1 milyard dollar borcu necə qaytardı? Donald J. Tramp kimdir?

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
    Hörmətlə Black Box Production
    Maddi Dəstək olmaq üçün: kofe.al/@black...
    Kartla Maddi Dəstək olmaq üçün: 5239 1517 5723 1942 Mirzəyev Rafael
    Salam! Bu gün sizinlə birlikdə tarixin maraqlı bir səhifəsini açırıq. Prezident, sahibkar, şoumen. Dünyanın ən məşhur insanlarından biri haqqında hələ nələri bilmirsiniz? “Black Box” kanalı sizə Donald J. Trampın necə az qala müflis olduğunu, demək olar ki, 1 milyard dollar borc yığdığını və niyə ABŞ-ın 45-ci prezidenti olmağa qərar verdiyini danışacaq. Gəlin öz gülməli pariklərimizi taxıb, üzümüzə tonlarla tündləşdirici krem çəkək və Amerikanı yenidən böyük etməyə hazırlaşaq. Başlayırıq!
    Dostlar videoya başlamamışdan öncə videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Bu arada kanalımıza maddi dəstək olmaq istəyənlər kofeal saytına aşağıdakı linkə daxil olaraq, bizə kofe alıb maddi dəstək ola bilərsiz. Təşəkkürlər
    Donald Tramp 14 iyun 1946-cı ildə Nyu-York ştatında anadan olub. Onun atası Fred Tramp 25 yaşında artıq öz inşaat şirkəti Trump Organization-a sahib olan alman mühacirlərin oğluydu. Donaldın anası Mariyan Maklaud isə Şotlandiyanın Steornobü kəndindən idi və tamamilə analıq vəzifəsinə həsr olunmuş bir həyatı var idi. Tramp ailəsinin dördüncü uşağı idi, amma atasının sərt və inadkar xarakterini miras aldığından, kiçik qardaş roluna alışmaq niyyətində deyildi. Üsyankar xarakterinə görə, 13 yaşında Tramp Nyu-York Hərbi Akademiyasına göndərildi. Orada Tramp nizam-intizam, təhsil və idmanda yüksək uğurlar göstərdi ki, bu da valideynlərini çox sevindirdi və digər uşaqlara nümunə kimi göstərilirdi.
    1964-cü ildə Nyu-York Hərbi Akademiyasını bitirdikdən sonra, Donald Tramp kino sənəti məktəbinə qəbul olunmağı düşünürdü, lakin daşınmaz əmlakın daha gəlirli bir biznes olduğunu anlayaraq, fikrini dəyişdi. O, Fordham Universitetində oxumağa başladı, lakin iki il sonra, kollec təhsilinin mənim üçün təhsil almamaq qədər mənasız olduğunu qərar verərək, Pennsylvaniya Universitetinin Wharton Biznes Məktəbinə müraciət etdi və qəbul oldu. Onu bitirdikdən sonra dərhal evə gedərək, atasının yanında işləməyə başladı.
    Donaldın ilk layihəsi Ohayo ştatında orta sinif əhalisi üçün nəzərdə tutulmuş 1200 mənzildən ibarət Swiftton Village yaşayış kompleksi oldu. Kiçik Trampın rəhbərliyi altında şirkət layihəni bir il ərzində tamamladı və tikinti üçün 6 milyon dollar xərclədi, mənzillərin satışından isə 12 milyon dollar gəlir əldə etdi ki, bunun yarısı şirkətin gəliri oldu. Swiftton Village layihəsinin sponsoru ABŞ hökuməti idi və Tramp başa düşdü ki, daha böyük layihələr üçün maliyyələşdirmə əldə etmək üçün güclü şəxslərə müraciət etməlidir. 1971-ci ildə Donald Manhettenə köçdü və orada çoxlu nüfuzlu insanlarla tanış oldu. Yeni əlaqələr sayəsində Tramp yararsız vəziyyətdə olan Commodore otelinin bərpası üçün tenderi qazandı və sonra bu otel Hyatt şirkəti tərəfindən alındı və Grand Hyatt otelinə çevrildi. Trampın var-dövləti bu sayədə 142 milyon dollar artdı.
    Sonra Donald Nyu-Yorkun Mərkəzi Parkında yerləşən Woolman Rink buz meydançasının bərpası ilə məşğul oldu. Dövlətin bu məsələni müstəqil şəkildə həll etmə cəhdləri uğursuz olduqdan sonra, Tramp bu obyekti pulsuz götürməyi və öz hesabına bərpa etməyi təklif etdi. Dövlət məmurları isə bu təklifi qəbul etmək istəmədilər, lakin medianın bu məsələyə diqqət çəkməsindən sonra Tramp layihəni aldı və 6 ay ərzində başa çatdırdı. Layihə üçün ayrılmış 3 milyon dollardan isə 750,000 dollar qənaət etdi.
    1983-cü ildə Donald Trampın məşhur 58 mərtəbəli Trump Tower göydələni Tiffany mağazasının qarşısındakı torpaq sahəsində tikildi. Biznesmendən niyə məhz bu torpaq sahəsini seçib bina tikməyə qərar verdiyi soruşulanda, Tramp "Tiffany mağazasının ətrafında həmişə ən varlı insanlar olur" cavabını verdi. Bina dərhal elit bir kompleks olaraq tanındı və Tramp 200 milyon dollar daha zəngin oldu. Üç il əvvəl isə Corciya ştatında məhkəmə kazinonu leqallaşdırdı və Donald Tramp bunun bir fürsət olduğunu anladı. O, Atlantic City-də torpaq sahəsi aldı və orada dəyəri 250 milyon dollar olan nəhəng Trump Plaza oteli və kazinosunu inşa etdi. Qeyd etmək lazımdır ki, qumar biznesi lisenziyası Trampın qardaşı Robertin adına alındı. Daha sonra Donald Hilton otel şəbəkəsindən bir oteli satın aldı və onun yerində dəyəri 320 milyon dollar olan Trump Castle inşa etdi. 1990-cı ildə isə o, dünyanın ən böyük otel-kazinosu olan Taj Mahal-i tikdi.
    @mail : black1boxx@gmail.com
    İnstagram Black Box Production: / black_box_pro
    İnstagram Rafael: / mirzaevrafael
    Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.
    (Nizami Gəncəvi)
    #mirzaevrafael #azərbaycan #maraqli #faktlar #donaldtramp #donaldtrump #insanlar

Комментарии • 10