Ağadadaş Ağayev - Gecdi daha (Official Video)

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 1,5 тыс.

  • @turalturan5598
    @turalturan5598 2 года назад +1641

    Bu mahnı çox bahalıdır, dinləmək üçün çox şeyləri itirməlisən..

    • @nazirtahirov1355
      @nazirtahirov1355 2 года назад +24

      Biz borcumuzu ödəmişiy 😟

    • @basak8264
      @basak8264 2 года назад +15

      Bizde odedik borcumuzu dinleyek bari😥

    • @qalaxsy
      @qalaxsy 2 года назад +17

      Çox düzgün vurğulamısınız mən itirdim çox sey itirdim ailəmi itirdim

    • @muradqedimeliyev6509
      @muradqedimeliyev6509 2 года назад +13

      Dinləmək üçün yox, dinləyib anlamaq üçün. Please

    • @GunelHuseynzade460
      @GunelHuseynzade460 2 года назад +4

      Çox doğru)

  • @enverahmetd6758
    @enverahmetd6758 2 года назад +315

    Dinlediğim en güzel Azeri şarkısı. Çok ağır duygulu. Kurşun gibi giriyor adama

    • @xyallddinqz9670
      @xyallddinqz9670 Год назад +1

      Qardaşım Azəri deyil Azərbaycan. Azəri erməni sifət farsların bizə tariximizi danmaq üçün dediyi addır

    • @leylaqedirova5668
      @leylaqedirova5668 Год назад +7

      azeri deyil AZƏRBAYCAN✊

    • @enverahmetd6758
      @enverahmetd6758 Год назад +9

      @@leylaqedirova5668 tamam gardaṣ

    • @leylaqedirova5668
      @leylaqedirova5668 Год назад +6

      Sağ ol qardaş🙏

    • @AydanAmiraliyeva
      @AydanAmiraliyeva 5 месяцев назад

      Buyurun bir də bu müğənninin “Yarı məndə, yarı səndə” mahnısına qulaq asın

  • @Aqa.Muradov6191
    @Aqa.Muradov6191 3 года назад +573

    Bu mahnı heç vaxt unudulmayacaq,çünki hər zaman hansısa insanlar üçün gec olacağ və, bu mahnını dinləyəcək.

    • @bizikimizdfhhg4572
      @bizikimizdfhhg4572 3 года назад +3

      😔

    • @kerim3982
      @kerim3982 2 года назад +5

      Allah qovuşduran Allahdır yadda saxlayın ALLAHI tanımayana nəhlət olsun amin. Ağlamaqım gəlir

    • @sefeqhuseynzade9237
      @sefeqhuseynzade9237 2 года назад +2

      Eynen😔😔

  • @amateuryoutubegamer715
    @amateuryoutubegamer715 8 месяцев назад +218

    Bu mahnıya qulaq asanlar, özünüzdən muğayat olun sizlərdən çox az qalıb...

  • @leylamemmedli9423
    @leylamemmedli9423 3 года назад +772

    ARADA YADIMA SALIN GELIM DINLIYIM😢

  • @zeynep3737
    @zeynep3737 3 года назад +407

    Mahnı bir yandan, şərhlər bir yandan adamın ürəyini sızladır.Allah özü kömək olsun hamıya

  • @azimzadeh2460
    @azimzadeh2460 2 года назад +554

    Hər insanın vardır bir keçmişi...bir də keçməmişi 🍂

  • @zireddinqehremanov1856
    @zireddinqehremanov1856 2 года назад +335

    70 yaşım var .bu mahnı əsil mənə aiddir . Gözəl günlər yeyib içib kef eliyən olmuşam . Allah bütün cavanları qorusun allahdan arzu edirəmki , azərbaycanlı cavanlar heç vaxt pisikməsinlər ürəkləri nə isdəyir allah yetirsin pul maşın ev şərait hər şey və can saglıgı ! Amin .

    • @azizimranov
      @azizimranov 2 года назад +3

      🙏🙏🙏

    • @vemassivi3496
      @vemassivi3496 2 года назад +1

      Amin

    • @guluatakisiyeva2371
      @guluatakisiyeva2371 2 года назад +34

      Ağsaqqal kimi deməkdən ki Allaha iman edin dünya eylencesine baş qoşmayın filan eksin deyirsiz 😒 onsuz da indiki insanlar dünya eylencesine ele başların qatıblar ki başımıza gelen musibetlerin ferqnde deyiller

    • @r.c.9496
      @r.c.9496 Год назад +14

      @@guluatakisiyeva2371 ehsen gözel insan! Ne cavani nede qocasi iman etmir günah girdabinda üzü uçuruma dogrudular, günah qelbimizi öldürüb qelb ölenden sonra iman olmayandan sonra bu heyat neye lazimdisa, bir qelbdeki Allah yoxdusa vay onun sahibinin halina

    • @NaZlI610
      @NaZlI610 Год назад +3

      @@guluatakisiyeva2371 doğru

  • @ugur-haciyevugur5392
    @ugur-haciyevugur5392 3 года назад +393

    İlk sevgi Usaqliqda vurulan peyvend kimidir Agrisi gedsede izi qalir omur boyu.

