Nazryn - Pərvanə (official 2020)
HTML-код
- Опубликовано: 15 ноя 2024
- Musiqi / Music : NAZRYN (Nəzrin Vəlizadə)
Söz / Lyrics : NAZRYN (Nəzrin Vəlizadə)
Aranjiman / Arrangement: FİDAN ALİVA
Sound producer: FIDAN ALIVA
Foto dizayn / Cover Design: SHAHSAB SOUND
Səs uzlaşması / Mix & Mastering: OLEQ NAUMOV
Foto / Photo: ƏBÜLFƏZ ZÜLFÜQAROV (@zulfuqarovphoto)
DOWNLOAD:
ITUNES: / p%c9%99rvan%c9%99-single
SPOTIFY: open.spotify.c...
Sənə bir pərvanənin nağılını danışım.
Bir gün barama içərisində kiçik bir dəlik yaranır və o balaca dəlikdən pərvanə azad olmağa çalışırdı.Təsadüfən yanından keçən bir adam saatlarla dayanıb bu mənzərəni seyr edirdi.Uzun zaman oldu və pərvanə sanki bütün gücünü itirmiş,dəlik isə elə helə də kiçik qalmışdı.Elə bil ki,pərvanə əlindən gələn hər şeyi etmişdi və daha gücü qalmamışdı.Bunu görən adam pərvanəyə kömək etmək qərarına gəlir və əlinə bıçağı alıb baramanı kəsir.Pərvanə anında baramadan çıxır,amma bədəni zəif,qanadları inkişaf etməmiş.Adam ona baxdı...baxdı...düşündü ki,bu saat kəpənəyin qanadları açılacaq və o göylərə uçacaq. Amma olmadı...Ömrünün sonunadək pərvanə yerdə süründü,qanadları heç açılmadı və göylərə həsrət qaldı.Çünki ona yardım edən insan əslində işin əslini bilmirdi.Pərvanənin baramadan çıxmaq üçün sərf etdiyi güc onun bədənindən ifraz olunan mayenin köməkliyi ilə qanadlarının qalan qismini tamamlayıb onları bərkidir ki,uça bilsin.Həyat pərvanəni bu çətinliyi keçməyə məcbur edir ki,inkişaf edərək səmaya,yüksəyə qalxa bilsin.Bəzən məhz güc,çətinlik bizə bu həyatda ən çox lazım olandır.Əgər səhvlər və çətinliklər olmasaydı,yüksəlməyin nə olduğunu anlamazdıq.Hərdən bərkimək üçün bu gücü sərf etməlisən.
Bizim hekayənin pərvanəsi sərf etdiyi güc,keçdiyi mərhələdən peşman deyil.Zamanla öz baramasından çıxmağa qorxan pərvanəmiz azadlığına qovuşaraq baramadan daha yaxşı,daha uca,daha yüksək bir səmaya sahib oldu.
Varmı burda pərvanələr?🦋
Dəyərli dinləyicilər! Sizlərə sevgi trilogiyasının üçüncü hissəsi olan “Pərvanə” adlı yeni əsərimi təqdim edirəm. Trilogiyanın ilk hissəsi olan “Sənlə olmaz ki” mahnısı hər kəsin qəlbində mümkünsüz sevgilərini oyatdı. “Olmaz ki, biz ikimiz...” sözlərindən sonra baş verən son görüşdə xəyallardan, "İlluziya"-dan danışılır. Üçüncü hissədə isə sevgisindən Pərvanə kimi divanə olan qəhramanımız nəhayət ki, baramasını tərk edib göylərə qanad açır. Baramasının ona qəfəs olduğunu anladıqdan sonra əslində necə də möhtəşəm bir pərvanə olduğunu, öz işığına aşiq olduğunu anlayır. Beləliklə trilogiyamız bitdi, amma bundan sonra sizləri yeni hekayələrin qəhramanları ilə tanış edəcəyik. Yalnız real hadisələrə əsaslanan əsərlərimizin dünyasına xoş gəlmisiniz!
İlk öncə təşəkkür edirəm dinləyicilərimə! Əziyyətimi, musiqimi dəyərləndirdiyiniz üçün minnətdaram! Çoxsaylı ismarıclar, real hadisələr, paylaşılan hekayələriniz əsasında həyatlarımızı musiqiyə çevirdik! Çox sağ olun hər bir xoş və nəcib davranışınız üçün! Və məni ilk sözümdən anlayan komandama təşəkkür edirəm! Sizi sevirik, siz bizim musiqimizi sevdiyiniz qədər!
