Özündən 17 yaş kiçik həmkarı ilə eşq yaşayan Xalq artisti - O, qızını Fuad Poladovdan niyə ayırdı?

Поделиться
HTML-код
  • Опубликовано: 19 мар 2022
  • Azərbaycan kinosunun səsini xatırlayırıq... Biri var idi, əksər filmlərdə özünü görməsək də, səsi qulaqlarımızı oxşayan, ali sovetin deputatı olsa da, təmirsiz evdə yaşayan, eşq macəraları ilə daim danışılan və həsəd aparılan SSRİ Xalq artisti Hökümə Qurbanova...
    Hökümə Qurbanova Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə xanım 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb.
    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Hökümənin atasından xanımı Məlikət üçün tikdirdiyi iki mərtəbəli mülkünü hökumətə təhvil verməyi tələb edirlər. Mülkü onun əlindən alır və onlara yaşamaq üçün elə həmin evdə iki otaqlı mənzil verirlər. Bu hadisədən sonra Hökümənin atasının ürəyi partlayır.
    Ailənin çətin günləri başlayır. Hökümə oğlan paltarı geyinib evlərinin yaxınlığındakı baqqalın mağazasına çuvallarla yük daşıyır. Hər günün sonunda ona zəhmət haqqı kimi bir ovuc un verirmişlər. Bir gün isə yağışlı havada evə gələndə yıxılır, bir günlük qazancı olan un palçığa tökülür. Ağlaya-ağlaya baqqalın yanına gəlir, ondan əlavə un istəsə də baqqal vermir. Uzun illər sonra şöhrətli Hökümə Qurbanova həmin kişini parkların birində dilənən görür. Gedib mağazadan bir çörək alıb gətirib kişinin qarşısına qoyub gedir.
    23 yaşı olanda Hökümə xanımın fotosu Cəfər Cabbarlının diqqətini cəlb edir və onu axtarıb taparaq “Almaz” filmində Yaxşı roluna çəkir. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılır.
    İlk həyat yoldaşı Ələsgər Ələkbərovla qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə, guya o, özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütriflik edir, mən ona qızımı verə bilmərəm". İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...” Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Övladlarından sonra Hökümə səhnədən uzaq düşür: əri ona səhnəyə çıxmağa qadağa qoyur. 1933-cü ildə cütlük Ələsgərin qısqanclığı ucbatından boşanır.
    Ayrılandan sonra hər iki sənətkar uzun illər bir-biriylə küsülü qalıblar. Yalnız “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.
    Bir müddət sonra aktrisa teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur və bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlir. Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində maraqlı və yaddaqalan aktrisalardan birinə çevrilir. Amma ikinci evliliyinin ömrü də uzun sürmür. İkinci dəfə boşanan o, özündən 17 yaş kiçik olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşayır. Gündüz Abbasov öz dövrünün çox yaddaqalan kino aktyorlarından bir olub. "Telefonçu qız" filmində Mehribanın atası, "Bir qalanın sirri" filmində Elşən, "Onun böyük ürəyi" filmində Rəcəb kimi obrazlara imzasını atıb. Ərinin yeni sevgilisindən xəbər tutaraq Gündüz Abbasovdan ayrılan Ofeliya Məmmədzadə isə Hökümə Qurbanovanın ikinci həyat yoldaşı olmuş Nüsrət Fətullayevlə ailə qurur.
    Hökümə Qurbanova teatrda bir çox aktrisalarla intriqalar yaşayıb. Onlardan ən yadda qalanı isə Nəcibə Məlikova ilə olan küsülülüyü olub. Onların şəxsi zəmində araları dəymişdi. Həm də təbii ki, rol qısqanclığı da vardı. Lakin aktrisa Nəcibə Məlikova ilə küsülü olsa da "Ögey ana" filmində onun oynadığı obrazı səsləndirməyə razı olub.
    Xalq artisti, ali sovetin deputatı olan Hökümə Qurbanova uzun illər iki otaqlı təmirsiz mənzildə yaşayıb.
    Hökümə Qurbanova hökmlü olmaqla yanaşı, həm də çox qızılpərəst idi. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir. Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. O və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisədən çox təsirlənirlər. Bəlkə də bu hadisə Vəfanın və onun ağır xəstəliyə tutulmasına səbəb olur.
    Ömrünün son günlərinə kimi Akademik Milli Dram Teatrında bir-birindən əvəzsiz obrazlar yaradan Hökümə xanım yaşının ahıl çağında övlad itkisi yaşayır. Qızı ilə yanaşı palatalarda müalicə alan aktrisanın qızı Vəfa Fətullayeva 42 yaşında sağalmaz qan xəstəliyindən vəfat edir. Onun faciəvi və vaxtsız ölümündən cəmi bir il sonra 1988-ci il noyabr ayının 2-də özü də Bakıda vəfat edir. Aktrisa Fəxri Xiyabanda dəfn olunub.

