00:00 Giriş 00:23 Niyə bu qədər məşhursunuz? 04:04 Şöhrət xəstəliyi 05:41 Bormutski - Kainat 06:02 Şərhləri oxumuram! 07:28 "Soxucu sözlər, peçat fikirlər" 09:31 Kurtlar Vadisi 10:57 Hansı elektorata xitab edir? 14:01 Həbs olunmağın imicə faydası 15:32 Bahram G - Elə-belə 15:49 Alternativ qazancı və "konvertlər" 18:16 Türk-azərbaycanlı 19:51 Populyarlığın dividendi 20:24 Nikah üçün yaş həddi 22:03 Nənəm 14 yaşında evlənib 26:26 Aygun Kazimova - Nirvana 26:46 Məhbuslara "İkinci şans" 30:36 "Siyasətdə Şou" nədir? 32:08 Din və vətənpərvərlik şou elementidir? 33:09 Kamera önündə namaz qılmaq?! 38:19 Neocortex - Dəniz və qocaman 38:36 Sezenin "Adem ve Hevva" mahnısı 41:31 Əlixanın "Sonuncu şam yeməyi" 44:50 Dövlətin yaradıcılığa müdaxiləsi 46:12 Yaradıcılıq azad olmalıdır? 46:29 Saybu Swag - Lachino Boy 46:37 Call it - Uzaqda qal 47:04 Senzura 52:21 Aisel - Get 52:38 Kişi və qadın təbiəti 55:53 Əhali artımı və Uşaq pulu 01:01:13 Sevda Ələkbərzadə - Söylə, yadındamı? 01:01:31 "Şuşa" KVN komandasının rəzaləti 01:14:29 KVN Rusiyanın mədəni işğalıdır 01:14:49 Tural Abbaslı rusofobdur?! 01:06:36 Hiss - Bela 01:06:58 Zelenski kloundur 01:09:32 Kəramət "butulkanın" layihəsidir 11:13:09 Troll müxalifətçi kimdir? 1:14:04 Üç simpatik müxalifətçi 1:14:24 Nataone - Sevda nədir ki? 1:14:41 Milli keyfiyyət cəfəngiyyatdır?! 1:16:46 Alman xalqı nasistdir! 1:18:09 3 kitab, 3 kino 1:22:40 HEŞBİRİ 1:25:12 Ermənilərlə sülh?! Növbəti qonağım SAYBU SWAG!
Tural Abbaslının bu müsahibəsi siyasətdə ciddi bir fiqur ola bilməyəcəyinin sübutudur. Bu insanın efirlərdə şou yaradan xoşqədəm, zaurlardan heç bir fərgi yoxdur .
Tural Abbaslı kim olursa-olsun çox hazırcavab siyasətçidir. Bunu danmaq olmaz. Adam ən azından əsl müxalifətçi obrazın yerinə yetirir və digər gedə partiyalar kimi milləti ölkəni dağıtmağa səsləmir.
Adam konkret insanın epifiz vəzinə zor tətbiq edir 😂 Belə şey var?) Ürəyim sıxıldı. Həmişə sonuna qədər baxdığım verlişə, yarıdan çox baxa bilmədim. Deyir bizdə heç vaxt zor tətbiq olunmayıb 😂 Nə danışır necə yəni olmuyub? Bir gedin araşdırın görün nə qədər zorakılığa məcbur qalmış, nə qədər “ sən qızsan, qələtini elə! Mən nə dedim o da olacaq!” kimi şüarlar səslənib və təəssüf ki hələdə səslənir. Məsələ bilirsiz nədir?))) Əslində bu gün ki gün, bu adam çox sadə bir şəkildə dedi ki, mən intellektual səviyyəsi aşağı yuxarı olmağına deyil də mənə səs verməsinə daha çox önəm verirəm. Mən reytinq yığıram, ucuz şəkildə diqqətləri öz üzərimə çəkirəm. Mən mənə səs vermələri üçün, 14yaşda birini ərə verəni də dəstəkləyirəm ( hansı ki, o dılqırlar kurtlar vadisinə poh-pohlayaraq baxır), bəhməni də dəstəkliyirəm təki mənə səs verin. Adam konkret deyir hakimiyyəti “çujoy-paxmel” kim gəldi, ələ alım, çalışım otarım. Amma Murad Arif, qəşəng dedi. “Mən tərəddüdlü deyiləm, ona görə də sizə səs vermiyəcəm.” O cümlə vurdu onu, “getti ömrünün axrına kimi” 😁 Nə qədər altından xətt çəkərək dedi ki, mən tutulmuşam. Zonda yatmışam. Nə ilə fəxr edirsən?!) Tutulmaqla?) Anlamıram nəyin təbliğatın aparır həqiqtən. Bir şeydən amma əminəm ki, belələri başçı olmamalıdır. Bir mənalı şəkildə. Elə bu yerdə, Mirzə Ələkbər Sabirin də dediyi kimi “ Övladi vətən qoy hələ avarə dolansın, Çirkabi-səfalətlə əli, başı bulansın, Dul övrət isə sailə olsun, oda yansın, Ancaq mənim avazeyi-şənim uçalsın; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! “ Demokrat belə olmur. Murad Arif, səbirli insansız, sizə halaldır! 😁
@@gbmusic5180 lütfən əsəbləşməyin. Məsələn, mən və mənim kimi onlarla insan bu şəxsi bu veriliş sayəsində daha yaxşı tanıdı. Ordan burdan eşitmişdim. Az çox deyirdim sözünü filan deyən adamdır. Amma indi gördüm ki, siz deyəndəndir. Sizdən rica etsəm o sözü silə bilərsinizmi? 2 səbəbim olacaq. Birincisi, Murad bəyin kütləsində belə şərhləri görmək yaxşı təsir bağışlamır. Nə qədər razılaşsam da. 😁 İkinci məsələ isə bu adam siyasətçidir. Bu sözünüzə görə sizi hüquqi şəkildə məhkəməyə verə bilər. Sizin üçün də xoş olmaz. Təşəkkürlər.)
Ay yazıqlar özünüzün belə görmədiyiniz akademik axtara-axtara akademiklər yıxacaq evinizi. Akademik danışım deyə-deyə heç Azərbaycan dilində tam danışa bilmirsiniz. Danışa bilsəydiniz elə konstitusiyanızı oxuyarsınız.
Elə sizi çapıb talamaq üçün akademik danışmaq bəs edir çünki beyininiz o qədər balacadır və elə şeyi görməyib ki akademik görəndə savadlı olur amma quldur olduğuna baxmırsız.
@@cahangiryusifov4931 get ingiliscə oxumağı öyrən Azərbaycan konstitusiyasını gəlib oxuyarsan. Dəxli bax budur. Ancaq dəxil axtarırsınız. Nəticəni deyəndə də bunun nə dəxli deyirsiniz. Hələ çoox dəxillər axtaracaqsınız tapanda da gec olacaq
Belke de Tural Abbaslının olduğu yegane verilişdir ki, commentlerde “Halal olsun bu oğlana, bize bunun kimi siyasetçiler lazımdır, Allah bu qardaşı qorusun” tipli reyler yazılmayıb. Çünki popumuz var-a baxan adam az-çox analiz apara bilen adamdır. Murad bey verilişde dedi ki, men yazılan reyleri oxuyuram. Çünki adam kontingentinin seviyyesini bilmek isteyir, özü haqda düşünceleri yox.
İlk dəfə Tural Abbaslını bu verlişdə izlədim və dinlədim. Fikirləri sadəcə olaraq boşdur. Daş dövründə yaşamaq istəyir, ancaq, yaxşı ki biz o dövrdə yaşamaq istəmirik.
Tural Abbaslı dan xoşum gəlmirdi!! Murad bəy sayənizdə Tural Abbaslınin cahil azərbaycanlı müəyyən bir kütlənin güzgüsü olduğunu düşündüm təşəkkür edirəm 😇😇😇♥️♥️♥️ Murad bəy həmişəki kimi möhtəşəmsiniz
Tural bəyin səmimiyyətinə inanmıram nədənsə.Sag olun,Murad bəy maraqlı verilişdir.Bu arada aksentiniz əladır.Birdə Erkin Qədirli dəvət etsəniz sevə-sevə izləyərdim.
"Popumuz var"ın RUclipsda yenidən ana səhifəmdə çıxmağı məni sevindirdi. Həvəslə videonu açdım. Video hələ yarıya belə çatmayıb və dayandırıb bu rəyi yazmağı ehtiyac duydum. Tural bəy fikirlərini söylədikcə Murad bəyin üzündəki təəccüb və təəssüflük məndə də yarandı. Bir universitet tələbəsi olaraq onu deyə bilərəm ki, üzdə olan bir siyasətçinin belə fikirlər irəli sürməsi ürəkaçan deyil.
Verlise tam baxdim. Adama cahil desem duz olmaz, savadsiz desem alinmaz. Cemi bir soz deye bilerem cox tehlukeli adamdir.Nebade bu insana guc verile agina, bozuna baxmaz
Bilirsiniz niyə belə yazırsınız, çünki sektorun, bəlli çevrənin eqosunu təmin edəcək sözlər demir. Amma buna baxmayaraq zatən sizin xoşunuza gəlmək üçün danışmayıb. Söz azadlığı var, fikir azadlığı bar Tural Abbaslı da fərqli fikirlər bildirir.
