Qədimyanə ritmi

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • Qədimyanə ritm həvəskarlar üçün, xoş dinləmələr və istifadələr.

Комментарии • 25

  • @emrahceferov7996
    @emrahceferov7996 3 года назад +18

    Əvvəl-əvvəl vətən işğalına imkan veririk...
    Sonra sakitliyə atəşkəsə fərman veririk...
    Bizə Peyğəmbərimiz söylədi qeyrətli olun,
    Qoruyun torpağı dövlətdə səxavətli olun,
    Kişilər səhv salırıq biz bunu diqqətli olun,
    Sərvəti qoruyuruq torpağı qurban veririk...
    Çalmaz heç vaxt qələbə xalqı süqut etməkən,
    Bizlərindir Qarabağ dildə sübut etməknən,
    Torpağ işğal olunubdursa sükut etməknən,
    Gələcək nəslə şikəst Azərbaycan veririk...
    Ey bizim xain Əliynən satılan torpağımız,
    Vətən övladı tərəfdən atılan torpağımız,
    Min xəyanət oxu ilə çatılan torpağımız,
    Biz sənin haqqını əldən necə asan veririk...
    Laçın,Ağdam,Şuşa işğal olunubdur beləcə,
    Mavi ekranda xəbərlərdə də baxdım o gecə,
    Sabah olcey Şuşada istiliy 15 dərəcə,
    Arsız-arsız havası hakda da elan veririk...
    İnsanın əvvəli torpağı sonu torpağdı fəqət,
    Gövhəri Ruhu olarsa donu torpağdı fəqət,
    Sonda ağuşa alan da onu torpağdı fəqət,
    Yaranıb torpağın üstündə həmi can veririk...
    Gözün aydın Qarabağ oylağımız ay Aydın,
    Sancılır hər tərəfə bayrağımız ay Aydın,
    Bu gün azad olunur torpağımız ay Aydın,
    İşğal altındakı torpağlara səhman veririk...

    • @khayalmemmedov
      @khayalmemmedov 2 года назад +3

      ALLAH RƏHMƏT ELƏSÜN AYDINA

    • @cleverboy2415
      @cleverboy2415 11 месяцев назад

      Min xəyanət oxu deyil mil xəyanət oxudi

  • @Legend_V.B.
    @Legend_V.B. Год назад +3

    Gəl, bu gün biz Biləcərnin Vüqarınnan danışağ,
    Sənətin Vüqar kimi iftixarınnan danışağ.
    Vüqarın sözləri mənalı və irfani idi,
    Söz sənətkarı, söz ustadı, söz ünvanı idi.
    Hər cürə qafiyədə söz demək imkanı idi,
    Rəqibi sözlə döyən vaxt udarınnan danışağ.
    Nə qədər zikr eliyib Xaliqi-Yektanın adın,
    Mustəfanın, həm Əlinin, həmi Zəhranın adın.
    O ki, çox yerdə deyib Şahi-Şəhidanın adın,
    Tez-tez işlətdiyi "Həqqin Şüarınnan" danışağ.
    Tanıyannan mən onun sözlərinin xəstəsiyəm.
    Öz təbirilə desək:"Aşiqi-üftadəsiyəm!"
    Çox gözəl bir sözü var:"Sadələrin sadəsiyəm!"
    Həm onun sadəliyinnən, həm arınnan danışağ.
    Əhli-beyt aşiqi, imanlı bir insan idi,
    Sinəsi sözlə dolu sanki bir ümman idi.
    Baxışı həmmeşə qəmli və pərişan idi,
    Gözlərinnən oxunan intizarınnan danışağ...
    Sözlərin səslə olan vəhdəti nitqindəydi,
    Füzuli sən'ətinin hikməti nitqindəydi.
    Hər sözü dəqiq demək diqqəti nitqindəydi,
    Söz bağınnan dərilən laləzarınnan danışağ.
    Bir-iki kəlmə deyib mən Vüqarı yad elədim,
    Ümid edirəm xiridarlar ürəyin şad elədim.
    Neçə şairlər içinnən Vüqarı ad elədim,
    Çün demişdim sözünün sənətkarınnan danışağ...
    Allah rəhmət eləsin, Şair, ruhun şad olsun.
    (Bu da mənnən bir xatirə)

  • @pashayevyusif6512
    @pashayevyusif6512 4 года назад +1

    Eladi

  • @vuqareliyevofficial2910
    @vuqareliyevofficial2910 2 года назад +1

    Incisen de sozun duz deyciyem sen desen de demesende sozun duznu deyciyem

  • @emyrov2251
    @emyrov2251 3 года назад +4

    Axı bu nə həyatdi görüb yaşiyirğ
    Nə yaxşı nə pis elə sürüb yaşıyirğ
    Ölüm nədirki onuda bilib yaşıyirğ
    Ölüm mələklərinə inanmırıq biz
    Tarixdə adını kim yazıb efsane deyərlər
    Əhsən sözünü mərd olan insana diyərlər
    Mərd insan olanlar sözü mərdanə diyərlər
    Namərd olar arxanca gedib danışan adamlar
    Kimin ömrü harda bitər bilmərik
    Ölüm anı gəlib yetər bilmərik
    Bizə eyləsədə xəbər bilmərik
    Kimin necə canını harda almağın
    Allah canı bəxş eləyir hammiza
    Mələkləri yollayacaqnyanımıza
    Ölüm anı qorxu düşsə canımza
    Allaha tez anda sığınmaq gərək