NAZRYN on social platforms:
IG: @nazrynmusic
FB: / nazrinveliza. .
Twitter: @nazrynmusic
VK: n.elchin
SHAHSAB SOUND on social platforms:
IG: @fidanaliva
FB: / shahsabsound. .
#nazryn #ambient #downtempo #fidanaliva #pervane #electronic
Nazryn - "Pərvanə" (sözlər/lyrics)
Sus, daha səsini çıxarma!
Qoy mən danışım,bu dəfə geri alma
Otən hissləri anidən
Mənə gəlmə yalanlarla yenidən!
Eyni-eyni olsa da qəlbimiz
Ayrı - ayrı olsa da yolumuz
Məncə dünya bizə tərəf olardı
Amma sən inanmazdın...
İzin verin bir söz deyim
Buralardan səssiz gedim
Daha da uzaqlara
Ondan daha da uzaqlara
Nəqarət:
"Mən oldum pərvanə
Sənə dəli divanə
Sən mənə yenə biganə
Ürəyim parə-parə"
2.
De görüm necə olacaq sonumuz?
Seyr elə necə bitdi oyunumuz!
Qara-qara gecələrlə düşündüm
Səndən sonra qaldım qərarsız...
Qəlbsən💙
Nəhayət , səbirsizliklə gözlənilən Pərvanə işıq üzü gördü və daha tez qanad açıb uçmağını arzu edirəm . Hekayəsi isə , bu ifanın möhtəşəmliyinə xüsusi rəng qatır . UĞURLAR!!!
ali janiyev tesekkur edirem) hekayeni nadir halda oxuyurlar, bu cox xosdur ))
Eşkim oldu bir yarsiz sənsiz və davamsız ☹️
Azər Məhərrəmov beli, eledir ☺️
Bu cür Səviyyəli ifaçılara ehtiyacımız var
Bu səviyəsiz deyilki cox gozəl ifadi sozlərini cox bəyəndim
Səviyyəli olduğu üçün dedim elə ,yəni belə istedadlara ehtiyacımız var
@@zrfsanheydrova6901 hə vALLAH səsi də superdi
Bir de bu şaheserin qedrini bilen dinleyicilere🥲
Belli raziyam
Azərbaycan musiqisinin möhtəşəm bir incisisiniz,Nəzrin xanım! ❤️
Yaxşı ki, ölkəmizdə belə gözəl, gənc sənətkərlar var! Möhtəşəm bir ifadır! Bravo!
Aşiqi olduğum ses🤤şair gözel deyib "dunyaya yenıden qadın olaraq gelsem bır qAdına aşiq olardım" siz bu cumledekı möhteşemliksiz
🙋♂️
Nezrin xanım və bu səhifəni izləyən hər kəsi salamlayıram.Hər şeydən öncə Nezrin xanım sizə bu ifaya görə təşəkkür edirəm.Həm zəhmət çəkib bu gözəl bu ifanı edib,bizlərə təqdim etdiyinizə görə həm də,belə gözəl sözləri,fərqlı səs tərzinizə və sözlər altında səslənən gözəl müsiqi parçasına görə.Mən sırf öz payıma demək istəyirəm ki,hər ifanızda gözlərimi yumub başqa bir dünyaya düşmüş kimi oluram.Və bu gözəl hissləri mənə yaşatdığınız üçün sizə sonsuz təşəkkür edirəm.İnşəAllah uğurlarınız davamlı və uğurlu olar.Bəli bəlkə də illər keçəcək insanlar üçün musiqi zövqü tamamən dəyişəcək , bəlkə də bu gün biz gənclər üçün bu tərz ifalar həm fərqli həmdə çəkici gəlir amma onu bilirəm və əminəm ki,məhz sizin ifanız kimi səsə və zövqə malik olan ifaçılar az gələcək.Bir daha sizə minnətdarlığımı bildirirəm yaxşı ki,varslz və bizlər sizi tanıdıq.Zəhmət çəkib oxuyan hər kəsə tək-tək təşəkkürlər.Və hərf səhfim olsa üzürlü sayın.Hamı Allaha əmanət olsun.