  • @ilkinaliyev7255
    @ilkinaliyev7255 11 месяцев назад +368

    Kim reyi oxusa beyensin ki, mende her beyenmede bir daha gelib dinleyim😢

  • @nicatsuleymanov5456
    @nicatsuleymanov5456 3 года назад +100

    Can evimizdən vurur bu mahnı adamı

  • @suraww
    @suraww Год назад +33

    Tək mahnıdı ki məni hər dinləyəndə ağladır. Kaş həyat bu qədər çətin olmazdı, kaş sevmək bu qədər incitməzdi…

    • @aydinalibeyli934
      @aydinalibeyli934 11 месяцев назад

      Ağlamaq çarə deyil, malasef

    • @tevekkulagayev6296
      @tevekkulagayev6296 9 месяцев назад

      həyat çətin olmasaydi cənnətin bir mənası ləzzəti qalmazdi

    • @NasimiOsmanov
      @NasimiOsmanov 7 месяцев назад

      ​@@tevekkulagayev6296 ne qeder srok cekmisen cenetde?😂

  • @Elgun.Hasanov
    @Elgun.Hasanov 2 года назад +235

    Atam buna qulağ asırdı ,mən balaca uşağ idim ,nəse bu mahnı ona o qədər əziz gəlirdi ki sora özü də zümzümə edirdi ,sakitcə qulaq asrdim ,bir gün Atamı qəfil itirdim ,hər dəfə bu mahnıya qulaq asıram təkrar təkrar elə bilirem atam oturub yanımda ,8 il oldu artıq onsuz ,Allah bütün dünyasını dəyişən Atalara rəhmət eləsin ,

    • @nerminedemirova2458
      @nerminedemirova2458 2 года назад +5

      Allah rəhmət etsin.Amin.Atam sağdır.Ama çox kövrəldim.Onun yoxluğunu gözümün qabağına gətirə bilmirəm .Ölənlərə rəhmət qalanlara sağlığı versin Rəbbim Amin.Allah sizədə səbr versin

    • @Elgun.Hasanov
      @Elgun.Hasanov 2 года назад +4

      Var olun ,Allah Atanıza can sağlığı versin

    • @solmazvelieva8496
      @solmazvelieva8496 2 года назад +3

      Allah rəhmət eləsin bütün dünyadan köçən Ata Analara

    • @Elgun.Hasanov
      @Elgun.Hasanov 2 года назад +4

      @@solmazvelieva8496 Amin

    • @hokumeismayilova7340
      @hokumeismayilova7340 Год назад +1

      ​@@nerminedemirova2458AMIN

  • @lilizad1514
    @lilizad1514 3 года назад +117

    Gecə saat 04:30.. gözüm yaşlı bu mahnını dinləyirəm. Yaşım az olsa da mahnı mənə çox şeyi xarıtladır. Sevdikləriniz qədrini bilin və qəlb qırmayın

    • @mehima-va9337
      @mehima-va9337 Год назад +1

      Ne oldu qovuwduzmu ? ☹️

    • @lilizad1514
      @lilizad1514 11 месяцев назад

      Qovuşmadıq ​@@mehima-va9337

    • @mehdisgrov7597
      @mehdisgrov7597 11 месяцев назад

      04:30 bu kommenti oxuyuram

    • @lilizad1514
      @lilizad1514 11 месяцев назад

      @@mehima-va9337 qovuşmadıq

    • @Xanim-f4t
      @Xanim-f4t 8 месяцев назад

      Qovusduzmu?​@elnurlili8607

  • @A.E700
    @A.E700 3 года назад +161

    Rəyləri oxuduqca insanların nece dərin sevgiləri oldugun başa düşüb sadəcə susmaq qalır bizə.
    Gecdi daha Çoxxx gec…..

    • @fidanmemmedquliyeva4004
      @fidanmemmedquliyeva4004 3 года назад +5

      Amma bəlkə də həmin insanlardan sevgi nedir deyə soruşanda,boş şeydi deyirlər.

    • @A.E700
      @A.E700 3 года назад +4

      @@fidanmemmedquliyeva4004 sevgi boşş şey deyil sevgi boş olsaydı sonradan incitməzdi heckimi bu sadece hemin insanların acı təsəllisidi

    • @fidanmemmedquliyeva4004
      @fidanmemmedquliyeva4004 3 года назад +3

      @@A.E700 və ya onların başqaları da ağrı çəkməsin deyə,yada ağrılarına təsəlli olsun deyə dedikləri acı yalan

    • @NaZlI610
      @NaZlI610 Год назад +2

      @@A.E700 doğru 😓

  • @shehlarehimli9605
    @shehlarehimli9605 Год назад +85

    43 yawina geldim. O illeri xatirlayib honkur honkur aglamayan insan inanmiram olsun... Xatireler 😞😞😞

    • @srxanislaml-fn6nf
      @srxanislaml-fn6nf Год назад +5

      22 yaşm var men bele ağlyrm sizi tesevvur bele elemirem🥹

    • @ayguneyyubova6021
      @ayguneyyubova6021 10 месяцев назад

      Məndə bu gün😢

    • @samirmurshudov7664
      @samirmurshudov7664 9 месяцев назад +4

      Allah sağlam ömür versin, təxminən 9 ay sonra 44-cü baharı yola salacam...amma 1998-2002-ci illər, mənim tələbəlik illərim...ona dəlicəsinə vurulduğum vaxtları demək olar ki, hər gün xatırlayıram...sanki bu mahnı və klip elə bir çoxları kimi, mənim üçün də çəkilib...25 ilə yaxın vaxt keçir son görüşdən...

