Əliağa Vahid - Oldu (Qəzəl)

Поделиться
HTML-код
  • Опубликовано: 2 окт 2024
  • Söyləyir - İslam Rzayev
    Ey gül səni hər kimki sevdi bəxtəvər oldu,
    Eşqində bir ancaq mənim ömrüm hədər oldu...
    Kim sevdi qara zülfünü ağ günlərə çıxdı,
    Tale mənə yar olmadı bir dərdi-sər oldu.
    Mən ağladım öz halıma biganə sevindi,
    Şükr eylə ki mən qaldım o məndən betər oldu...
    Kuyində mənə zülm eləyəndən biri qalmıb,
    Ahım odu yandırdı hamı dərbədər oldu.
    Yıxmaqdı məni məqsədi namərd rəqibin,
    Bar vemədi məqsudi bütün bisəmər oldu.
    Ayrılmaz idik bir-birimizdən aramızda,
    Göz dəydi bizə bəlkə də bir bədnəzər oldu.
    Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdi
    Hər kim vətənin sevdi o əhli-hünər oldu.
    Vəhşiliyə namərdliyə nadanlığa nifrət,
    Insanliq ilə ömr eləyən bəxtəvər oldu.
    Səndən sora Vahid ayıq ol qoy deməsinlər,
    Dünyaya gəlib getdi heyif bixəbər oldu.
    Abunə olaraq ən gözəl qəzəlləri və musiqiləri dinləyə bilərsiniz.
    Facebook Səhifəmiz: / 207122586112633

Комментарии • 8