İxtisası mühəndis, sənəti müğənni, uğuru…

Поделиться
HTML-код
  • Опубликовано: 15 сен 2024
  • Azərbaycanın Əməkdar artisti İdris Mehdiyev xatirəli söhbət
    Veriliş vokal sənətinin görkəmli nümayəndəsi Azərbaycanın Əməkdar Artisti (1978), Azərbaycan Dövlət Radio və Televiziyası Xorunun solisti və direktoru İdris Mehdiyev haqqındadır.
    İdris Saleh oğlu Mehdiyev 26 avqust 1940-cı ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. Atası Saleh Hacı Mustafa oğlu Mehdiyev Gəncə şəhərində sayılıb-seçilən mühəndis olub.Qarabağ zadəganlarının nəslindən olan anası Güllü xanım Əlikişibəyova həyat yoldaşı İkinci dünya müharibəsində, 1943-cü ildə dünyasını dəyişəndən sonra dörd azyaşlı övladını təkbaşına saxlayaraq böyüdüb. Lakin özü də erkən, 1953-cü ildə vəfat edib.
    İdris Mehdiyev hələ uşaq yaşlarından gözəl səsi, musiqi duyumu, qulaq asdığı mahnıları dərhal qavramağı və onları məharətlə ifa etməyi ilə seçilərmiş. Anası İdrisi tez-tez doğulduğu doğma şəhərinə, Qarabağın füsunkar və ecazkar guşəsi olan qədim Şuşaya apararmış. Orada məşhur xanəndə və müğənnilərin ifasında dinlədiyi Azərbaycan muğam və xalq mahnıları balaca İdrisin ömürlük yaddaşına, qəlbinə hopub. O, şirin, məlahətli səsi ilə tez-tez bu mahnıları zümzümə edər, oxuyarmış...
    Tanınmış müğənninin ifasında “Alagöz” (musiqisi Səid Rüstəmovun, sözləri Zeynal Çabbarzadənin), “Qızıl üzük” (musiqisi Tofiq Quliyevin, sözləri Rəsul Rzanın), “Sən mənimsən, mən sənin” (musiqisi Tofiq Quliyevin, sözləri Zeynal Cabbarzadənin), “Külək” (musiqisi Xəyyam Mirzəzadənin, sözləri Vaqif Səmədoğlunun), “Gilavar” (musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğlunun), “Lalələr” (musiqisi Telman Hacıyevin, sözləri Aslan Aslanovun), “Песня о Баку” (musiqi Tofiq Quliyevin, sözləri Vladimir Qafarovun), “Sahilə gəl” (musiqisi Vasif Adıgözəlovun, sözləri Mikayıl Müşfiqin), “Oxu, Rəşid” (musiqisi Ramiz Mustafayevin, sözləri Mirvarid Dilbazinin), “Abşeron bağları” (musiqisi Xəyyam Mirzəzadənin, sözləri Nəbi Xəzrinin), “Güləbatın”, “Laçın”, “Gözəlim sənsən”, “Girdim yarın baxçasına” və “Qoy yarım gəlsin” kimi xalq mahnıları həmişə sevilib, seçilib.
    İdris Saleh oğlu Mehdiyev 10 noyabr 2015-ci ildə haqqa qovuşub.
    Tanınmış sənətşünas, publisist, jurnalist Seymur Elsevərin rəsmi RUclips kanalı.
    Kanalın məqsədi maarifləndirmək, incəsənətin, dəyərlərin və şübhəsiz ölkəmizin təbliğidir.
