Eyyub Yaqubov - Buzovna (Rəsmi Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 27 сен 2024
  • Eyyub Yaqubovun "Buzovna" adlı mahnısı artıq onlayndır.
    Eyyub Yaqubova RUclips-da abunə ol: mikpro.az/eyaq...
    Musiqi və söz: Elçin İmanov
    Aranjiman: Natiq Qəzənfəroğlu
    Eyyub Yaqubov sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/eyaq...
    Instagram: mikpro.az/eyaq...
    Genius: mikpro.az/eyaq...
    Eyyub Yaqubov rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/eyaq...
    Sözlər:
    [Giriş]
    Xar tutu dər səhər-səhər
    Buzovnanın xar tutuna kim nə deyər?
    Xar tutu dər səhər-səhər
    Buzovnanın xar tutuna kim nə deyər?
    [Bənd 1]
    Abşeronda, Buzovnada yığışardıq yay aylarında
    Yığışardıq bağımızda axşamüstü qohum-əqrəba
    Yığışardıq bağımızda Buzovnada
    [Keçid]
    Nənəmin xoş, şirin səsi
    Babamın ağ göyərçinləri
    Ulduzların göydə rəqsi
    O gözəl, qayğısız uşaqlıq illəri
    Nənəmin xoş, şirin səsi
    Babamın ağ göyərçinləri
    Ulduzların göydə rəqsi
    O gözəl, qayğısız uşaqlıq illəri
    O gözəl, qayğısız uşaqlıq illəri
    [Nəqərat]
    Xar tutu dər, vur bədənə səhər-səhər
    Buzovnanın xar tutuna kim nə deyər?
    Xar tutu dər, vur bədənə acqarına
    Bax belədir, bizim zona - Buzovna
    Ekoloji tərtəmiz zona - Buzovna
    [Bənd 2]
    Buzovnada, dünya bilir, Həzrət Əli qədəmgahı yerləşir
    Bu məkanda ədəb-ərkan görmüşük əzəldən, uşaqlığımızdan
    Buzovnada görmüşük biz göz açandan
    [Keçid]
    Nənəmin xoş, şirin səsi
    Babamın ağ göyərçinləri
    Ulduzların göydə rəqsi
    O gözəl, qayğısız uşaqlıq illəri
    Nənəmin xoş, şirin səsi
    Babamın ağ göyərçinləri
    Ulduzların göydə rəqsi
    O gözəl, qayğısız uşaqlıq illəri
    O gözəl, qayğısız uşaqlıq illəri
    [Nəqərat]
    Xar tutu dər, vur bədənə səhər-səhər
    Buzovnanın xar tutuna kim nə deyər?
    Xar tutu dər, vur bədənə acqarına
    Bax belədir, bizim zona - Buzovna
    Ekoloji tərtəmiz zona - Buzovna
    Xar tutu dər səhər-səhər
    Buzovnanın xar tutuna kim nə deyər?
    Xar tutu dər səhər-səhər
    Buzovnanın xar tutuna kim nə deyər?
    Xar tutu dər, vur bədənə səhər-səhər
    Buzovnanın xar tutuna kim nə deyər?
    Xar tutu dər, vur bədənə acqarına
    Bax belədir, bizim zona - Buzovna
    Ekoloji tərtəmiz zona - Buzovna
    Dost ocağı, dost məkanı - Buzovna
    Dost ocağı, dost məkanı - Buzovna
    Eyyub Yaqubov tərəfindən ifa olunan "Buzovna" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022
    Etiketlər:
    #EyyubYaqubov #Buzovna #mikpro

