Böyük şair , gözəl insan, dəyərli ömür gün yoldaşı Nəriman müəllim Allah sizə cansağlığı versin Bu şeir məni yaman kövrəltdi Sizə qulaq asmaqdan yorulmuram Asta təmkinli səsinizlə dediyiniz müdrik kəlmələri dinlədikcə dinləmək istəyirəm Var olun!
Ayrılıq (yoldaşı Saraya) Mən səni həyatda daşa dəyişdim, Torpağa dəyişdim, məzara döndün. Mən öz baharımı qışa dəyişdim, Çinara dönmüşdün, hasara döndün. Bir ana bənd imiş bu əbədiyyət, Duydum buza dönən nəfəsimi də. Anamı əlimdən alan təbiət Gözü götürmədi, aldı səni də. Mən bir xəcalətdən çıxa bilmədim, Bu gizli dərdimi açıq desəm də. Sənə - sənə layiq baxa bilmədim, Səni - sənə layiq dəfn eləsəm də. Yerə söykədilər mərmər üzünü, Yalvardım dayanın, əl saxladılar Mən özüm örtərdim evdə üstünü, Burda, qəbristanda torpaqladılar. Sən getdin, dəyişdi həyatın özü, Getdi dadı-tamı, hər şeyi getdi. Evi bəzərdin ki, gözəl görünsün, Evimin ən gözəl bəzəyi getdi. Gedib dost-qohumun qəbri üstünə, Gül-çiçək qoyurduq ikilikdə biz. - Mən sənsiz ölərəm! - demişdim sənə, Hamısı yalanmış, yaşadım sənsiz… Sənə sədaqətdi bütün həyatım! - Deyərdim, baxardın gülümsəyərək. Səni qəbristanda qoyub qayıtdım, Sədaqət şüarım bu imiş demək. Bu gün qəbristanda gecikib səhər, Üstünə nur səpir qızıl dan yeri. Torpaq ot bitirər, ağaç bitirər, Burda daş bitirir qəbristan yeri. Bir gözəllik itib duman içində, Dünya imtahanmış, işləri ovsun. İlahi, bu qədər insan içində, Bir insan tapmıram söz demək olsun. Fikirli qalxıram üzüyuxarı, Nə qədər yaxınsan, nə qədər uzaq. Təzə ot göyərib örtür cığırı, İtirmək istəyir qəbrini torpaq. Mənsiz darıxardın evdə hər dəfə, Dözümsüz olmuşdu gecə-gündüzün! Gedəndə deyirdin tez qayıt evə, Bəs niyə qayıdıb gəlmirsən özün?! Bunamı deyirdin: gələcək illər? Günləri sayırdın nə həsrət ilə. Bunamı deyirdin: dözək birtəhər, Gözəl günlərimiz sonradı hələ. Səni də apardı axan ulduzlar, Dünyanın bir yaxın kimsəsi yoxmuş. Axırı haraymış? Bu soyuq məzar! - Məzarın təzəsi, köhnəsi yoxmuş. Gözüm yolda qalıb, qulağım səsdə, Gedibsən, qalmışam mən qonaq kimi. Sən yerin altında, mən yerin üstə, Biz ayrı düşmüşük kök-budaq kimi.
****** Mən səni sevdim ki, yoldaş olasan, Həyatın ən ağır, dar yollarında. Demədim axırda bir daş olasan, qədim qəbirstanda, yol kənarında. Mən səni sevdim ki, yüyür, qaç, oyna, Yenə seçilməsin ətrin bahardan. Demədim təzədən gizlənpaç oyna, Axşam yuxuma gir, səhər qaç ordan. Yadıma nə düşür!-sənin ad günün Biz qoca deyirdik, dünya təzəymiş İli yox həyatda insan ömrünün Anı da tarixidə bir hadisəymiş. dilimizvarligimiz.az/n%C9%99riman-h%C9%99s%C9%99nzad%C9%99-omrun-yollari-da-pill%C9%99kan-kimi/ anl.az/el/emb/N.Hesenzade/books/books_hn/hn_se1c.pdf s69
Men size vurgunam Neriman muellim kas sizi bir defe real heyatda gore bileydim cox dogma gelirsiz insana adam istiyir ele siz daniwasiz seir deyesiz size qulag asam sesinizde ozunuz eserleriniz kimi yatimli ve gozeldir ALLAH size omur versin
Böyük şair , gözəl insan, dəyərli ömür gün yoldaşı Nəriman müəllim Allah sizə cansağlığı versin Bu şeir məni yaman kövrəltdi Sizə qulaq asmaqdan yorulmuram Asta təmkinli səsinizlə dediyiniz müdrik kəlmələri dinlədikcə dinləmək istəyirəm Var olun!
