Ölüyə Quran oxumaq olarmı? | Bəxtiyar Turabov

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • İnsan öldükdən sonra onun üçün Qurani-Kərim oxumaq olarmı?
    Qurani-Kərim Uca Allahın bütün insanlara göndərdiyi öyüd-nəsihətdir, hər kəs onu oxuyaraq ibrət almalıdır. Uca Allah Quranı ölülər üçün yox, diri insanlara göndərmişdir ki, insanlar doğru yola yönəlsinlər. Yasin surəsi səhvən ölülər üçün oxunsa da, Uca Allah Yasin surəsində belə buyurur: "Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin". (Ya Sin, 69-70).
    "Kor ilə görən eyni deyildir, zülmətlərlə nur da, kölgə ilə bürkü də eyni deyildir. Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən. Sən ancaq qorxudub xəbərdar edənsən. Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik...". (Fatir, 19-24).
    "Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən". (ən-Nəml, 80).
    Ona görə də, Quranı ölülər üçün oxumaq dində peyğəmbərin ﷺ onun əhli-beytinin və səhabələrinin (Allah onlardan razı olsun) etmədiyi bir şeyi etməkdir, bu isə böyük günahlardan biri olan bidətdir (dində yenilik). Peyğəmbər ﷺ demişdir: "Hər bir bidət (dində yenilik) zəlalət, hər bir zəlalət isə Cəhənnəm odundadır". Başqa bir hədisdə isə: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (Səhih əl-Buxari və Səhih Muslim).
    Ölüyə yaxşılıq etmək istəyən aşağıdakı hədisdə deyilənləri edə bilər: Sə'd (Allah ondan raz olsun) rəvayət edir ki, bir gün o, Allah Elçisinin ﷺ yanı­na gəlib dedi: "Ey Allahın Elçisi! Anam vəfat etmiş və vəsiyyət etmə­miş­dir, mənim onun əvəzindən sədəqə verməyim ona fayda verər?" O ﷺ buyurdu: "Bəli, su sədəqə et!" (ət-Tabərani "Mu'cəmul-Əvsat", 8061).
    • SUAL-CAVAB
    #BəxtiyarTurabov #BəxtiyarTurabovSualCavab

Комментарии • 142

  • @teymuraydemirov9247
    @teymuraydemirov9247 Месяц назад +2

    Sağöl var ol.
    BərəkƏLLAH və MƏŞƏƏLLAH.

  • @ayselaysel7620
    @ayselaysel7620 12 дней назад +1

    ALLAH RAZI OLSUN SİZDEN

  • @mesmebabayeva8045
    @mesmebabayeva8045 Месяц назад +2

    Allah razı olsun

  • @elnurheydrov5671
    @elnurheydrov5671 27 дней назад +2

    Mən də sizin kimi fikirləşirəm

  • @kimyadersleri3739
    @kimyadersleri3739 2 года назад +3

    Allah sizdən razı olsun

  • @ayselaysel7620
    @ayselaysel7620 Год назад +3

    ALLAH RAZI OLSUN

  • @teymuraydemirov9247
    @teymuraydemirov9247 3 года назад +11

    Qardaşım uca ALLAH sizi və sevdiklərinizi və sizi sevənləri qorususun.Əməyiniz səyiniz heç vaxt hədər getməsin.Dinimiz sizin kimi müəllimlərin səyi nəticəsində aydınlığa çıxır.Yolunuz uğurlu və aydın olsun.Biz sizdən çox razıyıq.ALLAH sizdən razı olsun.
    Amin..

  • @cabirbaxsov3134
    @cabirbaxsov3134 6 дней назад

    Allah yaratdığı hər şey yoxa cıxmır, bir formadan başqa formaya kecir.....Ruhisə Allahtəalanın ruhundadır o həmişə var.....

  • @AminaTurabli
    @AminaTurabli 3 года назад +4

    Allah razı olsun sizdən 🌷

  • @sabnamaqaeva7877
    @sabnamaqaeva7877 2 года назад +5

    Allah sizdən razi olsun!

  • @mehribanqafarova3155
    @mehribanqafarova3155 2 года назад +5

    HER SEY DUZ. 🌷🌾🤲ALLAH KOMEYINIZ OLSUN. 🌾🌷AMIN. 🙏🏾

  • @kemalyaabdullayeva5177
    @kemalyaabdullayeva5177 3 года назад +6

    Cox te'sirli ders, diyerdim. ☝️Allah☝️ sizden razi olsun, hem bu dunyada, hemde axiretde, kimler ucunse, xatirlatmaya gore, kimler ucunse, nesihete, biliye gore. 👍👍👍Allahumme Eeemiiin.

  • @siddiq-dp9qx
    @siddiq-dp9qx 3 года назад +2

    Ma şəə Allah TəbarkAllah.

