Uşaqlıq boynu eroziyası - Eroziyadan qorxmalıyıqmı? - Aytən İbrahimova (Mama-ginekoloq)

Поделиться
HTML-код
  • Опубликовано: 15 сен 2024
  • Uşaqlıq boynu eroziyası nədir?
    Uşaqlıq boynu eroziyası - bu zaman uşaqlıq boynunun uşaqlıq yolu hissəsində selikli qişanın tamlığının pozulması baş verir. İstənilən yaşda baş verə bilər və diqqətli müayinə, müalicə tələb edir.
    Uşaqlıq boynu eroziyası niyə yaranır, yaranma səbəbləri nələrdir?
    Erkən cinsi həyat, yeniyetməlik dövründə hamiləlik və doğuş
    Cinsi partnyorun tez-tez dəyisilməsi, çox aktiv cinsi həyat
    Travmatik təsir (tibbi müdaxilələr, abortlar, ağırlaşmış doğuşlar)
    Cinsi yolla keçən infeksiyalara yoluxma zamanı (sidik-cinsiyyət sisteminin xroniki xəstəlikləri zamanı)
    Hormonal disbalans, hormonal preparatların ve kontraseptivlerin qeyri-düzgün qəbulu
    İmmundefisit veziyyətlər
    Normada transformasiya sahəsi yalnız çox böyük optik böyütmə və ya histoloji müayinə zamanı görünür. Xəstəliklər zamanı və hətta bəzi fizioloji hallarda sərhəd, uşaqlıq boynunun vaginal səthinə keçir və artıq optik böyütmə istifadə etmədən vizual təyin edilir. Bu servikal kanalın silindirik epitelinin böyüyüb sərhəddi keçməsi hesabına baş verir.
    Hazırda bu dəyişikliklər ektopiya (yerdəyişmə, qeyri-adi yerə keçid) adlandırılır. Terminoloji fərqlərə baxmayaraq, həkimlə xəstə arasında eroziya daha asan anlaşılır. Eyni zamanda, həkimlər tərəfindən bu terminlərin fərqinin aydın anlaşılması, patoloji dəyişikliklərin məqsədyönlü şəkildə araşdırılmasına və eroziyanın hansı üsulla - konservativ və ya radikal metodla müalicə olunacağına təsir göstərir.
    Aytən İbahimova (Mama-ginekoloq)
    Bakı Kliniki Mərkəz
    Əlaqə :
    +994 (012) 520 02 02 | +994 (055) 620 02 02
    +994 (050) 620 02 02 | Info@bkm.az
    Bakı şəh., A. Manafov küç. 15 ( Q.Qarayev m.st.)
    Web sayt : bkm.az/
    Instagram : / baki_klinik. .
    Facebook: / baki-. .
    #ginekoloq, #ginekologiya, #mamaginekoloq, #hekim #aytenibrahimova, #bakiklinikimerkez
    SMM by NC GROUP ▶️ ncgroup.az/

Комментарии •