    • @raulcebraylov1305
      @raulcebraylov1305 8 месяцев назад

      Allah sizə bərəkətli uzun ömür versin amin.
      Zaman keçir, yaşlanırıq, yaşlandıqca həyatı dərk etməyə başlayırıq.
      Kaş ki, keçmişə geri dönə bilsək😢

  • @narminamuradova8511
    @narminamuradova8511 3 года назад +60

    İlahi bu klip sanki hamıya dərs verir o günlərə dönmək gecdir daha

  • @EminMammado
    @EminMammado 8 месяцев назад +163

    2024 ci ilde helde dinleyen VAR?
    Her defe dinleyende kecniwe qaynadir meni 😊

    • @Eleqant
      @Eleqant 5 месяцев назад +3

      Bəli dinleyirik hele de. Gencliyimi, əsl sevgi, ayrılığın mahnısı.

    • @axmedaxmed8310
      @axmedaxmed8310 5 месяцев назад +2

      03.07.24.

    • @EmiraslanEliyev-pi7cs
      @EmiraslanEliyev-pi7cs 3 месяца назад

      ​@@axmedaxmed831006_08_2024

  • @orxnesgerli96
    @orxnesgerli96 3 года назад +91

    Bu mahniya her gun en azi 2 defe qulaq asiram hemde gozum yumulu.butun usaqligimi gozumun onunden lent kimi kecirirem gozumden yas axa axa.heyif o gunlerin qedrini bilmedik Atami xatirliyiram nedense bu mahnida sevgi yox ancaq usaqligi xatirlayir insan.kecmis gunleri kaski yeniden qaytarsalar kaski amma Gecdir daha!

    • @gadiraslan3550
      @gadiraslan3550 3 года назад +6

      Cəmiyyətimizdə bu qədər incə ruhlu insanların olması çox sevindiricidir

    • @nirvananirvana5130
      @nirvananirvana5130 2 года назад +1

      Eyniyle men de. Sevgi yox usaglig gozumde canlanir. Her seher aztvde seher verlisibde verirdiler bu mahnini. Mejtebe hazurlasib gedende qulaq asdigimuz mahnilardandi indi 31yasim var sanki dunen kimi her an gozumde canlanir.

  • @resadibrahimov8154
    @resadibrahimov8154 7 месяцев назад +18

    Çox illər ötdükcə daha çox sevlir bu mahni 😢 yazılan rəylər duzdu

  • @salamaleykum6869
    @salamaleykum6869 3 года назад +81

    5 dəygəlik mahnı və bütün ömür bunun icində. Hələdə onu axtarıram, gözləyirəm, sevirəm. 😔 Baxmayaraq ki hər ikimizin ailəsi var😔

    • @m__zeynall2610
      @m__zeynall2610 3 года назад +2

      Ne qəribədir ki mənede anamı xatırlatdı 😔 22 yaşımda itirdim onu indi 27 yaşım var . Ondan sora həyat heçdir mənimçün

    • @zeynep3737
      @zeynep3737 3 года назад +4

      Gözləməyin gecdir daha

    • @mhakl6165
      @mhakl6165 3 года назад +2

      Cecdi daha,taleyinlə barışmalısan...

    • @bizikimizdfhhg4572
      @bizikimizdfhhg4572 3 года назад +2

      Tek deyilsiz .deyesen sevgidə oxsar heyatlar coxdur😞

    • @ElfinMirza
      @ElfinMirza 2 месяца назад

      Heyf o vaxtlardan😢😢😢

  • @nurideveliyeva8753
    @nurideveliyeva8753 2 года назад +66

    Nakam sevgilərin HİMNİ💔

  • @ulkernecefova3013
    @ulkernecefova3013 3 года назад +293

    2021-ci il olsa da elə bil bu gün yazılan mahnı

    • @familsukurov6881
      @familsukurov6881 3 года назад +7

      Mənimdə ölən balamin xatirələri düsdu yadima

    • @eldarpirmammedoff
      @eldarpirmammedoff 3 года назад

      Salam gözel

    • @seadetnnnn5467
      @seadetnnnn5467 3 года назад +1

      @@familsukurov6881 Allah rahmet elesin mekani cennet ruhu şad olsun, başiniz sagolsun,Allah sabr versin,

    • @familsukurov6881
      @familsukurov6881 3 года назад +1

      @@seadetnnnn5467 Ölənləriniz cənlətlik.amin

    • @elnureyvazov2789
      @elnureyvazov2789 3 года назад +1

      Bəli

  • @hasanielsen8501
    @hasanielsen8501 2 года назад +30

    Sevgidən doğulan uşaqlarda gözəl ağilli cəmiyyətə yararli insanlar olurlar.