  • @N5.295-_
    @N5.295-_ Год назад +2

    Sahabeden Leclac Hazretleri, oğluna vasiyette bulunurken şöyle demiştir:
    - Oğulcuğum! Ben öldüğüm zaman beni mezara göm. Beni mezara koyduğun zaman şöyle de: بِسْمِ اللَّهِ وَعَلَى مَلَّةِ رَسُولِ اللَّهِ Sonra da üzerime toprak atarak düzelt. Daha sonra da başımın ucunda Bakara suresinin baş tarafını ve son kısmını oku. Zira ben HazretiPeygamberin böyle dediğini duydum. (Taberânî, XIX, 220, 221; İbni Asâkir, Tarihu Dimeşk, XXXXX, 292; Beyhakî, IV, 56)
    Bu hədis barəsində fikirləriniz maraqli olardi.

    • @shorts-pw7vy
      @shorts-pw7vy Год назад

      Selefiler tam bir hedis inkarcilaridir islerine geleni alirlar gelmeyeni Inkar edirler

  • @aidaqasimzade6148
    @aidaqasimzade6148 3 года назад +2

    Çox sağ olun izah elədiyiniz üçün.

  • @ruziyehaciyeva3692
    @ruziyehaciyeva3692 3 года назад

    Əssəlamu əleykum Allah sizdən razı olsun

    • @BaxtiyarTurabov
      @BaxtiyarTurabov  3 года назад +1

      Va aleykum salam. Uca Allah faydalı etsin.

    • @elsenmemmedov9840
      @elsenmemmedov9840 3 года назад

      AsSalamu Aleykuk qardaw sizn nomrenzi isdesek verersiz

  • @ferideliyev6412
    @ferideliyev6412 2 года назад +3

    Ne gozel danisirsiz Allah razi olsun sizden

  • @atillaqladiyator9756
    @atillaqladiyator9756 3 года назад +10

    ALLAH Sizden razi olsun qardaş,elimnizə bərəkət caniniza saqliq versin.☝️

  • @lahavlavalaquvvetaillahbillah
    @lahavlavalaquvvetaillahbillah 2 года назад +5

    ALLAH gunahlarini bagiwlasin...İNWALLAH DUZ YOLA GELERSİNİZ 🙏🙏🙏 Selefide olsaniz yenede muselmansiniz.İNWEALLAH Bir gun Haqqi bileceksiniz.

  • @seriyyezeynalova4577
    @seriyyezeynalova4577 3 года назад

    Allah sizden razi olsun

  • @adile_2011
    @adile_2011 2 года назад +3

    Allah razi olsun hocam ona görə də Quranı ağıl sahibləri dərk edir hamı yox Həmd olsun aləmlərin Rəbbi olan Allaha

  • @ismayilnuriyev4542
    @ismayilnuriyev4542 3 года назад +8

    Əs sələmu aleykum Rəbbim səni izzətləndirsin gözəl qardaş. MaşAllah saqqalda əla yaraşir

    • @BaxtiyarTurabov
      @BaxtiyarTurabov  3 года назад +2

      Va aleykum salam. Uca Allah faydalı etsin.

  • @chingizisrafilov
    @chingizisrafilov 3 года назад +9

    Bu cür maarifləndirici dərslərə çox ehtiyac var. Bu dərs mollalara yaman təsir edib, şərhlərdə etiraz edənlər də az deyil. Allahım xalqımıza hidayət ver!

  • @bayramovresad8396
    @bayramovresad8396 3 года назад +1

    Səlamalekum. Allah səni qorudun qardaş

  • @z.agasoy1442
    @z.agasoy1442 3 года назад +2

    Allah həmişə xeyirli işlərdə yarışanlardan eləsin, əslində məsələnin hardan gəldiyinə baxsaq bu sovet zamanından gəlmiş bir şeydir, çünki Quran oxuya bilənlərin sayı o qədər azaldı ki, Quran oxumağın fəzilətləri haqqında məlumatı olub oxuya bilməyənlər heç olmasa başqalarına oxutdurmaq yolunu seçdi, əlbəttə burda məqsəd yenə savab iş görməkdir zənnimcə, oxuyanlar da hər yerdə olan insanlardı, doğrusu da var, oğrusu da... təəssüf ki,yenə də valideynlərin çoxu uşaqların axirəti üçün deyil bu dünyası üçün çalışır, neçə fəndən müəllim yanına qoyur ,amma Quran oxumağa təşviq etmir, anlamır ki, Quran oxumağı oyrənsə, tərcüməsini araşdırmağa yönəlsə,o biri dərsləri də, peşələri də öyrənməyin yolunu öyrənmiş olacaq, Quran öyrənmək ömür boyu,həyat boyunca olması lazım olan bir şeydir, ehtiyacdır... əslində dini təbliğ etmək yolunu tutanlara böyük məsuliyyət düşür, insanların arasına qarışıb fəal iştirak etmək lazımdır,qoy İslamı mənbəyindən,Qurandan oxuyub,anlayaraq, düşünərək müzakirə edərək öyrənsinlər,nəinki müxtəlif cərəyanların, radikal qüvvələrin təsiri ilə, ürəyində təmiz niyyəti olanı Allah özü doğru yola yönəldər.Dünya o vaxt gözəlləşər ki, müsəlmanlar doğru yaşayıb doğru nümunə göstərər, İslamdan xəbəri olmayanlar nə qədər gözəl baxış bucağı var deyib onun hansı yolla bu səviyyəyə gəlməsi ilə maraqlanar

  • @malikester6655
    @malikester6655 2 года назад +7

    Maraqlıdır,insan dünyasını dəyişərkən niyə ona namaz qılırıq,? Niyə ona təlqin veririk? Əgər o bunları eşitmirsə o zaman mənası nədi bu etdiklərmizin? Və nəticə etibarı ilə bu etdiklərimiz,və oxuduqlarımız qirani kərimə aid deyilmi?