❤
Ürəy dözmür bu müqəddəs sözlərə.
Ayrılıq (yoldaşı Saraya)
Mən səni həyatda daşa dəyişdim,
Torpağa dəyişdim, məzara döndün.
Mən öz baharımı qışa dəyişdim,
Çinara dönmüşdün, hasara döndün.
Bir ana bənd imiş bu əbədiyyət,
Duydum buza dönən nəfəsimi də.
Anamı əlimdən alan təbiət
Gözü götürmədi, aldı səni də.
Mən bir xəcalətdən çıxa bilmədim,
Bu gizli dərdimi açıq desəm də.
Sənə - sənə layiq baxa bilmədim,
Səni - sənə layiq dəfn eləsəm də.
Yerə söykədilər mərmər üzünü,
Yalvardım dayanın, əl saxladılar
Mən özüm örtərdim evdə üstünü,
Burda, qəbristanda torpaqladılar.
Sən getdin, dəyişdi həyatın özü,
Getdi dadı-tamı, hər şeyi getdi.
Evi bəzərdin ki, gözəl görünsün,
Evimin ən gözəl bəzəyi getdi.
Gedib dost-qohumun qəbri üstünə,
Gül-çiçək qoyurduq ikilikdə biz.
- Mən sənsiz ölərəm! - demişdim sənə,
Hamısı yalanmış, yaşadım sənsiz…
Sənə sədaqətdi bütün həyatım! -
Deyərdim, baxardın gülümsəyərək.
Səni qəbristanda qoyub qayıtdım,
Sədaqət şüarım bu imiş demək.
Bu gün qəbristanda gecikib səhər,
Üstünə nur səpir qızıl dan yeri.
Torpaq ot bitirər, ağaç bitirər,
Burda daş bitirir qəbristan yeri.
Bir gözəllik itib duman içində,
Dünya imtahanmış, işləri ovsun.
İlahi, bu qədər insan içində,
Bir insan tapmıram söz demək olsun.
Fikirli qalxıram üzüyuxarı,
Nə qədər yaxınsan, nə qədər uzaq.
Təzə ot göyərib örtür cığırı,
İtirmək istəyir qəbrini torpaq.
Mənsiz darıxardın evdə hər dəfə,
Dözümsüz olmuşdu gecə-gündüzün!
Gedəndə deyirdin tez qayıt evə,
Bəs niyə qayıdıb gəlmirsən özün?!
Bunamı deyirdin: gələcək illər?
Günləri sayırdın nə həsrət ilə.
Bunamı deyirdin: dözək birtəhər,
Gözəl günlərimiz sonradı hələ.
Səni də apardı axan ulduzlar,
Dünyanın bir yaxın kimsəsi yoxmuş.
Axırı haraymış?
Bu soyuq məzar! -
Məzarın təzəsi, köhnəsi yoxmuş.
Gözüm yolda qalıb, qulağım səsdə,
Gedibsən, qalmışam mən qonaq kimi.
Sən yerin altında, mən yerin üstə,
Biz ayrı düşmüşük kök-budaq kimi.
******
Mən səni sevdim ki, yoldaş olasan,
Həyatın ən ağır, dar yollarında.
Demədim axırda bir daş olasan,
qədim qəbirstanda, yol kənarında.
Mən səni sevdim ki, yüyür, qaç, oyna,
Yenə seçilməsin ətrin bahardan.
Demədim təzədən gizlənpaç oyna,
Axşam yuxuma gir, səhər qaç ordan.
Yadıma nə düşür!-sənin ad günün
Biz qoca deyirdik, dünya təzəymiş
İli yox həyatda insan ömrünün
Anı da tarixidə bir hadisəymiş.
dilimizvarligimiz.az/n%C9%99riman-h%C9%99s%C9%99nzad%C9%99-omrun-yollari-da-pill%C9%99kan-kimi/
anl.az/el/emb/N.Hesenzade/books/books_hn/hn_se1c.pdf s69
En gozel werlerin eserlerin sahibi.var olun.