Комментарии • 106

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 2 года назад +12

    Vəfa ilə Fuad necə gözəl cütlük idiler Hamı onlara heyranlıqla baxırdı Allah hər ikisinə rəhmət eləsin

  • @user-bq5ke9dn9d
    @user-bq5ke9dn9d 2 года назад +58

    HƏYAT ÇOX QƏRİBƏDİR. QIZILLARI YIĞIB TƏMİRSİZ EVDƏ YAŞAYIB. AXIRDA DA İTİRİB, XƏSTƏLİK TAPIB. İSTEDADLI OLMAQLA DEYİL, DÜŞÜNCƏLİ OLMAQ LAZIMDIR.

  • @riririririri1761
    @riririririri1761 2 года назад +21

    Sənətkar olmaq asandır, lakin əsl ana olmaq yox... Hələ dünyaya gəlməmiş nəvəsini tələf edən, qızının ailəsini dağıdıb bədbəxt edən qadın dünyanın sənətkarı olsa belə şəxsən mənim gözümdə onun nə özünün qiyməti var, nə sənətinin. Mən o qadına rəhmət oxumuram, Vəfaya isə ALLAH qəni-qəni rəhmət eləsin.

  • @asiman_gunesh
    @asiman_gunesh 2 года назад +14

    incesenetimizin incilerinden biri- ALLAH rehmet elesin... Vefa xanim ve Fuad Poladovuda ALLAH gunahlarin bagislasin mekanlari Cennet olsun cox sevdiyimiz senetkarlar idi....

  • @mominetehmedova858
    @mominetehmedova858 2 года назад +8

    Əvəzolunmaz sənətkar nə gözəl səs tembri var ruhun şad olsun şad olsun gözəl sənətkar. Sizə də təşəkkürlər

  • @hqiqtorucova4613
    @hqiqtorucova4613 2 года назад +20

    BU DÜNYADA KİM OLURSANSA OL LƏYAQƏTLİ ABIRLI İNSAN OL ODUR Kİ İNSANA HƏM SAĞ VAXTI HƏM DƏ ÖLƏNDƏN SONRA SƏNƏ RƏHMƏT OXUSUNLAR..

  • @tahirmemmedli8756
    @tahirmemmedli8756 2 года назад +25

    Qızını bədbəxt edən mənfur ana...

    • @namiqzulfuqarov2046
      @namiqzulfuqarov2046 2 года назад

      Neden belə düşünürsünüz

    • @fidanmeleyim7710
      @fidanmeleyim7710 2 года назад +3

      @@namiqzulfuqarov2046 hami bilir ki qizini bu qadin mehv etdi

    • @az.555
      @az.555 Год назад

      Nədənsə bu qadının adı gələndə pıs xatırlayıram firon kimi Allah günahlarını bağışlasın

  • @azadliyeva4811
    @azadliyeva4811 2 года назад +4

    Bütün bu maraqlı məlumatlar üçün sizə təşəkkür edirik

  • @agamehdimovsumov4796
    @agamehdimovsumov4796 2 года назад +19

    YAZIQ VƏFA ! YAZIQ ZAUR ! HÖKÜMƏ HƏR İKİSİNİ BƏDBƏXT ELƏDİ.