  • @ehmedmehmeliyev1417
    @ehmedmehmeliyev1417 6 месяцев назад +1

    Salam Aleykum Rəhmətullahu və Barakatuhu. Qardaş cənazəyə namaz qilinir və quran oxunur. Yəni ölüyə quran oxunur çənazə namazında.

  • @elsenceferli9325
    @elsenceferli9325 5 месяцев назад +1

    Peygember s.buyurub._ölənlərinizə Yasin surəsi oxuyun. Səhih Muslim, Əhməd ibn Hənbəl. Musnad.

    • @MarvaSafa-l8m
      @MarvaSafa-l8m 4 месяца назад +2

      حديث معقل بن يسار رضي الله عنه عن النبي صلى الله عليه وآله وسلم قال: «اقرءوا يس على موتاكم» رواه أحمد وأبو داود وابن ماجه وصححه ابن حبان والحاكم، وهذا يشمل حال الاحتضار وبعده.

    • @qabilsemedov9330
      @qabilsemedov9330 3 месяца назад

      Amma burda ölüm ayağında olan birini yoxsa qəbr əhlinin nəzərdə tutulduğu barədə ixtilaf var

    • @elsenceferli9325
      @elsenceferli9325 3 месяца назад

      @@qabilsemedov9330 hədislərdə ölənlərinizə deyir. Demir ölum ayaginda olanlara.

  • @turalquliyev5883
    @turalquliyev5883 3 года назад +7

    salam aleykum .Allah sizdən razı olsun.sizi uzun saqqalnan görməyə alışmamışığ.

  • @azerbaycan-w2u
    @azerbaycan-w2u Год назад

    Salamaleykum Qardaş bizə açıqlasın Görək ruh neçə aləmdə yaşayır ? Qurani-Kərimin bəzi ayələri ölinin ruhuna hədiyə edilir və günahları bağışlanması üçün dua oxunur

  • @aynurhuseynova2037
    @aynurhuseynova2037 2 года назад +2

    MeşeAllah BarakAllah Allah size bereket versin gözəl qardaş

  • @mustafahg519
    @mustafahg519 3 года назад +2

    Çox düzgün danışdı Bəxtiyar müəllim,Quran diriler üçün faydalanmaq,düzgün yaşamaq yoludur ,coox şükür mən oxuyuram,🤲💖

  • @NatavanMammadova-m6o
    @NatavanMammadova-m6o Год назад +1

    Doğru

  • @hikmet632.
    @hikmet632. 3 года назад

    Allah hər işinizi asanlaşdırsın əmin. Rəqəmlərdəndə öyrədin çoox xaiş edrəm

    • @BaxtiyarTurabov
      @BaxtiyarTurabov  3 года назад +1

      Uca Allah faydalı etsin. Allahın izni ilə yeni layihələrimiz olacaq, kanalımızı izləməkdə davam edin.

    • @hikmet632.
      @hikmet632. 3 года назад

      @@BaxtiyarTurabov səbirsizliklə gözləyirəm . Allah xeyrli faydalı etsin əmin

  • @mehmantahirov6618
    @mehmantahirov6618 Год назад +1

    Salam Aləykum Allah razı olsun sizdən bir sual edim bəs ölmüş ata ananın orucun namazın həcc ziyarətini etmək olar deyilir buna bir açıqlama verərdiz Allah razı olsun

    • @shorts-pw7vy
      @shorts-pw7vy Год назад

      Savabini onlara gondeee bilersiniz

  • @ИлькинАхмедов-э5д
    @ИлькинАхмедов-э5д Месяц назад

    SİZ ELMDƏ MÖHKƏM OLANLARDANSINIZ ??

  • @fatimnintoxunmadunyas6612
    @fatimnintoxunmadunyas6612 3 года назад +4

    Allah razı olsun kardeşim çox gözəl başa saldınız🤲👆🌹

  • @mamedoov
    @mamedoov 2 года назад +1

    Сура Ясин, аят 70.
    (Этот Коран) был ниспослан, чтобы предостеречь живых и сделать слово истинным для тех, кто не верует.

  • @kemalyaabdullayeva5177
    @kemalyaabdullayeva5177 3 года назад

    و عليكم السلام ورحمة الله وبركاته،

  • @SevdaAbbasli-qk6nd
    @SevdaAbbasli-qk6nd 2 месяца назад

    Bes Qurani kerimin Tebir etdiyi yeriyen oluler ne anlayacaq Qurandan Ve ya eksi Onlara ölu demeyin onlar diridir ve bizim yanimizda ruzilenirler.