Tesekkur edirem gozel sozleriniz ucun, dinleyicilerin musbet reaksiyasi bize yaratmaga ve davam etmeye stimul verir. Umid edirem ki, olkemizde ambient ve dark pop uzre musiqi terzi daha cox inkishaf edecek, gecnlerimizin gozlentilerini qarsilamaya bilerik,amma hesab edirem ki, terz olaraq men ve komandam ozumuzu tapmishiq ve daha da inkisaf etmeye calisiriq. Bir daha cox sag olun, her bir reyiniz onemlidir 🦋
Əşrəf bəyin sözlərinə eynilə məndə qatılıram səsinizə vurğunam Nəzrin xanım🌹🌹🌹 sizi canlı görmək və dinləməkdi arzum🌹🌹🌹
@@NazrynMusic ambient ve dark pop JANRINI ARTIQ DINLEYIB ANLAYANLAR COXALIR SEVINDIRICI HALDIR TESEKKURLER SIZE DE
Heyfki belə mahnıların baxış sayısı az olur ancaq o da başa düşüləndirki keyfiyyətli musiqini anlayan insan sayısı az olur!
(
hər dəfə qarşına çıxsın deyə dinlədiyin mahnılara comment atıram, bu da onlardan biri(
Qaqam bugecədə sənin üçün yaktım☹️
İçin rahat olsun😀
Siqaretin özü yandı qaqam neylədin 😑
el atin ustde qalsin commenti👍.Allah komeyin olsun qaqaw
Bəlkədə o səni düşünərək dinliyir bu mahnıları ?
Türkiye'den selamlar , bu harika sesi keşfettiğim için çok memnunum 😌 teşekkür ederim size güzel hanımefendi 💜
"Sən mənə yenə biganə"
Sözlər və ifa dəlib keçir ürəyi . Möhtəşəm 👍
Mən oldum pərvanə, səsinə dəli -divanə ay Nəzrin xanım.
*LYRICS IN ENGLISH*
Keep silent, keep your mouth shut.
Let me speak,
don't take back
Passing feelings
Don't come to me
With lies once again!
Even if our hearts were the same,
And our lives went apart,
Everything would've made us one,
But you wouldn't have believed in.
Let me say something,
And leave here silently,
Far away from here,
Away from him.
I became a moth,
I went out of my mind for you,
You're still indifferent to me,
My heart is broken into pieces.
Tell me what we'll end up with.
Watch how our game ended
I pondered over dark nights,
I'm restless after you
Ne kadar güzel bir şarkı. ♡
Yine harika olmuş.
Çox gözəl sakitləşdiri səsin var. Bu mahnı reytigləri qırmalıdır. Uğurlar💜💜
bir "sənlə olmaz ki" olmasa da qəşəngdi💕
Salam xanım. Narahat edirəmsə üzrlü sayın.
Mənim adım Aygündür. Mənim 24 yaşım var, magistrda oxuyuram, eyni zamanda çalışıram. İşim üçün internet və telefon kifayət edir. Əgər sizə və ya yaxınlarınıza sərbəst qrafikli bir iş lazımdırsa mən ətraflı məlumat verə bilərəm. 055 732 17 92 😊
“İzin verin bir söz deyim,buralardan səssiz gedim,daha da uzaqlara!”✨
Salam xanım. Narahat edirəmsə üzrlü sayın.
Mənim adım Aygündür. Mənim 24 yaşım var, magistrda oxuyuram, eyni zamanda çalışıram. İşim üçün internet və telefon kifayət edir. Əgər sizə və ya yaxınlarınıza sərbəst qrafikli bir iş lazımdırsa mən ətraflı məlumat verə bilərəm. 055 732 17 92 😊
Sırf 80 olsun deyə bəyəndim)
Pervanelere gelsin.Coxx gözel olmuş😍👍
0:57 BESTTT💥
Əminəm ki superdi !!!
Möhtəşəm insandan möhtəşəm səs...
Bu cür istedadlar daha çox tanınmalıdı, nəinki düşük Xana Rəsul vəs kimilər. Mümkün qədər paylaşaq ki, daha çox insan bu səslə tanış olsun.
Yenədə əla alınıb Nazryn. Hekayəsidə çox yaxşı idi. Digər mahnılarla əlaqəli olması məni çox sevindirir. Beləcə adam daha diqqətlə dinləməyə çalışır. Sükanı belə saxla...
Yerimizi almişiğ)
Hər bir parça adamın içinə ayrıca toxunur. Təşəkkürlər
Mahnı ne qeder möhtəşəm nə qədər gözəldirse baxış sayısıda bir o qeder az olur
bu ola biləcək ,ən yaxşısıdır❤🦋❤🦋❤😍😍😍
Nəzrin, uğurlar. Var güc ilə zirvələrə.
