Ramiz Rövşən - Ölsəm bağışla - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 1 авг 2024
  • #kamranmyunis #ramizrovsen #kamranyunis #şeirlər
    #sevgişeirləri #şiirler #poeziyateatrı #emilşahinxəyallar
    Ramiz Rövşən - Ölsəm bağışla
    Musiqi - Emil-Şahin-Xəyallar
    Səhər ölmək istəyirəm,
    Gecə ölsəm, bagışla.
    Bilmirəm necə yaşadım,
    Necə ölsəm bağışla.
    Tanrıdan bəxt borc alsaydım,
    Sənə də saxlayardım.
    Ağlamagı bacarsaydım,
    Sənə gün ağlayardım.
    Gizli ölmək istəyirəm,
    Xəbər tutsan, bağışla.
    Qorxuram unutmayasan,
    Yox,unutsan, bağışla.
    Qışda ölsəm, qəm eləmə,
    Yerim isti olacaq.
    Ruhum uçub cəhənnəmə
    Gedən tüstü olacaq.
    Səssiz ölmək istəyirəm,
    Səsim gəlsə, bağışla.
    Sənsiz ölmək istəyirəm,
    Sən də ölsən bağışla...
  • КиноКино

Комментарии • 347

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 3 года назад +4

    Mənsiz sağ qalsan...bağışla....🦋

  • @nezaketletifova1118
    @nezaketletifova1118 9 месяцев назад +4

    ALLAH qorusun bu sesi.Amin

  • @ulviyynovruzova490
    @ulviyynovruzova490 3 года назад +9

    Azərbaycanın ruhu, musiqisi, duyqusu, sözü, sənətkarı-hamısı valehedicidir.

  • @flokki1294
    @flokki1294 4 года назад +3

    Şer ve ifa dahidir....

  • @zrovsnorucova7264
    @zrovsnorucova7264 3 года назад +2

    Dəfələrlə qulaq asdıgım şer! İfa çox mükəmməldir!

  • @feridmemmedov183
    @feridmemmedov183 Год назад +4

    Kamran bəy, bu şeir bu gün yerinə düşür dinlədikcə, vaxtsız ölən uşaqların fikri adamı qəhərə boğur.

  • @mamedovan523
    @mamedovan523 4 года назад +2

    Bravo👏👏Cookk superdi😔😔

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +6

    Gizli ölmək istəyirəm,
    Xəbər tutsan, bağışla. 😔😔

  • @turanturkmn9906
    @turanturkmn9906 2 года назад +2

    Balaca ikən dinleyende musiqisi hüzünlendirirdi,
    Böyüdük sözleri huzunlendirdi

  • @kamakamila185
    @kamakamila185 4 года назад +3

    Bu sas seiri daha gozallasdirib halaldi siza var olun

  • @turkanismaylova7081
    @turkanismaylova7081 2 года назад +2

    Bu şeirin yaranma tarixçəsini bilməy isdərəm. Çünki şeirlər heçnədən yaranmaz. Çox ağrılı şeirdi

  • @nurcahan6353
    @nurcahan6353 8 месяцев назад +3

    Allah qorusun sizi Bəy!

  • @qmrsozay7259
    @qmrsozay7259 4 года назад +3

    Mükəmməl ifa!

  • @zeminedemirova9259
    @zeminedemirova9259 4 года назад +2

    Bu ifaniz meni bir vaxtlar canliniza baxaraq dunyasini deyiwen bir perestiskarinizi xatirlatdi. O canliya men de baxirdim😔😔

  • @zrovsnorucova7264
    @zrovsnorucova7264 4 года назад +6

    Kamran Yunusu aktyor kimi çox bəyənirəm.Amm şeir deməyini indi kəşf etdim.Allah qorusun!Bu ifa çox möhtəşəm idi
    .👍

  • @user-my2zl1fk9j
    @user-my2zl1fk9j 4 года назад +6

    Növbəti heyranliqim,şairə də,ifa edənə də.Nə deyim,can saqliqi min dəfə can saqliqi Kamran bəy.