  • @baltazar5330
    @baltazar5330 3 года назад +9

    Bratan sən düz deyirsən ama ölənlərimizin qəbri üstündə nə oxuyaq meyxana deyək yoxsa rep deyək?bəlkə sən bilirsən də bizdə bilək biz çox gəzdik axtardıq bu dünyada Qurandan müqəddəs başqa bir şey tapa bilmədik ona görədə ən üstün Qurandir və bizdə hər yerdə Quran oxumaqi üstün tuturuq

    • @fanidunya8145
      @fanidunya8145 3 года назад +2

      Atam sən Quranla təsəlli tapırsan, başqa biri gül çiçəklə, başqa biri ehsanla və s...
      Bunlara biz özümüzü sakitləşdiririk, qəbrdəkini deyil. Əyər ölən insana faydalı bir şey etmək istəyirsənsə ona çoxlu dua et. Allah qəbrini nurla doldursun, qəbr əzabını ondan qaldırsın, qəbrin cənnət məkan eləsin, günahlarını bağışlasın. Və s.. dua çoxdur. Birdə əyər ölmədən əvvəl kimlərin ki haqqına girib çalış onun adına halallıq al. Qırdıqlarını birləşdir. O dünyada ona fayda verəcək seylər bunlardır.

    • @BaxtiyarTurabov
      @BaxtiyarTurabov  3 года назад +4

      Qurani-Kərim Uca Allahın bütün insanlara göndərdiyi öyüd-nəsihətdir, hər kəs onu oxuyaraq ibrət almalıdır. Uca Allah Quranı ölülər üçün yox, diri insanlara göndərmişdir ki, insanlar doğru yola yönəlsinlər. Quranı ölülər üçün oxumaq dində peyğəmbərin (Allahın ona salavatı və salamı olsun), onun əhli-beytinin və səhabələrinin (Allah onlardan razı olsun) etmədiyi bir şeyi etməkdir, bu isə böyük günahlardan biri olan bidətdir (dində yenilik).

    • @mahiraslan7160
      @mahiraslan7160 3 года назад

      @@BaxtiyarTurabov ustad , Quran oxuyub ondan əldə etdiyimiz savabı ölənlərimizə hədiyyə etmək olar? yaxud atamızın adından sədəqə vernək ? Məsçit tikdirməkb? Olarmı ?

    • @seyyidhasimi1287
      @seyyidhasimi1287 2 года назад +1

      @@BaxtiyarTurabov Quran niyə iki dəfə nazil olub?Niyə ikinci dəfə endirilən Quranin,birinci dəfə endirilen Qurandan fərqli olaraq ayələri pərakəndə vəziyyətdədir?.Quranin bərzəx aləminə girişinə kim məhdudiyyət qoyub?Cinlər aləmində oxunan Quran ərəbcədirmi?.Mələklər Qurani səslimi oxuyur?Quran canlidirmi?.Quran aləmlərə yol tapa bilərmi?Bu suallara cavab tap sonra özüvədə aydin olacaq Quran kimlərə nazil olub.Sən bir insanin ruhunun yox olmadigina iman getirmisənmi?.Ruhun cismi tərk etdiyi gün Ruh eşidə,görə bilirmi?.Quran insanin cismi ücunmü gondərilib yoxsa Ruhu ücünmü?Ruhlar aləmində Quran hafizi Quran tilavət edə bilərmi?.edə bilərsə onu dinliyən varmi?.

    • @_.Nefes._
      @_.Nefes._ 2 года назад +2

      Allah sizdən razl olsun.Vallah qalmışıq necə edək.AXI yas məclisində nə edək,deyirlər aglamaq günah,mərsiyyə olmaz,Quran ölüyə çatmır,ehsan heç olmaz.Ölü özü_özünü basdıra bilsəydi canımız qurtararfı söz söhbıtdən.

  • @pervizhuseynov1012
    @pervizhuseynov1012 Год назад +1

    9:10 Allah sizdən razı olsun əziz qardaş.düşünürəm ki,doğru düzğün axirətə inanan insan zərrə qədər savab əldə edərsə ancaq öz əməl dəftərinə yazımasını istər.Cünki imtahan vaxtı ən doğmalarını belə tərk edəcəksən. Quranı oxumaqla ,havaya səs buraxmaqla necə savab qazana bilərsən.Quran oxuyub düşünməmiz və öz həyatımıza tətbiq etməmiz ücün ğöndərilən bir kitabdır

  • @asifmehdiyev241
    @asifmehdiyev241 Год назад

    Salam İslam'da tanrının Allah olduğunu nece İSBAT ede bilərsiz?