  • @GulushAlibalayeva520
    @GulushAlibalayeva520 Год назад +4

    Allah hər iki böyük unudulmaz sənətkarlarımıza rəhmət eləsin ❤❤❤❤

  • @raulisakov3047
    @raulisakov3047 2 года назад +10

    Очень красивая женщина была. И голос чудесная. Она в жизни страдала по этому поводу дочку ревновала она. БОГАТЫЕ И БЕДНЫЕ ЛЮДИ АРТИСТЫ.

  • @xumayberenq8283
    @xumayberenq8283 2 года назад +16

    АЛЛАН БУ ВЕРИЛИШДЕ АДЫ ЧЕКИЛИБ, ДУНЯСЫНЫ ДЕЙИШЕНЛЕРЕ ГЕНИ-ГЕНИ РЕНМЕТ ЕЛЕСИН! РУНЛАРЫ ШАД, МЕКАНЛАРЫ БЕНИШТ ОЛСУН!

  • @renaaqayeva3865
    @renaaqayeva3865 2 года назад +10

    Evezolanmaz böyük şedevr aktrisa olsada cox eqoist adam olub.

  • @sadaqatrzayeva9147
    @sadaqatrzayeva9147 2 года назад +12

    Sənəti olub amma özü əxlaqsız səviyyəsiz .Vəfanı da bədbəxt edir

  • @aidaklotschkova2134
    @aidaklotschkova2134 10 месяцев назад +2

    Такое ощущение, что этот документальный фильм создали специально для того,чтобы очернить память прекрасной актрисы..,,полоскали её косточки,,.это АМОРАЛЬНО...она -дочь благородных родителей.Одно только имя её матери говорит о многом. И если бы не ,,красные голодранцы большевики,, жизнь её сложилась бы совсем по другому..как не стать злыдней,когда ютишься в двух комнатах когда-то тебе принадлежащего дома,,когда у тебя всё отобрали..на минуту представьте себе:ЧТО испытывает человек....она -Настоящая драматическая актриса...такой талант рождается раз в 1000 лет..как погляжу, судьба всех Магомаевых удивительно насыщенная, но все они ВЕЛИКИЕ... Муслим...Хёкюмя,,,Наргиз Халилова..Вяфа Фетуллаева...и многие из них:Магомаевых... Документальный этот фильмец надо удалить в черный список,,стоит себе с ,,умным,,лицом молодой,но бородатый и сплетничает о личной жизни выдающегося ЧЕЛОВЕКА..кто Вам заказал этот фильм снять???за сколько,,?ОМЕРЗИТЕЛЬНО..где Ваша совесть и честь..об умерших или говори хорошее или ничего...Аллах ряхмят елясин она...Gözəl aktrisa..xanəndə. .sizə onun kimi olmag oppanmag və oxumağa lazımdır...Dəhşətli film ...СПЛЕТНИК

  • @azercellseyfelii9731
    @azercellseyfelii9731 2 года назад +4

    Tesekkurler melumatunuz için.

  • @ton6356
    @ton6356 2 года назад +11

    Özü öz əli ilə övladını səadətdən məhrum edib nə deyəsən belə anaya, qızının itirilmiş övladının dərdin çəkməkdənsə qızıllarının dərdin çəkib

  • @nusanerecebova6703
    @nusanerecebova6703 2 года назад +4

    Bele deyerli verilişleriniz davamlı olsun

  • @seriyyeheyderova7105
    @seriyyeheyderova7105 2 года назад +6

    Ələsgər ələkbərov elci gedəndə Hökümə.x. bu qadinin anasi elciyə deyir qizmi vermirəm aktyor- mütrüfdür öz qizini unutmasin oda mütrüfşkadir 😁😁😁😕

  • @user-lj9tc5vk3b
    @user-lj9tc5vk3b 2 года назад +7

    Ay bu videoya baxanlar dünya malına hərisliyi buraxın.
    Öləndə 5 arşın
    ya ağımız ola ,ya da olmaya...

  • @scorpion1987
    @scorpion1987 2 года назад +2

    ÇOX MARAQLI MƏLUMATDIR. TƏŞƏKKÜR.

