Xərçəng xəstələri ana ola bilərmi? - Yumurta Dondurma ilə

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • tel: +994 50 797 17 07
    İnstagram: dreminhaqverdiyev
    Digər RUclips kanalımız: / @yorgunginekoloq327
    Xərçəng müalicəsi görən qadınlarda radiasiya və kimyəvi terapiya müalicələri yumurtaları mənfi təsir edə bilər. Xərçəng müalicəsindən sonra təbii olaraq ana olmaq şansı gənc qadınlarda yüksək olsa da, yumurta ehtiyatı azaldıqca yetkin yaş qadın qrupunda hamiləlik şansı azalır. Ayrıca radiasiya və kimyəvi terapiya yumurta sağlamlığına zərərli təsirlər göstərə bilər. Bu səbəblə xərçəng müalicəsinə başlayacaq qadınlar, gələcəkdə uşaq sahibi olmaq istəyirlərsə həkimlərinə məlumat verməlidirlər. Gələcəkdə uşaq sahibi olmağı planlaşdıran xəstələrin yumurtaları müalicəyə başlamazdan əvvəl dondurulmalıdır.
    Yumurtalıq ehtiyatı termini, yumurtaların miqdarı və keyfiyyət xüsusiyyətlərini ifadə edir. Yumurtalıq ehtiyatı birbaşa qadın yaşı ilə əlaqədardır. Qadının yaşına görə müəyyən bir aralığın altındakı yumurta sayına aşağı yumurta ehtiyatı deyilir. Bir körpə qız dünyaya gəldikdə, yumurtalıqlarında təxminən 1-2 milyon yumurta olur, bu rəqəm ərgənlikdə 300-500 min, 37 yaşında isə 25 minə düşür.
    Yumurta sayının azalması hamilə qalmağa mənfi təsir göstərir. Yumurtalıqların 40 yaşından əvvəl tam işləməməsinə səbəb olan erkən yumurtalıq çatışmazlığı və ya erkən menopoz olaraq bilinən bu xəstəlik də aşağı yumurtal ehtiyatının səbəbi ola bilər. Bu xəstəliklər ailənin digər qadınlarında görülürsə, yumurtalıq ehtiyatı araşdırılmalıdır. Gənc bir qadının aşağı yumurta ehtiyatına sahib olması hamiləlik şansını azaldır. Erkən yaşda yumurtalıq ehtiyatını azalan qadınlar üçün yumurtanın dondurulması bir seçim ola bilər. Bu şəkildə zamanla yumurta sayında görülən azalma, onların ana olmasına mane olmur.

Комментарии • 1

  • @sfstudio9664
    @sfstudio9664 9 месяцев назад

    Emin Haqverdiyev olan yerdə digər xəstəliklərdən əziyyət çəkən qadınların ana olmaq şansı da yüksək. Çünki işini bilən , güvənli əllər........