Sənsiz - Arif Quliyev (Səsləndirdi: Mikayıl Arifoğlu)

Поделиться
HTML-код
  • Опубликовано: 11 мар 2024
  • Dünyada heç nəyə mənimdir demə
    Bir zaman o şeylər qalacaq sənsiz
    Mənimdir dediyin hər bir əşyanı
    Başqası başqa cür quracaq sənsiz
    Ulduzlar yanacaq yenə də ərşdə
    Torpağa dönəcək gül də, çiçək də
    Yerdə insanlar da, göydə günəş də
    Yenə öz hökmünü verəcək sənsiz
    Səni unudacaq bütün cahan da
    Yaxın dostların da, doğma anan da
    Sənsiz yaşamaram deyən canan da
    Qəh-qəhə çəkəcək güləcək sənsiz

Комментарии •