  • @nazimhuseynov5496
    @nazimhuseynov5496 2 года назад +6

    Çox maraqlıdır ki,məşhur aktyorlar və aktrisalar ın işləri gücləri evlənmək və boşanmaq olub. Axırı da sıfır.

    • @elmiraimanova1386
      @elmiraimanova1386 2 года назад +1

      Doğurdan birinin də təmiz namuslu ailəsi olmayıb məncə Daha dəqiq bu proqramları dinlədikdən sonra belə nəticəyə gəldim

  • @Mysoftblog8
    @Mysoftblog8 2 года назад +4

    Ruhlari şad olsun 🙏

  • @leylamohubbetqizi8166
    @leylamohubbetqizi8166 2 года назад +16

    ALLAH REHMET ELESIN . SESI VE ISTEDADI DUNYA SEVIYYESINDE OLAN EVEZOLUNMAZ AKTRISA. SENETINDEN DANIWIN , OZEL HEYATA TOXUNMAYIN. //BU ARTIQ QIYBET OLUR //. UNUTMAYIN KI , SIZ SENET ZIRVESINDE OLMUW AZERBAYCAN QADININDAN DANIWIRSINIZ..ONUN YAZIISI ELE YAZILIB...BIR DUWMENLERIMIZE BAXIN. ONLARIN TEMIZI VARMI, SORUWURAM SIZDEN ? GORURSUNUZMU EN PISLERINI DE NECE TEBLIQ EDIRLER. AZERBAYCAN QADININI ELE TANITDIRMAYIN. BIZIM BABALARIMIZ QADIN SOHBETI ETMEYIBLER . IKINCI HOKUME QURBANOVA YOXDU VE OLMAYACAQ!!!!! RUHI WAD OLSUN. HORMETLE ANILACAQ SENET ILAHESI👏👏👏👏👏👏👏👏👏

    • @ulka1972_
      @ulka1972_ 9 месяцев назад

      Tamamile haqlisiniz

  • @xrustemova5039
    @xrustemova5039 2 года назад +9

    БУ ГЕДЕР ЕРЕ ГЕДИБ. ГЫЗЫН ГОЙМАЙЫБ ПОЛАДА ГЕТСИН. НЕЧИБЕ ГОЗЕЛДИ. ХАИНЛИК

  • @ZerengizAgayeva-ep8ni
    @ZerengizAgayeva-ep8ni 7 месяцев назад +1

    Eşq yaşamaqdan özgələrin ailəsini dağıtmaqdan ( hətta qızının ailəsini belə) məşgul olub ona görə bu müsibətlər başına gəlib hər2si qorxudan buxəstəliyə tutulublar Allah hər2sinə rəhmət eləsin Amin kasıb pul tapdı xərcləməyə yer tapmadı

  • @gggnnn6928
    @gggnnn6928 2 года назад +6

    Kliopatra Hokume Qurbanovadi.indiki meleyke esedova kimi dusuyler de ancaq ozun terifliyr

  • @farid3945
    @farid3945 Год назад +4

    Agílsíz ve azgín qadín gül kimi evladínín heyatíní mehv etdi

  • @merihesenova1947
    @merihesenova1947 2 года назад +6

    Allah günahlarįnį bağįwlasįn.
    Heçvaxt onu xowlamamıwam.
    Yazıq Vefa.heyif....

  • @aygunmemmedova6490
    @aygunmemmedova6490 2 года назад +2

    Fuad Poladovla Vəfa Fətullayeva ilk dəfə "Kuləklər" tamaşasında birlikdə səhnəyə çıxıblar.Əlibala və Alagöz obrazlarında.

