Söhbətgah: Kofe yoxsa çay, biznes qurmaq, təhsil lazımdır?

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 49

  • @yusifaliev9649
    @yusifaliev9649 3 года назад +26

    Kofe.
    Çox şadam ki, bu gözəl içkini 5 il öncə yenidən özüm üçün kəşf etdim. Kofe ilə, daha doğrusu kofenin parodiyası ilk tanışlığım həll olunan (растворимый) kofe olub. Ətrafımda olan insanlar (ilk qohumlar, sonra kolleqalar) hamısı bu həll olunan kofeni içirdilər. Mən də kofeni belə tanımışam. Amma mənim orqanizimim bu kofeni 2 gündən artıq (hər gün 1 fincan olmaqla) qəbul edə bilmir. Yəni həll olunan kofe içdikdə mənim başım bərk ağramağa başlayır. Odur ki, mən hələ məktəb illərimdə bu içkinin üstündən xətt çəkməli olmuşdum. İllər keçdi, artıq işləyirdim. Kolleqalarım hər dəfə bu ətirli, həll olunan kofeni içdikdə həsədlə onlara baxırdım ki, heyf mən içə bilmirəm. Sonra düşündüm ki, məktəb illərimdən uzun bir zaman keçib. Gəl bir daha cəhd edim, bəlkə orqanizimim qəbul edər. Yox, qəbul etmədi. Əlqərəz. 5 il bundan öncə gələcək həyat yoldaşımla tanış oldum və onun sayəsində mən bu gözəl içkinin əsl versiyasını - (заварной) dəmlənən tanıdım. Dəmlənən kofeni ilk hallarda ehtiyatla içirdim ki, birdən başım ağrayar. Yox, bu tamam başqa kofedir, bundan baş ağrısı almadım.
    Kofe və Bakı.
    2007-ci illərdə, Space TV-nin arxasında bir amerikan kofe shop-u var idi (indi də var) - Baku Roasting Company. Orada təravətli, təzə qəhvənin ətri və amerikan atmosferi hökm sürürdü. O illərdə orada çoxlu amerikalılar olardı. Gələrdilər qəhvə masası arxasında söhbətləşməyə. Çox xoş idi həmən atmosferi yaşamaq. Bakıya kofe mədəniyyətini ilk gətirənlərdən biri bəlkə də elə həmən Baku Roasting Company-dir. BRC-də amerikalıların olduğu dönəmlərdə atmosfer tam fərqli idi. Hazırda oradan bütün amerikalılar çıxıb gedib və həmən o gözəl atmosferi də özləri ilə aparıblar. Yəni bugün orada qəhvə içərkən həmən həzzi almaq olmur. Həmən illərdə həm də BRC-də American English Course-ları olurdu. Oralar dil öyrənən yerli tələbələrlə və dil öyrətməyə gəlmiş amerikalı gənc müəllimlərin atmosferi ilə rənglənərdi. Hazırda kurslar da oradan yığışdırılıb. Və shop-un çalarlarından biri də azalıb.
    Bakımızda kofe mədəniyyəti.
    70 il SSR-də yaşamağımıza baxmayaraq misal bugün Moskvada kofe shopların sayı, hər gün mütləq kofe içənlərin sayı Bakı ilə müqayisə olunmazdır. Oralara bu mədəiyyət çoxdan oturuşub. Dükanlarda böyük çeşiddə kofelər təklif edilir. Sevindirici haldır ki, Bakımızda kofe mədəniyyəti inkişaf edir. Sevindiricidir ki, xanımlarımız seksizim səbəbindən çayxanaya gedə bilməsə də heç olmasa kofe shopa gedib söhbətləşə bilirlər. Burda bir məqam da var. Kofe shoplar nəzərə alsa yaxşı olar. Hər adam qəhvə içmir. Xanımlarımızı nəzərə alıb kofe şoplarda çay da verilsə xanımlar rahat orada əyləşib çay da içə bilərlər və beləliklə olar tam liberal )
    Bakıda ali təhsil ocağı.
    Siz arxeologiya fənnindən bir dəfə də əlinizə fırça alıb praktika keçməməkdən söz açdız. Mən Az. Memarlıq və İnşaat univ.ini mühəndislik üzrə bitirmişəm. Təsəvvür edin mühəndis deyilən tələbələr 4 il ərzində inşaat üzü görmədi, laboratoriyalarda sınaqlar aparmadı, PC proqramları bizə öyrədilmədi. İnşaat üzrə təhsil alıb bir dəfə də inşat üzü görməyən tələbədən necə mühəndis hazırlamaq olar? Bizim qrupdan avtobusda konduktor işləyən diplomlu mühəndis var idi, sütunla rigeli fərqləndirə bilməyən 3-cü kurs tələbə var idi,... Bizim ali təhsil ocaqlarının məqsədi bir parça diplom verməkdir - təhsil yox, diplom.

