Xırdalan bazarında süni qiymət artımı - Baku TV

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • Xırdalan bazarında süni qiymət artımı - Baku TV
    Abşeron rayon Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz bazarında süni qiymət artımı müşahidə edilir.
    Baku TV-nin araşdırması zamanı məlum olub ki, satılan məhsulların heç birinin üzərində qiymət yoxdur.
    Alıcılar qiymət artımına görə evlərinə normal bazarlıq edə bilmədiklərini deyirlər.
    Baku TV-nin müdaxiləsindən sonra bazarda bəzi məhsulların üzərinə qiymət yazılaraq vurulub.
    Hazırda ən çox bahalaşma sitrus meyvələrində və toyuq ətində müşahidə olunur. Ötən aylarla müqayisədə ən azı 40 faiz artım var.
    Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, süni qiymət artımının qarşısını almaq məqsədilə bazar rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib və bu barədə aidiyyəti qurumlara məlumat verilib.
    ________________________________
    Pulsuz Elanlar:www.tut.az
    Website: www.baku.tv
    Bizi izləyin: bit.ly/2Y75DEU
    ****
    Bizi Sosial Şəbəkələrdə izləyin
    Facebook: / www.baku.tv
    Instagram: / __baku_tv__
    Tiktok: vm.tiktok.com/...
    ****
    Kanalımızın məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və Rus dillərində geniş auditoriyaya çatdırmaqdır
    ****
    2018/2021 © All Rights Reserved ℗ Baku TV
    #BakuTv #Azerbaycan #trend

Комментарии • 44