Turaldan ictimai-siyasi fəal olar, siyasətçi və ya partiya rəhbəri yox. Dayı çayxanalarında keçən söhbətin eynisi eləməklə siyasətçi olunmur. Junior Ərdoğan
Tamamilə razıyam. 👍🏻 Nə incəsənət, nə din barədə yetəri qədər bilgisi yoxdur. Ərdoğanın da kim olduğunu, nələr etdiyini görürük. Sezen Aksuya da dediyi sözü 2-3 gün sonra geri çəkdi. Dedi, ona deməmişəm. Aajsksjajaj Bundan prezident filan olmaz. Yenə indiki prezident elədiyini bilir. Adamın savadı yerində, zəkası yerində. Hər nə qədər müxalif olsam da onun yerində olacaq başqa biri də yoxdur. Bir ara bu gündəmə gəldi. Tanıdıqca gördük ki, bu da prezident olacaq qədər böyük insan deyil.
Ölkədə demək olar ki hər şeydə, hər sahədə Türkiyədəkilərə özlərini oxşatmaq tendensiyası var, bir siyasət qalmışdı onu da Tural abbaslı sağolsun. Ağ partiya başqanı 😁
14 yaşında olan qız evləndiriləndə o uşağına nə verəcək?Uşağını necə tərbiyə edəcək? Axı onun özü uşaqdır. Hələ həmin qızın aldığı travmaları demirəm. İnsan özünü dərk etməlidir. Ondan sonra evlənməlidir. Təkcə qızdan söhbət getmir. Oğlanlar belə uşaq vaxtı evləndirilməməlidir. Ümumiyyətlə, bu o qədər böyük bir məsuliyyətdir ki, bunu balaca körpələrin çiyinlərinə qoymaq ağılsızlıqdır.
Murad Arifin həqiqətən düşüncələrinə görə təşəkkür edirik! Arzulayırıq ki, Murad kimi insanlar çoxunluq olun cəmiyyətimizdə. Allah bizi qonağı ideologiyalılarından qorusun.😁
Murad bəy çox sağol bu müsahibəyə və suallara görə . Mənim şəxsi qənaətim - Tural Abbaslı bu müsahibədə özünü sadəcə batırdı. Bu da bizim gənc siyasətçimiz🤦🏻♂️🤦🏻♂️
Tural Abbaslının savadsız, dar düşüncəli(gerizəkalı) olduğunu bilirdim. Verəcəyiniz maraqlı suallara görə baxdım. Murad bəy əhsən sizə tam onun şirəsini çıxardınız verdiyiniz suallarla. Möhtəşəmsiz! Çox peşəkarsız!!!!👍👍👍👍
Men hec vaxt Tural beyin sohbetlerine qulaq asmamisdim. Murad beye gore baxdim proqrama. Tural bey haqda cox sey yazmaq isterdim amma yazmaga hevesim yoxdu. Murad bey lazimi yerlerde cox yaxsi reaksiya verdi Tural beye. Amma yene de maraqli sohbet idi. Her cur insani tanimaq lazimdi
Murad Arif təşəkkürlər maraqlı verlişlərinizə görə. Seçki olsun bir tərəfdə Tural Abbaslı, digər tərəfdə siz olun. Savad, dünya görüşü və demokratik fikirlərinizə gırə Tural bəydənsə sizi seçərəm. Eyyub Yaqubovu görmək istəyərəm verlişdə.
Yazdığı statuslar hərif səhvləri ilə dolu, danışıq küçə uşağı.Allah bu hökumətin bəlasın versin ki, belə dələduzlarla istiqaməti İlhamdan kənara fokuslayır.
Siyasi mövqeyini bir kənara qoyub deyə bilərəm ki, Tural Abbaslı dar düşüncəli, molla təfəkkürlü, anti-demokrat bir canlı varlıqdır. Murada Arif qardaşın səbrinə heyran qaldım.
Bizim hər birimiz canlı varlığıq.Əlavə olaraq əşrəfi məxluqat halından xəbərdar olub mərifətdə irəliyənlər zahiri yaradılışın haqqını verərək Insan olurlar
@@Citizen.M-Ş Kafirlərə nə desək azdır. (Bu arada şərhə düzəliş edirəm aşağıdakı beyin yoxsuluna cavab olaraq, kafir İslama inanmayana deyilir, bu insanlar bir insan sırf Allahın ayələrini dedi deyə onu molla təfəkkürlü deyib qınadı, Quranı müdafiə etdi Tural ancaq və müdafiə etdiyinə görə də tənqidə məruz qaldı, əgər bir kimsə Quranı inkar edirsə kafirdir)) Bu qədər sadə). Onların qəlbləri möhürlüdür. Gərək bir addım atsınlar ki Allah həqiqəti göstərsin. Nəfslərinə o qədər itaət edirlər ki inanc məsələsini kiçiltməyə başlayırlar.
Video boyu Tural Abbaslının siyasətdən danışmağını gözlədim. Belə siyasətçi olmur. Danışıqlarının 90% din idi. Çox ayrimci adamdi. Qadın belə geyinməlidi, kişi belə hərəkət eləməlidi falan filan. Ehhh.....Murad bəy çox gözəl suallar verdi, sayənizdə necə biri olduğunu gördük.
Mən Murad bəyin səbrinə həqiqətən heyran qaldım və demək istəyirəm ki, mənim fikrimcə belə insanların ön plana çıxarılması, seçilib müəyyən mövqelərə yerləşdirilməsi düzgün deyil və məncə əgər Tural Abbaslı seçkilər zamanı qazanarsa bu xalqın vəziyyəti bugünkü halından qat qat daha pis olacaq. Səbəbini izah etməyəcəm çünki çox uzun olacaq
İnanmayın. Kimdir bunu prezident edən? Betərin betərinin nümunəsi. 😂 Qoyun sürüsünün başında mal olmaqdansa, çoban olsa yaxşıdır. Çoban arada birini kəsib yesə də qoyunları saxlaya bilir. Mala sürünü tapşırsan, elə sağa sola baxana qədər sürü qalmaz. 😁
Murad bəy, sizə çox təşəkkür edirəm, çox maraqlı simaları dəvət edirsiz. Tural Abbaslının fikirləri ilə razı deyiləm. Onun publikası, bayağı mahnılara qulaq asıb, çayxanalarda siyasət "çeynəyən" insanlardır. 14 yaşında qızın evlənməyinə gələndə isə, Tural bəy avropada 14 yaşlı qız cinsi həyat yaşayır, ərə gedib uşaq doğub, ana olmur. Qaynata, qaynana, baldız nazı çəkmir. Bir ailəyə "gəlinlik" edib, uşaq tərbiyyə etmir. Bir Azərbaycan qadını olaraq, mən səsvermə hüququ belə olmayan insanların evlənməyinə qarşıyam. Azərbaycan qadını, işləyib öz pulunu qazanıb, özünə həyat yoldaşı seçə biləcək şüurda olanda ailə qurmalıdır.
@@CavidHacibeyli Tural Abbaslının tərəfini niyə bu qədər tutursunuz? Məgər onun siyasət üçün orta statistik bir adamdan artıq olmadığını anlamaq bu qədər çətindir?
@@apolsus6925 sizə dəxlisi var sizi niyə narahat edir ki Tural Abbaslı nin belə sevilməsi? Güya biz və Tural bəy çox sevir o şəxsi? Kimsə kimisə sevməyə məcbur deyil aramızdakı əsas fərq biz hörmət qoymaği bacarırıq siz lağ etməyi başqalarının fikirlərinə bu aramızdakı fərqi göstərir
Ay yazıqlar özünüzün belə görmədiyiniz akademik axtara-axtara akademiklər yıxacaq evinizi. Akademik danışım deyə-deyə heç Azərbaycan dilində tam danışa bilmirsiniz. Danışa bilsəydiniz elə konstitusiyanızı oxuyarsınız. Meyxanaya da qalsa dövrümüzun müasirlərinin ən tanınmışı Vüqar Biləcəri yazdığı şeirlərin dərinliyi qədər söz deyə bilməzsiniz
Tural namazı təbliğ etmək haqda danışanda ürəyimdə dedim ki, "sən videoya namaz qıldığını çəkib qoyanda heç kəs namaza gəlməyəcək, çünki bu çağırış deyil. Sən özünü reklam edirsən, namazı yox". Elə bu an Murad Arif beynimi oxudu sanki 😀
@@faridhuseynov4934 ne bayram nurlunun videpsuna baxan onun getditi yolu getmir,nede Turalin Namaz qilmagina baxan adam,Tural qilur deye Namaza başlamir.Tebligat deyil bu.
Tural Abbaslının cahilliyini üzə çıxardınız. Bu verilişə qədər Tural bəyi İQ səviyyəsi yüksək biri kimi tanıyırdım. Murad bəy sizə çox təşəkkür edirəm belə veriliş üçün.
Bilirsiniz niyə belə yazırsınız, çünki sektorun, bəlli çevrənin eqosunu təmin edəcək sözlər demir. Amma buna baxmayaraq zatən sizin xoşunuza gəlmək üçün danışmayıb. Söz azadlığı var, fikir azadlığı bar Tural Abbaslı da fərqli fikirlər bildirir.