  • @gulgul901
    @gulgul901 Год назад +3

    Hökume xanimda o vaxtin berk geden fınıșı olub😀

  • @kulklrshri7352
    @kulklrshri7352 Месяц назад +1

    Ofeliya Məmədzadənində ailəsini dağıtdı ,cəzasını çəkdi bu dünyada

  • @psevdonim203
    @psevdonim203 2 года назад +4

    Bəs onun birinci övladı Nailə nə oldu?.
    Heç onun haqqında danışılmır

  • @sarqiyabadalova4779
    @sarqiyabadalova4779 2 года назад +4

    Meliket Maqamayeva haqqinda melumat verseydiniz cox maraqli olardi

  • @elmiraibrahimova1056
    @elmiraibrahimova1056 2 года назад +2

    Allah rəhmət elsin

  • @xrustemova5039
    @xrustemova5039 2 года назад +3

    АНАЛЫГЫНА СОХУМ. ГЫЗЫНЫН БИРИНЧИ УШАГЫН АБОРТ ЕТДИРИБ. ОНДАН ГАНА ХЕСТЕ

  • @Ema____83
    @Ema____83 11 месяцев назад

    Necede gözel olub hem Aktirisa hem qadin kimi ❤

  • @nailyaabdullaeva6487
    @nailyaabdullaeva6487 2 года назад +4

    Bes Hökume Qurbanovanin birinci evliliyinnen olan qizi Naile nece oldu?bilen var?

    • @lddinrzayev288
      @lddinrzayev288 2 года назад

      Azərbaycan dilinə heç işə
      qəbul vaxtı üstünlük verilmir

    • @gullualiyeva9845
      @gullualiyeva9845 Год назад

      Nailede 1997ci ilde rehmete gedib.Vefa Fetullayeva adinsa sehife var orda geniw yazilar var.

  • @cicekcicek7510
    @cicekcicek7510 2 года назад +2

    Fuad Poladovu da sevirmiş. Ona görə də qızı qoymayıb. Yox olasan səni belə ana

  • @samsungayfonlu4967
    @samsungayfonlu4967 2 года назад +3

    Qizi naile haqinda melumatda olsa yaxsi olardi

  • @selshattincakr5331
    @selshattincakr5331 Год назад

    Allah rehmat etsin

  • @seriyyeheyderova7105
    @seriyyeheyderova7105 2 года назад +1

    Salam düzdü hə mən də belə eşidmişəm Baki kəndində baqlari olub diyəsən cox gücdü informasiyalar bilirsiz ölülər danişa bilsəydilər durub gəlib sizə deyərdilər qiybətmizi niyə cəkirsən ???????

  • @user-qy9pw4el2z
    @user-qy9pw4el2z 2 года назад +3

    Анамын бабасы ва гардащы АХСУ бейлери.Архипелаг дан салам дедилар.

  • @dogruolan6019
    @dogruolan6019 Год назад +1

    Özündən 17 yaş kiçik insanla əşq yaşayan qadına ancaq və ancaq əhlaqsız deyilər.....bunun alternativası yoxdur, şəxsən mən iyrəndim Hökümədən

  • @elnurashafizade9643
    @elnurashafizade9643 Год назад +2

    Mən başa düşmürəm. Vəfa oyuncaq zad olub. Anasının onun şəxsi həyatına bu qədər girməyə niyə icazə verib. Anası razı olsa, kimdənsə görüşəcək, istəməsə yox. Və ya ərə getməyə də onun kimi. Vəfa da balaca qız olmuyub ki ...

    • @littleangel8554
      @littleangel8554 Год назад +1

      Vəfa xanim cox mulayim, mədəni insan idi. O anasina hörmətlə yanaşırdi. Vəfanida anasi bədbəxt etdi. Vəfa fikirdən xərcəng xəstəliyinə tutuldu. Hami eyni olmur. Oda gərək öz xoşbəxtliyi ucun mubarizə aparardi

  • @durdaneyakublucanbaz5362
    @durdaneyakublucanbaz5362 8 месяцев назад

    Bir insanın həyatının cəlladı öz anası olarmış😢

  • @shukufapashayeva188
    @shukufapashayeva188 Год назад

    Ğözəl gadın olub,istedadlı-ğüclü aktrisa olub,lakin analıg etməyi bacarmayıb.Gızının həyatını puç edib.Yazıglar olsun Vəfa xanımın sevğisinə də yasag goyub.Fuad bəylə Vəfa xanım ğözəl bir cütlük ola bilərdi.Yazıglar olsun .Bir dəfə diş poliklinikasında bu ana-balaya rast ğəldim cox-cox ğpzəl xanımlar idilər.Allah rıhmət eləsin🙏

  • @abbasgulgez8007
    @abbasgulgez8007 Год назад

    Senetine valeh oldugum Aktrisa Hokume Xanim

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 2 года назад

    ALLAH rəhmət eləsin

  • @user-hd2xn1py9e
    @user-hd2xn1py9e 2 года назад

    Allah rəhmət etsin.

