Mirzə Babayev - Çay (sözləri \ lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Stil və rahatlığı onlayn alış-verişlə birləşdirin!
    shrinke.me/E8d...
    Facebookda izləmək üçün: lnkload.com/2uNmk
    1. Pubiza'nın Reklamını Yapın
    2. Reklamlar ile Pubiza'ya üye gönderin
    3. Gelen her üyenin kazancının %10'u kadar siz de kazanın ➡pubiza.com?r=528870
    Çayçı piyan olanda
    Hər il Maştağada, orta məktəb direktoru, vahidşünas Məmməd Nuruoğlunun təşəbbüsü ilə Əliağa Vahidin xatirə günü keçirilirdi. Bu indi adi görünür, o vaxt isə böyük cəsarət tələb edirdi. Məktəbin akt zalında rəsmi hissə keçirildikdən sonra, böyük ziyafət də verilirdi. Növbəti belə gecələrdən birində Salam Qədirzadə, Seyfəddin Dağlı, Qabil ənənəvi qonaqlar sırasında olublar. Təsəvvür edin, qışın oğlan çağı, istilik sistemi yox, rəyasət heyətində isə yel oynayır. Qonşu otaqdan isə cız-bızın cızıltısı gəlir, arağın da dəmi. İclas da uzanır. Stolun üstündə isə soyuq çay. Məmməd Nuruoğlunun yanında oturan Seyfəddin Dağlı ilə Qabil sədarəti dümsüklüyürlər ki, “Ay Məmməd, soyuqdur, axı?” Yəni iclası qurtar, gedək yemək-içməyə. O da təmkinlə “Hər şey hazırdır, iclası qurtaraq, başlayaq” cavabını verir.
    Salam Qədirzadə də çıxışını davam etdirir. Atam Qabillə, Seyfəddin Dağlı Məmməd müəllimi o qədər boğaza yığırlar ki, axırda dilə gəlir ki, “Neynəyim, arağı bura gətirim?”. Seyfəddin Dağlı isə “Araq niyə? Bu çayın yerinə, çaynikdə konyak gətizdir. İkisi də bir rəngdədir də, kim biləcək?” deyir.
    Bu cavabın qarşısında naəlac qalan Məmməd müəllim qonaqların arzusunu yerinə yetirir. Onlar da içib bir az qızışırlar. Salam Qədirzadə çıxışını başa çatdırıb, yerinə oturduqdan sonra Məmməd müəllimdən soruşur ki, “Ay Məmməd, o armudu stakandakılar nə idi? ” Məmməd müəllim “Necə yəni nə idi? Çay”. Salam Qədirzadə isə “Başa düşdüm e… çay idi. Amma biz görmüşük ki, birinci qəndi ağıza qoyarlar, sonra çayı qurtum-qurtum içərlər. Qabillə, Seyfəddin stəkandakını birnəfəsə başlarına çəkdilər, sonra isə qənddən dişlədilər.
    Sonradan lətifəyə dönən bu əhvalatı Seyfəddin Dağlı özünəməxsus nəzmə çəkmişdi.Görkəmli bəstəkarımız Cahangir Cahangirov da bu sözlərə gözəl bir mahnı bəstələmişdi. Mirzə Babayevin ifasında “Çayçı” mahnısı bugün də efirlərin bəzəyidir.
    © modern.az
    Mirzə Babayev - Çay (sözləri\lyrics)
    Sözləri: Seyfəddin Dağlı
    Musiqisi: Cahangir Cahangirov
    Qonaqlar hamısı gəldi
    Məclisimiz düzəldi
    Qonaqlar hamısı gəldi
    Məclisimiz düzəldi
    Yuxarı başa tez keçin
    Oturub yeyin için...
    Yuxarı başa tez keçin
    Oturub yeyin için...
    Tez düzün qədəhləri tez düzün
    Çay süzün ay qədəhlərə çay süzün...
    Tez düzün qədəhləri tez düzün
    Çay süzün ay qədəhlərə çay süzün...
    İçkini tərk etmişik
    Çün zərərin dərk etmişik
    İçkini tərk etmişik
    Çün zərərin dərk etmişik
    Çay olub indi bizə dost
    Şəninə söylərik tost...
    Çay olub indi bizə dost
    Şəninə söylərik tost...
    Tez düzün qədəhləri tez düzün
    Çay süzün ay qədəhlərə çay süzün...
    Tez düzün qədəhləri tez düzün
    Çay süzün ay qədəhlərə çay süzün...
    Pür rəngdir özü dəm verir
    Gör necə tanış təm verir
    Pür rəngdir özü dəm verir
    Gör necə tanış təm verir
    Tanış gəlir lap rəngidə
    Qədəhlərin ahəngidə...
    Tanış gəlir lap rəngidə
    Qədəhlərin ahəngidə...
    Tez düzün qədəhləri tez düzün
    Çay süzün ay qədəhlərə çay süzün...
    Tez düzün qədəhləri tez düzün
    Çay süzün ay qədəhlərə çay süzün...
    Ay aman bu necə işdir
    Əhvalımız çox dəyişdi
    Ay aman bu necə işdir
    Əhvalımız çox dəyişdi
    Çayçımız vurub baş ayağmış
    Çaynikdəki konyak imiş...
    Çayçımız vurub baş ayağmış
    Çaynikdəki konyak imiş...
    Tez düzün qədəhləri tez düzün
    Çay süzün ay qədəhlərə çay süzün...
    Tez düzün qədəhləri tez düzün
    Çay süzün ay qədəhlərə çay süzün...

Комментарии • 10