  • @yusif_life
    @yusif_life 2 года назад +1

    Assalamun aleykum qardaş mən quran oxumağı tam şəkildə öyrənmək istəyirəm sizin elminiz xoşuma gəlir vaxtınız varmı mümkündürmü məni öyrədəsiniz oxuya bilirəm amma özüm öyrənmişəm tam bilmirəm həm də avazla oxumağı öyrənmək istəyirəm Allah razı olsun əgər mümkün olsa telefonumu yazaram əlaqə saxlayıb danışaq

  • @lilahillallah4029
    @lilahillallah4029 2 года назад +1

    Mənim tanıdığım insanlar var ki Quranı eşitmək belə isdəmirlər mən qulaq asdıqda əlimdən hirsdənirlər ki qulaq asma haşa boşdu deyirlər həmin insanlar öləndə olar üçün nə dərəcədə doğrudur?

  • @aytenyusifova3900
    @aytenyusifova3900 Год назад +1

    Mən xətm edib bağışlayıram , .Allah cələ cəlaluhun zayi etməyəcəyini düşünürəm ,Yuxyda da görürəm onları düşünürəm ki çatır ruhlarına .
    Sizin açıqlamalarınızda məntiqlidir 9:10

    • @shorts-pw7vy
      @shorts-pw7vy Год назад +1

      Assla vaz gecmeyin siz bakmayin bu bidat ehlinin konuştuklarina ruhlar diridir olmezler ve bizlerin ne yaptiklarimizdan haberdarlar

  • @eynullaaslanov6989
    @eynullaaslanov6989 3 месяца назад

    Nəycun olmaz olu ucun oxumsk??????

  • @metehan2107
    @metehan2107 2 года назад +1

    Allah (c.c) doğru olanları bizlərə ilham etsin AMİN

  • @ОрханМовсусов
    @ОрханМовсусов Год назад

    Qardas Salam Aleykum ve rahmatullahi ve barakatu sizinle nece əlaqə saxlamaq olar?

  • @gulsenmemmedov403
    @gulsenmemmedov403 2 года назад +1

    Əlbəttə

  • @mehfuzeqafarova4886
    @mehfuzeqafarova4886 2 года назад +1

    Ölü Namazı onda faydasızdır.meitin təlqini faydasızdır ulul elbeb onuda duşunurki Quranı Kərim Bəzilərinə gezen ölüler deyir bezilerinese Onlara ölu demeyin deyir.

  • @Merecel_Behreyn
    @Merecel_Behreyn Год назад +3

    Quran dirilər üçündür bəli.Kim deyir ki,ölülər üçündür?
    Qurandan oxuduğumuzun savabını Ölülərə hədiyyə edirik.çünki bu savablara ehtiyaclıdır.
    Peyğəmbərimiz də dünyasın dəyişib ama hər namazda biz ona salam göndəririk.

    • @aliyevaaliyeva3755
      @aliyevaaliyeva3755 Год назад

      Bəli düz buyurursuz, biz savabını göndəririk, ölüyə quran oxumuruq

  • @dadashmemmedzade5785
    @dadashmemmedzade5785 Год назад

    Hecce getmey vacibdir deye nece ola bilerki nece milyon muselman acdi yemey tapmir Allah bunu bendesine vacib nece buyururki?

    • @dadashmemmedzade5785
      @dadashmemmedzade5785 Год назад

      Çox şeyi doğru deyirsiz məntiqlidir ama bezi şeyler yox kasıb adam 10min tapıb necə getməlidir harda yazılıb bu kitabda Quran oxu düşün fikirləş məntiqli cavab ver deyə tərcümə edilir insan düşünüb məntiqli olsa öz özünə sual cavab versə həyatı və Quranda deyilənləri başa düşər məncə..

  • @sheikhhikmat4284
    @sheikhhikmat4284 Год назад +1

    Burda səfsete danışma. Gic qoyun. Hami bilirki quran dirinin hidayəti üçündür. Bunu şiə de deyir, sünni de.
    Sadəcə sənin beyninə girmir ki, bunlar quranı oxuyub savabını hədiyyə edirlər. Kimsə ölü üçün Quran oxuyanda, ölünü hidayət eləməyi düşünmür.
    Ölü üçün Sədəqə verende sədəqəni ölüyə vermirlər ki. Savabını verirlər. Bu da ele.

  • @turacallahverdiyev3730
    @turacallahverdiyev3730 2 года назад +16

    Qadaş quranikerim diriler üçündü bilirik.bizde diri üçün oxuyuruk.çünkü ruhlar ölmür.insan ruhu herzaman sağdır.siz bezi dini düzgün anlamadiginiz üçün sadece bu meseleye asilib ilişib qalmisiz.