    İxtisasca teatrşünas və rejissor olan Seymur Elsevər “Media açarı” və “Qızıl qələm” mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Teatr Xadimləri, Kinematoqrafçılar, Rəssamlar və Reklamçılar ittifaqlarının, həmçinin Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür.
    Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar və Akademik Milli Dram Teatrlarında, “Bakı”, “Səhər”, “Mədəniyyət”, “Kino” “Press fakt”, “Panorama”, “Bizim əsr”, “Ekspress” qəzetlərində, teleradio qurumlarında, Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycan Bəstəkarlar İttifaqında müxtəlif, eyni zamanda 17 il müddətində mədəniyyət nazirliyində məlumat-reklam müəssisəsinin, Qax Dövlət Kukla Teatrının direktoru vəzifələrində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş və ekran dramaturgiyası”, “Kino tənqidi”, “Kinososiologiya”, “Kino tarixi” və sair fənnləri tədris edib. Sənətşünaslıq sahəsində dissertasiya işi üzərində elmi araşdırma aparır.
    Ədəbiyyat və incəsənətimizin, elmimizin təbliğinə, tərənnümünə yönələn iki yüz əlli çap vərəqi həcmində məqalə, müsahibə, resenziya, oçerk, portret yazıların, ssenari və verilişlərin müəllifidir. Yazılarının bir qismi ensiklopediya və kitablarda yer alıb.
    Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Tofiq Quliyev, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Arif Məlikov, Sara Qədimova, Şövkət Ələkbərova, Habil Əliyev, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Tağızadə, Barat Şəkinskaya, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsən Turabov, Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Cəlal Qaryağdı, Toğrul Nərimanbəyov, Hüseyn Cavid, İsa Hüseynov, Məmməd Araz, Xudu Məmmədov, Lütfi Zadə, Ömər Eldarov, Arif Babayev, Fərhad Bədəlbəyli, Alim Qasımov, Ramiz Rövşən, Vidadi Babanlı və onlarla başqalarından bəhs edən yazı və verilişləri maraqla qarşılanıb.
    bizim.media/az...
    525.az/news/26...
    Audio-vizual kontentlərdən istifadə edən zaman kanalımıza istinad və təşəkkür bildirsəniz minnətdar olarıq. Lütfən, abunə olmağı, bəyənməyi və rəy yazmağı əsirgəməyin.
    #azerbaycan #gündem #sondəqiqə #baki #sher #prezidentilhaməliyev #surgun #siyasi #xeberler #media #ədəbiyyat #aztv #xezertv #music #mətbuat #incəsənət #sənətkar #itv #xezertv #shoubiznesxabarlari #medeniyet #yazar #dünya #musica #baki #tarix #qiymət #sher #qarabağ #içərişəhər #kino #teatr #qərbiazərbaycan #zəngəzur #qərbiazərbaycanxronikası #göyçə #arb #şuşa #idrismehdiyev #allah
    Layihə rəhbəri - Seymur Elsevər
    Görüntü quruluşu və montaj - Mehman Musabəyli
    © Seymur Elsever palitra 2024
    / seymur.elsever