Murad bəy salam...sizin verilişinizə və şəxsiyyətinizə böyük hörmətim var...amma sizin məşhurluğunuz və uğurunuzun da səbəbkarı Allahdır...təbii plus sizin bacarığınız və savadınız...
Tural Abbaslını tanıtdığınız üçün (cəmiyyətə) təşəkkür düşür sizə. Tik-tokla hakimiyyətə gəlinmir, 14 yaşlı uşağın evliliyinə normal baxılması ilə, senzuraya okey verməsi və s uzatmaq olar. (2013-cü ildən tanıyıram)
Avropada 14 yaşlı qızın cinsi əlaqəsinə dövlət icazə verir. Adicənə Azərbaycanda 13-14-15 yaşlı qızların nə qədər hissəsi var nə hoqqalardan çıxır. Bunlara yaxşı baxarsınız amma siz. Sizin kimilərin əsl məqsədi də budur.
@@anarabdulla2427 Bizim məqsədimiz kainatın yaradılış məqsədidir)) Bu kainatı yoxdan xəlq edib xüsusi nizam intizam qoyan rəbbimizin qanunları ilə yaşamaqdır məqsədimiz. Biz sonsuz güc qüvvət sahibinə sizi, məni, varlığı yaradana, güvənib danışırıq siz isə dağılması an məsələsi olan ideologiyanıza. Fironun, Nəmrutun dağlar qədər sərvəti var idi. Aləmlərin rəbbinə qarşı çıxdılar indi hardadırlar onlar? Mən deyim, haqq olan yerdə. Mən sizi o günü üzü ağ olanlardan olmağa dəvət edirəm. Bura kimi oxudunuzsa təşəkkür edirəm, Allaha əmanət.
@@heczad62728 oxumağına oxudum amma yazınız uzun və molla ağzıdır. Azərbaycanda sizin kimi düşünən insan(lar) hakimiyyətə gəlsə vay bizim halımıza. Şəriət dövləti olan ölkə(lərə) baxın və digərləri ilə müqayisə edin. Təhsil, sosial məsələlər və s. Təşəkkür edirəm :)
@@anarabdulla2427 Deyəsən tarix oxumamısınız. Əvvəla indiki ölkələrə gələndə şəriət dövləti yoxdur hal-hazırda. Əgər gözünüz şəriət ölkəsi axtarırsa 8-ci əsr ərəb xilafətinə baxsın. Avropa cəhalət içində batarkən müsəlman ərəblər İspaniyanı fəth edib cəhalətdən qurtardı. Gedin 8-ci əsr İspaniyasına baxın. Halbuki bütün Avropa inkvizasiya caynağında batırdı)) İspaniya ərəblərin hakimiyyəti dövründə, Avropada qaranlıq küçələr üçün ilk lampalar salındı. Məscidlərlə bərabər kitabxanalar açıldı, Avropada elmin, mədəniyyətin yayılmasının ilk mərhələləri bu dövrə təsadüf edir. Digər dövrlərdə Birinci səlib yürüşündə 96-99 Qüdsü tutub mədəniyyətini tanımağa başladılar, ən sonda Səlib yürüşləri nəticəsində Avropalılar kağız, barıt və kompası bizdın öyrəndilər? ipək parça, dəmir, dərman, ətir, güzgü istehsalı öyrəndilər. Etiket və gigiyenanl mənimsədilər, hamam ilk dəfə dəbə düşdü və daha çox. Hələ gələcək dövrdə Osmanlıdan öyrəndiklərini demirəm. İslam sivilizasiyasını gördüyüvüzə görə danışırsınız amma biz müsəlmanların böyük tarixindən xəbəriniz yoxdur.))
Siyasət haqqında heç bir fikri yoxdur. Sadəcə gündəmdə olan mövzulardan hype yığır. Fərqi yoxdur, mövzu nədir. Mədəniyyət, idman, müharibə, Avroviziya təmsilçilərimiz, mental dəyərlər. Aləmi qatıb bir-birinə, özü də bilmir nə danışır.
@@turkanhasanova1786 Xanım, bunlar o adamın trollarıdır. "Gecənin sehri" çayxanasında yığışırlar, axşam da gedib kommentlərlə reytinq yüksəldirlər buna ))
İlk dəfədi bu verilişe baxanda əsəbləşdim və hər dəqiqə saata baxaraq vaxtimin nece boş yere getdiyinə heyfsləndim. Qabaga çəkərək baxdim ilk dəfə bu verilişə.
@@mixvideo3762 mən deyim niyə dəyişdiyini. 14yaşında evlilik uşaq cinayətidi indi gəlib deyir öz razılığı varsa normaldı niyə də olmasın. Uşaq oxuyub oynayacağı yaşda evlənməməlidi. Təkcə bu fikir belə bəs edir başqa şeyləri demirəm hələ. Mənim də simpatiyam varıydı ancaq indi əksinə döndü bir çox fikrim dedikləri yarısı doğru olsa da yarısı çox ziddiyətlidi.
@@Aiselzadeh ele demedi qaqas. Sen ardina diqqetle qulaq as dediki men heckesin aile isine qarisa bilmerem. Ve dediki qanunla icaze yoxdusa olmaz. Adam o boyda soz adinisib icinden 1kelme secib yazmaq duz cixmir axi. En heckesin terefdari deyilem sadece cox kommentde bunu esas goturub agzina geleni yaziblar bu oglana. Ama onun cox fikirleri varki heyata keciren olsa millet normal nefes almaga basliyar.
Insan partiya bashqanidir, ne siyasetden, ne tarixden anlayishi var, hele bashqa saheleri demirem. Deyir coxluq ne vaxt sehf qerar verib (sehv olub) ki. Hemen o coxluq Almaniyada nasistlere ses verib, Hitleri hakimiyyete getirib de 100 il once 🤦♂
Uğurlar olsun Tural Abbaslıya. Mən də müharibə veteranıyam, Allah Tural bəyin qardaşına, şəhidlərimizə rəhmət eləsin. Indiki şəraitdə siyasətçi kimi fəaliyyət göstərmək çətindir, çünki toplumda fərqli fikirlər çoxdur.
Pyotr Poroşenko, Volodimir Zelenski və Ukrayna xalqı haqqında "siyasətçimizin" sözləri: "şokolad satanı gətirdilər Krım getdi, klounu gətirdilər ölkənin müstəqilliyi gedir". P.S. Bu fikirləri deyən insan ya cahildir, yada avantürist...
Verilən cavablardan fərqli olaraq suallar çox dəyərli idi. Hakimiyyətə gəlmək istəyən siyasətçinin qəti mövqeyi olmalıdır.Tural bəyin verdiyi cavablar bir biri ilə uzlaşmırdı. Yanaşmaları demokrat yanaşması deyil.Yaxşı ki, hakimiyyətdə deyilsiniz.
Murad sənə halal olsun.hər bir mövzuda fikirlərin çox tolerant ve adekvatdir. Turalin isə siyasətçi kimi necə biri olduğu zatən bəlli idi. Klounların dırnağı belə ola bilməz. Əsas odu riyakar olmayasan.
Elə bil bir adamın nəslində yetkinlik yaşına çatmamış qızlar öz istəyi ilə ərə gedirsə, deməli, bu digər ailələrdə də belədi. Bu adam günümüzdəki zorla evləndirilmə, təcavüz, zorakılıq kimi problemləri bilərək bu sözləri dilinə gətirir. Bu sözləri eşidən zorla evləndirilmiş qızın nələr yaşayacağını düşünə bilməyəcək dərəcədə dar düşüncəli bir insandı. Bu insanı tərifləyənlər hansı aləmdə yaşayırlar, beyin həcmləri nə qədərdi çox maraqlı gəlir mənə.
@A. B əslində, mən də bir şərhə cavab yazırdım. Amma sonra düşündüm ki, bu zehniyyətdə olan adamın fikrini dəyişmək mümkün olmayacaq onsuz da. Öz fikirlərini müdafiə edəcək. Ona görə də heç yazmadım.
Bu Tural nə komik adamdır. Özünü biabır etdi. Yaxşı ki verilişinizə çağırıb daxili dünyasını açıb xalqa çatdırdınız. Ağlı başında olan, bir balaca intellekti olan adam bu dırnaqarası siyasətçini o dəqiqə iqnor edər. Iraq eləsin, sabah bu adam hakimiyyətə gəlsə ölkəni ya Venesuelaya, ya da Əfqanıstana döndərər.
yaxwi insan ola biler amma siyasetci kimi cox berbad siyasetcidi. 14 yawli qiz uwaginin evlendirilmesi, edami desdeklemek ve s. ve s. dewet cox yanliw duwunduyu weyler var.
Murad bəyin fikirlərini çox bəyənirəm. Eşq olsun ona. Tural bəyin fikirləri ilə isə heç razılaşmıram, amma onu da alqışlayıram ki, öz fikirlərini cəsarətlə səsləndirir. Maraqlı müzakirə oldu. Təşəkkürlər.
2 года назад+12
Ərdoğanın Azərbaycan versiyası. Ümid edirəm, xalq bu tip geniş düşüncəli insanı indiki hakimiyyətdən sonra seçməz.