    • @rahibhabibov7991
      @rahibhabibov7991 Год назад

      Allah razı olsun

    • @HesenMəmmədov-j8e
      @HesenMəmmədov-j8e Год назад

      ÖLMÜŞLƏRİN RUHLARI GÖZLƏ--
      MƏ MƏQAMINDADIR. VƏ HƏR---
      BİR RUH QİYAMƏTİ GÖZLƏYİRKİ,
      ÖŹ BƏDƏHİ İLƏ BİRLƏŞİB SOR -
      ĞU --- SUALA APARDIĞI DƏFTƏR
      CAVAB VERSİ. VƏ HEÇ BİR SƏLAHİYƏTİ YOXDURKİ,
      ÖLÜLÜLƏRİNƏ SAVAB GÖNDƏ ----
      RƏRƏK GÜNAHLARINI SİLİB AZALDARAQ SAVABLARINI AR ---
      TIRSINLAR. ƏYƏR ELƏ OLSAYDI
      HƏR KƏS GEDİB OTURAR ÖZ ÖLÜSÜNÜN QƏBRİ BAŞINDA VƏ
      ÖLƏN ƏZİZİNİN DƏFTRİNİ AN --
      CAQ SAVAB ƏMƏLLƏRLƏ DOL --
      DURARLAR.!!!.??? RUH Kİ, AĞIZ ---
      DAN ÇIXDI HƏR ŞEY KEÇDİ AL -
      LAHIN İXTİYARINA.

    • @abdullahiskanderovwallart2138
      @abdullahiskanderovwallart2138 Год назад +1

      Ruhun sag olmasi barede delilin varmi?

    • @shorts-pw7vy
      @shorts-pw7vy Год назад

      Tam dogru

    • @isaabiyev2552
      @isaabiyev2552 10 месяцев назад +2

      Diridirse niye aparib bastirmisan?

  • @username-sf8ml
    @username-sf8ml 3 года назад

    Salam Aleykum.Məndende bir neçə dəfə ölüye Quran oxumağı istəmişlər oxumamışam ,düz elememişemse Allah bağışlasın məni ve bütün müsəlmanları.Amma bu Vidio ile sizde fikirlərimi tesdiqlediz Allah razı olsun sizden. Deyillər ölü adından insanlara sədəqə verilməsi ölüye savab qazandırır bu doğrudurmu?

  • @hesenbasqal6307
    @hesenbasqal6307 7 месяцев назад

    Bəxdiyar bəyə QURAN ilə aydınla mada və aydınlatmada uğurlar.
    👉 Biz ona şer öyrətmədik, bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd -nəsihət və açıq - aydın Qurandır ki, Omunla diri olanları xənəbar edib (pis əmədən çəkindirsin. Yasin; Surə36; ayə 69;70
    👉 Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin və kafir kimi ölənlərin tövbəsi qəbul olmsz. Nisa surə4; ayə18;"
    👉 Heç bir günahkar başqasının günahına yüklənməz!
    👉 İnsana ancaq öz zəhməti qalar!
    👉 Şübhəsiz ki, onun əməli, zəhməti görünəcəkdir!
    👉 Sonra da ona əməlinin tam əvəzi veriləcəkdir!" Nəcm; Surə53; ayə 38; 39;40;41;
    🇦🇿♥️🇹🇷🤲🇺🇦🇰🇿🙏🇸🇱🇰🇬🕊

  • @Merecel_Behreyn
    @Merecel_Behreyn Год назад +1

    Yorumlardan oxudum bildim ki,siz sələfisiniz.Heç vaxt inana bilməzdim ki,siz sələfisiniz.elə bilirdim şiə əhlisz.
    Quran oxuyasınız ama ondan yanlış nəticə çıxarıb yanlış mövqedə durasınız.NƏ ACI.

  • @aybnizmustafayeva8119
    @aybnizmustafayeva8119 3 года назад +3

    Salam Əleyküm Sizə hörmətimiz sonsuz idi amma bu şəkildə saqqallı gördüm çox məyus oldum Allah doğru yoldan döndərməsin

    • @XopTgaH
      @XopTgaH 3 года назад +7

      Olduqca cəhalət dolusu bir kommentdir. Çox məyus oldum bu kommenti oxudum.

    • @chingizisrafilov
      @chingizisrafilov 3 года назад +7

      Maraqlıdır, görəsən sizə görə yer üzərində ən xeyirli insanlar kimlərdir? və kimlər olub? Əminəm ki, peyğəmbərlər, imamlar, onlara bənzəyənlər və s. deyəcəksiniz. İnsafla cavab verin; Peyğəmbərləri, Imamları saqqalsız təsəvvür edirsinizmi? Mümkün deyile təsəvvür etmək, mümkün deyil! Kimsə dinini yaşamağa çalışırsa, ona görə məyus olmaq yox, sevinmək lazımdır.

    • @nurlanibrahimov7716
      @nurlanibrahimov7716 3 года назад +3

      Xanım Allah sizi islah etsin . Vallahi ki Allaha yalvarıram ki kaş ətrafım cəmiyyətim elə olardı ki saqqal saxlaya bilərdim rahat . Siz isə nə deyirsiz .