  • @minayeazimova6597
    @minayeazimova6597 4 года назад +4

    10aydan sonra yene qayitdim..
    Yazda hemde seher olmek isteyirem. Kamran Yunis mukemmelsiniz

  • @mehribanhetemova3273
    @mehribanhetemova3273 6 лет назад +6

    Ramiz Rövşən gözəl yazıb ancaq səsləndirən ondan da möhtəşəmdir Deyirlər aktyor ancaq ürək olmasa şeiri bu cür səsləndirə bilməz O gözəl ürəyiz üçün çox sağ olun

  • @user-kw8le3xc1l
    @user-kw8le3xc1l 5 лет назад +5

    Men size derin minnetdarligimi bildirirem..Hem sesiniz, hem seçdiyiniz musiqiler, hem seslendirdiyiniz wer'ler üçün..Sağolun,var olun.Allah size uzun ömur versin 🙏🏻🙏🏻🙏🏻💕💕💕

  • @teranebagirova1128
    @teranebagirova1128 3 года назад +2

    Hər dəfə ölüm yadıma düşəndə.....Yalnız sizin sesinizde... Bu ifani dinləyirəm....

  • @anareliyev3047
    @anareliyev3047 6 лет назад +3

    Gozel eser gozel ifa...

  • @user-mp4rt8px5u
    @user-mp4rt8px5u 5 лет назад +2

    Очень красиво браво

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +8

    ❤️💥❤️💥❤️💥❤️💥
    Tanrı qorusun bu səsi, Sənətkarı! Amin🙏

    • @yaghmurluroya8358
      @yaghmurluroya8358 2 года назад +2

      🤲💫

    • @yeganequliyeva664
      @yeganequliyeva664 2 года назад +2

      @@yaghmurluroya8358 Birlikdə yenidən dinləyək!🙏🌹

    • @yaghmurluroya8358
      @yaghmurluroya8358 2 года назад +2

      @@yeganequliyeva664 mənim yerim bəllidi, ruhumun bənzəri🎧❤💫həm dinləyirəm, həm işləyirəm, ruhum dinlənir, var olun, əzizim ❤💫

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +6

    Var olun.yaşaşayın,yaradın gözəl qəlbli insanlar.👍👍👏👏❤❤

  • @shahlaibrahimli5600
    @shahlaibrahimli5600 3 года назад +4

    Gizli ölmək istəyirdim.....
    Xəbər tutsan bağışla.......😔😔😔

  • @user-ye4xk5gc5h
    @user-ye4xk5gc5h 3 года назад +6

    Kamran Yunis, çox gözəl ifadır. Sənət nümunəsidir deyərdim.
    Ömrünüz uzun olsun, özünüzdən muğayat olun...

  • @uduzmamedova5709
    @uduzmamedova5709 4 года назад +4

    Gözəl şe'r,gözəl ifa var olun🙏🌹

  • @ysmobile5282
    @ysmobile5282 4 года назад +2

    Allah hamimizi bagiwlasin🙏

  • @minayeazimova6597
    @minayeazimova6597 5 лет назад +4

    Cox mohtewem veten oglu coxxxx sagol. Ne yaxwi ki varsiniz.. Bilmirem Ramiz Rovwen cox boyukdur ya sizin ifaniz ger ikinize saglam omr arzulayiram

  • @fatimajavadova7911
    @fatimajavadova7911 5 лет назад +7

    Necə də gözəl səslənib!!❤Nə yaxşı ki belə sənətkarlarımız var!!!

  • @maryamxadicafr5677
    @maryamxadicafr5677 6 лет назад +93

    Sozun bitdiyi an...
    Atam aylar once bu sozleri deyib, 1 hefte sonra qefleten vefat etdi.
    Qishda, seher, sessiz ve mensiz...😔

  • @yeganequliyeva664
    @yeganequliyeva664 5 лет назад +23

    Tanrıdan bəxt borc alsaydım Sənədə saxlayardım. Ağlamağı bacarsaydım sənə gün ağlayardım.... Uca tanrıdan yalnız sizə can sağlığı diləyirəm. Kamran bəy. Tanrı sizi qorusun Amin.

    • @yaghmurluroya8358
      @yaghmurluroya8358 2 года назад +2

      🥺😥🤲qışda ölsəm qəm eləmə yerim isti olacaq......

  • @sabinamuradova4534
    @sabinamuradova4534 4 года назад +1

    Coox gozel alinib ehsen.

