Kondisioner suyunu necə pula çevirək? - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • #APATV #bakı #bina #menzil #kondisioner #kondisionersuyu #suçatışmazlığı #yağış #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Kondisioner suyunu necə pula çevirək? - APA TV
    Elədir, paltarı demək olar ki, qurumuş halda ipdən asırsan, di gəl ki, yığanda bəzən azacıq, hərdən isə tamamilə su içində olduğunu görürsən. Qonşudakı Fatma xala da qışqır-bağır salaraq özündən bir mərtəbə yuxarıda yaşayan qonşusunu təqdir yox, təhqir edir. Və ya blokdan çıxar-çıxmaz sanki Bakının sərt küləyi ilə yarışa girərək suyunu adamın üzünə elə çırpır ki, şillə dəysə ondan yaxşı. Qulağı yox ki, söz eşidə, beyni yox ki, başa salasan.
    Söhbət az qala həyatımızın bir hissəsinə çevrilən kondisionerdən, daha doğrusu bu cihazdan axan sudan gedir. Həyatımızı qışda isinmək, yayda sərinlənmək üçün istifadə etdiyimiz kondisionerlərsiz təsəvvür etmirik. Demək olar ki, hər evdə, ofisdə və avtomobillərdə kondisioner mövcuddur. Əksər evlərdə quraşdırılan və illərlə təmizlənməyən kondisionerlərdən ixrac olunan su isə birbaşa həyətlərə axıdılır.
    Dünyada quraqlığın başlayacağını, su çatışmazlığı ilə bağlı həyacan siqanalı verən ictimai xadimlər bunu israf adlandırır. Dəniz suyunun içməli hala gətirilməsi barədə daha əvvəl də layihələr reallaşdırılıb. Bunu bilirik. Amma kondisionerlərdən axan suyu istifadəsi ağlımıza gəlib desək, yalan olar. Lakin bu üsul mümkündür. Ekspertlərin fikrincə, şəhərlərdəki kondisionerlərin suyundan istifadə etmək arzuolunmazdır.
    Müsahibimizin fikrincə, havadan gələn bakteriyalar bu filtirlərdə yığışaraq kondisioner sularını zərərli edir. Elə bu səbəbdən də filtirlər vaxtlı-vaxtında dəyişdirilməlidir ki, bu sudan məişətdə də istifadə edilsin.
    Uzun illərdir ki, məişət əşyalarının təmiri ilə məşğul olan kondisioner ustaları deyirlər ki, bu su yalnız bir halda istifadə oluna bilər.
    Əlqərəz, su böhranı uzun illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilib. Düzdür, bəzi ölkələr bütün su ehtiyaclarını bəndlər və su anbarları, yağış sularının yığılması, su kəmərləri, duzsuzlaşdırma prosesi vasitəsilə ödəyirlər. Bura həmçinin suyun təkrar istifadəsi və qorunması da daxildir. Amma kondisionerin bir günə 100 litr su istehsal etdiyini nəzərə alsaq, məncə aidiyyatı qurumlar tərəfindən uyğun mexanizm formalaşdırıla bilər. Çünki “su gələn arxa bir də gələr” məsəli XXI əsrdə həqiqəti əks etdirmir.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 10

  • @vuqaraliyev8904
    @vuqaraliyev8904 Год назад +2

    Hər halda Ceyranbatan suyundan təmizdir

  • @Vahidliyev-ey7bu
    @Vahidliyev-ey7bu Год назад +3

    Kandisaner unitaz suyuna qalb millət Allah Allah. Qadağa qoyulsa və o su evin kanalzasiyasina duzeldilse bu hallar olmaz. Mikrob o su . Torpaqlarımız işğaldan azad olundu bu qədər su anbarı etdi ve elave tikmekdə olar.

  • @zeynalzeynalov9567
    @zeynalzeynalov9567 5 месяцев назад

    Maşın üçün idealdır. Antifrizə qatmaq olar

  • @AltairGT89
    @AltairGT89 Год назад +1

    Nəzərə alsaq ki kondinsaner suyununnan içməli su əldə etmək olar, onda gələcəyinə bunlar bizdən hava puluda yiğallar

  • @adileisayeva3807
    @adileisayeva3807 Год назад +5

    VALLAH O QEDER ÜREYİM DOLUDU Kİ..... Bilmirem qanmaz qonşuma ne formada başa salım ki kondinsonerinizin suyu pencereleri paltarları pis güne qoyur Zülüm çekirem Elacım olsa kranla qalxıb söküb ataram yere DEFELERLE DEYİLSE DE XEYRİ YOXDU Bir Elacım qalıb köçüm

    • @tunar__755
      @tunar__755 Год назад

      Qonşu pisdi, köç qutar)).. ALLAH SEBR VERSİN. SEBRLİ OLUN.NƏ VAXTSA BAŞA DÜŞECEK.ÖZ BAŞINA KONDİNSANER SUYU TÖKÜLENDE)

  • @Nazakat__official__
    @Nazakat__official__ Год назад

    Yaxşı olardı ki sanitar qovşagina birləşdirmək mexanizmi qurulsun. Paltar yuyulması təhlükəli ola bilər

  • @mehmanmemmedov859
    @mehmanmemmedov859 Год назад

    Aydiyati qurumlar ki deyirsiz onlarin bawi qariwib Bilmirler milletden hansi yolla dahada cox pul dartsinlar qiymet qaldirmalar zaddar goz doymur )) o ki qaldi kondisioner iwleden qonculara o kondisioneri qoyursansa iki metir wlanq nediki o zibilide al qow hec olmasa navalcaya hec olmasayaaaa navalcaya ki suyu qonwulari narahat elemesin

  • @ХафизШихалиев-ъ1э
    @ХафизШихалиев-ъ1э Год назад +2

    Динмейин.гелиб.онада.шочик.гошачаглар.аманды.баша.салмайын.йазыгды.миллет

  • @SamSam-fl8lr
    @SamSam-fl8lr Год назад +1

    Kansaneri olan neynir onun suyunu