    • @aybnizmustafayeva8119
      @aybnizmustafayeva8119 3 года назад

      @@nurlanibrahimov7716 Baxın cənablar mən özüm də başa düşürəm saqqal kişinin hicabıdır, amma ətrafda o qədər vəhabilik yayılıb ki, adam xoflanır.... həm Bəxtiyar Turabovdan - Allah ondan razı olsun quran elmi öyrənirəm deyə hörmətim böyükdür...
      Əlhəmdülillah ki Ustad özü açıqlama verib.Çox sevindim Peyqəmbərə və İmamlara bənzəmək istədiyindən.Allah qəbul etsin🤗🙏 Mənim 54 yaşım var bu yaşda oğlum yaşında Ustadlarımla qürur duyuram .Onların elmi və peşəkarlığı sayəsində quran öyrənirəm...Allah hər iki dünyada mükafatlarını versin.amin

    • @nurlanibrahimov7716
      @nurlanibrahimov7716 3 года назад

      @@aybnizmustafayeva8119 saqqal saxlayanlar da elə Peyğəmbər (s.a.s) və onun səhabələrinə , imamlara bənzəmək üçün saxlayırlar da . Umumiyyətlə biz bilirik ki , Allah Subhənəhu və Təala əbəs yerə heçnə yaratmaz . Niyə qadında saqqal yoxdur ? Kişinin niyə üzündə bütün kişilərdə saqqal var ? Onu orda yaradan , o saqqalın ordan çıxmasını əmr edən dizayn edən kimdir ? Əlbəttə ki uca Allah . Bəs indi o saqqalı qırxmaqla Allaha isyan etmiş olmuruq mu ? Yəni haşa Allahım sən onu orda yaratmısan ama nəsə xoşuma gəlmir qırxıram düzgün yerdə çıxmayıb . Bir növ belə çıxır . Ona görə də vahabiliklə heç bir əlaqəsi yoxdur Saqqalın . Vəhhab Allahın adlarından biridir . Mənası da nemət bəxş edən deməkdir . Birazciq elm öyrənin hər şeyi görəcəksiniz . Yetər ki niyyətiniz haqqı axtarmaq olsun

  • @seyyidhasimi1287
    @seyyidhasimi1287 2 года назад +6

    Allahi layiqincə tanimayanda fəsadi bu cur agir olur ya bidət əhli olursan yada cahil olursan.Ay qardaş biz telefon icad edib on min kilometrden bir insani görüb eşidə bilirik amma hər şeyə qadir olan Allah ,bərzəx aləmindəki ruhlara bizi eşidib gormək ucun bir vasitə yaratmayib deyirsən?Yasin surəsində bir kişinin səhid olandan sonra,, kaşki onlar ğorə biləydilər mən necə Allahin nemətlərindən faydalaniram,,deməsi bir tərəfli əlaqədən sohbət acmirmi?demək onlar bizi görədə eşidədə bilər.Əgər belədirsə bizim duamiz ,oxudugumuz Quran onlara gostərilir və catdirilir.Hansi yol ilə catdurilirsa Allah bilir.bizim vəzifəmiz onlarin bagislanmasi ucun dua eləmək,onlara səvabin catdirilmasi ücün sədəqə vermək,Quran oxumaqdir.

    • @_.Nefes._
      @_.Nefes._ 2 года назад

      Əhsən.

    • @vugarmaharramov8116
      @vugarmaharramov8116 Год назад +1

      Bes onda bu ayenin menasin nece basa dusek ?
      "Kor ilə görən eyni deyil, Zülmətlərlə nur da, kölgə ilə bürkü də eyni deyil. Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir.
      Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən. Sən ancaq qorxudub xəbərdar edənsən".
      Fatir surəsi 19....23. (Bu ayədə kafirlər və müşriklər qəbirlərdəki ölülərə bənzədilmişlər. Çünki qəbirdəkilər heç bir şey eşitmədiyi kimi, kafir və müşriklər də haqqı dinləmir və eşitmək istəmirlər.)

  • @MarvaSafa-l8m
    @MarvaSafa-l8m 4 месяца назад +1

    Bu izahat tamamilə yanlis və naqis birtərəfli izahatdir
    İnsanlari casdirmaqdir
    Quran Allah kəlamlarinin diriyədə ,cismən ölu olanlara da xeyri var qəlbi olu olanlar isə diridə olsalar onlara xeyri yoxdur.

    • @rufettalibov4496
      @rufettalibov4496 12 дней назад

      Çıx sən izahat ver. Sizin əqidədə indiyə kimi görməmişəm kimsə diri vaxtı atasını qabağına qoyub Quran oxusun və ya kiməsə onun üçün diri vaxtı Quran oxutdursun. Amma öləndən sonra başlayırsiz ölən üçün Quran oxumağa və ya oxutdurmaga. Öləndən sonra nə faydası olur, nə mənası olur ? Heç kəs buna normal izahat verə bilmir. Üstəlik peyğəmbərimiz heç vaxt ölən biri üçün Quran oxumayıb. Ölüyə Quran oxumaq gözəl bir şey olsaydı peyğəmbərimiz həyatında bir dəfə də olsun bu əməli edərdi. Amma etməyib

    • @MarvaSafa-l8m
      @MarvaSafa-l8m 12 дней назад

      @rufettalibov4496 sizin əqidə də olmasa da əhli sünnə kitablarında varsa deməli əhli sünnə əqidəsində də vardir