Комментарии • 24

  • @tomirisbayil2784
    @tomirisbayil2784 16 дней назад +8

    Məhəbbət xanıma can sağlığı, İdris müəllimə allahdan rəhmət diləyirəm.

  • @gulualmemmedova1938
    @gulualmemmedova1938 6 дней назад +2

    Nə yaxşı ki ,İdris Mehdiyevi tanıdıq.

  • @tvtv4977
    @tvtv4977 21 день назад +10

    Gözəl müsahibə üçün çoox sağ olun,Seymur müəllim. Unudulmuş müğənnini bir daha xatırlatdınız bizlərə. Təşəkkürlər

  • @user-lv9km6zt2l
    @user-lv9km6zt2l 10 дней назад +4

    Allah rəhmət etsin İdris müəllim.onun haqqında veriliş gözəldir.Allah can saglıgı versin xanımına.

  • @Solmaz-qi7wd
    @Solmaz-qi7wd 10 дней назад +3

    Təşəkkür sizə belə gözəl müsahibə üçün.Allah İdris müəllimə rəhmət eləsin.

  • @iradabadalova2276
    @iradabadalova2276 16 дней назад +8

    Ərsəyə gətirdiyiniz hər bir veriliş kimi bu buraxılış da marağımıza səbəb oldu. Allah İdris Mehdiyevə qəni-qəni rəhmət eləsin! Onu xatırlayırıq, məlahətli səslə oxuduğu mahnılarına sevə-sevə qulaq asardıq. Gözəl xanımını isə birinci dəfə gördük. Allah ona cansağlığı versin! Əsil ziyalı xanıma layiq bir tərzdə müğənni haqqında çox maraqlı məlumatlar verdi.
    Siz də sağ olun ki, bizləri tanınmış şəxslərin, istedadlı ifaçıların həyat və yaradıcılığı ilə tanış edirsiniz. Bu işdə sizə uğurlar arzulayıram.🙏🏼

  • @arifasadullayev4759
    @arifasadullayev4759 20 дней назад +8

    ƏLA !
    Seymur var ol.Məlahət xanıma Allah sağlam can və uzun ömür versin. Hayıf ki ,mənim xəbərim olmayıb İDRİS MEHDİYEV in xatirə gecəsindən, böyük həvəslə ailəmizlə iştirak edərdik. O, nadir səs tembrinə malik peşəkar vokalçı idi. Zövqü, duyumu,çox fərqli vokalçı idi. Ruhu şad olsun. Dünya boşalıb, dolan dünyadır!

  • @intizaraliyeva6838
    @intizaraliyeva6838 14 дней назад +7

    Məhəbbət xanım siz çox zadəqar xanımsız,ammaqərək deyərdiz ki Rəşid Behbudov rəhmətlik bacısı oğlunu vətəndən didərgin salmısdi.Cəfər Behbudovun səsinə tam eynisi idi.Allah hər üçunədə rəhmət eləsin.

  • @SahinMammadov-i5j
    @SahinMammadov-i5j 17 дней назад +4

    Allsh rehmet etsin Cox sirin sesi vardi

  • @Gultan-t4y
    @Gultan-t4y 19 дней назад +6

    Isinizde ugurlar ‼️

  • @qaragozlkbrova4559
    @qaragozlkbrova4559 2 дня назад +2

    ALLAH REHMƏT ELƏSİN.🤲🤲🤲🤲

  • @akifquliyev948
    @akifquliyev948 21 день назад +7

    Allah İdris müəllimə rəhmət eləsin.😢

  • @zrifagahuseynqz4698
    @zrifagahuseynqz4698 21 день назад +5

    Çox maraqlı və dolğun müsahibə. Allah İdris müəllimə, o nurlu Azərbaycan sənətkarına rəhmət eləsin. Məhəbbət xanımın səmimi söhbətini diqqətlə dinlədim. Sözün əsl mənasında, ləzzət elədi. Çox sağ olun, Seymur bəy, keçmiş məşhurları gənc nəslə tanıtmaqla Azərbaycan incəsənətinin, həqiqətən incə sənət olduğunu izah etməkdə fədakarlıq göstərirsiz. Var olasız!

  • @jalecafarova108
    @jalecafarova108 21 день назад +6

    Nura qərq olsun əzizimiz İdris Mehdiyevi

  • @priestroe
    @priestroe 21 день назад +5

    Seymur bəy maraqlı verilişə görə sağ olun!

  • @Həlimət_Sultan
    @Həlimət_Sultan 20 дней назад +5

    cox saq ılun. Seymur bey. Esil senet adamlarının yaradıcılıqına üz tutub, onları yaşadırsız. Melahet xanıma da allah ömür versin. cox semimi müsaahibedi. ..Allah qorusun..Sizleri...

  • @elfiramelikova9074
    @elfiramelikova9074 17 дней назад +4

    Məhəbbət xanım Sizi çox sevirik. Sizi tanıdığımız üçün çox xoşbəxtik. Ürəyi nurlu, əməli düzgün Məhəbbət xanım.

  • @vidadiqafarov3150
    @vidadiqafarov3150 18 дней назад +4

    Allah rəhmət eləsin. Çox maraqlı verilişdi. Bu savab və maarifçilik işinizdə sizə uğurlar, Seymur bəy!

