUK ÖLKƏLƏRİNƏ GEDİBE
Mən də DTX olmaq istiyirəm😢😢😭😭
Ən gözəl cəza edam etmək belə adamları
Əslində məndə o fikirdəyəm ama Bu Faşistlik sayılır axı və nəticədə Azərbaycan qınaq obyektinə çevrilər
Ölkədən deportasiya edib rəd eleyin Azərbaycandan!!!!
Qürur mənbəyimiz, Azərbaycanın şah damarı. DTX ❤🇦🇿
❤
1996 ya kimi 2 pac ondan sonra mən?
Halal olsun
Bunları ətraflı mühakimə etmək lazımdır.bəlkə bunların özləri də Pakistanın dövlət işçiləridir
Azərbaycanı başqa ölkələrlə qarışdırıblarda
🦅
Qudurğanlığa bax gəliblər bizim ölkədə hoqqa verirlər
DTX❤
🦅🦅🦅
DTX kankret işdiyir eşq olsun DTX-ya
AZƏRBAYCAN POLİSLƏR CƏHƏNNƏMİDİ
🇦🇿
ŞEYX SƏRDARA AZADLIQ
O kimdi elə?
@@Citizen.M-Şİran agenti. Kim olacaq? 😂
@@adsoyad8971dədəndi agent sübut etki agent idi şeyx
@@adsoyad8971😂
Bunu eşidən Pakistan köməyə 1 milyon polis göndərməsə yaxşıdır🤔
Pakistanla Azərbaycan dosdluq eliyir ama bu o demək deyil ki, Pakistanlı bir qrup vətəndaş vətənimizdə qanunsuzluq etməlidir
Yazdığınız əsassızdır.
Dövlət nəzəriyyəsi teoreminə görə hər bir dövlətin özünün ən ali qanunu (Konstitusiyası) vardır.
Bu konstitusiyaya yalnız ümumxalq səsverməsi nəticəsində dəyişiklik ola bilər.
Başqa heç bir şəxs o cümlədən beynəlxalq təşkilatlar, digər dövlətlərin rəsmi şəxsləri müdaxilə edə bilməz.
Azərbaycan Respublikasının hazırkı Konstitusiyası ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1995 ci il noyabrın 12 də qəbul olunub, noyabrın 27 də isə qüvvəyə minmişdir
Mən pas
Sizdə deyirsiz ki polis götdü rüşvətdən başqa hessat bilmir 😊 gördüz vot onlar hərəkətdə əla 👍🏼
Polis deyile bu sərəfsizləri tutan DTX di dovlət təhlukəsizlik xidməti
@@kenanbagirov5753 🤣👍🏼👍🏼
Dövlətimizin təhlükəsizlik orqanları var olsun.
Birinci növbədə Dövlət Təhlükəsizliyi Xidməti nəzarət edir
Sonra digər xüsusi xidmət və təhlükəsizlik orqanları
@@computerscience23 hərkəsin öz işi var .. indi bugün Bandodel moda düşüb 😀 sökülər nəyi var