Комментарии • 267

  • @baxaramtv
    @baxaramtv 2 года назад +63

    Yaşa Var ol Sənətkar! Buzovna deyiləndə məktəb illərim ,26 saylı məktəb, ilk müəlliməm Dürdanə xanım , sinif yoldaşlarım ,kənd içi ,Əli ayağı qədəmgahı, 9 mərtəbələrin qabağındakı, pasyolkadan üzü məktəbə indi olmayan bağlar, dəniz, köhnə kruqun sağ tərəfindəki tumsatan nənə ,7 nömrəli marşrut və nələr nələr kinolenti kimi gözümün önündə canlanır. Heyf , vaxt uçdu ((((((

  • @faridaism
    @faridaism 2 года назад +179

    İl 2003. Sovetskidəki evimizdən Buzovnadaki bağımıza gedirik. 8-10 yaşımız var. Atam 09u sürətli sürdükcə biz ona dəstək çıxır, anam ilə nənəm isə "Elçin, yavaş sür deyirlər." Maqnitafonda Eyyub Yaqubovun kaseti. "Ağabala", "Qarabala", "Küləklər", "Unutdun", və s. neçə möhtəşəm əsər... Biz onun mahnıları ilə böyüdük. Bu yeni mahnıları ilə də indi yeni nəsil böyüməkdədir. Əməyi keçən hər kəsə təşəkkür edir, sizləri Buzovnaya birlikdə Xartut yeməyə gözləyirik ❤

  • @thmasibtvkkul3678
    @thmasibtvkkul3678 2 года назад +24

    DAĞLILARDAN BUZOVNAYA SALAM OLSUN 🙏

  • @ulviyyecebrayilova5093
    @ulviyyecebrayilova5093 2 года назад +39

    Bəli Buzovna kimi mədəni,kurortnu qəsəbə yoxdur,hörmətli sevimli Eyyub bəy çox sağ olun,Buzovna qəsəbəsini də unutmadiz👍👍👍👍😊

  • @xanimsalmanova3669
    @xanimsalmanova3669 2 года назад +24

    Can Abşeronski millətimiz hec bir məkanda bizim bağlarımızın axşamlarının yerini verməz temboli xartut Eyyub həmişə uzaqlara aparır💖👌🇦🇿💕🙏🙏🙏🙏🙏🙋‍♀️

  • @b.i6906
    @b.i6906 2 года назад +19

    Eyyub Yaqubova allah can sağlığı vərsün 🤙

  • @namiqbabayev6132
    @namiqbabayev6132 2 года назад +23

    Maştağadan Bütün Buzovna lılara Bakılılara Salam.🇦🇿🇦🇿🇦🇿

  • @familismayilov9569
    @familismayilov9569 2 года назад +10

    Sağ oleeee ay Eyyub

  • @feridmehdizade3263
    @feridmehdizade3263 2 года назад +5

    Beh beh

  • @husenaliyev5541
    @husenaliyev5541 2 года назад +7

    Canim Buzovna,baxmayaraq uzaqda olsam,hemiwe ureyimdesen,Eyubada огромное спасибо ,от души ,ешг олсун Бакылылара ичинде озум олмей шертийле)))

  • @zeybekerametova4954
    @zeybekerametova4954 2 года назад +18

    Canım Buzovnam❣doğma kəndim. Allah var eləsin Eyyub beyi. Biz Bakililərə çox görməsün. Amin!

  • @mansumov
    @mansumov 2 года назад +9

    Uşaq vaxtı atam Eyyubun mahnılarına qulaq asanda başa düşmürdüm. Böyüdüm ilk dinlədiyim mahnı "Əzizim" mahnısı oldu. İnsan o mahnıya ya ən əzizini düşünərək qulaq asır, ya da vaxtı ilə ən əzizi olmuş, sevdiyi, amma eyni zamanda nifrət etdiyi insanı düşünərək.
    Çox dərin mənalar var Eyyubun mahnılarında. Həm cavan həm də yaşlı nəsilin ürəyinə xitab edən mahnılar ifa edən sənətkardı Eyyub Yaqubov.