  • @m__zeynall2610
    @m__zeynall2610 3 года назад +32

    100 il bele keçse unudulmayan ifa ses . Bir sözlə möhtəşəm

  • @maraqdairesii
    @maraqdairesii 3 года назад +43

    Cəmi 4 nəfərdən ibarət ibrətlik şedevr. İstər aktyor oyunu istər rejissor dəsti xətti və istərsədə ifa çooox superdi. Vallah bütün indi ki ,,müğənni" ciklərin hamısını sənəti kar olanları bu şedevrlərə qurban verərəm. Ruhunuza sağlıq Ağadadaş bəy. Hər dəfə dinləyirəm hər dəfədə ağlayıram

  • @agabalacebrayilov3686
    @agabalacebrayilov3686 3 года назад +26

    Ilk esqler yada dusdu. Hansi nakam esqler cox teessuf belke dr xosbext ola bilerdik. Allah sevenleri qovusdursun

  • @deniznagiyeva8754
    @deniznagiyeva8754 2 года назад +153

    İl olmuş 2022 ama yenə yaddaşlardan silinməyəcək olan musiqilər Ağadadaş Ağayev,🥰❤️

  • @elsenmustafayev7007
    @elsenmustafayev7007 3 года назад +65

    Super .Belə mahnıları çıraqla axtarsaq da tapa bilmərik..Bu səpkidə mahnılar yoxdu.Faiq Ağayevin də mahnılar belə üslubdadı.Vallah keyfiyyətli mahnılar qaldı 2000 ci illərdə .İndi ara mahnıları savadsız savadsız bir dəstə eyni formada eyni melodiyada mahnılar.O qədərdilər ki özdə adam ayırd edə bilmir.

    • @vusalhuseynov4543
      @vusalhuseynov4543 3 года назад +1

      cooox haqlisiz raziyam o illerde bir cox mugennilerin mahnilari sevilirdi indi hemin o sevilen mugeniller de ferli mahnilar yazdirmir icinde faiq olmaqla

  • @firoyceferov1458
    @firoyceferov1458 2 года назад +23

    Hərdəfə bu mahniya qulaq asanda gözlərim dolur. 2000 ci illər dunyanin ən gözəl vaxtalri...

  • @ALV--sp6un
    @ALV--sp6un 3 года назад +26

    Совпало все, - музыка, слова, исполнение и клип.
    Все здесь на высочайшем уровне!

  • @israilibrahimov7385
    @israilibrahimov7385 3 года назад +28

    Rəyləri oxuyaraq qulaq asdım həqiqətəndə her kesin heyatı bir dastan imiş ve bu mahnı hamıda o qədər hisslər oyadır ki ..ehhhh...😔

  • @sahnazmuellime
    @sahnazmuellime 3 года назад +65

    Mükrmmel ifa mükemmel klip mükemmel mahni mükemmel mövzu....😔

  • @ТуралХыдыров
    @ТуралХыдыров 2 года назад +96

    allah bizim milleti qorusun,Sevirem sizi gozel xalqim,uzaq Sibirden salamlar

  • @israfilnamazov
    @israfilnamazov 4 года назад +248

    5 deyqelik Mahnıda 24 il heyatım anba an gözümün önünden keçdi 😞

  • @arzuelizade5243
    @arzuelizade5243 2 года назад +20

    Bu mahnı insanı uşaqlığımıza,tələbəlik illərinə,atalı günlərə aparır.Baxıb görürük ki çox şeylər üçün gecdir,çox gecdir.

  • @abdullayeva8032
    @abdullayeva8032 3 года назад +98

    Butun usaqligim 31 illik heyatimda xatirladigim butun anilar canlandi gozumde. 😔 biz nece gozel illerimizi gunlerimizi itirmisik xeberimiz yox

  • @asyahva9488
    @asyahva9488 Год назад +15

    Sevgilisini unuda bilmeyen,her şey üçün artıq gec olanların yığışdığı mekan 🚬

    • @QAFQAZ199
      @QAFQAZ199 10 месяцев назад +1

      Salam aleykum..

  • @tuncay0329
    @tuncay0329 3 года назад +98

    Gerek ele edek ki - gecdir daha... demeyek 😔

  • @zekiyye.agayeva
    @zekiyye.agayeva Год назад +2

    Mahnı səsləndikcə bütün keçmiş adamın gözünün önündən keçir 🥲

  • @emil_baku88
    @emil_baku88 3 года назад +61

    18 yaşında sevdim 2 il birgə yaşadığımız günlərin saniyələrin belə bu gün həsrətindəyəm 33 yaşım var indi ! Hər dəyqə o sevgi dolu baxışları o mələk simanı o gülüşü xəyalımda yaşıyıram ! Amma heyif ki, gecdi daha !!!

  • @nigartahmaz6572
    @nigartahmaz6572 Месяц назад +2

    Bu şəhər öyrəşib yanında başqa, ağlında başqasını daşıyan insanlara... Bu şəhər neçə yarımçıq qalan sevginin şahididir..