Ilk defedi Bu Tural "muellim"-in danişigina bele etrafli qulaq asdim. Hiss edirmiş kimi baxmirdim demeli)))) Çox geri dusunceli ,lazimsiz ,keyfiyyetsiz adamdi. Çox sağ ol Murad bey her şey gore
Tural Abbaslı hər bir suala yerində və səmimiyyətlə cavab verib. Düşünürəm ki, möhtəşəm bir müsahibə olub. Hər zaman bu insanı səmimi tanımışıq, bu bir daha bu müsahibədə sübut olundu
26:26-dan sonrasına baxmağı özümə vaxt israfı kimi görüb baxmıram, 14 yaşında qızın evlənməsini normal qarşılayan insanın heç bir fikri məndə ona qarşı yaxşı fikir formalaşdıra bilməz. Cəmiyyətdə pərəstişkarları olan insanların belə düşünməsi və ən əsası “belə” düşüncələrini açıq şəkildə deməsi necə acınacaqlıdır!!!!!
00:00 Giriş
00:23 Niyə bu qədər məşhursunuz?
04:04 Şöhrət xəstəliyi
05:41 Bormutski - Kainat
06:02 Şərhləri oxumuram!
07:28 "Soxucu sözlər, peçat fikirlər"
09:31 Kurtlar Vadisi
10:57 Hansı elektorata xitab edir?
14:01 Həbs olunmağın imicə faydası
15:32 Bahram G - Elə-belə
15:49 Alternativ qazancı və "konvertlər"
18:16 Türk-azərbaycanlı
19:51 Populyarlığın dividendi
20:24 Nikah üçün yaş həddi
22:03 Nənəm 14 yaşında evlənib
26:26 Aygun Kazimova - Nirvana
26:46 Məhbuslara "İkinci şans"
30:36 "Siyasətdə Şou" nədir?
32:08 Din və vətənpərvərlik şou elementidir?
33:09 Kamera önündə namaz qılmaq?!
38:19 Neocortex - Dəniz və qocaman
38:36 Sezenin "Adem ve Hevva" mahnısı
41:31 Əlixanın "Sonuncu şam yeməyi"
44:50 Dövlətin yaradıcılığa müdaxiləsi
46:12 Yaradıcılıq azad olmalıdır?
46:29 Saybu Swag - Lachino Boy
46:37 Call it - Uzaqda qal
47:04 Senzura
52:21 Aisel - Get
52:38 Kişi və qadın təbiəti
55:53 Əhali artımı və Uşaq pulu
01:01:13 Sevda Ələkbərzadə - Söylə, yadındamı?
01:01:31 "Şuşa" KVN komandasının rəzaləti
01:14:29 KVN Rusiyanın mədəni işğalıdır
01:14:49 Tural Abbaslı rusofobdur?!
01:06:36 Hiss - Bela
01:06:58 Zelenski kloundur
01:09:32 Kəramət "butulkanın" layihəsidir
11:13:09 Troll müxalifətçi kimdir?
1:14:04 Üç simpatik müxalifətçi
1:14:24 Nataone - Sevda nədir ki?
1:14:41 Milli keyfiyyət cəfəngiyyatdır?!
1:16:46 Alman xalqı nasistdir!
1:18:09 3 kitab, 3 kino
1:22:40 HEŞBİRİ
1:25:12 Ermənilərlə sülh?!
Növbəti qonağım SAYBU SWAG!
Mehman Hüseynov gəlsin
Axrki Saybu gəlir❣Rəşad dağlı,Ramiz Rövşən,Rəvan Bağırov,Rəşad Sadıqov,Mirşahin çağırlsa🤌
Saybu Swag 🔥🔥
Ramiz Rövşən !!))))
Saybu swag gelsin
Murad bu verilişə görə çox sağol. Bu verilişdə bənzətmələr çox oldu) Birinidə mən edim)
Məncə Tural müğənni olsaydı ən çox toyu olardı.
Buda öz sahəsinin manısıdıda yani)
Saxta hesablarla yazan trol hesabla uazaraq guya Tural Abbaslını aşağılayacağınızı düşünürsünüz. 🤦
@@CavidHacibeyli 😂😂😂
@@CavidHacibeyli 😂😂😂😂🍆
@@CavidHacibeyli 1.3 min trol hesab var onda?
Bizim ölkəmizde bu cür programların olmağı meni çox sevindirir.
Amma çox gec yayım edirlər çox gec paylaşırlar
ruclips.net/video/9IwCFV8cJD4/видео.html
Program yaxşıdı amma qonag🤮
Tural Abbaslının bu müsahibəsi siyasətdə ciddi bir fiqur ola bilməyəcəyinin sübutudur. Bu insanın efirlərdə şou yaradan xoşqədəm, zaurlardan heç bir fərgi yoxdur .
Xoşqədəm maraqlıdır heç olmazsa 😂😂
Çox doğru təsbitdir!
Biraz gec de olsa yaxwiki anladi insanlar bunu
Bu Zaur baxşəliyev də ola bilməz bu olsa olsa uyyyyyy Zaur ola bilər
Tural Abbaslı kim olursa-olsun çox hazırcavab siyasətçidir. Bunu danmaq olmaz. Adam ən azından əsl müxalifətçi obrazın yerinə yetirir və digər gedə partiyalar kimi milləti ölkəni dağıtmağa səsləmir.
İrad, təklif və təəssüratlarınızı şərhlərdə MÜTLƏQ yazın.
Sizin şərhləriniz, abunəniz layihəni aktual saxlayır və bizi həvəsləndirir.
Hörmətlə ma.✌️
Əgər ma Murad Arif'in baş hərfləridirsə böyük hərflə yazmağınız düzgün olmazdı?
Əgər başqa anlam daşıyırsa cahilliyimə verin)
Tural çox qeyri-ciddi insandır və şou, teatr göstərdiyini hər cümləsində savadsızcasina göstərir.
Adam konkret insanın epifiz vəzinə zor tətbiq edir 😂 Belə şey var?) Ürəyim sıxıldı. Həmişə sonuna qədər baxdığım verlişə, yarıdan çox baxa bilmədim. Deyir bizdə heç vaxt zor tətbiq olunmayıb 😂 Nə danışır necə yəni olmuyub? Bir gedin araşdırın görün nə qədər zorakılığa məcbur qalmış, nə qədər “ sən qızsan, qələtini elə! Mən nə dedim o da olacaq!” kimi şüarlar səslənib və təəssüf ki hələdə səslənir. Məsələ bilirsiz nədir?))) Əslində bu gün ki gün, bu adam çox sadə bir şəkildə dedi ki, mən intellektual səviyyəsi aşağı yuxarı olmağına deyil də mənə səs verməsinə daha çox önəm verirəm. Mən reytinq yığıram, ucuz şəkildə diqqətləri öz üzərimə çəkirəm. Mən mənə səs vermələri üçün, 14yaşda birini ərə verəni də dəstəkləyirəm ( hansı ki, o dılqırlar kurtlar vadisinə poh-pohlayaraq baxır), bəhməni də dəstəkliyirəm təki mənə səs verin. Adam konkret deyir hakimiyyəti “çujoy-paxmel” kim gəldi, ələ alım, çalışım otarım. Amma Murad Arif, qəşəng dedi. “Mən tərəddüdlü deyiləm, ona görə də sizə səs vermiyəcəm.” O cümlə vurdu onu, “getti ömrünün axrına kimi” 😁 Nə qədər altından xətt çəkərək dedi ki, mən tutulmuşam. Zonda yatmışam. Nə ilə fəxr edirsən?!) Tutulmaqla?) Anlamıram nəyin təbliğatın aparır həqiqtən. Bir şeydən amma əminəm ki, belələri başçı olmamalıdır. Bir mənalı şəkildə. Elə bu yerdə, Mirzə Ələkbər Sabirin də dediyi kimi “ Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?! “ Demokrat belə olmur. Murad Arif, səbirli insansız, sizə halaldır! 😁
Kərim Abini qonaq kimi dəvət etsəz, əla olar.
@@gbmusic5180 lütfən əsəbləşməyin. Məsələn, mən və mənim kimi onlarla insan bu şəxsi bu veriliş sayəsində daha yaxşı tanıdı. Ordan burdan eşitmişdim. Az çox deyirdim sözünü filan deyən adamdır. Amma indi gördüm ki, siz deyəndəndir.
Sizdən rica etsəm o sözü silə bilərsinizmi?
2 səbəbim olacaq. Birincisi, Murad bəyin kütləsində belə şərhləri görmək yaxşı təsir bağışlamır. Nə qədər razılaşsam da. 😁
İkinci məsələ isə bu adam siyasətçidir. Bu sözünüzə görə sizi hüquqi şəkildə məhkəməyə verə bilər. Sizin üçün də xoş olmaz. Təşəkkürlər.)
Tural dayılarımızın,qaqalarımızın ictimai səsidir (!)
Həmin o məşhur "peçat videolar"ın fenomeni
Ay yazıqlar özünüzün belə görmədiyiniz akademik axtara-axtara akademiklər yıxacaq evinizi. Akademik danışım deyə-deyə heç Azərbaycan dilində tam danışa bilmirsiniz. Danışa bilsəydiniz elə konstitusiyanızı oxuyarsınız.
