(Aqşin,Namiq) Bağlıyam ey gözəl afət qara gözlərivə sənin 2002

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 15

  • @rustememinaliyev7349
    @rustememinaliyev7349 6 месяцев назад +1

    Meyxananın iki sənətkarı , ALLAH sizə can sağlığı versin 🙏🤲

  • @Terminator18581
    @Terminator18581 3 года назад +8

    Fərhadın qəlbində sən Şirin kimi çağlamısan,
    Gah da Leylitək Zeydin eşq kitabın bağlamısan,
    O qara gözlər ilə çox aşıqlər dağlamısan,
    Yazılıb çoxlu rəvayət qara gözlərivə sənin.
    Eyləyən baxışlarındır dəli-divanə,gözəl,
    Saatın əqrəbində qalıbdır gözüm,tez gəl.
    Dərmanı sənsən, dərdimi ta verməmişdən əvvəl
    Veribdi xuda kəramət qara gözlərinə sənin.
    Etməsin kimsə xəyanət sevginin me'yarına
    Aşiq deyil o kəs ki,can əsirgəsə yarına
    Verərəm gözlərimin nurunu ixtiyarına,
    Qocalıq versə xəsarət qara gözlərinə sənin.
    Aça bilməsəm qəlbimi sənə mən,neyləyərəm?!
    Yazdığım sətirlərlə sevdiyimi söyləyərəm.
    Bir gün ölsəm,gözəlim sanma ki tərk eyləyərəm,
    Bil ki, ruhum edər hicrət qara gözlərinə sənin.
    Sanma ey zalım ki aşıqlər surət köləsidir,
    Səbəbi zülfi-xəttindir,gül üzün haləsidir,
    Aşiqi lal eyləyən öz xəyalının səsidir.
    Əks olub saxta fəxarət qara gözlərinə sənin.
    Verdin ey yar, müjdəsin dərdə dəva vüslətinin
    Dedim :"Hardan biləcəm vüsalın işarətinin?"
    Bağladın şərtə yenə sən sonunu firqətinin :
    "Gözlərim versə işarət qara gözlərinə sənin"
    Yoxdu tabım daha,qalmayıbdı nur gözlərdə,
    Yaza bilmir daha əllər,itibdi sözlər də.
    Axtararsan məni məktubda qalan izlərdə...
    Yaraşırmı bu cinayət qara gözlərinə sənin?!
    Əbədi sanar fəna mülkünü ancaq nadan,
    O gözəl surətin də köç edəcək simadan.
    Siləcəkdir səni də fani olan dünyadan,
    Zəmanə versə də qiymət qara gözlərinə sənin.
    Sən də şair,düzürsən inci kimi cümlələri,
    Tərif et gözəllərdə can alan o qəmzələri.
    Sənki hal əhli olub şad elədin bəndələri
    İlhamın verib cəsarət qara gözlərinə sənin.
    Qamətin sayə salar aşiq olan hər yanə,
    Ləblərın rəngi ki,tündlükdə verər tünd qanə.
    İmtina eylədi təzimdən iblis insanə,
    Edərdi indi ibadət qara gözlərinə sənin.
    Çoxda fəxr eyləmə sən fani olan surət ilə,
    Qürrələnmə zaman içrə bükülən qamət ilə.
    Yaş verib təcrübəni,onunçündə rahət ilə
    Sözlərim etdi vəsiyyət qara gözlərinə sənin.
    Mən də çox vaxt keçirirdim o nazlı canan ilə,
    Vətənim taki səslədi savaşa düşman ilə.
    Elə bir torpağa bağlandıq əhdi-peyman ilə-
    Şuşadır,bax, istiqamət,qara gözlərinə sənin...
    ~2021~

  • @nahidxelilov906
    @nahidxelilov906 4 года назад +4

    Meyxana alemine namiq kimisi gelmiyib gelmiyecek

  • @mmaheveskar6889
    @mmaheveskar6889 3 года назад

    Qaraçuxurlu başqa alemdi bu senetde dogurdanda👍 esl xridar kimi qafiyeden redifden veznden anlayan biri kimi deyirem bunu

  • @mhmmdsirinov7852
    @mhmmdsirinov7852 2 года назад +1

    Namiq Qaraçuxurlu 👍

  • @c___d__6606
    @c___d__6606 5 лет назад +2

    2019 il helede dinleyirem

  • @muradshirinli710
    @muradshirinli710 5 лет назад +1

    Namiq superrrrrr

  • @eldarmemmedli3594
    @eldarmemmedli3594 7 лет назад +4

    aqshin cox sade insandir namiiq qaradsimizda sadelik var

  • @vusalvusal-yd5cz
    @vusalvusal-yd5cz 7 лет назад +6

    ehh gozel vaxtlar hardadi goren . var olun super di lap kecmiwe seyahet etim bir anliq

  • @samirekberli3
    @samirekberli3 Год назад +2

    Namiki bele paxil bilmezdim ala aydina mikrafonu vermedi sonra aydin mikrafonu aldiki bir kelme desin meyxanani saxladi hec gozlemezid😕

  • @idrakbagiszade
    @idrakbagiszade 3 года назад

    😍😍😍Namiq

  • @ГундузМирзаев
    @ГундузМирзаев 6 лет назад +2

    akşinin sesi çox lezetlidir

  • @raufleomessi.7969
    @raufleomessi.7969 6 лет назад +1

    💖💖💖💖💖💖💖