  • @ziyafataliyev
    @ziyafataliyev 3 года назад +22

    Tural bəy çox doğru suallar verir. Doğru nüanslara toxunur. İzləyicilərin suallarına toxunur. Əla davamı gəlsin.

  • @realtobe
    @realtobe 3 года назад +18

    İzləmədən deyə bilərəm ki, çay olmasa da olar amma kofe əvəzsizdi mənə görə ☺. Kofe çeşidlərini süd tozu və şəkər kimi "zəhərlər" qarışdırmadan içmək ən məsləhətlisidi. Bir kofe hazırlayım, izləməyə başlayım😎. Sevgilər bro-lar❤

  • @1991narmin
    @1991narmin 3 года назад +11

    Недавно подписалась на канал. Должна сказать, что была приятно удивлена качественному контенту и прогрессивному мышлению соведущих.
    Данная беседа тоже была интересной, но хотела бы добавить кое-что по поводу питья кофе в Италии. “Latte” в переводе с итальянского означает молоко. В Италии такого напитка нет. Ни в одном приличном заведении в меню вы не встретите “latte”. Придя в кафетерию и попросив “latte”, у вас переспросят заказ и принесут обычное молоко.
    Caffellatte - это обычное кофе с молоком, которые итальянцы пьют по утрам.
    Другое дело “Latte macchiato”. Слово “Macchia” означает пятно, отсюда и название, пятно кофе в молоке.
    А “Caffè macchiato” - буквально пятнистый кофе, то есть кофе с капелькой взбитого молока.
    Теперь немного про капучино. В Италии для приготовления капучино обычно используют latte intero (цельное молоко), оно жирное и отлично подходит для взбивания пенки. И т.к. капучино - это довольно калорийный и тяжелый напиток для переваривания, итальянцы, заботящиеся о своем здоровье и весе, избегают употреблять его во второй половине дня. Если вы закажете его в Италии после обеда, сразу понятно, что вы турист.
    Надеюсь получилось поделиться вкратце итальянскими видами кофе :)
    Успехов вам! 🍀

  • @hasanabdullayev2238
    @hasanabdullayev2238 2 года назад +5

    Əla buraxılış idi. Ölkədə belə uğurlu insanların olması çox yaxşıdır. Bu cür hallar çox gəncə ilham mənbəyi ola bilər. Pərviz bəyə bir qurucu şərh vermək istərdim. Bilmirəm şərhi oxuyacaq ya yox, özü təşəbüskar bir gəncdi, sadəcə nitqin inkişafına birazca da önəm versə əla olar. Misal üçün, "Belə deyim də" sözünü həddən çox istifadə edir və bu cür parazit sözlər bəzən dinləyicini yora bilir. Doğrudu deyilə bilər ki, adam bizneslə məşğuldu nə işi var onun səlis danışıqla və s. Lakin düşünürəm ki, bu vacibdir. Ümidavram, yalnış anlaşılma olmayacaq. Həm Söhbətgaha, həm də Pərviz bəyə uğurlar!

  • @arzusadqova2562
    @arzusadqova2562 2 года назад +5

    Ürəyim gedə-gedə qulaq asdım. Tural, iç səsimsiniz! ❤️ Hər birinizə öz sahənizdə uğur arzu edirəm!

  • @aytachsnova6986
    @aytachsnova6986 2 года назад +1

    1 saat 20 dəqiqə necə keçdi bilmədim. İdeyanız möhtəşəm, söhbətiniz möhtəşəm👏🏻👏🏻

  • @kianschool-59-QQ-703
    @kianschool-59-QQ-703 2 года назад +1

    Kofe haqqında məlumatlı olmadığmız üçün çox şey təəcüblü gəldi,Unverstet və Həsən bəy Zərdabi söbəti möhtəşəm idi.

