Mavidir (Elmira Rəhimova) | Bəstəkar Emin Sabitoğlu

Поделиться
HTML-код
  • Опубликовано: 1 май 2021
  • Bəstəkar Emin Sabitoğlu, söz: Nəbi Xəzri, ifa: Elmira Rəhimova, müşayiət: Əhsən Dadaşovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı
    / eminsabitoghlu
    Sözlər:
    Bu gün heç bilmirəm nə üçün, nədən,
    Səma da mavidir, torpaq da mavi.
    Görürəm dünyanı başqa rəngdə mən,
    Ağac da mavidir, yarpaq da mavi.
    Əsir haradansa sərin küləklər,
    Dağdan mavi mavi duman sürünür.
    Mavi kəpənəklər, mavi çiçəklər,
    Mavi çəmənlər də qəşəng görünür.
    Sulara yel dəyir, sular titrəyir,
    Yerin də mənimtək böyük sirri var.
    Sanki əfsanəvi nəğmələr deyir,
    Mavi sahillərə mavi dalğalar.
    Rəngi bambaşqadır çölün, düzün də,
    Mavi şəfəqlərdir çilənən yerə.
    Uçur göy üzündə bu mavi gündə,
    Mavi təyyarələr maviliklərə.
    Mən bəlkə bilmirəm nə üçün, nədən,
    Dünyanın gündüzü maviləşibdir?
    Bəlkə də sən mavi geyindiyindən,
    Yer üzü, göy üzü maviləşibdir.
    Elə bil sənintək bəzənib aləm,
    Səma da, torpaq da, sanki mavidir!
    Bəlkə xoşbəxtlərin xoşbəxti mənəm,
    Bəlkə səadətin rəngi mavidir?
    1967
    #EminSabitoğlu #ElmiraRəhimova #xalqçalğıalətləri #mavidir
    Tags: emin sabitoglu, nebi xezri, elmira rehimova,, ehsen dadasov, mavidir, xalq calgi aletleri, retro mahnilar, kohne mahnilar
  • ВидеоклипыВидеоклипы

Комментарии • 7

  • @jafar8807
    @jafar8807 3 года назад +8

    Nə yaxşı ki Azərbaycanlıyıq😊

  • @user-vc3mx8mz8b
    @user-vc3mx8mz8b 3 года назад +4

    Allah rehmet etsin, boyuk senetkarimizi!!!

  • @shahaneakhundova545
    @shahaneakhundova545 2 года назад +2

    Bəlkə xoşbəxtlərin xoşbəxti mənəm,
    Bəlkə səadətin rəngi mavidir?💙🌀

  • @fidanmammadov8579
    @fidanmammadov8579 3 года назад +1

    əla oxuyur.

  • @fidanmammadov8579
    @fidanmammadov8579 3 года назад +1

    😙😙😗😘🤗

  • @fidanmammadova8829
    @fidanmammadova8829 3 года назад +1

    Bəli

  • @ali_sattarzade
    @ali_sattarzade 2 года назад

    Əziz kanal sahibi, Emin Sabitoğlunun Şirin Dil əsəri kopyalanıb və guya əsər başqasınındı deyə yayımlanıb. O videonun linkini atiram . Bayaqdan çalışıram nəsə edim amma olmur ,gərək siz özünüz edəsiniz . Anlamıram mahnınını yayımlayanda niyə adını yazmırlar
    .
    @