FINDIQ İXRACI ARTIB

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024
  • Azərbaycanda becərilən findıq və qoz məhsullarının əsas emalı zavodu Zaqatalada yerləşir. Bu məhsulun idxalçıları arasında Rusiya, Almaniya və xüsusilə İtaliya seçilir. Azərbaycan fındığı öz ixrac potensialına görə dünyada 3-cü 4-cü yerləri bölüşür. Zaqatala fındığı isə öz yağlılığına və quruluşuna görə dünyada seçilən fındıq növlərindən biridir.
    Fındıqçılıq Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri hesab edilir. Uzun illərdir fındıq istehsalı tütünçülükdən sonra rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən birini təşkil edir. Digər bölgələrdə bu bitkinin bir çox sortları becərilsə də, Zaqatala təsərrüfatçıları əsasən “Ata-baba” adlanan növə üstünlük verirlər. Çünki bu sort satış üçün bütün parametrlərə cavab verir. Zaqatalada fındıq yığımı hava şəraitindən aslı olaraq dəyişir. Avqustun sonundan başlayaraq bəzən sentyabrın sonunadək davam edir. Təsərrüfat sahibləri ötən ilə nisbətən bu il məhsuldarlığın yüksək olduğunu və son illər əhalinin bu sahəyə marağının artdığını deyirlər. Rəsmi məlumata görə, rayonda 40 min hektardan artıq yeni salınan fındıq bağı mövcuddur. Bu bağların əksəriyyəti bol məhsul verir.
    Təsərrüfat sahibi Hüseyn İmamov bildirir ki, “fındıq dövlət standartlarına uyğun olaraq 8-8 əkilir. Amma elə sahələr var ki onun torpağı bir az qüvvəlidir.Ona görə də 9-8,10-8 əkilir.Çünki 4 yandan bu günəş şüası ilə qidalanmalıdır.Bu sahədən aslıdır.Amma ən aşağı üsulu 8-8 dir”.
    Azərbaycanda 25 fındıq emalı zavodu fəaliyyət göstərir. Onun 18-i Zaqatalada yerləşir. Təsərrüfat sahibləri bağlarından topladıqları məhsulu məhz həmin emal müəssisələrinə təhvil verirlər. Burada yaş formada olan fındıq çəkilir, sonra onun keyfiyyətinin yoxlanması üçün nümunələr götürülür və xüsusi labaratoriyaya göndərilir. Götürülən nümunələr əsasında fındığın orta nəmliliyi, keyfiyyəti yoxlanılır, sonda nəticələrə əsasən qiymət təyin olunur və təsərrüfatçıya vəsait ödənilir. Məhsulun keyfiyyətindən asılı olaraq bu il qiymətlər 2.5 - 3 manat arasında dəyişir. Bu il ötən ilə nisbətən bağlarda fındığın bol olması qiymətlərə də öz təsirini göstərib.
    Fındıq İstehsalçılari və ixracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyir ki, 2017-ci il mövsümü üçün təxmini proqnozlara görə, məhsuldarlıq 60 mini tonu ötməlidir: «Amma nəticədə bu il bütün dünyada məhsuldarlıq çox olub. Məhsuldarlıq çox olduğu üçün artıq digər ölkələr daha ucuz təklif edirlər. Dünya bazarında fındığın qiyməti nisbətən aşağı düşüb. Amm biz çalışırıq ki malın keyfiyyətini yüksək tutaq ki maksimal dərəcədə malı sata bilək”.
    Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası sədrinin sözlərinə görə, Azərbaycan fındığı Şimali Afrika da daxil olmaqla 25 ölkəyə ixrac edilir. Eyni zamanda, bir sıra şərq ölkələri Azərbaycan fındığının idxalı ilə yaxından maraqlanır. Fındığın ixrac coğrafiyasının genişləndirilməsi və xarici bazarlarda yeni müştərilər tapmaq üçün bir sıra xarici şirkətlərlə danışıqlar aparılır. Eyni zamanda, şirkət rəhbərləri Azpromo dövlət şirkəti vasitəsi ilə müxtəlif ölkələrdə sərgilərdə iştirak edərək yeni bazarlara çıxış imkanları axtarırlar. Hazırda dünyada fındıq ixracına görə Türkiyə 75 faizlə 1-ci yerdədir. 2-ci yerdə İtaliya, 3-cü yerdə Gürcüstandır. Azərbaycan bu sırada 4-cüdür. Rəsmi məlumata görə, ötən il 40 min ton fındıq yığılıb. Bundan da 15 min ton təmiz fındıq ləpəsi istehsal edilərək ixrac edilib.

Комментарии •