  • @gunelshukur
    @gunelshukur 2 года назад +1

    Söhbətləriniz maraqlı kitab kimidir.Sona qədər baxmasam da,hər birini az-az izləməli oluram.Vaxt olduqca hətta təkrar izləməyi düşünürəm.
    Davamlı söhbətlər!

  • @ruslanalizade9722
    @ruslanalizade9722 3 года назад +2

    Halaldi Parvize. Gencler uchun motivasiya olsun qoy Parvizin ugurlari!))

  • @ZiyadIbrahimov
    @ZiyadIbrahimov 2 года назад +1

    Videonun altında ətraflı məlumat çox super. İdeal kontent

  • @sabinaidayatova2130
    @sabinaidayatova2130 3 года назад +1

    Maraqli sohbetdir. 4 illik təhsil mənasızdır fikri ilə razı deyiləm, hər adam bacariqli deyil ali təhsilsiz ne ise biznes və ya iş qurmaga. en azi bakalavr təhsili almaq lazimdir.

  • @caviddaszrini9877
    @caviddaszrini9877 2 года назад

    Turalın çox gözəl dinləmə qabiliyyəti var👍

  • @aytanbayramzade4478
    @aytanbayramzade4478 2 года назад +3

    Bir sual vermək istəyərdim) Əgər hal hazırda Azərbaycanda biznes qurmaq problem deyilsə. Misal üçün açdığınız mağaza, restoran ve kafenin bağlanma kimi təhlükəsi yoxdursa. İdeal mağazalar şəbəkəsinin bağlanma səbəbi nə idi)) Hal hazırda sahibi həbsxanadadır və mağazanın adı dəyişdirilib))

  • @huseynmemmedov8390
    @huseynmemmedov8390 3 года назад +3

    Hərşey yaxşdı bircə səs effektlərinə diqqət edin. Uğurlar

  • @gizayr2819
    @gizayr2819 2 года назад

    Coffeenin qoxusunu , tamını , görünüşünü və dəmlənməsini hər birini hədsiz çox sevirəm. Bir müddət barista işləməyimin səbəbi coffeeni çox sevməyimdir.

  • @MrElvin101101
    @MrElvin101101 3 года назад +1

    Pərviz bəyə əhsən. Hiss olunur ki kofe mövzusunu xırdalıqlarına qədər bilir. İşin marketinq tərəfini də gözəl bildiyi görünür. Çox maraqlı danışır bütün bildiklərini
    Tural bəyə isə absurd ideyalar irəli sürür. Kolanı qaynadanda şəkər buxarlanır nə deməkdi? Qaynama vaxtı ancaq su buxarlanır. Orta məktəb fizikasıdı bu.
    Samovar çayı təəssürat üçün içilir nə deməkdi. Pivə məsələsinə aid deyilən də absurddu

  • @zumrudheydrli742
    @zumrudheydrli742 3 года назад +1

    Var olun, çox sağ olun. Şəxsən mənim üçün çox faydalı podkast oldu. Uğurlar!

  • @f.e.r.i.d.a9505
    @f.e.r.i.d.a9505 2 года назад

    Turaldan hər evə lazımdır 😊 qardaş ata və s kimi

  • @aqshinbashirov831
    @aqshinbashirov831 3 года назад +1

    Çox faydalı bir video oldu. təşəkkürlər

  • @vugarkhalil
    @vugarkhalil 6 месяцев назад

    Maraqlı podcast idi

  • @elvinqachayli4840
    @elvinqachayli4840 9 месяцев назад

    norveç isveç məsələsi paradoks deyil o hava ilə əlaqəlidi və yəqin depressiyadan qaçmaq üçün daha çox pozitiv olmaq olmaq üçün icirler

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 3 года назад +2

    Bu podcasta qulaq asandan sonra kofe haqqında araşdırmağa başladım. Təkan verdiniz, çox sağ olun.

  • @nzrinsrifli8645
    @nzrinsrifli8645 3 года назад

    Təhsil sistemi həqiqətən bərbad vəziyyətdədir, ən çox məyus olduğum mövzudur, bəlkə də.