  • @ibrahimcbraylov3917
    @ibrahimcbraylov3917 4 года назад +29

    30 saniyeden sonra mirferidin sesi gelir avtamatik😂

  • @emrahceferov7996
    @emrahceferov7996 3 года назад +6

    Ali kitab ayəsi var əyanda...
    Şəhidlər ölməz yazılıb Quranda...
    Prezidentimizin sayəsində biz,
    Qarabağda qoymadığ ermənidən iz,
    Harda yatıb qalmışdınız onda siz,
    Dövlət qurub Qarabağa ad qoyanda...
    Köməyə gəldi bir tərəfdən Ərdoğan,
    Arif Alvi təkan verdi hər zaman,
    Bəs harda idi Moskvaynan İran,
    Biri bu yanda itdi obiri oyanda...
    Qabağa çatdığda qədim torpağa,
    Daxil Oldu ordumuz Murov dağa,
    Yağdırdılar atəşi soldan sağa,
    Düşməni xar eylədilər cahanda...
    Ana ayağının altına cənnət düşür,
    Körpələrindən gözündən həsrət düşür,
    Hər şəhidin ruhuna rəhmət düşür,
    Olardı cənnətdə gözəl məkanda...
    Əzrail övladının canın aldı,
    Amma valideynin ismi ucaldı,
    Ailələrniz əmanət bizə qaldı,
    Əsgərlər sadiq oldular anda...
    Söhbət açanda boş qalan papağdan,
    Panşinyana hamı güldü qırağdan,
    Ordunun səsi gəldi Qarabağdan,
    Sonda qalib oldu bizim kamanda...
    Vidadi övladıvı çox sevirəm mən,
    Jalənin ismində qeyd edirəm mən,
    Şeir yazan əlinindən öpürəm mən,
    Məhəmməd Əli ismi var azanda...

  • @edik_haciqabullu_024
    @edik_haciqabullu_024 5 лет назад +4

    Super men bunu dyrem harda sinag varsa orda marag var . Bu gunki meclise gelen qonag var ..

  • @emrahceferov7996
    @emrahceferov7996 3 года назад +3

    Görən olubmu heć balıqların boğulduğun suda,
    Bütün cahanə eyni anda nemətin verir Xuda,
    Xudaya möhtac olmağın dəqiq dəlilidir buda,
    Tək Allahın böyüklüyün ədalətindən hiss elə..
    Bağın gözəlliyin çiçək tərvaətindən hiss elə

  • @emrahceferov7996
    @emrahceferov7996 3 года назад +4

    Tanrı görür səhnədə orbrazını məhv etməni,
    Göz yumur hər səhvinə görmür yada səhv etməni,
    Nöqsan edir yalvarır Allahına əhv et məni,
    Günahkar insan özü şeytan da bir bəhanədir...

  • @emyrov2251
    @emyrov2251 3 года назад +2

    Üzmə yalannan gülüb dalımca söz deyən var
    Yaxşılığma göz yumub əvəzinə pisləyən var
    Nə bir sevən var məni nədəki bir istiən var
    Nədəki bir həmdəmim var öz aləmimdəyəm mən
    Mənim öz aləmim var öz aləmimdəyəm mən
    Xoş günümdə dostuyam darda atibdir məni
    Sevən harda gör sevir harda atibdir məni
    Özüm qədər sevdiyim yarda atibdr məni
    Qəmim var sitemim var öz aləmimdəyəm mən
    Nə vaxt məni axtarıb nə vaxt araştırmisan
    Aranı ancaq istəyib neyçun qariştirmsan
    Sən mənə yar deyirdin guya sənə
    Davranışla dedin ki öz alməmimdəyəm mən

  • @hokmli7042
    @hokmli7042 3 года назад +4

    Mirfərid Zirə ❤️

  • @ruzgarxelili2975
    @ruzgarxelili2975 5 лет назад +5

    Qeweng ritmdir👍

  • @bagirovali
    @bagirovali Год назад +1

    Məni salasan sən dara,çatmaz duxun,
    Axı sən hara,mən hara,çatmaz duxun.

  • @KamilIsmayll
    @KamilIsmayll 9 месяцев назад +1

    Deyirəm qafiyəmiz olubdu ar ləzzətdi
    Gedəy eyliyəy ləzzət ilə nahar ləzzətdi
    Əgər haqq yolunda azsan Allaha apar pənah
    O biri dünyaya gedəndə apar sən az günah
    Bəndəni cəhənnəmə aparan olub nəfis tamah
    Nəfisini saxlaya bilməsən xumar ləzzətdi

    • @KamilIsmayll
      @KamilIsmayll 9 месяцев назад

      Qız olubdu ətri xoşdu xoş olubdu ənbəri
      Nazlı yarımın olmuyubdu heç yerdədə bənzəri
      Onun öz kədəri olub mənim həyatmın kədəri
      Çəkərəm o isdəsə dərdi qubar ləzzətdi

    • @KamilIsmayll
      @KamilIsmayll 9 месяцев назад

      Xoş olub müəttəri yarım olub behiştasar
      Sanki cənnət əhlidi olubdur firiştəüzar
      Hamı zənn edirki məhəbbətmiz olub qatar
      Eşqimiz olub dayanmıyan qatar ləzzətdi

  • @AzerbaijanPigeonsAssociation
    @AzerbaijanPigeonsAssociation 3 года назад

    👉 Bayram Kürdəxanlının heç yerdə eşitmədiyiniz qafiəsi 👍
    ruclips.net/video/YnXVkVnT57Y/видео.html

  • @camalmircamal1904
    @camalmircamal1904 5 лет назад

    Mirferidçin secme gelse ela olar