1 sentyabr səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcək

Поделиться
HTML-код
  • Опубликовано: 18 окт 2024

Комментарии • 5

  • @feqanqasimov1562
    @feqanqasimov1562 2 месяца назад +2

    Super Zalov

  • @zalovimzatv.alyansmmc1630
    @zalovimzatv.alyansmmc1630  2 месяца назад +1

    Azərbaycan Respublikası Hüquqi Demokratik Dövlətdir.
    Azərbaycan Respublikasında keçirilən seçkilər hər zaman
    demokratik yolla keçirilir.
    1 sentyabr seçkiləri yüksək standartlara uyğun keçiriləcək və
    səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcək
    Azərbaycan şəffaf və ədalətli parlament seçkilərinə hazırdır
    • Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə
    olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu
    xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad
    keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə
    normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından
    asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin
    ədalətli və şəffaf həyata keçirilməsi həmin cəmiyyətin
    demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu
    prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini
    inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır.
    • Demokratik və şəffaf seçkilərin təşkili sözsüz ki, hər bir ölkədə
    hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin
    formalaşmasından, təşəkkülündən xəbər verir. Elə buna görə də
    azad və ədalətli seçkiləri hüquqi dövlət quruculuğunun əsas
    elementi hesab edirlər. Ölkəmizdə hüquqi dövlət quruculuğu
    istiqamətində işlər uğurla davam etdirilir. Məlumdur ki, Prezident
    İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və
    Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında
    sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis
    buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
    Azərbaycanda seçkilərin normal keçirilməsi üçün seçki
    komissiyalarının hərtərəfli fəaliyyət göstərmələrinə də əlverişli
    şərait yaradılmışdır. Mövcud olan bütün dairə və məntəqə seçki
    komissiyalarının ən müasir tələblər səviyyəsində inzibati bina və
    yüksək texniki avadanlıqlarla təchiz edilməsi bu istiqamətdə
    görülən işlərə əyani misaldır.
    Respublikamızın inkişaf edən seçki sistemində də demokratik
    ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya
    texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzindədir.
    Azərbaycan hakimiyyətinin seçkilərdə aşkarlığın daha çox təmin
    edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq
    nümayiş etdirməsi bütün dünyada təqdir olunur. Regionda və
    dünyada ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet
    vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır.
    Azərbaycan demokratik və şəffaf seçki keçirməyə
    qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının
    mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən
    insanların hüquqlarının qorunması bunu deməyə əsas verir.
    Azərbaycanda hər bir insan özünün seçib seçilmək
    hüququnu reallaşdırmaq imkanına malikdir. Son prezident,
    parlament və bələdiyyə seçkilərində tətbiq olunan bir sıra
    yeniliklər - müxtəlif təşkilatlar tərəfindən "exit-poll"un
    keçirilməsi, səsvermə məntəqələrində veb-kameraların
    quraşdırılması, barmaqların mürəkkəblə işarələnməsi
    təsdiq edir ki, Azərbaycan Respublikası seçkilərin
    şəffaflığının təmin olunması üçün istənilən mütərəqqi və ən
    yeni üsulları tətbiq etməyə hazırdır.
    Hər zaman olduğu kimi, bu seçkilərin də şəffaf,
    demokratik və ədalətli keçirilməsi üçün zəruri imkan
    yaradılıb. Vətəndaşlar əmindir ki, 1 sentyabr seçkiləri
    yüksək standartlara uyğun keçiriləcək və səsvermə
    prosesinin yekunları seçici iradəsini əks etdirəcək.
    Dövlətin hər zaman olduğu kimi qətiyyətli mövqeyi də
    qarşıdakı parlament seçkilərinin ədalətli keçiriləcəyinə,
    xalqın iradəsini əks etdirəcəyinə və ölkədə
    demokratiyanın inkişafı prosesində mühüm addım
    atılacağına inamı daha da gücləndirir.
    Azərbaycan demokratik inkişaf yolunu seçən və bu yolda
    inamla irəliləyən bir dövlətdir. Biz sivil dünyanın mütərəqqi,
    cəmiyyətin yüksəlişinə xidmət edən, demokratik
    prinsiplərə söykənən inkişaf modellərini rəhbər tuturuq.
    .
    Demokratik seçkilərin keçirilməsi vətəndaşın öz seçiminə
    inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də
    vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir. Bu gün
    Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə
    təmin olunur. Eyni zamanda seçkilərin azad və sərbəst şəkildə
    həyata keçirilməsi üçün hər bir şərait mövcuddur. Bütün bunlar
    2024- cuüilin parlament seçkilərinin yüksək səviyyədə təşkil
    olunacağını və keçiriləcəyini qətiyyətlə söyləməyə tam əsas
    verir.
    Odur ki, vətəndaşların hər biri sentyabr ayının 1-də baş
    tutacaq parlament seçkilərinin hüquqi dövlət quruculuğu
    prosesinə öz töhfəsini verəcəyinə inanır.
    ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ :
    BEYNƏLXALQ HÜQUQ EKSPERTİ : İSMAYIL ZALOV

  • @NicatMusaev-i3x
    @NicatMusaev-i3x 2 месяца назад +1

    Bunların hamısının yaşı qocalar evine düşür, ve ya keçib...

  • @GülnarVeliyeva-m6x
    @GülnarVeliyeva-m6x 2 месяца назад

    Bizim səsimiz boş şeydi Əsas Məzahirin fikridi

  • @inceyasemen
    @inceyasemen 2 месяца назад

    Ne gederkı bu rejım var AZERBAYCANDA seckı şousu olacag secki yox ancag baykot