🙏
Eurovisiona ideal namizedsiz NAZRYN xanım. səsinizdə özünəməxsusluq var.adamı uzaqlara aparır dərdləri bir bir xəyalımızda önümüzə düzür
Toy mahnılarından cıxırıq şükür hind mahnıları kimi millətin zövqünü korlayanlar efirdən düşmür fərqli öz üslubu olanlar isə çətinliklə bir yerə gəlirlər.Uğurlar belə davam edin Nəzrin xanım
Allahımmmm möhtəşəm...Qəlbim çırpındı ifaya💙💙💙💙
Sozləri möhtəsəmdi elə deyilmi
@@prvinh1978 çox
Salam xanım. Narahat edirəmsə üzrlü sayın.
Mənim adım Aygündür. Mənim 24 yaşım var, magistrda oxuyuram, eyni zamanda çalışıram. İşim üçün internet və telefon kifayət edir. Əgər sizə və ya yaxınlarınıza sərbəst qrafikli bir iş lazımdırsa mən ətraflı məlumat verə bilərəm. 055 732 17 92 😊
İndidən xeyirli uğurlu olsun Nazka 🤗
Mükəmməllll🥰🥰🥰🥰🥰
super ufurların nol olsuni insallah🤲🏻😘🤗
Darıxmışdıq belə keyfiyyətli səs üçün
Ugurlu olsun
yine çok güzel olmuş ❤️
Axırki bizimde adımıza uyğun gözel mahnılar çıxdı ÇOX SAGOL💕💕😄
Adaş
Aynen sjsj
Bu səs adamı marsa aparır 😂👍👍👍
Möhteşem ifa 👏 Nezrin eurovisiona çixa bilecek ifaçilardandi, cox gözel sesi var 🧿👍
Yoxduda Nezrinnen 👍 THE BEST
Möhtəşəm!Uğurlarrrrr!✨
Xeyirli olsun , səbirsizliklə gözləyirəm❤️
EHSEN ! SUPER ! :)
Uğurlar😚
Tebrikler ve də uğurlar
Hələ illuziyada tutulub qalmışdım deyrdim yerin tutan olmaz buda ona çatdı varolsun səsiniz👍👍👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
Illuziyani ikinci dinlemeden sonra bir coxlari beyendi, anlayiram ki, olkede bu terz hele qebul edilmir, amma kenara da cixmaq istemirem. Yeni addimlarimizda mence bu bizim ucun boyuk ugurdur, cox sag olun 🦋
@@NazrynMusic uğurlarınızın davamını səbirsizliklə gözləyirəm yolunuz açıq olsun🤗❤️❤️
Gəlsinnnn artıq💙💙💙💙💙💙🌻🌻🌻🔥
Salam xanım. Narahat edirəmsə üzrlü sayın.
Mənim adım Aygündür. Mənim 24 yaşım var, magistrda oxuyuram, eyni zamanda çalışıram. İşim üçün internet və telefon kifayət edir. Əgər sizə və ya yaxınlarınıza sərbəst qrafikli bir iş lazımdırsa mən ətraflı məlumat verə bilərəm. 055 732 17 92 😊
Hemiseki kimi möhtəşəm 🖤)
Cox gozel heqiqetende. Sesiniz mahnilarin bu qeder derin ve manalı olması. Isleriniz devamini da gozleyirik❤🌹.
Sozləri cox gozəldi siz nə dusunursuz ?
Salam olsun her kese super mahni
Bele seviyeli mahnilar niye oxumurlar.niye cox.deyil bizim.bele.mahnilarimiz.cox gozel mohtesem
Sadecə həmişəki kimi . Möhtəşəm . YT-daki bildirimlərə biraz gec baxdığım üçün çox peşman oldum ...🍷
Çok güzel sesi var 🌷🌹👏👏👏👏👍👍🌺
Bayağı və eyni tərzdə olan səslərdən qat qat möhtəşəm özünəməxsus tərzdə olan səs
Çox gözəl Nazryn👍👍👍👍👍👍👍
Salam xanım RUclips kanalıma nəzər yetirin🎀
ruclips.net/video/8F_Bm0nT5OI/видео.html
Hele qulaq asmamisdan bildim ki, mohtesem eser dinleyecem. Her ifaniz bir hazir soundtrackdi bu arada )) Eynile Toygar Isikli kimi )
Çox sevirəm onun əsərlərini!:)
Azı 10 mln baxış sayı olmalıdır bu mahnıya
Vaxt gələcək çox məhşur olacaq bu xanım...