  • @Shade-zn7ee
    @Shade-zn7ee 4 месяца назад +1

    Həyata aiddir bu şeir )

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +4

    Seher ölmek isteyirem.Ramazan ayı cüme günü sub namazı .namazda secde zamanı.ne gözel ölüm👐

  • @gunaygn7510
    @gunaygn7510 4 года назад +3

    Dəyərli şairin xəzinəsi. İfa möhtəşəm olmuş.

  • @turanebayramova8566
    @turanebayramova8566 5 месяцев назад +1

    Allah qorusun

  • @deyanetrzayev9676
    @deyanetrzayev9676 4 года назад +4

    Sensiz ölmek isteyirem......
    Sende ölsen bağışla........

  • @jasminjasmin1318
    @jasminjasmin1318 5 лет назад +5

    Ramiz Rovwenin butun weirleri gozeldir. Ifa da cox gozeldir. Ureyinize sagliq.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +5

    Qorxuram unutmayasan.....
    ❤️❤️❤️❤️❤️💥🙏

  • @shidlrolmzvtnbolunmz8609
    @shidlrolmzvtnbolunmz8609 4 года назад +2

    Super şeirdi ....

  • @suzanazeka7363
    @suzanazeka7363 4 года назад +5

    İfanizda "Yene bu shehrde uz-uze geldik " sherini axtarirdim.Sevdiyim sheri sevdiyim qiraetcinin ifasinda eshitmek cox xosh olardi)

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 4 года назад +3

    İnsanın ruhunu danışdıran ifa👏👏👏👏👏.Çox sağ olsun həm şair,həm də ş'eri səsləndirən!👏👏👏👏👏

  • @elnurnuxov5631
    @elnurnuxov5631 4 года назад +1

    Ennn coox qulaq asdlglm....her defe de qulaq aslb agladlglm......

  • @AbadovMasim
    @AbadovMasim 4 года назад +4

    Şair şeri yaradırsa, ifa edən, çatdıran onu yaşadır. Nə qədər sadə əsər olsa belə, mahir ifaçı onu yaşadacaq, yayacaq və sevdirəcək. Kamran Yunis belə sənətkardır. Özünü yaşayir ifasinda və yaşadır o ifa etdiyi əsəri. Yaşa sənətkar, yaşat ustad.

  • @elnurnuxov5631
    @elnurnuxov5631 4 года назад +2

    Her bu were qulaq asanda goz yawlarlm sel olur.Yayda itirdim onu.Inwaalah ki.cennetdir.Mendiz oldu.inwaalah ki ruhu bizimledir! O dunyada goruwenedek!

  • @yjfghhlgjfhkbn6038
    @yjfghhlgjfhkbn6038 6 лет назад +3

    Şerlerinizi ağlamadan dinlemek mümkin deyil teşekkür size ...Arife

  • @cickyags4191
    @cickyags4191 3 года назад +4

    Gizli ölmək istəyirəm,
    Xəbər tutsan bağışla.❤️

  • @lamiysalahova8606
    @lamiysalahova8606 3 года назад +1

    Möhtəşəm

  • @hesenmemmedli9194
    @hesenmemmedli9194 4 года назад +2

    Əlaaaa

  • @aidanmirza5008
    @aidanmirza5008 4 года назад +4

    Ksmran bəy,çox çox təşəkkür edirəm. Bu çətin zamanda bizim ruhumuzu tərpətdiyinizə görə var olun.🤩

  • @ayisigi2289
    @ayisigi2289 4 года назад +1

    Ramız Rovşen qedrı bılınmeyen şaır.

  • @cimnazbinntova2115
    @cimnazbinntova2115 5 лет назад +4

    Qardaş səsinə Qüvvət, Allah sənə can sağlığı versin.
    Nə gözəl şer dedin.Allah eləməsin ölmə.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +6

    Gizli ölmək istəyirəm
    Xəbər tutsan bağışla.❤️

  • @haci.urfan.salik_official
    @haci.urfan.salik_official 5 лет назад +6

    Aman Allah necəde gözəl sözlərdi.var olun

  • @_mlyim_1605
    @_mlyim_1605 4 года назад +4

    Ölsəm bağışla....