  • @вмиречудес-ц5п
    @вмиречудес-ц5п 2 года назад +16

    CAN EYYUB YAQUBOV !!! ALLAH SIZI QORUSUN !!! MAŞAALLAH ❤⚘🌺🌷🌻💐🌹⚘☘🍀🌿❤❤❤👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @lezizmetbex2642
    @lezizmetbex2642 2 года назад +5

    Canim Buzovnam

  • @bakiliqaqas7075
    @bakiliqaqas7075 2 года назад +23

    Esq olsun Buzovnalilara beyenin sayimizi biley 👍😇

  • @ВелиханМамед-Велиев
    @ВелиханМамед-Велиев 2 года назад +3

    Xar tutu dər, vur bədənə səhər-səhər
    Buzovnanın xar tutuna kim nə deyər?
    Bəh-bəh, super

  • @mister_tt3104
    @mister_tt3104 2 года назад +50

    Buzovnalilar necesuz

  • @ehmedhebibov4081
    @ehmedhebibov4081 2 года назад +13

    Sagol Eyyub muellim dusdu tarixe ifa gozel ifaya gore tesekkur.

  • @nahideabasova4516
    @nahideabasova4516 2 года назад +6

    Canim Buzovnam ewq olsun Buzovnalilara

  • @ilkinrahimov2575
    @ilkinrahimov2575 2 года назад +3

    Can ay Eyyub. Allah sene omur versin.Dayimin usagliq dostu..

  • @mehmanahmadov8429
    @mehmanahmadov8429 2 года назад +9

    Buzovna kəndinin adı çəkiləndə yadıma rəhmətlik KƏBİR düşür
    ALLAH RƏHMƏT ETSİN

  • @nazakatrustamova4962
    @nazakatrustamova4962 2 года назад +3

    Baklnln istedadll senedkarl Eyub Yaqubov ifa edici mahnllarlnda Abseronun gozel temiz ekologiyaslnl ve meyvelerini teqdim edir. Abseronun vurqusu, Xezerin deniz qlragl kendlerin teqdimatl gozel mahnllarda Eyub Yaqubov ile ritmik ifa olunur ve xos ehval bexs edir. Qoy bu Veten sevgisi Eyub Yaqubov ile deniz qlragl kendlerde teskil olan konsertlerde yay feslinde oxunsun ve xos teseruret bexs edsin.
    Amin Insallah !!!

  • @narmin_alieva
    @narmin_alieva 2 года назад +17

    Eyyub Əminin mahnıları həmişə gəşəy olur👍Buzovnam❤️

  • @azeraliev1658
    @azeraliev1658 2 года назад +8

    Эйюб , ты просто красавчик . Баилов рулит .

