ELçin XəyaLi - GüLLər səndən incidi

Поделиться
HTML-код
  • Опубликовано: 30 июн 2024
  • əziz dostLar !
    " GüLLər səndən incidi " şe"rimin kLipiunin aranjimanında CəLaL Əhmədovun musiqisindən istifadə ediLmişdir.
    GÜLLƏR SƏNDƏN İNCİDİ
    Keçdim güL aLmağa , sizə gəLəndə ,
    Hara gedəcəyik , çiçək danışdı .
    Adını soruşub , ünvan biLəndə ,
    Sizə getmək üçün , güLLər daLaşdı .
    MeyLimi saLanda , ağ qızıL güLə ,
    Boynunu bükdüLər, bənövşə , nərgiz ,
    QızıL güL dəstəsi , büküLdü tüLə ,
    Başqa güLLər küsüb , durduLar səssiz .
    GəLdim görüşünə , əLdə ağ çiçək ,
    QızıL güL hüsnünə , baxıb utandı .
    Mavi gözLərində , sevgimi görcək ,
    O da məni sənə , yaman qısqandı .
    Dedi güL yaradıb , məni o yazan ,
    SevgiLin ömrümə , sevinci qatdı .
    YoL boyu budağı , əLimi cızan ,
    Sənin qoLLarında , məst oLub yatdı ,
    AyrıLıq kəLməsi , gəLcək diLindən ,
    GüL dükanLarı da , üzümə bağLı .
    GüLLər üsyan edib , sənin əLindən ,
    Quruyub qaLdıLar , sınıq budağLı .
    GüL görə biLməyir , ürək çəkdiyin ,
    Sənsiz nə çəkirəm , gözLərim doLur .
    AyrıLıq adında , sənin əkdiyin ,
    TikanLar yetişir , güLLərsə soLur .
    ELçinəm , bağbanam , sevgi bağında,
    GüL bağı saLaraq , üstə əsərəm .
    AyrıLıq adında , hicran dağında ,
    TikanLarı qırıb , kökün kəsərəm .
    ELçin XəyaLi

Комментарии • 4

  • @orxanquliyev8716
    @orxanquliyev8716 Месяц назад

    Спасибо брат дай бог тебе здоровья счастья удачи в жизни красавчик

  • @ResulAliyarli-vm3vv
    @ResulAliyarli-vm3vv Месяц назад

    Çox gözəl mənalı ❤

  • @talibagayev2964
    @talibagayev2964 Месяц назад

    Salam gardaşim goy Allah sənin duyğularini və ağlini ğül kimi təravətli etsin❤️❤️❤️🙏🙏👍👍

  • @Zaur-Aliev.1978www
    @Zaur-Aliev.1978www Месяц назад

    👏👏👏