Elə sizi çapıb talamaq üçün akademik danışmaq bəs edir çünki beyininiz o qədər balacadır və elə şeyi görməyib ki akademik görəndə savadlı olur amma quldur olduğuna baxmırsız.
@@windows5180 o qeder siyaset gormemisiz ki, nazirleri tenqid eden adami siyasetci hesab edirsiz.
@@windows5180 heç nə yox, Azərbaycanca danışmağın konstitutsiya oxumağa nə dəxli var? Elə Tural Abbaslı ağıldasınız🤦♂️
@@cahangiryusifov4931 get ingiliscə oxumağı öyrən Azərbaycan konstitusiyasını gəlib oxuyarsan. Dəxli bax budur. Ancaq dəxil axtarırsınız. Nəticəni deyəndə də bunun nə dəxli deyirsiniz. Hələ çoox dəxillər axtaracaqsınız tapanda da gec olacaq
Umid ediremki bu insanin eline cox selahiyyet verilmez
Bu neçəki müxalif simasında hökumətin trolluğunu edir,buna səlahiyyət verilməsi gözləniləndi
Belke de Tural Abbaslının olduğu yegane verilişdir ki, commentlerde “Halal olsun bu oğlana, bize bunun kimi siyasetçiler lazımdır, Allah bu qardaşı qorusun” tipli reyler yazılmayıb. Çünki popumuz var-a baxan adam az-çox analiz apara bilen adamdır. Murad bey verilişde dedi ki, men yazılan reyleri oxuyuram. Çünki adam kontingentinin seviyyesini bilmek isteyir, özü haqda düşünceleri yox.
Sizin özünüzdə çox maraqlı personajsınız. Meyxana ilə Kəramətə Kurtlar vadisi ilə Sevda Ələkbərzadəyə abunə olmaq.Maraqlıdı
Veriliş başlamazdan, seyircisi gəlmədən doluşmuşdular bura trolları, bir görəydiniz.
Reallıq var komentlərdə
TROLL ABBASLI
@@Mr72645 onların arasında hansı ziddiyət varki?
İlk dəfə Tural Abbaslını bu verlişdə izlədim və dinlədim. Fikirləri sadəcə olaraq boşdur. Daş dövründə yaşamaq istəyir, ancaq, yaxşı ki biz o dövrdə yaşamaq istəmirik.
Bəzi Dini inancları nəzərdə tutursansa. Daş dövrü deməyin çox mədəniyyətsizlik hörmətsizlik olar.
@@noaverage9624 yalan 1 dəfə deyiləndə yalan olaraq qalır, min dəfə deyiləndə artıq ona "yalan" demək "hörmətsizlik" etməyə çevrilir.
Tural Abbaslı dan xoşum gəlmirdi!! Murad bəy sayənizdə Tural Abbaslınin cahil azərbaycanlı müəyyən bir kütlənin güzgüsü olduğunu düşündüm təşəkkür edirəm 😇😇😇♥️♥️♥️ Murad bəy həmişəki kimi möhtəşəmsiniz
Tural bəyin səmimiyyətinə inanmıram nədənsə.Sag olun,Murad bəy maraqlı verilişdir.Bu arada aksentiniz əladır.Birdə Erkin Qədirli dəvət etsəniz sevə-sevə izləyərdim.
İnanmıram deyəndə Məzahir Pənahovun saxta muxiləridi də
Tural konkret göte girendi. Pox iyi verir.
Mən əminəm ki erkin qədirlinin də səmimiyyətine inanırsız erkin troll.abaslinin bir az aristokrat variantıdır
Avam insanları aldada bilər bu. Artist bu adam
@@yalcnxasyev5848 Mən bu insanın səmimiliyinə siyasətdən anlayan biri olaraq əminəm. İndi ancaq avam demisiniz axı, aha buyurun avamlığımı sübut edin.
Tural Abbasli əsl hakimiyyətin isdədiyi muxalifətcidi.)
Yalans fransuzki ilan vursun dilünnən
"onu onlar yaradib, allah yox". yazin bir yere ))
"Popumuz var"ın RUclipsda yenidən ana səhifəmdə çıxmağı məni sevindirdi. Həvəslə videonu açdım. Video hələ yarıya belə çatmayıb və dayandırıb bu rəyi yazmağı ehtiyac duydum. Tural bəy fikirlərini söylədikcə Murad bəyin üzündəki təəccüb və təəssüflük məndə də yarandı. Bir universitet tələbəsi olaraq onu deyə bilərəm ki, üzdə olan bir siyasətçinin belə fikirlər irəli sürməsi ürəkaçan deyil.
Məsələn hansı fikirlər ?
@@MrOrxanaze bir cox fikirler.Lider olmaq isteyen birinin bu cur fikirde olmaqi teessuf doqurur.
Azərbaycanda hakimiyyətdə qalmağa nə var ki? Tural Abbaslı kimi bir müxalifət yaradırsan, sonra camaat baxır deyir elə bunnansa İlham Əliyev yaxşıdır)
Hakimiyyət o praktikadan lazımınca istifadə edir, ancaq Tural Abbaslı məncə bunlardan deyil. Cəmiyyət bu adamı qucaqlıyır.
@@uwp4779 bir qrup dunyadan bixeber insanlar qucaqlayir. Tural abbasli ne ferd kimi ne siyasetci kimi normal insan duwuncesine sahib deyil.
@@uwp4779 okay troll
@@RoyZASTEROiD kloundu bu
Verlise tam baxdim. Adama cahil desem duz olmaz, savadsiz desem alinmaz. Cemi bir soz deye bilerem cox tehlukeli adamdir.Nebade bu insana guc verile agina, bozuna baxmaz
Junior Erdoğan!!
Aşağı bücceli Erdoğan(
“O da bir cür xiyardi” deyirler e, dil tapib danisa bilirsen, amma basindan agri qalxir.
Bilirsiniz niyə belə yazırsınız, çünki sektorun, bəlli çevrənin eqosunu təmin edəcək sözlər demir. Amma buna baxmayaraq zatən sizin xoşunuza gəlmək üçün danışmayıb. Söz azadlığı var, fikir azadlığı bar Tural Abbaslı da fərqli fikirlər bildirir.
Abdulgasim aliyev, bunun təhlükəli olduğunu sezib söyləmək, vətənə xidmət sayılır.əhsən sizə 👏
Turaldan ictimai-siyasi fəal olar, siyasətçi və ya partiya rəhbəri yox. Dayı çayxanalarında keçən söhbətin eynisi eləməklə siyasətçi olunmur. Junior Ərdoğan
Tamamilə razıyam. 👍🏻
Nə incəsənət, nə din barədə yetəri qədər bilgisi yoxdur. Ərdoğanın da kim olduğunu, nələr etdiyini görürük. Sezen Aksuya da dediyi sözü 2-3 gün sonra geri çəkdi. Dedi, ona deməmişəm. Aajsksjajaj
Bundan prezident filan olmaz.
Yenə indiki prezident elədiyini bilir. Adamın savadı yerində, zəkası yerində. Hər nə qədər müxalif olsam da onun yerində olacaq başqa biri də yoxdur. Bir ara bu gündəmə gəldi. Tanıdıqca gördük ki, bu da prezident olacaq qədər böyük insan deyil.
+1
Ölkədə demək olar ki hər şeydə, hər sahədə Türkiyədəkilərə özlərini oxşatmaq tendensiyası var, bir siyasət qalmışdı onu da Tural abbaslı sağolsun. Ağ partiya başqanı 😁
@@ali-hasan0vv İlham Əliyev alfadı 😄✨
Dözümünüz üçün təşəkkürlər, Murad bəy. Sizi daha da çox tanıdım. Yaxın fikirlərimizin daha çox olduğunu görürəm.
Artıq söz deməmək üçün gücnən saxlıyırdı özünü Murad bəy)
ruclips.net/user/shortsEexhN03iKxs?feature=share💯💯💯
İzləyərkən bir xeyli KNOCKOUT! dedizdirdiz Murad bəy Əhsən çox sağolun.
"Popumuz var" layihəsinin yenidən işə düşməsi məni çox sevindirir.
14 yaşında olan qız evləndiriləndə o uşağına nə verəcək?Uşağını necə tərbiyə edəcək? Axı onun özü uşaqdır. Hələ həmin qızın aldığı travmaları demirəm. İnsan özünü dərk etməlidir. Ondan sonra evlənməlidir.
Təkcə qızdan söhbət getmir. Oğlanlar belə uşaq vaxtı evləndirilməməlidir. Ümumiyyətlə, bu o qədər böyük bir məsuliyyətdir ki, bunu balaca körpələrin çiyinlərinə qoymaq ağılsızlıqdır.
Siz nə qədər dar düşüncəli imişsiniz, Tural Abbaslı!
Nə yaxşı ki sizin veriliş qayıtdı👏👏👏
Popumuz var'da hələ belə dar düşüncəli bir qonaq olmamışdı...
Dar dusunce deyende neyi nezerde tutursan?