  • @fatimexudaverdiyeva4534
    @fatimexudaverdiyeva4534 2 года назад +9

    Canim Buzovnam❤️

  • @cavadrzayev286
    @cavadrzayev286 2 года назад +5

    Canim ay Eyyub sennen bir denedi oda bizdedi. Yasamaldan sene Salamlar. 🤝

  • @behlulcabbarov4918
    @behlulcabbarov4918 Год назад +2

    can buzovna səs eliyin buzovnalilar bakillilar🖤❣️

  • @sabiraaliyeva8564
    @sabiraaliyeva8564 2 года назад +2

    Ne aga ol ,ne pawa..Buzovna ol zor yawa🥰🥰😍😍😇😇

  • @ZiyaBaki
    @ZiyaBaki 2 года назад +14

    Allah ömrüvə bərəkət versün Əyyüb əmi 🙏🙏🙏

  • @raufaliyev8336
    @raufaliyev8336 2 года назад +9

    Var Ol Eyyub Yaqubov

  • @cemsidagayev7488
    @cemsidagayev7488 2 года назад +3

    esq olsun BUZOVNALILARA

  • @Khaligsafar
    @Khaligsafar 2 года назад +6

    Canım ay Eyyub əmi yene yaratmısan Allah ömür vesün senetkar 👏🏻

  • @aliahmedov9024
    @aliahmedov9024 2 года назад +36

    həyatımın sevgisi buzovnalıdı, qismətim olmasada gəlib tez tez gəzirəm kəndi

  • @hs.al1iev
    @hs.al1iev 2 года назад +5

    Buzovna 🖤 maşin vurandan sonra yaxşi geldi🖤

  • @azerakiyev8913
    @azerakiyev8913 2 года назад +4

    Brend mugennidir super oxuyur

  • @resulresulov7804
    @resulresulov7804 2 года назад +4

    Ehsen👋🏻

  • @islamhuseynov7844
    @islamhuseynov7844 2 года назад +2

    Canim ay Eyyub.Buzovna🤟🤟🤙🏽🤙🏽🤙🏽

  • @zverr_tv
    @zverr_tv 2 года назад +4

    Eyyub əmi Bizim dadımız dudumuzdu. Əmi öpürəm səni gözlərinizdən

  • @zernisanorucova2300
    @zernisanorucova2300 2 года назад +7

    Buzovnam doğma diyarim ♥️🤗

  • @huseyn__guitar939
    @huseyn__guitar939 2 года назад +5

    Çetinki sizden bir de gelsin gözel insan ejdaha senetkar eyyub emi 🖤

  • @Slavik822
    @Slavik822 2 года назад +2

    Super!!! Çoxdandı bu cür gözəl yay mahnısı yox idi
    Eyyub❤️❤️❤️

  • @huseynbalayev4424
    @huseynbalayev4424 2 года назад +1

    Eyyubdan yoxdur.Halal olsun gozel mahni😒

  • @resulbayramov4800
    @resulbayramov4800 2 года назад +7

    Digər mahnıları kimi bu mahnı da tutacaq. Çünki Bakıya aiddir

  • @sediquliyev4010
    @sediquliyev4010 2 года назад +2

    Allah senin sesine bereket versin Senetkarimiz 👏👏👏

  • @lfsunmmmdov2609
    @lfsunmmmdov2609 2 года назад +13

    Eyyub əminin mahnıları ləzzət edirda👍🍯

  • @ayseltagiyeva7299
    @ayseltagiyeva7299 Месяц назад

    Qurban olaram Bakililara her qarisina her dasina canim qurban Bakim ❤

  • @ilkinbayramzade1001
    @ilkinbayramzade1001 2 года назад +6

    Can Buzovna 🖤👍🏻

  • @aylaalekberova8397
    @aylaalekberova8397 2 года назад +7

    Buzovna ❤️

  • @ilqarabbasov6492
    @ilqarabbasov6492 2 года назад +6

    Maşallah!
    Nə gözəl!
    Hər kəndimiz ürəyimiz, könlümüz, qəlbimizdir!
    Buzovna kəndimizdə Yusif Vaqif oğlu qardaşımız, biz Ağdamlılara Ağsu "perevalı"nda kəndindən gətirdiyi PARÇA-KÜFTƏ qonaqlığı ,
    Vallah ay millət bilmirəm, nə və nətər yazım ki,
    BİZ BİZİK, BİZ BIZIMİK, BİZ BACI-QARDAŞIQ, BİZ AZƏRBAYCANLIYIQ.
    BUZOVNA Əhlinə hörmət, ehtiram, dost təzim -Yusif Vaqif oğlu Rəsulovun şəxsində

  • @huseynbagirzada7630
    @huseynbagirzada7630 2 года назад +6

    qaldi 31 kend ardi gelsin Eyyub muellim

  • @sahintagzad9000
    @sahintagzad9000 2 года назад +1

    Can ee caann👍🏻👍🏻👍🏻👍🏻

  • @mhmmdismaylov2757
    @mhmmdismaylov2757 2 года назад +2

    Super

  • @ГульчохраУршанова
    @ГульчохраУршанова 2 года назад +2

    Çox sağ olun

  • @orkhanorkhan6800
    @orkhanorkhan6800 2 года назад +7

    Люблю Бузована как Маму Люблю свою посолка детство спасибо за такие теплые песни Еяяуб меллим

  • @tebrizagayev4060
    @tebrizagayev4060 Год назад +1

    Buzovna haqqında gözəl, ürəyə yol tapan musiqinin bəstələnməsinə görə bəstəkara eyni zamanda ifaçıya təşəkkür bildirərək bildirmək istəyirəm ki, musiqi və səsləndirilməsi gözəl vəhdət təşkil etmişdir.
    Eşq olsun Buzovna kəndinə.