  • @aydanlili4878
    @aydanlili4878 3 года назад +39

    Ağadadaş müəllim Allah sizə can sağlığı versin, həmişə bizi belə möhtəşəm ifalarinizla feyziyab edin. Atam hər zaman sizin dinləyiciniz olub, uşaqlıqdan sizin mahnilarla böyumuşuk....

  • @fexreddinelsever2679
    @fexreddinelsever2679 2 года назад +16

    Ağadadaş müəllim Sizin bu mahnınız kövrək xatirələrimi yada saldı. Bütün gəncliyim kino lenti kimi gözlərimdə canlandı. 100 il yaşayın.♥️🙏🙂🇦🇿

  • @abidcumayev8823
    @abidcumayev8823 3 года назад +17

    İstər sözləri istər bəstəsi,+ ifa = mükəmməl bir əvəz olunmaz əsər .

  • @rahim.z8837
    @rahim.z8837 Год назад +16

    Klip 👌
    Musiqi 👌
    Sözləri 👌
    Oxuyan 👌
    Dərin məna 👌

  • @azeturkmen
    @azeturkmen 3 года назад +21

    mahni ve klip ikisi de masterklass, mohtesem ve unudulmaz, ebedi senet eseri, iller kececek bura hec bir zaman bosh qalmiyacaq.. minlerle olmush xeyallar bir daha canlanacaq, ve sonda yene deyilecek - gecdi daha ....

  • @Payız-k8z
    @Payız-k8z 24 дня назад +2

    Qürurun insanı güclü edib xoşbəxt etməyəcəyini 10 il sonra 30 yaşımda anladım.......

  • @mhbbtsadiqova2568
    @mhbbtsadiqova2568 2 года назад +16

    Heyif o sevgidən.Onlar xoşbəxt ola bilərdilər.İtmiş sevgini xatirələr geri qaytarmır.Heşimanliq ömrünün sonuna kimi qalacaq.

  • @nrminrhimzad1026
    @nrminrhimzad1026 3 года назад +69

    Men usaq idim.Ele deqiq yadimdadirki.manhninin sozlerine.kilpe diqqetle baxib duwhunurdum.ve men böyüdüm.Yene bu mahnini dinleyirem.Amma ayriligin ne oldugunu bilerek😔Sen deme usaq vaxti severek dinlediyim mahni menim taleyim olacaqmiwh.😔💔🥀

    • @bgfddfgghhhnbbbbvcfff
      @bgfddfgghhhnbbbbvcfff 3 года назад

      😔

    • @gunelhuseynli7062
      @gunelhuseynli7062 3 года назад

      Eyni şeyi düşündüm o qeder çox sevirdim o qeder çox qulaq asırdım ki göresen buna göre menimde taleyim oldu bu mahnı?!

  • @m__zeynall2610
    @m__zeynall2610 3 года назад +202

    Anamı xatırladım (( onunla olan günlerim keçdi gözümün önündən 😔 neçə il keçerse keçsin bu ifa unudulmayacag

  • @NaZlI610
    @NaZlI610 Год назад +9

    Möhtəşəm ifa , Allah sizi qorusun sənətkar

  • @afaqqulamova64
    @afaqqulamova64 2 года назад +5

    İlahi,bu nə gözəl ifadı,bu nə gözəl sözlərdi,bu nə gözəl musiqidi.Bu mahnıya gündə 3 dəfə qulaq asıram.Həqiqətən gözəl günlər keçdi.Çox heyif

  • @tamellarzayeva7893
    @tamellarzayeva7893 2 года назад +14

    Halal olsun.Sesiniz bulaq kimi insanin ruhuna axir.Cox sevirem mahnilarinizi.1984 den bura size qulaq asiram.Cox yawayin,Var olun.Sehne size,siz sehneye yarawirsiniz.Sehneni ve bizi sizsiz qoymayin.

  • @esmanurveliyev4230
    @esmanurveliyev4230 3 года назад +64

    Ele bil mekteb vaxlarimi gösterdi mene heyif çox çox heyif neler oldu neler keçdi başqa başqa heyatlar yaşadiq heyif

  • @orxanquliyev2144
    @orxanquliyev2144 3 года назад +55

    2021 ci ildir hələdə bu musiqi dinlənilir çox super duyğuludu. 👍👍👍❤️

    • @cryuscryus4832
      @cryuscryus4832 2 года назад

      Bu mahnin remixide var bilen varsa desin zehmet deyilse

  • @AS-hd1tp
    @AS-hd1tp 3 года назад +13

    Super. Ağadadaş bəy Allah sizə sağlıqlı ömür versin

  • @aysunyaqubova3719
    @aysunyaqubova3719 2 года назад +9

    Benzersiz ses, mohtesem ifa. Senetkarimiza Allah can sagligi versin, Insallah. Bu sese helə coxxx ehtiyacimiz var

  • @Nazila-e3o
    @Nazila-e3o 3 года назад +591

    Il 2021 yada düşdü şirin çağlar

  • @arzues6636
    @arzues6636 3 года назад +31

    "o ARZULAR sensiz heçdi daha..."🥀 Heqiqeten heçdi, çünki biriyle qurulan ARZULAR elə onunla da qalar ve o ARZULARİ başqa birisiyle yaşaya bilmezsen...