Əgər bir mahniyi ikici defe qulaq asirsansa tekrar tekrar demeli o mahni . O insanin. Zovqunu oxsuyur bu mahni zovqumun qaygisina qaldi.
Sonunda ♥️
Nə yaxşı ki sizlər kimi sənətçilər az da olsa var. Bu məni çox sevindirir. Mahnılarınız söz yığınnan deyil də dərin mənalı dəryadan ibarətdir. Mahnının musiqilərisə eyni tembrdən deyil də dinlədikdə dərin fikirlərə,bizi uzaqlara aparan bir möcüzədir. Səsinizsə heç bir səsə bənzəməyən möcüzəvi bir əfsanədir.
Təşəkkür edirəm♥️
Sooon saatlarrrr!💃
Möhtəşəm
Such a melodiously addictive track ... Love from Pakistan
Hisslərimə tərcüman oldun yenə Nəzrin xanım.
Çox derin mahnidir, qulag asanda nece hissler kecirdim sozlere sigmaZ, tebiikide bu sizin sayenizde oldu Nezrin xanim mahniya ele gozel reng qatmisnizki belke basqasindan duysam bele tesir etmezdi,ses tonu, sözler,musiqi meni menden aldi,bir daha möhteşem,yükseklere layiqsizz😍😍😍😍😍
Mohtewem.ve ferqli❤
Əladi ugurlar bu səndə alinir
Adima uygun mahni☺ Hekaye cox gesengdir🌼
Bu prayekte soz yox tutar ugurlar 👍👍
Dünəndən sizin mahnilari dinleyirdim. Coxxxx gözlədilər. İndidə bunu gözləyirik sebirsizlikle ❤❤❤❤❤💙💙💙💙💙
Salam necədi mənə elə gəlir sozləri superdi
Möhtöşəm😍❤
Çox sağolun bizlərə bu cür gözəl musiqilər dinlətdiyiniz üçün🤗
Uğurlar 💫
Möhtəsəm ifadi cox bəyəndim elə deyilmi
Çox möhtəşəmdi 🥀🖤
nazryn 👍👍👍 super bele davamlari gelse yaxwi olar
uğurlar⚡
Mənə çox təsir edir mahnıların da, səsin də.
Nazryn yenə ampulasında 🖤❤️
Mükəmməl səsdir. Bunu Nazryn'in digər mahnıları barədə də deyirəm.
Necə gündür səbirsizliklə gözləyirəm. Həqiqətən də, gözlədiyimə dəyəcəyini fikirləşirdim. Dəydi də. Çox təşəkkür edirəm. 🍃🌹
Asıllıq yaradır🎼🎧
Uğurlu olsun 🙏❤️
Sene deli divane..💫👍
Buralardan sessiz gedimm daha da uzaqlara 🖤
Azerbaycanda yasayiram amma ilk defe bele yaxsi musiqi dinleyirem, musiqi ses her bir sey dört dörtlük (Perfect👍)
Super , əla Nəzrin xanım , həmişəki kimi möhtəşəm 👍👍👍👍👏👏👏
Iller keçəcək yenə girib qulaq asacam . Ümid edirəm o zaman ağlayaraq qulaq asmaram💜
Watching Premier from Bangladesh 🇧🇩❤️👌❤️😍
Seni coooox sevirik😍. Her zaman oldugu kimi bu mahninda super olacaq❤
musiqi xoşuma geldi. ferqli ve gozel sesi var bu xanimin. 👍
Sanki ambienti bizə məxsus fəryadlarla özəlləşdirmisiz... mükəmməl Nəzrin !
✌️ Möhtəşəm
Əlbətdəki çox super çünki bu səs ən pis mahmını belə çox gözəl mahnıya çevirir I love you Nəzrin 😘😘😘😘
ÇOX GÖZƏLDİ ÇOX 👌🏻❤️
İmtahana bu mahnını dinləyərək getmək də varmış🖤🍃
потрясающе! так пронзительно... Назрин, вы великолепны..
Uğurlar çox gözəl alınıb.
Ən gözəl səs sadəcə 💟
Sən bir başkasan , unutma 🖤
Həmişəki kimi mükəmməl 😍 Daha gözəl mahnılara ❤
Salam xanım RUclips kanalıma nəzər yetirin🎀
ruclips.net/video/8F_Bm0nT5OI/видео.html
2:35 dən sonra artıq mahnıya qulaq asmadım, yaşadım mahnını. Çox gözəl işdi
Aferin,Nezrin!!hemiweki kimi seviyyeli bir eser