Çingiz Sadıqov "Söz olmasaydı" mahnısı haqqında

Поделиться
HTML-код
  • Опубликовано: 7 май 2024
  • Çingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951-1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.
    1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.
    Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.
    1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.
    Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıqova təbrik məktubu göndərmişdir.
    Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir.

Комментарии • 1

  • @user-yw3cn5wy3p
    @user-yw3cn5wy3p Месяц назад

    Böyük sənətkara Allah rəhmət eləsin.