TEBRİZİM

Поделиться
HTML-код
  • Опубликовано: 12 сен 2024
  • "Dilimə dəymə Təbriz'im
    Baxdıqca hüsnünə doymuyır gözüm,
    Təbriz'im, Təbriz'im, gözəl Təbriz'im!
    Qoymaram yadları girsin qoynuna,
    İzin vər qolumu salım boynuna!
    Sənin bayramına, sənin toyuna
    Dili bir, qanı bir qardaşın gəlib,
    Dərdine aşina sırdaşın gəlib.
    Sən çıxdın qarşıma duzla, çörəylə,
    Bağrından dərdiyin güllə, çiçəklə,
    İkiyə bölünmüş saf bir ürəylə,
    Təbriz'im, Təbriz'im, aman Təbriz'im,
    Yox olsun başımnan duman, Təbriz'im!
    Qədrini ayrılıq çəkənlər bilər,
    Hicranda göz yaşı tökənlər bilər,
    Ömrünə qaranlıq çökənlər bilər,
    Bağrınnan gül-çiçəy dərdim, Təbriz'im,
    Yenə təzələndi dərdim, Təbriz'im!
    Bu ayna bulağlar, bu ayna sular
    Suda ayağını yuyan qarğular
    Doğrur könlümde min cür duyğular
    Səslənir kəmanım, sazım Təbriz'im
    Ey mənim baharım, yazım Təbriz'im
    Ezəlden şəirlər yurdusan inan
    Döşünnən süd əmən sayısız qəhrəman
    Yolunda canını ətmişdir qurban
    Gətirib oğlları yada Təbriz'im
    Baş əğmə cəllada yada Təbriz'im
    Səttar Xan, o büyük Sərdar-ı Millî
    O atəş ürəyli, o atəş dilli
    Etti azadlığı ellərə bəlli
    Gəl onun yolunnan dönmə Təbriz'im
    Dalgalan, alovlan, sönmə Təbriz'im!
    Nə qəşəngdir yol boyunca söyüdlər,
    Söyüdlərin qölgəsinde igidlər
    Babalardan dinləyirlər öyüdlər,
    Coşur damarlarda qanı, Təbriz'im,
    Yoxdur bu mərdlərin sanı, Təbriz'im!
    Atımı yol boyu çapıb sürürəm
    Hər qəçən yolçuya səlam vərirəm
    Nələr əşidirəm, nələr görürəm
    Nədir bu karanlık gəcə Təbriz'im
    Buna nəcə dözüm nəcə Təbriz'im?
    Ağlasan ağlaram, gülsən gülərəm,
    Yaşasan yaşaram, ölsən ölərəm,
    Varımı səninlə yarı bölərəm,
    Gəl bir də üzünnən öpüm, Təbriz'im!
    Başına gül-çiçəy səpim, Təbriz'im!
    Nədir o, mənalı, dərin baxışlar?
    Nədir gözlerinnən yağan yağışlar?
    Nədir qəlbindeki payızlar, qışlar?
    Yətimtək boynunu burma, Təbriz'im!
    Məlul-məlul baxıb durma, Təbriz'im!
    Sənin çiçəyine, gülünə qurban!
    Mənə qardaş deyən dilinə qurban!
    Vətəninə qurban, elinə qurban!
    Baxdıqca hüsnünə doymayır gözüm,
    Təbriz'im, Təbriz'im, gözəl Təbriz'im!"
    Süləyman Rüstəm

Комментарии •