  • @yalcncfrov5363
    @yalcncfrov5363 2 года назад +8

    Sağ ol Eyyub bəy.
    Bakı və kəndlərinə böyük sevgilər.

  • @nezrinbabazadeh6428
    @nezrinbabazadeh6428 2 года назад +12

    Allah can saqliqi versin! Mahni diller ezberi oldu sayenizde👏

  • @namiqshiralizade7731
    @namiqshiralizade7731 2 года назад +2

    Eyyub nom-be wan

  • @diannablack1645
    @diannablack1645 2 года назад +1

    Cann Buzooona

  • @bestbloggers8940
    @bestbloggers8940 2 года назад +5

    Sagol ay Eyyub Yaqubov Buzovnada kesdiyin corek sene halal olsun

  • @ulyaassfg1501
    @ulyaassfg1501 2 года назад +5

    Kendimiz ❤️ var olun usaqliq, qaygisiz illerine apardiz bizi😢

  • @zibaguliyeva823
    @zibaguliyeva823 2 года назад +1

    Can Buzovna ❤️🌹

  • @hmdquliyev7183
    @hmdquliyev7183 2 года назад +10

    Buzovnaya ancaq bele mahni yarasardi halaldi oxuyanada yazanada

  • @nigararzuqizi
    @nigararzuqizi 2 года назад +4

    O gözel qayğısız uşaqlıq illeri... ❤️ Bizoona 😁

  • @TH-pg8to
    @TH-pg8to 2 года назад +2

    Can Buzoona ❤️

  • @xanimqurbanzada8603
    @xanimqurbanzada8603 2 года назад +1

    Var olsun Buzovnalilar və Bakililar ❤️

  • @mammadovscooking647
    @mammadovscooking647 2 года назад +4

    Gewey elaci 👍🏻👍🏻👍🏻👍🏻

  • @metaneteliyeva9145
    @metaneteliyeva9145 2 года назад +5

    💯 yaşa Allah səsinə qüvvət versin

  • @АлияАбасова-ъ8п
    @АлияАбасова-ъ8п 2 года назад +2

    Buzovnaya nifrətdən başqa xeçnə his etmirəm.
    Amma Eyyub Yaqubovun sənətinə , səsinə böyük Hörmətim var!!!

  • @qadirabbasov0911
    @qadirabbasov0911 2 года назад +7

    Buzovnalılar neçə nəfərik?🤩

  • @Avtoheveskar.Feqan.Bedelov
    @Avtoheveskar.Feqan.Bedelov 2 года назад +3

    Gözəl ifa həmişəki kimi

  • @oldboy484
    @oldboy484 2 года назад +1

    Can Buzovnamm ❤

  • @nata_aliyeva
    @nata_aliyeva 2 года назад +11

    ❤💙💖🙏🙏🙏

  • @azeraghaev
    @azeraghaev 2 года назад +3

    Eşq olsun!

  • @eminmuradzade1445
    @eminmuradzade1445 3 месяца назад

    Çox gözəl mahnıdı. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 . Həmişə qulaq asıram bu mahnıya

  • @umideliyev8944
    @umideliyev8944 2 года назад +3

    Canim ay Buzovnam🖤✊

  • @rhimkrimov1129
    @rhimkrimov1129 2 года назад +5

    Buzovna ♥️♥️♥️

  • @slimbabayev3258
    @slimbabayev3258 9 месяцев назад

    Sağ ol Eyyub..qaytardin meni usaqliq illeeime..

