Tottenham Qarabağ rəqib analizi

Поделиться
HTML-код
  • Опубликовано: 20 сен 2024
  • Salam əziz izləyicilər bu gün sizə Qarabağın avropa liqasındakı rəqibi İngiltərənin Totenhem Hotspur komandasının ötən mövsümki çıxışı, klubun hal hazırdakı vəziyyəti və komandamız Qarabağla oyun öncəsi Totenhemin ümümi gücü haqqında hazırladığım məlumatları təqdim edəcəyəm. videoya başlamadan öncə kanala abunə olub videoya şərh yazıb videonu bəyənib bizə dəstək ola bilərsiniz.
    Tottenham Hotspur2023- 2024 mövsümündə Premyer Liqanı 5-ci yerdə başa vurdu, bu da onların 2024-25 UEFA Avropa Liqasında yer qazanması demək idi. Yeni baş məşqçi Ange Postecoglou, oyun üslubu və yüksək pressinqi ilə komandaya yeni bir nəfəs gətirdi. Bununla yanaşı, Tottenhamın ən böyük zərbəsi Harry Kane-in ötən mövsümün əvvəlində Bayern Münchendə transfer olması oldu. Lakin Son Heung-min kapitan olduqdan sonra, komandaya liderlik edərək 17 qol və 10 məhsuldar ötürmə ilə möhtəşəm performans göstərdi.
    Tottenhamın mövsüm ərzində etdiyi transferlər, xüsusəndə james maddison, Bernnan Johnson və Micky Van De Ven komandaya yeni dinamika gətirdi. Bu oyunçuların yardımı ilə komanda güclü hücum və müdafiə performansını ortaya qoydu. Maddison zədələrə baxmayaraq, 9 məhsuldar ötürməylə mövsümü tamamladı, Johnson isə 5 qol və 10 məhsuldar ötürmə ilə komandanın əsas yaradıcılarından biri oldu.
    Müdafiə xəttində isə Micky Van de ven və Cristian Romero cütlüyü güclü performans sərgilədi. Vande ven komandaya sabitlik qatdısa romero topu irəli daşımaq və hücüm qurmaq baxımından vacib rol oynadı. Lakin bəzi intizam problemləri Romeronun performansını kölgədə qoydu. Ümümilikdə totenhemin ötənilki mövsümünü uğurlu saymaq olar.
    Bu mövsüm komandanın əsas hədəfi premyer liqada ilk 4 lüyə girərək uefa çempionlar liqasına vəsiqə qazanmaqdır. baş məşqçisi Ange Postecoglou komandanın oyun stilini daha da təkmilləşdirib, xüsusəndə yüksək pressinq və sürətli hücumlarda komndasının ön planda olmasını isdəyir. Bu məqsədlə Totenhem Hotspur yay transfer pəncərəsində fəal bir mövsüm keçirdi. Yeni baş məşqçi ange postecoglou komandanın hücum gücünü artırmaq və rəqabət qabiliyyətini gücləndirmək üçün əhəmiyyətli transferlər etdi. Ən böyük transfer isə Dominic Solanke oldu, Bournemouth-dan 65 milyon funt sterlinqə alınan hücumçu harry kane-nin yerini doldurmaq üçün komandaya cəlb olunub. Onun komandanın hücum xəttinə liderlik etməsi planlaşdırılıb. Digər əsas transferlərdən biri Archie Gray-dir. Leeds united-dən 40 milyon funt sterlinqə alınan bu 18 yaşlı futbolçu ingiltərənin parlaq gənc istedadlarından biri sayılır. Həmçinin wilson Odobert Brunleydən 30 milyon funt sterlinqə, lucas bergvall isə djugardendən 8.5 milyon funt sterlinqə transfer edilib. Bundan əlavə Timo Verner leipzigdən bir mövsümlük icarəyə götürüldü və cənubi koreyalı gənc oyunçu Yang Min Hyeok da yanvar ayında komandaya qoşulacaq. Gedənlər sırasında isə Oliver Skipp Leicester City-yə 20 milyon funt sterlinqə, Emerson Royal Milana 15 milyon avroya transfer olunub və eric dier, İvan perişiç kimi təcrübəli oyunçular sərbəst buraxılıb. Yeni transferlərindən Dominic Sallanke xüsusilə cərmə meydançasında təhlükəli qol imkanları yartamaq qabiliyyəti və yüksək pressinq bacarığı ilə diqqət çəkir. Solankenin transferi ilə tottenhem hücumda daha güclü olmağı hədəfləyir və onun performansı komandanın çempionlar liqası zonasına düşməsi üçün kritik rol oynaya bilər. Müdafiə xəttində isə Micky van de ven və Cristian romero cütlüyü postecoglou-nun taktikası çərçivəsində güclü top dağılımı və müdafiə dəstəyi təmin etməlidir. Bu mövsüm Tottenhemin əsas hədəfi təkcə liqada üst sıralarda olmaq deyil, həm də uzun müddət davam edən kubok həsrətini sona çatdırmaqdır. Bunun üçün isə liqa çempionluğu biraz çətin görünürsə, avroliqanın qalibi olmaq komandanın əsas hədəflərindən biridir. Buna görə də Tottenhemin bu yarışa da çox ciddi yanaşacağı heç kimdə şüphə doğurmur. Buna görə də komandamız Qarabağı İngiltərədə çox çətin bir sınaq gözləyir. Totenhemin hücum xəttində haqqında biraz əvvəl bəhs etdiyimiz yeni transfer dominic solanke , Son heung Min komandanın kapitanı, həm sürəti həm texniki bacarığı ilə komandamızın əsas diqqət yetirməli olduğu fiqurdur. O yalnız cinah hücumçusu deyil, həm də mərkəzdən hücumların qurulmasında iştirak edir və qol və qol vəziyyətləri yaratmaqda komandanın əsas aparıcı qüvvəsidir. Hücumdakı digər ad isə braziliya yığmasının hücumçusu Richarilson Tottenhemdə mərkəz hücumçusu və ya cinahda oynaya bilir. Güclü fiziki imkanlara və əla baş zərbələrinə malikdir. Hücum xəttinin digər siması isə Brennan johnson Nottingem Forestdən transfer edilib. Johnson sürəti və texnikası ilə rəqib komandalarına baş ağrısı ola bilir. Onun sürətli driblinqləri və cərimə meydançasında yaratdığı təhlükələr Tottenhemin hücumlarını daha da təhlükəli edir. yeni transfer vilson odobert sürəti və texnikası ilə hücumun həm cinahında həmdə mərkəzində oynaya bilir. Yüksək potensila malik bu futbolçunun komandaya böyük tövhələr verəcəyinə ümüd bəslənilir.
    Yarımüdafiə xəttinin əasas simalarından biri james Maddisondu
    .

Комментарии • 11