  • @gunelshukurova786
    @gunelshukurova786 3 года назад +13

    Mohtesem Baba Veziroglu sozleri..

  • @xeys8028
    @xeys8028 3 года назад +12

    Bir mahnı bu qədərmi ruha təsir edər? 30 yaşım var sərrəsər 10 ilə yaxındır ən favori mahnımdır
    Qırılmış xəyallar ruhuma batır..

  • @rufatkarimov5281
    @rufatkarimov5281 3 года назад +28

    bəs deyil,xatirlamag bəs deyil..yenə düyünlənib boğazım..eyni mahnilarin altinda görüşmək ümidiylə əziz ..

    • @eltunliyev2362
      @eltunliyev2362 2 года назад

      Mende isterdim burda oxusun cavab yazsin bu mahnin altinda gorusek tessufki o meni qeder sevmeyib

  • @MURADAHMED113
    @MURADAHMED113 Год назад +3

    Çox gözəl mahnı.Çox gözəl klip .Var olsun gözəl sənətkarlar...

  • @emilnuriyev1686
    @emilnuriyev1686 3 года назад +49

    Çöreyin üstüne tamat çekib yeyen uwaglar idik! Olan oldu bize gecdi daha

  • @resulova_0910
    @resulova_0910 2 года назад +12

    il 2022 34yaşım var bu mahnını dinləyərkən gözümün önündən axıb gedən ömrüm,gəncliyim keçdi.kədərli,sevincli illər.hər şey üçün gecdi həqiqətən.

  • @ilhamdniznamazov8988
    @ilhamdniznamazov8988 Год назад +7

    Bu mahnı uşaqlığımın mahnısıdı. Hər qulaq asanda çox kövrəlirəm, keçmiş günlər yadıma düşür. İnsan yaşa dolduqca uşaqlığını daha çox xatırlayır; həm yaxşı günlərini, həm uşaqlıq travmalarını. 😔
    Odur ki, bacardığınız qədər uşaqlarınızı sevin, onlara qarşı daha həssas və diqqətli olun, çünki insanın bütün həyatı deyərdim uşaqlığından gətirdiyi yaxşı və pis xatirələrin izləriylə keçir. Hətta bəzən gələcək həyatı da məhz bundan asılı olur

  • @MynameisRamiz
    @MynameisRamiz Год назад +1

    Çox kövrəldim... həqiqətən bəzi şeyləri unutmaq olmur

  • @elvinmemmedov50
    @elvinmemmedov50 3 года назад +25

    Her kesin qelbinde bawqa bir izler var ve duwunmeye vadar eden bir musiqi, iller kecmesine baxmayaraq hemiwe oz yeri olan bir senet eseri

  • @gulbenizallahverdiyeva6877
    @gulbenizallahverdiyeva6877 25 дней назад +1

    Bəli musiqi klip söz və səs bəlkə də yeganə musiqidi hamısı üst üstə düşür böyük ehtiramla aqadadaş ağayev❤❤❤❤

  • @TOTALFOOTBAL603
    @TOTALFOOTBAL603 3 года назад +35

    ANALİ gunler gozel idi getdi o gunler😔😔😔 Allah dunyasin deyisen analara rehmet elesin

  • @ayaz9023
    @ayaz9023 3 года назад +9

    O illər nə gözəl idi her şeyin maragi vardi 😔kaski uşaq qalsaydım GECDİR DAHA.......🥺😢..

  • @feziletabbasova8317
    @feziletabbasova8317 3 года назад +9

    Ağadadaş müəllimə can sağlığı arzu edirəm,çox təsirli idi.

  • @unrealmedo
    @unrealmedo 2 года назад +15

    Bu mahnını dinləməyəcəyini bilirəm. Çünki sadəcə sevənlər itirir. Və bu mahnı heçnə itirməyənlər üçün bahalıdı. 🥀

  • @mtantmmmdova7379
    @mtantmmmdova7379 3 года назад +23

    İllər keçsə də hər dəfə sanki ilk dəfədir dinlədiyim və 17il bundan qabağa qaytaran ifa . Həqiqətən gecdir daha.

  • @efsaneqehremanova8778
    @efsaneqehremanova8778 3 года назад +4

    Ömrümüzün en gözel çagi bu musiqlierin yeni çixdigi vaxdlar idi... Sonra ele de yavaş yavaş xatireye çevrildilər.

    • @elsnmmmdzad4746
      @elsnmmmdzad4746 3 года назад

      Herwey ele gozel idi heyf...coox heyf...

  • @dasqindasqinxu9306
    @dasqindasqinxu9306 3 года назад +20

    Mohtəsəm əsər mohtəsəm səs!