    • @rufettalibov4496
      @rufettalibov4496 12 дней назад

      @@MarvaSafa-l8m kim sizə protiv olursa başqa əqidədə olur nədənsə )
      Əhli Sünnədə bir dənə də olsun dəlil yoxdur peyğəmbərin ölüyə Quran oxuması ilə bağlı. Peyğəmbərimiz sağlığında 6 övladını torpağa verib, amma heç birinin qəbri başında Quran oxumayıb. Belə şeylər sizdə var, bir də özlərini Əhli Sünnəyə nisbət verən sufilərdə. Şiələr Əhli Sünnə bizim qardaşımızdı deyəndə həmin sufiləri nəzərdə tutub deyir. Yoxsa ki, bütün məzhəb imamlarının siz Şiələr haqqında dediyi fikirlərə baxanda sizə olan münasibətləri məlum olur. Elə o Əhli Sünnə imamları sizə rafizi deyib ki, biz də sizə rafizi deyirik

  • @elviraazik2958
    @elviraazik2958 2 года назад

    elebir ayet yoxdurmu ki deyilsin.diri olanlar ucun gonderdik?

    • @vugarmaharramov8116
      @vugarmaharramov8116 Год назад

      Niye yoxdurki var. en gulmelisi de budur ki "YA SiN" suresindedi
      Ya sin surəsi, 69-70 ci ayə
      Biz ona şeir öyrətməmişik, bu ona yaraşmaz da. Bu ancaq (Allah tərəfindən göndərilmiş) bir öyüd və açıq-aşkar Qurandır.
      Diri olanları xəbərdar etsin və kafirlər barəsindəki (əzab) sözü vacib olsun deyə (onu nazil etdik).

    • @elviraazik2958
      @elviraazik2958 Год назад

      @@vugarmaharramov8116 aha Allah razi olsun bes o namaz qilmayan cennete girmez ayeti hansi suredeydi onuda Yasin suresinde oldugun demisdi mene biri

    • @vugarmaharramov8116
      @vugarmaharramov8116 Год назад

      @@elviraazik2958 Bu Quran sureleri:
      "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
      "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
      "(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək). Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 41-43).

    • @vugarmaharramov8116
      @vugarmaharramov8116 Год назад

      @@elviraazik2958 Bu da sehih hedislerden:
      Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü insanın ilk soruşulacağı əməli namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar,
      yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar". (ət-Tirmizi, 413; ən-Nəsəi, 1/232; Əbu Dəvud, 864).
      "Uca Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə,
      cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa,
      Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə də onu bağışlayar". (Əbu Dəvud, 1276)

  • @simayxudiyeva5312
    @simayxudiyeva5312 3 года назад +2

    Halva plov yalandı ölüyə qalan Quranda!

  • @Merecel_Behreyn
    @Merecel_Behreyn Год назад

    Siz manipulyasiya edirsiz insanları.Quran oxumaqla ölülərə deyilmir onu et,bunu etmə.
    Ama Quran oxumaq həm də böyük savabdır.necəki salam vermək də böyük savabdır.və savabını hədiyyə edirik ölüyə

  • @MrGagashh
    @MrGagashh 3 года назад +2

    Allah hər kəsə ağıl və şuur verib.Millətə dərs keçmək lazım deyil.Quranda haram buyurulmayıbsa istəyən etsin istəməyən etməsin.Hər kəs öz əməlinə görə cavab verəcək

    • @chingizisrafilov
      @chingizisrafilov 3 года назад +2

      Qardaş, əgər din ağıl ilə götürülməli olsaydı, məsh ayaqların üstünə yox, altına çəkməli idi. Allah Bəxtiyar müəllimdən razı olsun ki, xalqımızı maarifləndirir. Bu cür dərslərin sayı çox olmalıdır ki, mollalar insanları azdırmasın. Xalqımızın maariflənməyə ehtiyacı var.

  • @ВьюгарАсланов
    @ВьюгарАсланов Год назад

    Салам алейкум.сизин созден белэ чыхыр ки ,олен адама дуа охумаг лазым дейил.сиз ин рахметэ кеденинизэ , вы не моите, и молитва не читаете, пралильно?

  • @İnerrant14
    @İnerrant14 Год назад

    Əhli sünnət qardaşlarımız,doğrudanmı siz öz mərhum olanların ruhlarına Quran və azından bir surə və salavat və dua oxumursuz?Bir iki savadı olmayan və səhv oxuyanı misal gətirib hamıya şamil edəcək səviyyədə ümumiləşdirməyin.Səhv oxuyan hər məzhəbdə var.Bu o demək deyil ki ölüyə quranın savab məsələsini yerli dibli inkar edək.

  • @necefabdullayev8284
    @necefabdullayev8284 Год назад

    Sene Allah sefa versin siz hele basa dusmemisiniz

  • @mehemmedagayev4643
    @mehemmedagayev4643 3 года назад +4

    Mıs mıs dedin bir türlü Mustafa deyə bilmədin

  • @emhuseyinova6972
    @emhuseyinova6972 Год назад +1

    ALLAH RAZI OLSUN