Şəhriyar del Gerani - Dekabr şeiri - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 12 сен 2024
  • #kamranyunis #emilşahin #şəhriyardelgerani #kamranmyunis
    #poeziyateatrı #şiirler #şeirlər #sevgişeirləri #xəyallar
    Şəhriyar del Gerani - Dekabr şeiri
    Bəstəkar - Emil Şahin - Xəyallar
    nə uzaq küçələr vardı uşaqlığımızda,
    nə uzaq şəhərlər oldu sonralar.
    böyüdükcə dəyişir uzaqlar da,
    küçələr də.
    küçə-küçə
    şəhər-şəhər uzaq olur adamlar...
    sən də bir küçə seç getməzdən öncə,
    bir şəhər şeç unutmağa,
    bir uzaq seç darıxmağa...
    sən də getməzdən öncə
    bir az dəyiş,
    bir az uzaq ol
    sonra get.
    bu qədər yaxşıykən getmə, nə olar...
    bilirsənmi
    çətin olur yaxşıların gedişi...
    ən sonuncu dostum da oğraş çıxmamış,
    bilirsənmi,
    axşam düşməmiş,
    şər qarışmamış getmə...
    çətin olur
    yağışlarda son görüş,
    parklarda skamyalar qurumamış getmə...
    sən bilmirsən
    çətin olur payızlarda darıxmaq...
    ən sonuncu yarpaqlar da düşməmiş,
    torpağa qarışmamış,
    bir az qal, nə olar
    getmə qış çıxmamış
    qış çıxmamış getmə...
    sən bilmirsən
    indi mən, allahdan nə üçün yox
    kimin üçün yaradıldığımı soruşuram.
    bir az da səbrin olsun,
    məni ömrümün sonuna ötür,
    sonra get.
    sən bilmirsən
    indi mən, adamlarçün yox
    əşyalarçün darıxıram.
    bir az da səbrin olsun,
    qəbrim üstdən yaylığını götür,
    sonra get.
    daha mən, gələcəkdən yox
    keçmişdən nigaranam,
    bir də gördün heç kəs yadına düşmür.
    indi sənə qal deməyim
    səninlə bütün keçmişlərdə
    yanaşı görünmək istəyimdi.
    arzular da canavar kimidi... əhliləşmir!
    səndən sonuncu istəyim:
    məni xatırlasan
    kimsəsiz, boş qalmış
    otaq kimi xatırla.
    səndən sonuncu istəyim
    məni xatırlasan
    uzaqlarda qəzaya düşmüş
    sərnişinsiz qatar kimi xatırla.
    heç bilmirəm torpaq suyu içirsə
    adamları neynir?

Комментарии • 39

  • @aygunagakisiyeva2293
    @aygunagakisiyeva2293 4 года назад +1

    Coc kederlidir.darixmaq gozlemek guleyen olub gulmemek.kecmiwii xatirlamaq.cox kederlidir.siz de kederli oxumusuz sesinizde qeribe huzn var.bele iw olar .ele omrumuz boyu gozleyirik darixiriq.bilmirem bawqa milletler de beledir.her halda tewekkurler.

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 4 года назад +2

    Yoxa ola kaş bütün uzaqlar💙💙💙💙💙💙 söküb atan ola bu uzaqlıq anlayışını Yer üzündən💙💙💙

  • @xemse7774
    @xemse7774 4 года назад +2

    Çox gözəl, möhtəşəm ifa

  • @aytacbayramzade2515
    @aytacbayramzade2515 3 года назад +1

    Arzular da canavar kimidir , əhilləşmir..🤍

  • @cavadbayramov2189
    @cavadbayramov2189 4 года назад +2

    Bravo 👍👍👍

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 3 года назад +1

    Ne uzaq kecmise döndü her şey...

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +4

    Dinlmədiyim şeir idi..Amma dinlədiyim bütün şeirlər kimi mükəmməl bir ifa idi. Yaşadınız ...yaşatdınız şeir.i

  • @esmirakrimova1315
    @esmirakrimova1315 4 года назад +3

    Cetin olur ,yagislarda son gorus...,,bu seir nece olubsa gozumnen qacib.gozel,var olun.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +4

    Bir şəhər seç unutmağa, bir uzaq seç darıxmağa... ❤️Tanrı qorusun sizi Ustad! 🙏

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 4 года назад +2

    Əsər ömrümüzdə.....əsər... soyuq küləklər tək bu darıxmaqlar...🦋🍃🌸

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +2

    Tanrı qorusun şeirə ürək qoyan, ürəyinizi səsinizi. 🙏🙏 Müəllifə sonsuz təşəkkürlər👏👏👏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +1

    Hər dinlənməsi adamı özündən alıb aparan. Şeir! İfa!❤️❤️
    Səsinizə,Nəfəsinizi sağlıqlar Ustad!🙏

  • @lalequliyeva3073
    @lalequliyeva3073 4 года назад +2

    Çox düşündürücü. Təşəkkürlər!