  • @turanismaylbyli7638
    @turanismaylbyli7638 2 года назад +10

    Ürək ağrısı ve gözde yas ile dinledim. kecmise apardi məni. Yasadiqlarimmi agir geldi yoxsa mahnimi bilmedim. Əslində her şeyi cox yaxsi basa düşürəm, ancaq qəlbimə basa bilmirəm. Her ikimizde aile sahibiyik. Ancaq qelbimdeki yerin hec vaxt dolmayacaq. Seni xatirlamadigim birce gun bele yoxdur. Ehh... ne ise

  • @djamalaansarova5408
    @djamalaansarova5408 3 года назад +10

    Kovretdi bu mahni meni. Kecmiwimi canlandirdi. Atam, Anam canlandi gozumun qabaginda.

  • @sevincrehimova4757
    @sevincrehimova4757 3 года назад +10

    Allah wefa versin size🤲🤲🤲 deyerli senetkar🤲💞

  • @ayguneliyeva7481
    @ayguneliyeva7481 3 года назад +5

    Bu mahnin sözləri bir başqa, kilipi isə bir başqa kovrəldir adami. Həyat necə qəribədi ,yolda rastlaşirlar ama bir salam belə vermirlər bir birinə. Vaxtinda əl ələ tutdugun adama bugun bir salam verməmək çox acidi çooox.

  • @periz1911
    @periz1911 3 года назад +18

    il 2021. ayrılığımızın 8ci ili.. həyatımda bir kitab kimi qalacağsan həmişə, köhnəldikcə daha gözəl qoxacaq hər səhifən.. XI-IV, olan oldu bizə gecdi daha....

  • @dasqnismaylov6264
    @dasqnismaylov6264 3 года назад +13

    Ötən günlər çətində olsa, qiymətli olur şirin olur

  • @Yusifli89
    @Yusifli89 3 года назад +2

    Indi bele gozel mahnilar yoxdu en gozel vaxtlar...Agadadas kimi mugennide birde olmayacaq

  • @fdnvqf.a8150
    @fdnvqf.a8150 3 года назад +30

    Yorumlarda hamı cavanlığ sevgisinden yazır sevibde qovuşamadığı sevgisinden cox ağırdı bəli ama danışacağınız bir sevginiz olub cox şanslısınız hec seve bilmeyen insanlarda var..Kaş əvvələ dönə bilsək saf sevgi dolu günlərə heyf cox heyf gecdi daha(

  • @niyazqelbinur.
    @niyazqelbinur. Год назад +7

    Ölənə kimi onu unutmayacam 😢
    Ən gözəl günlərim onunla keçdi...
    O mənim ❤imə girəndə ən saf, kövrək vaxtlarım idi😢...
    Həqiqətən də gecdir daha !
    Xatirələr nə istəyir bizdən axı ???😢

  • @zarifacabbarova754
    @zarifacabbarova754 3 года назад +4

    Gecdi daha. Çox təəssüf. Qədrin bilmədik😔

  • @mrulvi8498
    @mrulvi8498 2 года назад +1

    Bu " men oxumaq istiyirem " cümlesi ne sevgiler bitirdi.

  • @mahirabiyev2150
    @mahirabiyev2150 Год назад +13

    Mən 1995-ci ildən on bir il bir partada əyləşdiyim, instituta hazırlaşanda da eyni müəllimlərin yanına getdiyim ŞƏBNƏMİ indi də Allahdan diləyirəm. Çox sevirəm onu

  • @nerminbaki8368
    @nerminbaki8368 11 дней назад +1

    Cox heyf..

  • @elvinmustafayev4812
    @elvinmustafayev4812 2 года назад +11

    1983-84 Hemişe bu mahnıya qulaq asanda nastalji hissler oyanır mende hec vaxt unutmaq olmur.

  • @Nez-t3s
    @Nez-t3s 5 дней назад +1

    Heç belə gənclik təsəvvür etməmişdim

  • @muradbabayev3229
    @muradbabayev3229 2 года назад +16

    Heyfki 5 illik sevgimiz ayrılıqla bitdi.Mən onu hər yerdə xatırlayıb və axtarıram.Amma gecdi daha...

  • @sarxanmamedov4611
    @sarxanmamedov4611 3 года назад +67

    Birini həqiqətən sevməyin cəzası
    Bir daha heç kəsi sevə bilməməkdir...

    • @eltunliyev2362
      @eltunliyev2362 2 года назад

      Keske seve bilerdim basqasini belkede xosbext olardim

    • @eltunliyev2362
      @eltunliyev2362 Год назад

      @@NaZlI610 bilirem sevgi yalniz 1 defe olur oda mende alinmadi men evliyem o ise helede subaydi mene vaxtinda sevgisini bildire bilseydi bele olmazdi ne men bedbext ne de o ailesiz dehset olanda odurki qonsuyuq 😕

    • @eltunliyev2362
      @eltunliyev2362 Год назад

      @@NaZlI610 beli xanimam

    • @eltunliyev2362
      @eltunliyev2362 Год назад +1

      @@NaZlI610 sukur bu gunume usaqlarim var agilli savadli onlar ucun yasayiram ve indi anlayiram ki evlad sevgisi butun sevgilerin en ustundedir onlar ucun nefes aliram bundan sonra Allahim onlarin xos gununu gozel heyatlarini gostersin mene tek arzum budur mense demek olarki hissim ölub menden kecdi daha siz xosbext olun arzulariniza catin insallah