Bu şou proqramlara şoumen çağırılır da)))
Eynən
heqiqeten de, dunyadan xebersiz, dar, usaq-usaq, aa seninki balacadi , menimki boyukdu dusunceli biridiye. top veresen arxa bagcada oynasin
Amma pop da olmamişdi . İndi oldu 😃
Murad Arifin həqiqətən düşüncələrinə görə təşəkkür edirik! Arzulayırıq ki, Murad kimi insanlar çoxunluq olun cəmiyyətimizdə. Allah bizi qonağı ideologiyalılarından qorusun.😁
😂
Murad bəy çox sağol bu müsahibəyə və suallara görə . Mənim şəxsi qənaətim - Tural Abbaslı bu müsahibədə özünü sadəcə batırdı. Bu da bizim gənc siyasətçimiz🤦🏻♂️🤦🏻♂️
Neynen batirdi ozunu?
Tural Abbaslının savadsız, dar düşüncəli(gerizəkalı) olduğunu bilirdim. Verəcəyiniz maraqlı suallara görə baxdım. Murad bəy əhsən sizə tam onun şirəsini çıxardınız verdiyiniz suallarla.
Möhtəşəmsiz!
Çox peşəkarsız!!!!👍👍👍👍
Men hec vaxt Tural beyin sohbetlerine qulaq asmamisdim. Murad beye gore baxdim proqrama. Tural bey haqda cox sey yazmaq isterdim amma yazmaga hevesim yoxdu. Murad bey lazimi yerlerde cox yaxsi reaksiya verdi Tural beye. Amma yene de maraqli sohbet idi. Her cur insani tanimaq lazimdi
Sizin videolarda hələ bu qədər əsəbi 1.5 saat keşirmədim. Uğurlar... Sizin yerinizə mənim səbrim tükəndi...
Murad Arif təşəkkürlər maraqlı verlişlərinizə görə. Seçki olsun bir tərəfdə Tural Abbaslı, digər tərəfdə siz olun. Savad, dünya görüşü və demokratik fikirlərinizə gırə Tural bəydənsə sizi seçərəm. Eyyub Yaqubovu görmək istəyərəm verlişdə.
Ölkə iqtidarı bu adamın əlinə keçdiyi gün ölkəni tərk edərəm. Ölkənin təməlini yerlə yeksan edər. İnanmıram
Eynən
İndi çoxmu yaxşıdır sizcə ?
Diyesen indi milletimiz bir eli balda bir elide qaymagdadi
Adam siyasi "molladı".
Yazdığı statuslar hərif səhvləri ilə dolu, danışıq küçə uşağı.Allah bu hökumətin bəlasın versin ki, belə dələduzlarla istiqaməti İlhamdan kənara fokuslayır.
Ülvi hisslər, ülvi duyğular niyəsə gizlin qalanda daha ağır və daha dəyərli olur.
#respect
Siyasi mövqeyini bir kənara qoyub deyə bilərəm ki, Tural Abbaslı dar düşüncəli, molla təfəkkürlü, anti-demokrat bir canlı varlıqdır. Murada Arif qardaşın səbrinə heyran qaldım.
Bizim hər birimiz canlı varlığıq.Əlavə olaraq əşrəfi məxluqat halından xəbərdar olub mərifətdə irəliyənlər zahiri yaradılışın haqqını verərək Insan olurlar
Nə qədər dar düçüncəlisən,sənə görə Allaha bağlı olan molla təfəkkürlüdür.
@@Citizen.M-Ş Kafirlərə nə desək azdır. (Bu arada şərhə düzəliş edirəm aşağıdakı beyin yoxsuluna cavab olaraq, kafir İslama inanmayana deyilir, bu insanlar bir insan sırf Allahın ayələrini dedi deyə onu molla təfəkkürlü deyib qınadı, Quranı müdafiə etdi Tural ancaq və müdafiə etdiyinə görə də tənqidə məruz qaldı, əgər bir kimsə Quranı inkar edirsə kafirdir)) Bu qədər sadə). Onların qəlbləri möhürlüdür. Gərək bir addım atsınlar ki Allah həqiqəti göstərsin. Nəfslərinə o qədər itaət edirlər ki inanc məsələsini kiçiltməyə başlayırlar.
Adam fikirin bildirib kafir çıxartmısınız.Sonra “inancımıza hörmət eləyin” deyib ağlamayın olar?Heçkimin fikrinə hörmət qoymayıb,hörmət istəməyin.
Tural hökumətin itidi. Artıq xalq ayılıb, buna inanan yoxdu
Video boyu Tural Abbaslının siyasətdən danışmağını gözlədim. Belə siyasətçi olmur. Danışıqlarının 90% din idi. Çox ayrimci adamdi. Qadın belə geyinməlidi, kişi belə hərəkət eləməlidi falan filan. Ehhh.....Murad bəy çox gözəl suallar verdi, sayənizdə necə biri olduğunu gördük.
Çünki Murad Arif Tural bəyə siyasətdən sual vermədi. Məqsədi fə zatən siyasi müzakirə deyildi. Çünki siyasi müzakirə sərf etmir
@@CavidHacibeyli siyasi muzakireni siyasetci ile ederler, turalla yox.
Ən maraqlı buraxılışlardan biri idi. Təşəkkürlər
Mən Murad bəyin səbrinə həqiqətən heyran qaldım və demək istəyirəm ki, mənim fikrimcə belə insanların ön plana çıxarılması, seçilib müəyyən mövqelərə yerləşdirilməsi düzgün deyil və məncə əgər Tural Abbaslı seçkilər zamanı qazanarsa bu xalqın vəziyyəti bugünkü halından qat qat daha pis olacaq. Səbəbini izah etməyəcəm çünki çox uzun olacaq
İnanmayın. Kimdir bunu prezident edən?
Betərin betərinin nümunəsi. 😂
Qoyun sürüsünün başında mal olmaqdansa, çoban olsa yaxşıdır. Çoban arada birini kəsib yesə də qoyunları saxlaya bilir. Mala sürünü tapşırsan, elə sağa sola baxana qədər sürü qalmaz. 😁
Murad ozu siyasete girisse turaldan qatbaqat artig olar
@@Ilkinqadirov adam bir tərəfdən maşın sürür ama yenə də məntiqli danışırdı Turaldan djdkdnd
tam raziyam Ilhama sukur oxuyariq
Tbrz ,haqlısınız
Murad bəy, sizə çox təşəkkür edirəm, çox maraqlı simaları dəvət edirsiz. Tural Abbaslının fikirləri ilə razı deyiləm. Onun publikası, bayağı mahnılara qulaq asıb, çayxanalarda siyasət "çeynəyən" insanlardır. 14 yaşında qızın evlənməyinə gələndə isə, Tural bəy avropada 14 yaşlı qız cinsi həyat yaşayır, ərə gedib uşaq doğub, ana olmur. Qaynata, qaynana, baldız nazı çəkmir. Bir ailəyə "gəlinlik" edib, uşaq tərbiyyə etmir. Bir Azərbaycan qadını olaraq, mən səsvermə hüququ belə olmayan insanların evlənməyinə qarşıyam. Azərbaycan qadını, işləyib öz pulunu qazanıb, özünə həyat yoldaşı seçə biləcək şüurda olanda ailə qurmalıdır.
Murad, seni sevirem. Halaldi sene. Sevmediyin o qeder bellidi ki amma buna regmen durushun ela idi.🙏🏼💖
Sevmədiyin deyəndə ki, özü dəvət edib də, zorla onun verlişinə kim çıxarki? Elə də yazmısnız sanki Tural Abbaslı xahiş,minnət edib ki, verlişinə çəxım
@@CavidHacibeyli Tural Abbaslının tərəfini niyə bu qədər tutursunuz? Məgər onun siyasət üçün orta statistik bir adamdan artıq olmadığını anlamaq bu qədər çətindir?
@@apolsus6925 sizə dəxlisi var sizi niyə narahat edir ki Tural Abbaslı nin belə sevilməsi? Güya biz və Tural bəy çox sevir o şəxsi? Kimsə kimisə sevməyə məcbur deyil aramızdakı əsas fərq biz hörmət qoymaği bacarırıq siz lağ etməyi başqalarının fikirlərinə bu aramızdakı fərqi göstərir
@@CavidHacibeyli mənasız bir yorum.
Çox sağol Murad💛
cəmiyyətimiz dinlədiyi musiqi meyxanadırsa,rəğbət bəslədiyi,qulağ asdığıda Tural bəy olacaq.
Ay yazıqlar özünüzün belə görmədiyiniz akademik axtara-axtara akademiklər yıxacaq evinizi. Akademik danışım deyə-deyə heç Azərbaycan dilində tam danışa bilmirsiniz. Danışa bilsəydiniz elə konstitusiyanızı oxuyarsınız. Meyxanaya da qalsa dövrümüzun müasirlərinin ən tanınmışı Vüqar Biləcəri yazdığı şeirlərin dərinliyi qədər söz deyə bilməzsiniz
Kəramətin düşüncəsi.Heç bir insanı bütləşdirmək cəmiyyətə qatqı verməz.
Nəyə qulaq asırsız?
Meyxana ne elaqe?