  • @moonlight_a
    @moonlight_a 5 дней назад +1

    Gözəl müsajibəyə görə təşəkkür edirəm,Seymur bəy! Məhəbbət xanımın sevgi və səmimiyyət dolu söhbəti çox ürəyimcə oldu.Bu xanımı tanımağımdan çox xoşhal oldum! Musiqi təhsilim olmasa da musiqini çox sevirəm və gənclikdən yaddaşımda olan mahnılar qəfil bir qığılcım kimi saçır və sözlərini bilmədikdə(əzbərçiliyim yox idi) sadəcə zümzümə edərəm.Bir gün "Külək" mahnısı yadıma düşdü,inanmazsınız ki,tam iki il ,qapımı açma,açma qaçma!-deyib həmyaşıdlarımdan bu mahnını kimin pxuduğunu sordum,belə mahnı yoxdur dedikcə,var, onu yaraşıqlı ,belə bir formada bığı olan,xorla oxuyan bir kişi oxuyurdu .-deyib yenə oxuyurdum.
    Bır gün TV-də diktorun adını elan etdilər-İdris,bax o an qəfil İdris Mehdiyev -deyib böyük bir tapıntı əldə etmiş kimi sevinclə qışqırdım.Sevincimin həddi yox idi,yanılmamışdım və tam iki ay dönə-dönə onun gözəl ifasını dinlədim.Elə indi də onun yenə Külək mahnısını dinlədikdən sonra bu videoya rast gəldim.
    Bir daha sizə bu videpya görə təşəkkür edirəm.
    Allah sənətkara rəhmət eləsin!❤

  • @afaqqasimova021
    @afaqqasimova021 12 дней назад +4

    Xeyirli uğurlu olsun kanaliniz Seymur bey . Çox sevindim Idris bey haqqindaki xoş diskusiyaya . Sağ olun ki bele Deyerli unudulmuş Senetkarlari arayib axtarib xalqa tanidirsiz . Idris bey de bir çox senetkarlar kimi layiqli qiymetin almadi , ve qisqanc paxil incesenet adamlarinin kölgesinde qalmali oldu ....✨️✨️✨️❤🍃🍃🍃

  • @user-ph2tw3fn1g
    @user-ph2tw3fn1g 10 дней назад +2

    Seymur bey,size tewekkùr edirem,meni gencliyime qaytardiz,Idris mùel.,onun gòzel xanimini,qizi da var idi,onlari qrup yoldawim,refiqem Fatimenin terefinden tanidim.Fatime Mehebbet xanimin bacisidir ve biz ayri duwmuwuk,cox isterdim onu gòrmek.Bu aile cox ùreyi aciq,semimi,mehriban aile kimi yaddawimda hekk olunub.Idris mùel.cox diqqetli,hòrmetcil,sanballi,gòzel sesli bir mùqenni,bir wexsiyyet kimi xatirimde qalib,bir de Mehebbet xanimi cox sevirdi😊❤,xaricde cox olurdu ve her xaricden gelende,Mehebbet xanima ne getirdiyi bizi cox maraqlandiridi😊,bu wekiller meni apardi o illere,maraqli insan idi Idris mùel.Mehebbet xanim,gòzel xanim men Fatyanin podruqasi Milayam sizi cox sevirem,allah sizleri qorusun.🎉❤

  • @HeleneMichelle-dp4sb
    @HeleneMichelle-dp4sb 16 дней назад +5

    Sevinirəm və qürur duyuram ki, tale mənə İdris müəllimlə, Məhəbbət xanımla görüşmək şansı verib.
    Hər kəs bu həyata bir damla da olsa gözəllik gətirsə, həyat gözəl olar.
    Bu, İdris müəllimin əsas amalı idi və Məhəbbət xanımın da əsas məqsədi olaraq qalır - ətrafda hər bir kəsə daima yaxşılıq, gözəllik, zəngin biliklər bəxş etmək...

  • @mahabbatmehdiyeva4864
    @mahabbatmehdiyeva4864 5 дней назад +1

    Əziz dostlar! Hamınıza dərin minnətdarlığımı bildirirəm. Xoşbəxtəm ki, bizi tanıyanların xatirində İdris müəllim də, mən də səmimi, xeyirxah və təvazökar insanlar kimi qalmışıq. Bu dünyada yalnız yaxşılıq, hörmət və mərhəmət qalır. Bir daha rəy bildirən və bildirməyən dinləyicilərə təşəkkürümü bildirirəm.