  • @appsappss3695
    @appsappss3695 3 года назад +77

    Cox heyif heqiqeten sevgì bawqadi .Bu mahni meni 25 il evvele apardi biz bir birimizi sevirdik heqiqeten Amma valdeyinlerim men istediyim qizi almadilar ve meni bawqasile evlendirdiler menim toyumdan sonra o bawqa kende getdi aile qurdi.indi o cox uzaqlardadi men xowbext olmadim amma ona xowbextlik arzu edirem. Kaw bir defe onu gore bileydim. HELEDE O MENIM QELBIMDEDI..M+G

    • @leylarehmanova119
      @leylarehmanova119 2 года назад +1

      Insallah gorersiz

    • @Nis-uo8ry
      @Nis-uo8ry 2 года назад +6

      Siz bu qədər sevirdinizsə ailənizə qarşı gəlib alardınız sevdiyinizi

    • @aynln5829
      @aynln5829 2 года назад +11

      Qadının yenə hə ama kişinin "məni məcbur evləndirdilər" cümləsi çox qəribə gəlir.

    • @pervanesemedova130
      @pervanesemedova130 2 года назад +27

      Orta məktəbdə müəllimə idim.Bir de xeber tutdum ki evden hərimi veriblər.Cox yalvardım agladim,acliq elan elədim 😃dinləyən olmadi.Dedilər artıq gecdi.Bir an razilaşan kimi oldum.Sonra esitdim ki oglan nisanli olub ,nişanlisina defelerle el qaldirib,nişanlisi da qoşulub dayisi ogluna qacib.Evdekilərə dedim inanmadılar.Dediler arasdirmisiq elə söz deyen olmayıb . Dusundum ki nə edəcəyəmsə indi edəcəm,sonra gec olacaq.İller sonra evlənməyi planladigimiz sevdiyim insana qosuldum qacdim mən də.Valideynlərim,qohumlar cox incidi məndən.Amma mənim inciməyimin hec bir əhəmiyyəti yox imiş.Artiq 17 il keçib.Həmin oglan 4 usaqla bosanib,aliment vermemesi ucun qizi santaj edib agzindan kagiz alib.Yoldasi .usaqlari cetin seraitde yasayir.Bunu görən valideynlərim lal bir peşmançılıq kecirirlər.Mən isə mənə güvənən,sevən,hörmət edən bir adamla həyatıma davam edirəm.

    • @clalarustmova
      @clalarustmova 2 года назад +2

      @@pervanesemedova130 Sevindim adınıza! Allah ürəkləri qəlbləri sevindorsin! Əsl xoşbəxtlik özünə inanmaqdır

  • @semahuseynzade2554
    @semahuseynzade2554 Год назад +1

    O duyğular hər duyğudan təmiz idi!

  • @mhakl6165
    @mhakl6165 3 года назад +6

    Möhtəşəm əsər, möhtəşəm ifa👍👌👌

  • @mellozade
    @mellozade 2 года назад +2

    Bu gün olmasa sabah, sabah olmasa diger gün oda olmsa sabahlar çox var həc nə üçün gec deyil💜

  • @lavinia7966
    @lavinia7966 3 года назад +53

    Mahnının altında olanların çoxu 30+ yaşında sevgi xatirələrindən danışan və ən əsası həyatı dərk etmiş olgun insanlardır.Mən isə uşaq ikən yaşlandım.Həm də valideyn sevgisizliyindən.Həyatı dərk etdim.Hal hazırda 17 yaşım var sanki 30lu yaşlarımı yaşayıram:/

    • @azizimranov
      @azizimranov 2 года назад +2

      Doğru vurğuladız çünki bu mahnı işıq üzü görən zamanlar biz balaca uşaqlar idik. Sizin bu yaşda belə şərh bildirməyinizə gərçəkdən çox üzüldüm. Biz az çox nələrisə yaşaya bilmişik indiki uşaqlara baxıram sadəcə hallarına acıyıram. Sanal ortam. Sanal dostluq, sanal sevgi. Hər şey internet telefon və planşet. O illər ötüb getdi, geçdi daha....

    • @lavinia7966
      @lavinia7966 2 года назад +2

      @@azizimranov eynən :/

    • @xyallddinqz9670
      @xyallddinqz9670 2 года назад

      Ən ağır taravma...

    • @xanimquliyeva7727
      @xanimquliyeva7727 2 года назад +1

      Sizi cox gozel anlayiram. Mende o sevgiden mehrum olunmiw biriyem. 32 yawim var helede o sevgiye ehtiyac duyuram.

    • @yaqutmasimova8572
      @yaqutmasimova8572 Год назад

      Yaşın nə fərqi?İnsanın hər yaşda sevgiyə ehtiyacı var

  • @IlaheŞükürlü-c7g
    @IlaheŞükürlü-c7g Год назад +1

    Sesinize ve söylediyiniz her kelmenizin vurğunuyam , Allah size uzun ömur can sagligi versin