1918-ci il soyqırımı şahidi - Sündü kəndinin Qəzənfər quyulu mağarası

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • #Sündü #mağara #soyqırımı
    "Tariximizi birgə öyrənək" layihəsi çərçivəsində növbəti videomuzu 1918-ci il soyqırımı şahidi - Sündü kəndinin orta əsrlərə aid Qəzənfər quyulu mağarasına həsr etdik. Qeyd edək ki, Qobustan rayonunun Sündü kəndi 1918-ci il soyqırımları zamanı ağır dağıntılara məruz qalmışdır. Yerli camaatın verdiyi məlumata görə, kənd camaatı kəndin aşağısında yerləşən Qəzənfər dağındakı orta əsrlərə aid quyulu mağaralardan sığınacaq kimi istifadə etmişdir.
    -------
    Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı faktiki materiallardan çıxarış
    AKT
    Biz, aşağıda imza atan Şamaxı qəzasının Sundi kənd sakinləri ilə 8 noyabr 1919-cu ildə yığıncağa toplaşaraq, bu aktı aşağıdakılardan yana tərtib edirik:
    1.Bizim kəndimiz ermənilərin hücumuna qədər 413 evdən ibarət idi və 2553 sakini vardı.
    2. Elə həmin ermənilərin kəndə basqını və talanı zamanı 198 ev yandırılıb, 250 nəfər öldürülüb.
    3. 295 nəfər öldürülənlərin və dəyən ziyanların rublla siyahısı. ARDA, f.1061, siy.1, iş 6, v.48

Комментарии • 17