Çox çox böyük üreyli şairmiz allah ömür versin size nerman melim size qulaq asanda göz yaşlarımı saxlıya bilmirem😢😢😢
Kaş bir defe sizi real heyatda gore bilseydim♥
Her defe bu şeirə qulaq asanda ağliyiram ,butun şeirleri təbiidi ,yasanmiş hisslərdi Gözəl şairdi
həyat çox qəribədir.çox kövrəldim.halal olsun
Cox sevirem bu shairi..
Evi bezerdinki gozel gorunsun
Evimin en gozel bezeyi getdi😔😔
Əvəzsiz şair.sizin şeirlərinizi çoox sevirəm.məni başqa aləmə aparır
Azerbaycanin sevilib ,sevilir ve sevilecek wairi Neriman muellim ad gununuz mubarek .Saglam uzuuuun omur qismetiniz olsun .Sizin werlerinizle boyuduk .....
Nəriman müəllim böyük ürəyə sahib əsl insandır .Cox təsirlidir .
Allah can sagligi versin.Cox sevirem weirlerinizi.
Həyat davam edir gözəl şairimiz Allah sənə ömür versin yoldaşınada rəhmət eləsin
Allah kömek olsun hamiya inshallah.Gözel shair,insan.Allah sizleri saxlasin inshallah.
Allah mohkem can sagligi versin. Ruhun 1 nomreli sairi.
Mende heyat yoldawimi itirmiwem ve bu wer meni mehv eledi.
cox sevirem. bu wairi
Aman Allah sözlərə baxx.var olun Nəriman bəy.
Çox gözel setirlerdi
Cox Cox mohtesem Cox Cox tesirli sozler
Allah bu şairimizi bizlere cox görmesin. Olmez eseride biride budur.
gözüm doldu😢😢😢😢
Cox tesirlendim
Cox gozel yazib ,
Ən çox sevdiyim şair
Allah can sağığı versin sevimli şairimizə.
Allah ömr versin sənə şair
Səhər səhər ağlatdınız məni
Men size vurgunam Neriman muellim kas sizi bir defe real heyatda gore bileydim cox dogma gelirsiz insana adam istiyir ele siz daniwasiz seir deyesiz size qulag asam sesinizde ozunuz eserleriniz kimi yatimli ve gozeldir ALLAH size omur versin
Amin
Mende Neriman Hesenzadeni görmeyi çox isteyirem
Nece yiqisaq gedek kimse bilirse komek elesin
Evimin en gozel bezeyi getdi
Nə gözəl
Çox gözel şair.
Nərman məllimin bu misraları özü bir həyatdır.
Mən sənsiz ölərəm demişdim sənə.
Hamısı yalanmış yaşadım sənsiz.
😢😢😢😢😢
Üreyin sağliq şair
Allah omur versin boyuk sair
Cox gozel
çox təsirlidi
Necə təbii,necə mənalı,necə təsirli
👍👍👍
Allah omur versin baci oqlu serxan
Cox üzüldüm😥😥😥
Heyat bos bir seymis heqiqetende sair.
Mən bu insanı çox sevirəm.
Necədə gözəl,mənalı …
Çox gözəl
Nerman Hesenzade menim emimdir
Allah ömür versin, çooooxxx istetdim 1 ce defe gorem heç olmasa.
Nəriman müəllimin xanımı Sara xanım zamanında çox gözəl bir şer yazıb şairə.
""Bir qadın ömrünü qurban vermişəm,
Bir şair ömrünü yaşatmaq üçün......"
Allah omur versin
Doymuram bu wer'den
Arxadakı fon musiqisinin adını desəniz çox şad olaram
Tərlan "Səs"
😍😍😍
😞😪
Gözümün gözünə dediklərini
Üzünə deməyə üzüm gəlməyir.
musiqinin adini bilen varsa desin zehmet olmasa
Nəriman Həsənzadə bir dəryadi
Aparici gunelin atasi olmalidi sef etmiremse banu verlisini aparan gunelin dediklerine gore yaxsi biri deyl
Xeyir sehv melumatdir. Cox gozel bir xanimin atasidir. Xatire muellime❤️ . Mukemmel insandilar her ikisi🥰
Bu gədər aci şer də olurmuş