4-cü Qurup Keçid Balları və Müsabiqə Şərtləri-2024!

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • 2023/2024-cü tədris ili üçün 2023-cü ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbulda ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:
    I, II, III və IV ixtisas qrupu üzrə bütün ixtisasların, eləcə də dövlət sifarişli ixtisasların müsabiqəsində iştirak üçün abituriyentin ümumi balı 200-dən az olmamalı və bunun da ən azı 100 balı məhz blok imtahanından toplanmalıdır.
    Bundan əlavə I, II, III və IV ixtisas qrupları üzrə müəyyənləşmiş 150 ballıq ixtisasların müsabiqəsində iştirak üçün abituriyentin ümumi balı 150-dən az olmamalı və bunun da ən azı 50 balı məhz blok imtahanından toplanmalıdır.
    V ixtisas qrupuna gəldikdə isə ixtisaslar üzrə müsabiqə şərti aşağıdakı kimidir:
    120 bal tələb olunur:
    ✓ Rejissorluq;
    60 bal tələb olunur:
    ✓ Məşqçilik;
    ✓ Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi.
    ✓ Musiqi müəllimliyi;
    ✓ Təsviri incəsənət müəllimliyi;
    ✓ Dizayn (sahələr üzrə);
    ✓ Dekorativ-tətbiqi sənət (sahələr üzrə);
    ✓ İnstrumental ifaçılıq (sahələr üzrə);
    ✓ Vokal sənəti (sahələr üzrə);
    ✓ Dirijorluq (sahələr üzrə);
    ✓ Bəstəkarlıq;
    ✓ Musiqişünaslıq;
    ✓ Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);
    ✓ Aktyor sənəti;
    ✓ Operator sənəti;
    ✓ Rəngkarlıq;
    ✓ Qrafika;
    ✓ Heykəltəraşlıq;
    30 bal tələb olunur:
    ✓ Xoreoqrafiya sənəti (sahələr üzrə).

Комментарии • 9

  • @dreamlandstories-k-i-d-s
    @dreamlandstories-k-i-d-s Месяц назад +2

    Salam 1 ci qrupam. 1ci blok imtahanında Rii 2-ci blok imtahanında Rk, Rii qeydiyyatından keçmişəm. mən inşallah 150 ballıq ixtisaslara düşə bilərəm? Buraxılış balı 209 blok balı təxmini 98.
    Amma kimya balı 0 dı sadece informatikanı yazmışam.RUclipsda bir video var idi informatika üzrə verənlər 150 ballıq ixtisas seçə bilməyəcək. Ona görə soruşdum. Mən inşallah düşə bilərəm?

    • @thsilbldciniz5227
      @thsilbldciniz5227  Месяц назад +1

      @@dreamlandstories-k-i-d-s bəli Rİ altqurupunda 150 ballıq ixtisas yoxdur. Lakin, RK altqurupunda seçə bilərsiz amma pullu olacaq seçdiyiniz

  • @InciRzayeva-bf2zg
    @InciRzayeva-bf2zg 29 дней назад +2

    Salam NDU də Tərcűməçilik (azərbaycan/ingilis dili) subbakalavrlar üzrədi? Bakalavrlar üçün olmur?

    • @thsilbldciniz5227
      @thsilbldciniz5227  29 дней назад +2

      @@InciRzayeva-bf2zg hər ikisi də olur

    • @InciRzayeva-bf2zg
      @InciRzayeva-bf2zg 28 дней назад +2

      Ballar eyni səviyyədədir müəllim?

    • @thsilbldciniz5227
      @thsilbldciniz5227  28 дней назад +1

      @@InciRzayeva-bf2zg xeyr

    • @InciRzayeva-bf2zg
      @InciRzayeva-bf2zg 28 дней назад +1

      ​@@thsilbldciniz5227bəs nə qədər olur? Ə 221.baldır tərcüməçilik mən hardan bilim bakalvr üçün neçədir? Çox bağışlıyın sizi də narahat edirik bu bizim üçün həqiqətən çox õnəmlidir 😊

  • @InciRzayeva-bf2zg
    @InciRzayeva-bf2zg 19 дней назад +1

    Salam ballar nə vaxt siyahı formasında təqdim olunar?( 2024 -2025)

    • @thsilbldciniz5227
      @thsilbldciniz5227  17 дней назад +2

      @@InciRzayeva-bf2zg təqdim olundu yəqinki paylaşılacaq 1 həftəyə