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 5 лет назад +5

    Istedadlı şair Şehriyar bey ve her şeire sesi ile rəng qatan Kamran muellim 💖😍 bircə dənəsiz😊

  • @orxanabdullayev4377
    @orxanabdullayev4377 5 лет назад +1

    Səsinə qurban a Kamran.

  • @ayselnovruzzade33
    @ayselnovruzzade33 6 лет назад +5

    Səsiniz var olsun !

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +1

    Sən bilmirsən
    Çətin olur payızlarda darıxmaq....❤️

  • @ferahnazdemirci5901
    @ferahnazdemirci5901 5 лет назад +3

    BENCE ,TOPRAK GÜZEL ADAMALARI YERYÜZÜNE GÜL, ÇİÇEK OLARAK YOLLUYOR , KÖTÜ ADAMALARI DA KOYNUNDA YILAN,ÇIYAN OLARAK SAKLIYOR. AĞZINIZA SAĞLIK " GÜZEL ADAM "

  • @vusalememmedova9025
    @vusalememmedova9025 6 лет назад +4

    Hec bilmirem torpaq suyu icirse adamlari neniyir😞😞😞☝️☝️☝️

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +6

    Səndən son istəyim:
    Məni xatırlasan..
    Uzaqlarda qəzaya düşmüş
    Sərnişinsiz qatar kimi xatırla.

  • @delyasukurova3244
    @delyasukurova3244 5 лет назад +4

    Cetin olur yaqiwlarda son görüw.....😍👏👏👏👏👏👏👏👏❤

  • @fatimulusoy4228
    @fatimulusoy4228 4 года назад +2

    😔😔😔😔

  • @aygunaygun8263
    @aygunaygun8263 5 лет назад +2

    5 dekabr Sanki mən də o gün doğulmuşam .Son günü də siz yazacaqsınız
    KAMRAN BƏY

  • @esqasiqi9468
    @esqasiqi9468 6 лет назад +6

    "Heç bilmirəm torpaq suyu içirsə, adamları neyniyir.." 3 ay əvvəl Atasını itirmiş biri olaraq dəhşətə bürüdü bu sual məni.. dinleyenden ancaq bu setirlerdur beynimdə.. yuxularıma haram qatan bu setrler...

  • @elnareesgerova1468
    @elnareesgerova1468 4 года назад +2

    Sizi sevirem..hansi yazarin werini seslendirmeyiniz ferq etmir..Yeter ki sizin sesinizde dinleyim...

  • @temar.21
    @temar.21 7 месяцев назад +1

    🎞️🚬

  • @fsanervan3262
    @fsanervan3262 6 лет назад +6

    İki möhtəşəmlik!

  • @behbudovamanzar
    @behbudovamanzar 19 дней назад +1

    Salamlar! Ele oxudunuz ki... elə bildim özünüz yazmisiniz! Təşəkkürlər!🙏🌹Cox hüznlü ifa etdiniz!😞😞

  • @aydinqasimov763
    @aydinqasimov763 5 лет назад +1

    камран вәј чох хајиш еләјирәм

  • @esqasiqi9468
    @esqasiqi9468 6 лет назад +6

    Mən bilirəm çətin olur payızlarda darıxmaq...

  • @ramilagayev1402
    @ramilagayev1402 6 лет назад +3

    Arzularda canavar kimidi((

  • @elnareesgerova1468
    @elnareesgerova1468 4 года назад +1

    Meni omrumun sonuna őtűr...sonra get
    Sizi sevirem

  • @mehdinikbin1581
    @mehdinikbin1581 6 лет назад +3

    Kovreldim

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +1

    Heç bilmirəm torpaq suyu içirsə, adamları neyniyir?

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 2 года назад +2

    Biraz...uzaq...ol...sonra..get..yaxın..ikən..getmə..nolarr....

  • @muzikofteacher7147
    @muzikofteacher7147 6 лет назад +1

    Bu səs artlq mənim ürəyimin ritmini dəyişir. Bilmirəm sevinim ya kədərlənim?))))(((((

  • @shefaehedova9211
    @shefaehedova9211 4 года назад +1

    Boş qalmış otaq kimi xatirla

  • @ayselnovruzzade33
    @ayselnovruzzade33 6 лет назад +3

    Səsiniz var olsun !