  • @Vasifnebli
    @Vasifnebli 27 дней назад

    Yerinde olub o qədər ah alibki

  • @nailehesenova9038
    @nailehesenova9038 Год назад

    Allah rəhmət etsin hər üçünə

    • @user-vx4nm6be6w
      @user-vx4nm6be6w 11 месяцев назад

      Allah rehmet elesin 🤲 Yazig Vefa ! Ana oz ovladini bedbext eledi !

  • @gulnaratagiyeva3507
    @gulnaratagiyeva3507 2 года назад +2

    Bəs Hökümə Qurbanovanln 1-ci nigahdan olan qızından danışmadız

  • @user-vy6ne3wt7e
    @user-vy6ne3wt7e 6 месяцев назад

    Allah Qəni Qəni rəhmət etsin 🥀

  • @selaledadasova616
    @selaledadasova616 Год назад +1

    Niye gözel senetkarlarimiz talehi bele bedbext olurlar

  • @ismayilosmanli7306
    @ismayilosmanli7306 2 года назад +4

    Vəfanln həyat yoldaşlydl Polad????

    • @ilahhmdova1131
      @ilahhmdova1131 2 года назад +1

      Həyat yoldaşı Zaur olub.Yutubda varonun xatirələri hətta birğə yaşadıqları evdı də çəkilişləri olub.Çox heyif uşaqları olacaqdl ancaq Hpkümə xanımın israrı ilə Vəfa uşağı aldırır və ailə dağılır

  • @YeganYegan-su4cg
    @YeganYegan-su4cg Месяц назад

    Qlzlnl ovladslz.qoyur. Erinden aykrsa da bunu basa dusmek bu lar ancaq qlzlnln ilkini nevesini aldirmagl cox sehf bir is gorub.

  • @meryemquliyeva4704
    @meryemquliyeva4704 7 месяцев назад

    Bəzi məlumatlar dogru deyil ,o vaxt da şər ,qərəz olub .Allah hər ikisinə rəhmət eləsin

  • @zoneaep
    @zoneaep 2 года назад +1

    Sosiska reklaminin elinden videonu izlemek olmur,bu nedir her seyin oz yeri var

  • @user-ip3ef7yo9l
    @user-ip3ef7yo9l 8 месяцев назад

    Əcəb bir ifadə tapıblar,kimsə kimləsə eşq yaşadı,amma demirlər ki,pozgun həyat tərzi kecirtdi,cünki fəxri adı var deyə ayıb olar,amma bir kasıb qadın olsaydı,deyərdilər ki,pozgun adamdır.

  • @solo205
    @solo205 Год назад +1

    Belə anadansa olmaması yaxşıdır

  • @laldadasova5278
    @laldadasova5278 2 года назад +6

    BU CÜR VİDEO VƏ POSTLARI QOYAN İNSANLARA AYIB OLSUN.ÖZ AİLƏNİZİ QOYUN MÜZAKİRƏYƏ.BİLMƏK OLMUR ERMƏNİDƏN YA MORTANIDAN ƏMƏLƏ GƏLMİSİZ.AZƏRBAYCANIN GÖRKƏMLİ VƏ İSTEDADLİ ADAMLARINI BİABIR ETMƏYİ QARŞINIZA MƏQSƏD QOYMUSUZ.ERMƏNİ TULALARI.

    • @elmiraimanova1386
      @elmiraimanova1386 2 года назад +2

      Niyə ki qorxursuz növbə sizə çatacaq Sizin də zibilləriniz açılacaq ona görə? Məncə çox cəsur verlişlər hazırlayır Çox sevilir bu oğlan ALLAH qorusun

    • @zizi.623
      @zizi.623 7 месяцев назад +1

      O biyabır etmir. Dogru məlumatı bizlərə çatdırır. Nəyi pisdir? O vaxtları sosial şəbəkələr olmayıb hər şey gizlində olub. Belə videoları izləyirəm. Demək olar çoxları yəni incəsənət nümayəndələri 3 dəfə, 5 dəfə ailə qurublar.