  •  2 года назад +1

    Azerbaycani cay istehlakina(per capita) gore 2ci yerde olmasinin menbesi hardadir?

  • @aygunabdullayeva4118
    @aygunabdullayeva4118 3 года назад

    Təzyiqim qalxır kofedən amma çox sevirəm

  • @SeymurDj
    @SeymurDj 3 года назад +11

    Bəli kofeyə nəsə qatılırsa o artıq kofe deyil 😄

  • @aygunsharifova2470
    @aygunsharifova2470 3 года назад +1

    👍👍👍

  • @nurlann8696
    @nurlann8696 2 года назад

    Təhsil mövzusunda ayrıca bir podkast hazırlaya bilərsiniz?

  • @gunelmemmedova566
    @gunelmemmedova566 Год назад

    Baxıldı və qeydlər aparıldı. 28.06.2023

  • @elikrza8690
    @elikrza8690 3 года назад +1

    Psixoloji Mənəviyyat Dini İdman mövzularında söhbətgah olsa yaxşı olar

  • @kenannasirov6937
    @kenannasirov6937 6 месяцев назад

    Kola qaynayanda şəkər buxarlanmir Tural bəy)

  • @orkhanbahram7393
    @orkhanbahram7393 Год назад

    😊

  • @RufetMuslimzade
    @RufetMuslimzade 2 года назад +1

    Qısaca Amerikano haqqında əfsanə.
    Rəvayətə görə Amerikan əsgərləri müharibə zamanı İtaliyada taverna və kofeşop kimi yerlərdə espresso içəndə acı olduğundan şikayətlənib daim üzərinə qaynar su aldırardılar. Buna görə yerli italiyanlar əsgərlərin sifarişini istehza etmək üçün sifarişi "Amerikano" deyə səsləndirdilər.

  • @fidybeanbird
    @fidybeanbird Год назад

    “Müharibənin faydaları” kitabının orijinal ingiliscə adı necədir?

  • @akberovemin
    @akberovemin 3 года назад

    👍

  • @taste22.
    @taste22. 2 года назад

    Bir şey varki eger mektebde her şey eyni qaydada olmasa dısıplın Nece aşılamaq olar uşaqlara..Bes Heyatda bize dsıplınde lazımdı axı..Yaponlar bagcadan usaqları öyredır buna..Bes mektebde ıstedıyımız vaxt cıxıb girib ,her şey ede bilerıkse onda dsıplın nece!?.Yeqınkı bizde sistem zeıfdı..Nese catmır..orası düzdü

  • @RaufGuliyev-rh8yk
    @RaufGuliyev-rh8yk Год назад

    Cold brew 💙💚

  • @f.e.r.i.d.a9505
    @f.e.r.i.d.a9505 2 года назад +2

    Bu oğlan mənimlə yaşıddır amma mən hələ də xəyal qururam 🥴

  • @shamilfataliyev2318
    @shamilfataliyev2318 2 года назад

    Tural bey sixibe pulu hardan tapmisane :D

  • @ozlemcelalli
    @ozlemcelalli 3 года назад +5

    Çay

  • @RufetMuslimzade
    @RufetMuslimzade 2 года назад

    6:15 heçdə razı deyiləm.
    Kofe acıların içində ən özünə məxsus acıdır ki həqiqətən adamı yumşaldır, yəni narahat etmir.
    Bütün acılar adamı narahat edir bir tək kofedən başqa. Hətta yaxşı kofenin ağızda greyfurt tamı buraxması tamam başqa həzzdir.

  • @anarnamaz
    @anarnamaz Год назад

    Ancaq xüsusi özüm süzdüyüm kofeni içirəm. Hətta gün olur 3 fincan içirəm

  • @ami4044
    @ami4044 2 года назад

    Bir məllimə kimi deyilənlərə qatılıram

  • @xayyamhasanov4850
    @xayyamhasanov4850 3 года назад

    Franşiza yox françayz ))

  • @mykrosovki9605
    @mykrosovki9605 3 года назад

    👍

  • @vusaleabbasova2331
    @vusaleabbasova2331 3 года назад

    👍👍

  • @abdulnuriyev2913
    @abdulnuriyev2913 2 года назад

    👍