Bank kartlarindan ogurluq | Gune Dogru

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    #GünəDoğru #bank #oğurluq
    Son zamanlar bank kartlarından oğurluq hallarının sayı artıb. Naməlum və ya əcnəbi nömrələrdən zəng edən fırıldaqçılar insanlardan bank kartları ilə bağlı məlumatları əldə edərək onların hesabında olan pulları silirlər. Eyni zamanda şəxsin xəbəri olmadan, ona heç zəng etmədən də kartdan pul çıxarılır. Sadəcə telefona mesaj gəlir və hər hansı bir təsdiq olmadan əməliyyat həyata keçirilir. Bu cür kiberhücumlar daha çox gecə saatlarında baş verir. Bu da, əbəs yerə deyil. Şəxs kartından pul silindiyindən səhər yuxudan duranda xəbər tutur və iş-işdən keçir. Bəs, bizim kart məlumatlarımız kibercinayətkarların əlinə necə keçir? Təəssüf ki, müasir bank texnologiyalarının inkişafına baxmayaraq oğurluq və dələduzluq hallarından heç kim sığortalanmayıb. Amma bir sıra sadə qaydalara əməl etməklə bunun qarşısını ala bilərik. Bunun üçün kartımızda 3d təhlükəsizlik xidmətini aktiv etmək lazımdır. Eyni zamanda banklar da diqqətli olmalı və şübhəli hal gördükdə, kartı avtomatik bloklamalıdır ki, müştərinin hesabından pul çıxarılmasın. Yəni burda əməliyyatın günün hansı saatında həyata keçirilməsinin bank üçün heç bir fərqi olmamalıdır. Qeyd edək ki, Daxili İşlər Nazirliyi son günlər artan kiberhücumlarla bağlı əhaliyə çağırış edib. Vətəndaşlara tanımadıqları şəxslərə bank kartlarının məlumatlarını verməmək tövsiyyə olunur.

Комментарии • 10

  • @vuqarmeherremov3468
    @vuqarmeherremov3468 2 года назад +2

    Menden ogurladilar

  • @manaf74gashimov5
    @manaf74gashimov5 2 года назад +1

    1000 azn cekibler bir kardan yaxin adamdan bir nece gun evvel,tapa bilmirler pul hara kocurulub

  • @VaqifQurbanov-fd6tw
    @VaqifQurbanov-fd6tw Год назад

    Pensiya kartin dəyiwməy olur?

  • @anartagiyev6863
    @anartagiyev6863 Год назад +1

    Mende 3D secure xidmeti aktiv deyildi. Cixara bilmirdiler, deleduza imtina gelirdi. Bu 3Dni aktiv edenden sonra oğurladilar. Çaş 3D olmayaydi. Onda bu hal olmazdi.

    • @savalan934
      @savalan934 Год назад

      3d ile dukanda aliw veriw elemey olur ?

    • @savalan934
      @savalan934 Год назад +1

      bank melumatlarini darknetden alirlar .1000 dollara zada 1000 bank kliyenti barede melumat almaq olur.Ona gore kartda 100 manatdan cox pul saxlamayin.pul qurtaranda aliw veriw ucun yeniden karta 100 m yukleyin vessalam.bawqa variant yoxdu..

    • @RuslanRuslanivic-f7n
      @RuslanRuslanivic-f7n 7 месяцев назад

      ​@@savalan934düzdü menim kartimnan 2000 manat pul oğurlandı polisə müraciət etdim 5 ay keçib bir xəbər də yoxdu, getdim ərizə yazdım verdim tehgigatciya dedilər xəbər edəcəyik, onan buyana ne xəbər oldu nə bir şey onan sonra daha barışdım, 1000 manata görə heç kim nəsə axtarmayacag banka məlumat verəndə deyir məlumatı vermiyin, belə baxanda bank neynesin

    • @RuslanRuslanivic-f7n
      @RuslanRuslanivic-f7n 7 месяцев назад

      Qardas bu deyge elə edirlər 3 d security xəbərdə olmur,

  • @aqilliyv5774
    @aqilliyv5774 7 месяцев назад

    Məndən 500 manat oğurlayıblar heç bir ko gəlmədən hara müraciət edək

  • @Omer-tw2pe
    @Omer-tw2pe 2 года назад

    Menede zenq etmiwdiler kod isdeyirdiler vermedim