  • @samirememmedova3264
    @samirememmedova3264 6 лет назад +2

    😪 səni unuda bilmirəm

  • @renababanli3490
    @renababanli3490 4 года назад +2

    SENSIZ OLMEK ISTEYIREM SESIM GELSE BAQIWLA. COX AQIRDIR .DOZMEK OLMUR EZIZININ SENDEN GIZLI.XEBERSIZ OLMESI.ALLAH HEC KESE NESIB ETMESIN AMIN

  • @user-qx3uk5jv9g
    @user-qx3uk5jv9g 4 года назад +1

    Allah sizdən razı olsun.

  • @sbincfrova7217
    @sbincfrova7217 5 лет назад +3

    Ölsəm bağışla ana...😔

  • @anarhajiyev2071
    @anarhajiyev2071 3 года назад +1

    Kişilər də ağlayarmış.....

  • @azeriamazon2988
    @azeriamazon2988 Год назад +1

    Sizi yeniden dinledigim iin size minnetaram.Hörmətlə:S.Almuradi

  • @ilqartural8701
    @ilqartural8701 4 года назад +1

    Çoooox gözəllll😪😪😪😪😪😪

  • @smsyagmur1075
    @smsyagmur1075 6 лет назад +3

    Əla👏

  • @feridehesenli3133
    @feridehesenli3133 5 лет назад +3

    Əhsən👏👏

  • @fizze_semed
    @fizze_semed 5 лет назад +4

    var olun insanı bu səs bu şer lap dəriniklərə aparır👍👏👏🤗🤗

  • @elnurnuxov5631
    @elnurnuxov5631 4 года назад +1

    Her gun qulaq asdlglm werrr!

  • @rustamyolamanovich1780
    @rustamyolamanovich1780 4 года назад +4

    VAR OLASİZ KAMRAN BƏYİM🙏🙏🙏

  • @sedaqetmemmedova3115
    @sedaqetmemmedova3115 7 лет назад +5

    Allah sesinize ,ureyinize quvvet versin.Cox gozel! Ruhumuz qidalandi

  • @ruzgara1737
    @ruzgara1737 5 лет назад +3

    Спасибо👏👍Камран

  • @vusalaiskandarova
    @vusalaiskandarova 5 лет назад +3

    Necə içdən səslənib şeir,insana toxunur.
    Bravo!

  • @almnurkamalova7604
    @almnurkamalova7604 2 года назад +1

    Çox gözəl ifadır

  • @renatseferov7825
    @renatseferov7825 4 года назад +1

    Kamran bey , birdenesiniz 😊

  • @user-gl9ur9fh1v
    @user-gl9ur9fh1v 5 лет назад +2

    😥👏👏🙏

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 2 года назад +2

    Ölsəm..Bağışla...

  • @renababanli3490
    @renababanli3490 4 года назад +4

    "SEHER OLMEK ISTEYIREM AXWAM OLSEM BAQIWLA, SENSIZ OLMEK ISTEYIREM ..." Bawimin taci kaw ki srninlr birge oleydim ,cunki .....Saq ol oqlum,her gun geceler sesine qulaq asanda heyatimin xatirelerini yawadirsan.Allah saxlasin Kamran muellim.

  • @suprisi2853
    @suprisi2853 4 года назад +4

    Ruhum uç... uç cəhənnəmə...

  • @huseynmmmdov9593
    @huseynmmmdov9593 3 года назад +3

    Kamran bəy,siz həqiqətən də mükəmməlsiz😍

  • @lolaazeri3917
    @lolaazeri3917 5 лет назад +4

    Gizli ölmək istəyirəm.Xəbər tutsan bagışla.Mukəmməl bir şeir.😔.İfaya ki söz yox həmişəki kimi insanı qəhərələ göz yaşında bogur.

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 6 лет назад +2

    sessiz olmek isteyirem,sesim gelse,bagiwla.......😔😔😔

  • @aydinqasimov763
    @aydinqasimov763 5 лет назад +2

    хәлил ирза улу түрк сизләрин гоһумудур она чох вәнзијирсиниз хајиш еләјирәм дејин

  • @elmira6446
    @elmira6446 5 лет назад +3

    Çox sağolun Ramiz bəy.

