Suraxanıda tragikomik durum: Ev tikmək istədilər, başlarına gəlməyən qalmadı - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #APATV #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Daşınmaz əmlakın dövlət reyestrinin çıxarışında Hüseynov Rövşən Böyükağa oğluna məxsus torpaq sahəsinin ünvanı Hövsan qəsəbəsi, Elnur Şahbazov küçəsi, 1-ci döngə, 11A kimi qeyd olunsa da, Suraxanı rayon İcra Hakimiyyətinin sənədlərində torpağın Hövsan yox, Yeni Suraxanı qəsəbəsinin inzibati ərazisində yerləşdiyi göstərilir.
    Bu cür tragikomik vəziyyətlə təkcə Rövşən Hüseynov deyil, Ruslan Bağırov adlı vətəndaş da üzləşib.
    Buna görə də halal pulu ilə aldığı torpaq sahəsində ev tikmək arzuları ürəklərində qalıb. Hər iki vətəndaşa Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazinin tikinti sıxlığı əmsalı 0.6 metrdən az olduğuna görə ev tikintisinə icazə verilmir. Bu qərar isə qanunvericiliklə tənzimlənir. Ancaq sözügedən ərazidə çəkiliş aparərkən bu qanunun digər tikililərə şamil edilmədiyinin şahidi olduq. Nəinki evlər, hətta damları belə az qala bir-birinin içində idi.
    İcra Hakimiyyətindən vətəndaşlara elektron formada bildirilib ki, qərardan narazı qaldıqları halda müvafiq məkhəmə instansiyasına müraciət edə bilərlər.
    Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, rəhbərlik bu mövzuda müsahibə verməyi qadağan edib.
    Bakı Memarlıq Layihələri Bürosunun baş memarı Rəşad Qasımlı isə təqdim etdikləri sənədlərin normativlərə tam cavab verdiyini, Suraxanı rayon İcra Hakimiyyətinin arqumentlərinin əsassız olduğunu bildirib.
    Maraqlıdır ki, haradasa daşı-daş üstünə qoyanda icra hakimiyyətlərinin əməkdaşları az qala özlərini quş dimdiyində əraziyə yetirirlər. Amma sözügedən ərazidə bir-birinin içində bu qədər ev tikilib, Suraxanı rayon İcra Hakimiyyəti qanunları indi yadına salıb, qadağa qoymağa çalışır.
    Bəs ev tikmək üçün qanunsuz hesab etdikləri bu torpaqların satışı həyata keçiriləndə nə işlə məşğul idilər? Kağız məmulatlarından hazırlanan başqa maraqlı nəyə baxdılar ki, qanuna baxmadılar? Bu kimi suallar çoxdur. Amma özləri demiş, “rəhbərlik televiziyalara müsahibə verməyi qadağan edib” deyə, normal cavab da ala bilmirik.
    Bir zəhmət, rəhbərliyinizə deyin, bu cür qəti qadağaları jurnalistlərə deyil, qanunsuz satışı həyata keçirənlərə tətbiq etsin ki, sonradan bu xalqın heç bir nümayəndəsinin arzuları havada qalmasın.
    AYTƏN SAKİTQIZI
    FARİZ QULUYEV
    APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 6

  • @azrmenfreind7635
    @azrmenfreind7635 Год назад +3

    İcranın hüququ çatmır tikinti,işlərin saxlasın ərazi ilə bağlı hər hansı problem varsa,bildiriş təqdim edə bilər.qalan heç bir iş onların vəzifəsi deyil,sadəcə olaraq özbaşınalıq və rüşvət görünür

  • @emil085
    @emil085 Год назад +2

    Men de muraciet eledim bele atkaz yazdilar.bir mertebe 3 min,2 mertebe 5 min.ver get tik.

  • @Siradan---Biri
    @Siradan---Biri 23 дня назад

    ancaq milletden pul alsinlar icAAZE VERECEKLER

  • @cingizemirli7377
    @cingizemirli7377 Год назад +1

    hamsı pul verib tikib bilməyə navarkı bu qardaş yəgin pul vermir ona görədə qoyumular tikməyə

  • @raskoln2458
    @raskoln2458 Год назад

    Duz deyirlerde icaze olmaz.
    Kim deyir icaze olar. Qanuna ziddir.
    Sen pulunu ver ne isteyirsen tik.
    Kim ki pulunu veribdir evinide tikibdir.
    Post patrul gelir icra gelir ve s..gelir
    Pullarini alirlar ve icaze verirler. Goz yumurlar.
    Tikmek ucun her cur seneti olsa bele post patrul qapini kesir ki sirinnik ver tik .sadece biyabirciliqdi