Meyxana nə əlaqə dəə🤦♂️🤦♂️
Tural namazı təbliğ etmək haqda danışanda ürəyimdə dedim ki, "sən videoya namaz qıldığını çəkib qoyanda heç kəs namaza gəlməyəcək, çünki bu çağırış deyil. Sən özünü reklam edirsən, namazı yox". Elə bu an Murad Arif beynimi oxudu sanki 😀
🤣 Artistdi bu
Pis seyleri teblig etmeqdense yaxsidi . Usaqlar ve gencler Bayram Nurlunun videolarini gormelidi ?
@@faridhuseynov4934 ne bayram nurlunun videpsuna baxan onun getditi yolu getmir,nede Turalin Namaz qilmagina baxan adam,Tural qilur deye Namaza başlamir.Tebligat deyil bu.
@@faridhuseynov4934 🤦♂️
@@faridhuseynov4934 bu anqut müqayisələriniz bezdirdi bizi
Sağ ol ee Murad əla dedin ki, Kurtlar vadisinin soundtrackini özünə profil musiqisi eləyən partiyadan nə gözləmək olar))))))))
14 yaşında evlənmək mövzusunda əsəblərim pozuldu.
Tural Abbaslının cahilliyini üzə çıxardınız. Bu verilişə qədər Tural bəyi İQ səviyyəsi yüksək biri kimi tanıyırdım. Murad bəy sizə çox təşəkkür edirəm belə veriliş üçün.
Hardan bu neticeye geldin?
Bilirsiniz niyə belə yazırsınız, çünki sektorun, bəlli çevrənin eqosunu təmin edəcək sözlər demir. Amma buna baxmayaraq zatən sizin xoşunuza gəlmək üçün danışmayıb. Söz azadlığı var, fikir azadlığı bar Tural Abbaslı da fərqli fikirlər bildirir.
Murad bəy salam...sizin verilişinizə və şəxsiyyətinizə böyük hörmətim var...amma sizin məşhurluğunuz və uğurunuzun da səbəbkarı Allahdır...təbii plus sizin bacarığınız və savadınız...
Tural Abbaslını tanıtdığınız üçün (cəmiyyətə) təşəkkür düşür sizə. Tik-tokla hakimiyyətə gəlinmir, 14 yaşlı uşağın evliliyinə normal baxılması ilə, senzuraya okey verməsi və s uzatmaq olar. (2013-cü ildən tanıyıram)
Avropada 14 yaşlı qızın cinsi əlaqəsinə dövlət icazə verir. Adicənə Azərbaycanda 13-14-15 yaşlı qızların nə qədər hissəsi var nə hoqqalardan çıxır. Bunlara yaxşı baxarsınız amma siz. Sizin kimilərin əsl məqsədi də budur.
@@heczad62728 sizin kimilərin məqsədi nədir bəs?
@@anarabdulla2427 Bizim məqsədimiz kainatın yaradılış məqsədidir)) Bu kainatı yoxdan xəlq edib xüsusi nizam intizam qoyan rəbbimizin qanunları ilə yaşamaqdır məqsədimiz. Biz sonsuz güc qüvvət sahibinə sizi, məni, varlığı yaradana, güvənib danışırıq siz isə dağılması an məsələsi olan ideologiyanıza. Fironun, Nəmrutun dağlar qədər sərvəti var idi. Aləmlərin rəbbinə qarşı çıxdılar indi hardadırlar onlar? Mən deyim, haqq olan yerdə. Mən sizi o günü üzü ağ olanlardan olmağa dəvət edirəm. Bura kimi oxudunuzsa təşəkkür edirəm, Allaha əmanət.
@@heczad62728 oxumağına oxudum amma yazınız uzun və molla ağzıdır. Azərbaycanda sizin kimi düşünən insan(lar) hakimiyyətə gəlsə vay bizim halımıza. Şəriət dövləti olan ölkə(lərə) baxın və digərləri ilə müqayisə edin. Təhsil, sosial məsələlər və s. Təşəkkür edirəm :)
@@anarabdulla2427 Deyəsən tarix oxumamısınız. Əvvəla indiki ölkələrə gələndə şəriət dövləti yoxdur hal-hazırda. Əgər gözünüz şəriət ölkəsi axtarırsa 8-ci əsr ərəb xilafətinə baxsın. Avropa cəhalət içində batarkən müsəlman ərəblər İspaniyanı fəth edib cəhalətdən qurtardı. Gedin 8-ci əsr İspaniyasına baxın. Halbuki bütün Avropa inkvizasiya caynağında batırdı)) İspaniya ərəblərin hakimiyyəti dövründə, Avropada qaranlıq küçələr üçün ilk lampalar salındı. Məscidlərlə bərabər kitabxanalar açıldı, Avropada elmin, mədəniyyətin yayılmasının ilk mərhələləri bu dövrə təsadüf edir. Digər dövrlərdə Birinci səlib yürüşündə 96-99 Qüdsü tutub mədəniyyətini tanımağa başladılar, ən sonda Səlib yürüşləri nəticəsində Avropalılar kağız, barıt və kompası bizdın öyrəndilər? ipək parça, dəmir, dərman, ətir, güzgü istehsalı öyrəndilər. Etiket və gigiyenanl mənimsədilər, hamam ilk dəfə dəbə düşdü və daha çox. Hələ gələcək dövrdə Osmanlıdan öyrəndiklərini demirəm. İslam sivilizasiyasını gördüyüvüzə görə danışırsınız amma biz müsəlmanların böyük tarixindən xəbəriniz yoxdur.))
Siyasət haqqında heç bir fikri yoxdur. Sadəcə gündəmdə olan mövzulardan hype yığır. Fərqi yoxdur, mövzu nədir. Mədəniyyət, idman, müharibə, Avroviziya təmsilçilərimiz, mental dəyərlər. Aləmi qatıb bir-birinə, özü də bilmir nə danışır.
Əla!Səbirsizliklə gözləyirəm
Muradın intellektinin 10/1 faizi bunda yoxdu.
@@turkanhasanova1786 Xanım, bunlar o adamın trollarıdır. "Gecənin sehri" çayxanasında yığışırlar, axşam da gedib kommentlərlə reytinq yüksəldirlər buna ))
Əvvəldən sona kimi maraqlı idi, təşəkkürlər. Fərqli düşüncə tərzlərin danışığı.
İnsan necə cahil olduğunu sizin kimi mədəni qəbul etmək və dözüm göstərmək duruşunuzu alqışlayıram Murad bəy
İlk dəfədi bu verilişe baxanda əsəbləşdim və hər dəqiqə saata baxaraq vaxtimin nece boş yere getdiyinə heyfsləndim. Qabaga çəkərək baxdim ilk dəfə bu verilişə.
Bu verlişə Tural Əsədov gəlsə çox super olar❤ çox savadlı insandı, söhbətinə qulaq asmaq istərdim
Turalın fikirlərində qatı mühafizəkarlıq var.Bu Azərbaycan üçün təhlükəlidir.
Yaxşı ki dəvət etmisiz Tural Abbaslını. Adama olan fikrim 360 dərəcə dəyişdi. Mən bundan sonra Murad Arifi seçirəm)
Qardaş,360 dərəcə dəyişəndə eyni nöqtəyə qayıdır,şərhi edit edib 180 dərəcə filan yazın 😄
@@yaqubaliyev4651 eyni nöqtə də duran mı var😅
Cox maraqlidi fikrin neye gore deyisdi?
@@mixvideo3762 mən deyim niyə dəyişdiyini. 14yaşında evlilik uşaq cinayətidi indi gəlib deyir öz razılığı varsa normaldı niyə də olmasın. Uşaq oxuyub oynayacağı yaşda evlənməməlidi. Təkcə bu fikir belə bəs edir başqa şeyləri demirəm hələ. Mənim də simpatiyam varıydı ancaq indi əksinə döndü bir çox fikrim dedikləri yarısı doğru olsa da yarısı çox ziddiyətlidi.
@@Aiselzadeh ele demedi qaqas. Sen ardina diqqetle qulaq as dediki men heckesin aile isine qarisa bilmerem. Ve dediki qanunla icaze yoxdusa olmaz. Adam o boyda soz adinisib icinden 1kelme secib yazmaq duz cixmir axi. En heckesin terefdari deyilem sadece cox kommentde bunu esas goturub agzina geleni yaziblar bu oglana. Ama onun cox fikirleri varki heyata keciren olsa millet normal nefes almaga basliyar.
Xeyir bu şöhrətpərəstlik deyil , Tural bəy haqq-ədaləti qurmaq istəyir 🎉🎉🎉🎉🎉
Mehman Huseynovu qonag gormek isteyirik…
Azerbaycanimizada siyaset alemine yeni baxis getire Tural bey Abbasli . Var ol Baska
1 saat 28 dəqiqə cəfəngiyat danışmaq mümkün deyil
Tural Abbaslı:
😂😂😂👍
Heç vaxt baxmamışam bu verilişe,Ama Tural beye göre baxdım
Insan partiya bashqanidir, ne siyasetden, ne tarixden anlayishi var, hele bashqa saheleri demirem. Deyir coxluq ne vaxt sehf qerar verib (sehv olub) ki. Hemen o coxluq Almaniyada nasistlere ses verib, Hitleri hakimiyyete getirib de 100 il once 🤦♂
"Oxuduğu" kitablar da dərslikdən yadda saxladığı, "baxdığı" filmlər də kult adlardı. Kəramətin verilişinə çıxanda daha hazırlıqsız idi. )
Adicə İnsan və Cəmiyyət kitabını oxumuyub bu adam
Ümumiyyətcə haminin ses vermek hüququ olmamalidir,hal hazirki cemiyetin vəziyyətinə görə.