  • @lordwolf2714
    @lordwolf2714 6 лет назад +2

    Coooooox gozel

  • @susnrzazad5698
    @susnrzazad5698 6 лет назад +84

    Gözəl şeirdi. Çox gözəl səslənib. İnsanın qəlbində qəribə hisslər yaşadır.

  • @saraaslan9458
    @saraaslan9458 5 лет назад +1

    Mukkemmel tewekur

  • @pervizgulmemmedov2451
    @pervizgulmemmedov2451 5 лет назад +2

    Ureyinize, senetinize, ruhunuza sagliq ustad!

  • @user-pu2mv5nv8w
    @user-pu2mv5nv8w 6 лет назад +4

    Ne gozel seirdi,Allah elemesin,basinizdan bir tuk eskik olmasin,gozel insan,hemise var olunAmin!!!

  • @ismayilovhaciyaga9607
    @ismayilovhaciyaga9607 6 лет назад +4

    Mən çox bəyənirəm bu aktiyoru esil nurani medeni bir kişiyə bu qədər aģ saç sakkal yaraşar 👏👏

  • @renababanli3490
    @renababanli3490 4 года назад +1

    "SEHER OLMEK İSYEYİREM......" VE MİSRALARDA DEYİLEN KİMİ GİZLİ OLDUN VE BAÜİŞLAYA BİLMİREM BU OLUMİ, CUNKİ ELLERİN ELİMDR KOCUB HETDİN , MRNİ Bİ AMANSİZ DUNYADA SRNSİZLİYR MOHTAC RTDİN, CAN YOLDAŞİM!

  • @mirvarimirvari2434
    @mirvarimirvari2434 5 лет назад +2

    ... bağışla...

  • @semssems3667
    @semssems3667 6 лет назад +3

    Ölməz şairimiz Ramiz Rövşen inanın ki sizin ifanız üçün yazmış söz və ifa o qeder yaxın doğma ki kövrelmemek mümkün deyil var olun💖

  • @vusalhuseynov9601
    @vusalhuseynov9601 5 лет назад +2

    Cox yaxinlarda bu seri paylasib cixib gedecem.bu yazida burda qalsin.

  • @siirsaz4240
    @siirsaz4240 7 лет назад +169

    Senle ölmek isteyirem,
    Sensiz ölsem, bağışla...

    • @iamulviismayilov2161
      @iamulviismayilov2161 5 лет назад +9

      Eyni sözləri yazmaq istəyirdim...

    • @qumruismayilov4423
      @qumruismayilov4423 5 лет назад +6

      Ramiz rovsen gozel sairimiz sizi o qeder cox isteyirem.sozler kelmeler yetersiz qalir

    • @zd71260
      @zd71260 4 года назад +1

      O da gözəl sözlər - istəyən adamnan biryerdə ölmək. Amma Ramiz Rövşən elə mənası ifadə edir ki - qoy tək mən sənsiz öləcəm - amma sən isə yaşa! Eqər sən də ölsən - bağışla...

    • @elgunzizov9291
      @elgunzizov9291 4 года назад +1

      😢

    • @maikmakil3127
      @maikmakil3127 4 года назад

      Həqiqi eşqlə ölmək istəyirəm, məcazi eşqlə ölsəm bağışla......

  • @ulviyyebedelova3430
    @ulviyyebedelova3430 5 лет назад +2

    Şeir super. Şederv mence. Cox tesirlidir. Defelerle dinleyirem

  • @sairzamiqsefai
    @sairzamiqsefai 6 лет назад +7

    Ramiz Rövşən gözəl Şairdir,Allah qorusun

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 4 года назад +3

    Ən sevimli şeirim😍 ən sevimli ifanız, Kamran müəllim😊

  • @Kamal123knu
    @Kamal123knu 4 года назад +1

    Üreyim aĝridi😢😢😢😢

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +3

    Tanrıdan bəxt borc alsaydım
    Sənədə saxlayardım.

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 3 года назад +2

    Aglamagı bacarsaydım sənə gün aglayardın..

  • @denizgozlum8509
    @denizgozlum8509 4 года назад +3

    Omurden pay olsaydi omrune pay vererdim omrumden Mama♥