“ALOV” QRUPU AVROPA ÇEMPİONU OLDU

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024
  • “Alov” qrupunun balaca rəqqasları bütün Avropanı riqqətə gətiriblər. Azərbaycanlı uşaqların təqdim etdiyi rəqsləri Moskvada keçirilən artistik rəqs üzrə Avropa çempionatında qalib seçilib. Kollektivin rəhbəri Emil Pənahov qrupu dörd il öncə yaradılıb və “Zirvə” adlandırılıb. Sonradan sinfin tərkibi genişlənib. Kollektiv altqruplara bölünüb. Rəqqaslar isə müxtəlif müsabiqələr və mərasimlərdə çıxış etmək üçün dəvətlər alıblar. Altı ay əvvəl isə qrupun adı dəyişdirilib. Bu zaman Bakının simvolu hesab olunan “Alov” adı seçilib. Yeni adla rəqs kollektivi əvvəlcə Azərbaycanın çempionu olub, sonra “Kəpəz” kubokunu qazanıb, bir çox müsabiqələrin laureatı seçilib. Emil Pnahov deyir ki, Moskvada keçiriləcək Avropa çempionatına dəvət alanda, bir qədər tərəddüd edib.
    Lakin rəqs qrupunun üzvləri çempionatda yüksək peşəkarlıq nümayiş etdiriblər. Müsabiqənin nəticələrinə görə "Sudan Gələn" rəqsi Avropa Çempionatında birinci yeri tutub. "Naz Eləmə" rəqsi üçüncü yerə. "Sarı Gəlin" rəqsi isə ikinçi yerə layiq görülüb. Balaca rəqqaslar deyirlər ki, özlərinə nə qədər arxayın olsalar da, güclü həyəcan hissi keçiriblər.
    Avropa çempionu kimi Azərbaycan bir sıra üstünlüklər də qzanıb. Dünya İncəsənət və Rəqs Federasiyasının razılığı ilə Folklor və Xalq İncəsənət Dünya Çempionatı Bakıda keçiriləcək.

Комментарии •