  • @lddinrzayev288
    @lddinrzayev288 2 года назад +1

    NƏ İLƏ YADA QALDI İRSİ XƏSTƏLİYƏ SON

  • @seltenetrzayeva8259
    @seltenetrzayeva8259 Год назад

    HÖKÜMƏ AĞILLI XANIM İDİ BİLİRDİ VƏFA TALASEMİYADI 40 YAŞDAN ÇOX YAŞA/CAQ ONA GÖRƏ , UŞAQ YETİM QALMASIN DEYƏ BUDA SONU VƏFA ÖLDÜ .

  • @SerdArt
    @SerdArt 2 года назад +1

    *******

  • @xrustemova5039
    @xrustemova5039 2 года назад +2

    ЕЛШЕН РОЛУН ОЙНАЯН ЯРАШЫГЛЫ ИДИ.

  • @user-pp4gp9yo4f
    @user-pp4gp9yo4f Год назад

    БЕС НАИЛА ГЫЗЫ НЕЖА ОЛДУ?

  • @LetifeRehimova-cs8kf
    @LetifeRehimova-cs8kf 8 месяцев назад

    Bi qadı yekəxana olub.onu hec kim sevməyib

  • @srqiyymustafayeva1338
    @srqiyymustafayeva1338 2 года назад +1

    Guya hansı əxlaqlı oluf

  • @xrustemova5039
    @xrustemova5039 2 года назад +6

    КИШИПЕРЕСТ ИМИШ. ТЕРЛАН ФИЛМИ ЧОХ ЕЛА

  • @xanmlaragelirlisvar
    @xanmlaragelirlisvar 2 года назад

    XANIMLARA YÜKSƏK GƏLİRLİ İŞ VAR🤝

  • @user-ru4dw9on9h
    @user-ru4dw9on9h 5 месяцев назад +1

    Da denen cirix olub ki

  • @user-jd7ub6vx9c
    @user-jd7ub6vx9c Год назад +3

    Qizi Nailè Narxozda Rus dili kafedrasinin mùdiri idi, rektor Zeynal mùèllimdèn tutmuw bùtùn prorektorlari, dekanlari Nailèni qayirirdi, awaģi vèzifèlilèrè vermirdi, hèm dè çox pul alirdi vermèyinè gòrè.

    • @gullualiyeva9845
      @gullualiyeva9845 Год назад +1

      Rehmete geden insanlar haqda bohtan demeyin Allahdan qorxun.O insanlar heyatda yoxdur.Burda gelib tehqir yazirsiz.

    • @user-jd7ub6vx9c
      @user-jd7ub6vx9c Год назад +1

      @@gullualiyeva9845 Xanim, olmayani demèk bòhtan adlanir, Nailè kùçè pozģunundan da o yana idi

    • @gullualiyeva9845
      @gullualiyeva9845 Год назад

      @@user-jd7ub6vx9c Salam gozunuzle gormusuzmu? Axi gozle gormeyeni demek gunahdir bohtandir.Gorursuzki bu adam heyatda yoxdur.Ne edib heyati alinmayan adam olanda bu cemiyyet ancaw tehqir edir

    • @user-jd7ub6vx9c
      @user-jd7ub6vx9c Год назад +1

      @@gullualiyeva9845 Xanim, Siz niyè Nailènin yerinè narahat olursuz, Nailè qèhbèlik etmèyilè fèxr edirdi, qùrur duyurdu, deyirdi ki, mèn gòzèl qadinam, ona gòrè vèzifèli, pullu kiwilèr mènè xèrc qoyub q....r, òzù açiq daniwirdi, o vaxt mèn dè çox pul verib q....dim, amma mèn gùndè birinè verèn qadindan iyrènirèm.

    • @indirawoman5634
      @indirawoman5634 Год назад +1

      🙄🤔