Görmüşəm, sevmişəm Xalq mahnısı Yanıram əşq oduna yâr Mənə sən naz eləsən də Bu nazı sən mənə yarim Bir gadar az eləsən də Balam, Görmüşəm, sevmişəm, istərəm səni. Edim nə çarə ? Evlərinin önü qaya, Qayadan baxarlar aya, Sənsiz keçən günlərim yar, Gəlməz heç bir zaman saya. Balam, Görmüşəm, sevmişəm, istərəm səni. Edim nə çarə ? Əziziyəm, yaralıyam, Aşıq ellərdən ayrılsın Şana tellərdən ayrılsın Bir gününə dözmədim Oldum illər ayrısı Balam, Görmüşəm, sevmişəm, istərəm səni. Edim nə çarə ? Əziziyəm, yaralıyam, Dərd əlindən yaralıyam. Bilirəm çarəsi yoxdur, Can evimdən yaralıyam. Balam, Görmüşəm, sevmişəm, istərəm səni. Edim nə çarə ? --------------------------------------------------- Deyiləm Söz: Gülağa Tənha (Qənbərov) Müzik: Cabbar Musayev İlk sevgi qəlbimdə əbədi qaldı, Çılğın gəncliyimi əlimdən aldı. Ümidim yarpaqtək soldu, saraldı, Daha əvvəlkitək gülən deyiləm. Sən elə bilirdin sənsiz ölərəm, Mənim üzüm bərkdi, ölən deyiləm. Elə incitmisən ürəyimi sən, Bir daha qapına gələn deyiləm. Pərvanə dolanar şamın başına, Sevgi məhəl qoymaz ömrün yaşına. Qayıtsan yenidən on beş yaşına, Mən sənin sevgini bilən deyiləm. Gülağa’nın sözünü yadigar saxla: Ömrün keçəcəkdir naləylə, ahla. Ürəyim, nə qədər istərsən ağla, Sənin göz yaşını silən deyiləm. --------------------------------------------------- Söz: Halq Müzik: Ələkbər Tağıyev Gecələr yuxusuz qoymusan məni, Öyrənə bilmədim ürək sirrini. Unutmaq çətindir, gözəlim, səni! Gəl gizlətmə məndən sən öz sirini, Sevirəm, sevirəm, təmiz eşqini. Məndən küsməyi sanma səadət, Hicrinə dözməyə qalmadı taqət. Sevirəm mən səni, ay gözəl afət ! Gəl gizlətmə məndən sən öz sirini! Sevirəm, sevirəm təmiz eşqini. Mən ilham alıram incə səsindən, Qəlbləri oxşayan xoş nəfəsindən. Bilmirəm mələksən, yoxsa nəsən sən? Qəlbimin evində şahlıq edirsən
Çox gözəl ifadi var olsun Zeynəb xanim.Səsinə qüvvət.
Vuruldum bu səsə
Sənətkari El Yaşadar Ellər Seçər.
Görmüşəm, sevmişəm
Xalq mahnısı
Yanıram əşq oduna yâr
Mənə sən naz eləsən də
Bu nazı sən mənə yarim
Bir gadar az eləsən də
Balam,
Görmüşəm, sevmişəm, istərəm səni.
Edim nə çarə ?
Evlərinin önü qaya,
Qayadan baxarlar aya,
Sənsiz keçən günlərim yar,
Gəlməz heç bir zaman saya.
Balam,
Görmüşəm, sevmişəm, istərəm səni.
Edim nə çarə ?
Əziziyəm, yaralıyam,
Aşıq ellərdən ayrılsın
Şana tellərdən ayrılsın
Bir gününə dözmədim
Oldum illər ayrısı
Balam,
Görmüşəm, sevmişəm, istərəm səni.
Edim nə çarə ?
Əziziyəm, yaralıyam,
Dərd əlindən yaralıyam.
Bilirəm çarəsi yoxdur,
Can evimdən yaralıyam.
Balam,
Görmüşəm, sevmişəm, istərəm səni.
Edim nə çarə ?
---------------------------------------------------
Deyiləm
Söz: Gülağa Tənha (Qənbərov)
Müzik: Cabbar Musayev
İlk sevgi qəlbimdə əbədi qaldı,
Çılğın gəncliyimi əlimdən aldı.
Ümidim yarpaqtək soldu, saraldı,
Daha əvvəlkitək gülən deyiləm.
Sən elə bilirdin sənsiz ölərəm,
Mənim üzüm bərkdi, ölən deyiləm.
Elə incitmisən ürəyimi sən,
Bir daha qapına gələn deyiləm.
Pərvanə dolanar şamın başına,
Sevgi məhəl qoymaz ömrün yaşına.
Qayıtsan yenidən on beş yaşına,
Mən sənin sevgini bilən deyiləm.
Gülağa’nın sözünü yadigar saxla:
Ömrün keçəcəkdir naləylə, ahla.
Ürəyim, nə qədər istərsən ağla,
Sənin göz yaşını silən deyiləm.
---------------------------------------------------
Söz: Halq
Müzik: Ələkbər Tağıyev
Gecələr yuxusuz qoymusan məni,
Öyrənə bilmədim ürək sirrini.
Unutmaq çətindir, gözəlim, səni!
Gəl gizlətmə məndən sən öz sirini,
Sevirəm, sevirəm, təmiz eşqini.
Məndən küsməyi sanma səadət,
Hicrinə dözməyə qalmadı taqət.
Sevirəm mən səni, ay gözəl afət !
Gəl gizlətmə məndən sən öz sirini!
Sevirəm, sevirəm təmiz eşqini.
Mən ilham alıram incə səsindən,
Qəlbləri oxşayan xoş nəfəsindən.
Bilmirəm mələksən, yoxsa nəsən sən?
Qəlbimin evində şahlıq edirsən