L
Bu Tipoy savadsız Adamdı
Murad bəy səbriniz üçün təşəkkürlər.
Cox maraqli sohbet alinib 1 deq bele sixilmadan baxdim her ikinizede ugurlar
Murad Arif, burada jurnalist kimi gözəllik yaratdınız. Səmimi və qeyri-səmimi anları dəqiq göstərdiniz. Qalanı isə qaldı bizə.
Uğurlar olsun Tural Abbaslıya. Mən də müharibə veteranıyam, Allah Tural bəyin qardaşına, şəhidlərimizə rəhmət eləsin. Indiki şəraitdə siyasətçi kimi fəaliyyət göstərmək çətindir, çünki toplumda fərqli fikirlər çoxdur.
Siyasetci demeyek de. Narazi kutlenin ekser hissesinin demek istediklerini deyen adam deyek.
Ur
Maraqli ve faydali buraxilishdir. Murad bey zehmet olmasa qapiya bir butlka su qoyun qonaqlarchun)))
Pyotr Poroşenko, Volodimir Zelenski və Ukrayna xalqı haqqında "siyasətçimizin" sözləri: "şokolad satanı gətirdilər Krım getdi, klounu gətirdilər ölkənin müstəqilliyi gedir".
P.S. Bu fikirləri deyən insan ya cahildir, yada avantürist...
Mukemmel bir vaxt kecirdim sizi dinleyerek her ikinize tessekurler.
Demokratiyanı bele gören insanların coxluğu ile hec bir zaman Azerbaycanda serbest , azad düşünce olmayacaq. Yazıq uşaqlarımız.
Murad, sən konfetsəne qaqa )) Mükəmməlsən. Çox lazımlısan. Vaxtın olsa tez-tez çək belə şeylərdən ♥️
Verilən cavablardan fərqli olaraq suallar çox dəyərli idi. Hakimiyyətə gəlmək istəyən siyasətçinin qəti mövqeyi olmalıdır.Tural bəyin verdiyi cavablar bir biri ilə uzlaşmırdı. Yanaşmaları demokrat yanaşması deyil.Yaxşı ki, hakimiyyətdə deyilsiniz.
Təşəkkurlər videoya görə Murad 👑
Tural Abbaslı Ərdoğanın little versiyadır. İstəyir ki, Azərbaycanı Ərəbistan eləsin )
Yox qardaş Ərdoğan in ə si də deyil bu olsa olsa savci sayandi :)))
Niye bele dusunursen ?
@@faridhuseynov4934 Atatürk yoxsa Ərdoğan sualına cavanını eşitmədiniz ?
@@salehqarayev1204 atatürk yoxsa ərdoğan sualının vaxtın yazın zəhmət olmazsa
Zovq aldim. Cooox sag olun.
Tiktok fenomenləri
1-Tosu Zəngilanlı
2-Məhəmməd Dəniz
3-Tural Abbaslı
Murad bəy, hər verlişə bu qədər hazır gəlməyiniz və nəticədə yerində verilən suallar, əla!
Nə adamları gözümdə qaldırdı popumuz var amma kimləri də salmadı ki.
Əfsus ki Tural da onlardan biri oldu, çox dəyaz insanmış.
Tural Abbaslı bütün sualları məntiqlə cavablandırır məncə. Çox gözəldə cavablandırır
8 ci deqiqedeyem .turol indiye qeder gulmeli sohbetler edir.. bele siyaset adami olmaz.. sonuna kimi baxacam sixsa da
Murad Arifə təkrar bravo!
Tural Abbaslı isə yüksək dərəcədə qeyri səmimi bir adam olduğunu bir daha təsdiq etdi.
Vallah bunun prezident olduğu ölkədə yaşamaqdandısa, İlham Əliyevin daha sərt diktatura rejimində yaşamağa razıyam.
Ele ona gorede acindan olur millet
Murad sənə halal olsun.hər bir mövzuda fikirlərin çox tolerant ve adekvatdir. Turalin isə siyasətçi kimi necə biri olduğu zatən bəlli idi. Klounların dırnağı belə ola bilməz. Əsas odu riyakar olmayasan.
Elə bil bir adamın nəslində yetkinlik yaşına çatmamış qızlar öz istəyi ilə ərə gedirsə, deməli, bu digər ailələrdə də belədi. Bu adam günümüzdəki zorla evləndirilmə, təcavüz, zorakılıq kimi problemləri bilərək bu sözləri dilinə gətirir. Bu sözləri eşidən zorla evləndirilmiş qızın nələr yaşayacağını düşünə bilməyəcək dərəcədə dar düşüncəli bir insandı. Bu insanı tərifləyənlər hansı aləmdə yaşayırlar, beyin həcmləri nə qədərdi çox maraqlı gəlir mənə.
@A. B əslində, mən də bir şərhə cavab yazırdım. Amma sonra düşündüm ki, bu zehniyyətdə olan adamın fikrini dəyişmək mümkün olmayacaq onsuz da. Öz fikirlərini müdafiə edəcək. Ona görə də heç yazmadım.
Verilise baxdiqdan sonra ozum ozume dedim ki,ne yaxsi ki Tural Abbaslinin bir denede videosuna baxmamisam
Bu Tural nə komik adamdır. Özünü biabır etdi. Yaxşı ki verilişinizə çağırıb daxili dünyasını açıb xalqa çatdırdınız. Ağlı başında olan, bir balaca intellekti olan adam bu dırnaqarası siyasətçini o dəqiqə iqnor edər. Iraq eləsin, sabah bu adam hakimiyyətə gəlsə ölkəni ya Venesuelaya, ya da Əfqanıstana döndərər.
Tam doğru
Murad bəy, Macarıstandan salamlar. Maraqlı verilişə görə təşəkkürlər :)
Başim xarab oldu, proqram ele bil xeyirlə şərin mübarizəsidir.Tural bəy inşallah partiya baskanindan o tərəfə addımlamaz.
Murad cox sagol cox dogru suallar ucun. Qadin haqqinda dedikleri ureyimi sixdi
Tural bəy yaxşı qardaşdı, MGT zamanında çox işlərimiz olub videoroliklər falan hazırlayırdıq👍
yaxwi insan ola biler amma siyasetci kimi cox berbad siyasetcidi. 14 yawli qiz uwaginin evlendirilmesi, edami desdeklemek ve s. ve s. dewet cox yanliw duwunduyu weyler var.
Murad bəyin fikirlərini çox bəyənirəm. Eşq olsun ona. Tural bəyin fikirləri ilə isə heç razılaşmıram, amma onu da alqışlayıram ki, öz fikirlərini cəsarətlə səsləndirir. Maraqlı müzakirə oldu. Təşəkkürlər.
Ərdoğanın Azərbaycan versiyası. Ümid edirəm, xalq bu tip geniş düşüncəli insanı indiki hakimiyyətdən sonra seçməz.
Qarpızsatan Pənah Hüseynə simpatiya duyan Tural. Əla ikilisiz. Səviyyəsiz siyasi cütlük.
Bu insan bizim iqtidar terefinden ortaya salinib ki, hazirki hakimiyyete sukur edek.Basqa bir mentiqli aciqlamasi yoxdur.
Burada ən yaxın adamın olsa oturub 1 saat yarım izləməzsən. Murad bəy, təşəkkürlər, gözəl veriliş və gözəl suallardır.
Aisel Azərbaycan üçün çox unikal artistdir. Həm bəstələyir, hem söz yazir. Yeteri qədər dəyər görülməməsi, meyus edir.
Ilk defedi Bu Tural "muellim"-in danişigina bele etrafli qulaq asdim. Hiss edirmiş kimi baxmirdim demeli)))) Çox geri dusunceli ,lazimsiz ,keyfiyyetsiz adamdi. Çox sağ ol Murad bey her şey gore
Cənab Tural bəy deyir ki, şərhləri oxumuram amma dedim yenə yazım. Tural bəy, təkamülün inkar edən elm hardadı? mənə ata bilərsiz oxumaq istəyirəm.
Murad çox sagol ki bu eziyyeti çekdin bizim üçün.
Murad, seni dinlemek, izlemek cox gozeldir! Proud of you! 💪
Tural Abbaslı hər bir suala yerində və səmimiyyətlə cavab verib. Düşünürəm ki, möhtəşəm bir müsahibə olub. Hər zaman bu insanı səmimi tanımışıq, bu bir daha bu müsahibədə sübut olundu
26:26-dan sonrasına baxmağı özümə vaxt israfı kimi görüb baxmıram, 14 yaşında qızın evlənməsini normal qarşılayan insanın heç bir fikri məndə ona qarşı yaxşı fikir formalaşdıra bilməz. Cəmiyyətdə pərəstişkarları olan insanların belə düşünməsi və ən əsası “belə” düşüncələrini açıq şəkildə deməsi necə acınacaqlıdır!!!!!
Verliwe baxdim cox gozel cixiwiniz oldu. Bunun ucun sizdi daima destekleyirik Tural bey.