  • @nasimi229
    @nasimi229 2 года назад +4

    Sağ ol, var ol Əyyub!
    Əhli Bakıdan sənə salamlar Sənətkar!

  • @rustemramazanli4713
    @rustemramazanli4713 2 года назад +4

    doğma Buzovna çox sağolun Eyyub məllim❤

  • @salimismayilov1223
    @salimismayilov1223 2 года назад +7

    Beh beh promoy damara duwure mahni birdene polniy xod mawinda

  • @guneliskenderova8534
    @guneliskenderova8534 2 года назад +2

    Buzovna ❤️✨

  • @tahirememmedova2321
    @tahirememmedova2321 Год назад

    Salamlayıram Buzovnalıları.Özümdə Buzovna qızıyam.

  • @mikabakinskiy8468
    @mikabakinskiy8468 2 года назад +5

    👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏❤️Buzovna ❤️

  • @huseyinova628
    @huseyinova628 2 года назад +1

    Behhhhh🤩🤩🤩🤩🤩

  • @nadiraxundov3352
    @nadiraxundov3352 2 года назад +1

    Çox sağolun Eyyub Yaqubov❤️

  • @aladdintahirov40
    @aladdintahirov40 Год назад +1

    Bu mahnıda kimlər əziyyət çəkiblərsə allah canlarını sağ eləsin.Eyyub qardaşımızın allah səsinə qüvvət versin dər bəla görmə.əsl səviyyəli mahnı budur adamın ruhu dincəlir eşq olsun davamı gəlsin yaxşıkı varsız

  • @afetazizli8046
    @afetazizli8046 2 года назад +1

    Canim Buzovna

  • @David-wm7nw
    @David-wm7nw 2 года назад +3

    Bakı əhlinə eşq ❤️

  • @qadirhuseynov8474
    @qadirhuseynov8474 2 года назад +1

    Allah seni qorusun Eyyub qardawim.Sennen yoxdi.

  • @aygunmahmudova1234
    @aygunmahmudova1234 2 года назад +1

    Can Bakılım ❤️

  • @rustamabbasov5432
    @rustamabbasov5432 2 года назад +1

    Caan Buzovna hanı o uşaq illərim

  • @gun_jack9492
    @gun_jack9492 2 года назад +2

    ❤️❤️❤️❤️❤️

  • @feridzaur1362
    @feridzaur1362 2 года назад +4

    Çox gözəl, möhtəşəm bir ifa!
    Əminəm ki, ardı var ...

  • @orxanefendiyev4352
    @orxanefendiyev4352 2 года назад +149

    Can Buzovna❤️Bu gözəl mahnının ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bakılıların fəxri Eyyub bəy,çox sağolun kəndimizi yad etdiyiniz üçün!

  • @firudinalizada
    @firudinalizada 2 года назад +8

    🎵🎵🎵

  • @f.a2772
    @f.a2772 2 года назад +1

  • @vusalnajafov2413
    @vusalnajafov2413 2 года назад +4

    Utanmaliyiq bu curne gozel ifa Bakimizin gozel kendi haqqinda mahnidi baxis sayi Harda gic gic mahni olsa trend olsa hayif zovqumuz xarab olub

    • @jamiliamamedyarova1942
      @jamiliamamedyarova1942 2 года назад +1

      100% raziyam sizinlə

    • @scafarova6804
      @scafarova6804 2 года назад +1

      Eyyuba ancag ozunu taniyanlar qulag asir. Her lelesh Eyyubun ne oxudugunu basha dushmez😊

  • @sananaliyev5296
    @sananaliyev5296 2 года назад +1

    BuZovnammmm❤️❤️❤️

  • @feraimhesenov917
    @feraimhesenov917 2 года назад +6

    👏👍🌹