Baku Medical Plazada oyaq halda beyin əməliyyatı icra olundu!

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • “Baku Medical Plaza”da xəstəyə oyanıq halda beyin əməliyyatı icra edilib. Motor və Sensor korteksdə (hərəkəti və hissiyatı təmin edən beyin qabığı) yerləşmiş Glial törəmə diaqnozlu 19 yaşlı gəncin üzərində əməliyyat tam uğurla tamamlanıb. Əməliyyatın video görüntüləri sosial şəbəkələrdə maraqla izlənib.
    Əməliyyat Babək filialının Neyrocərrahı Dr. Tural Rəhimli tərəfindən icra edilib. Əməliyyatın oyanıq şəkildə keçməsini təmin edən xəstəxanamızın Baş Həkimi və həmçinin Anestezioloq-Reanimatoloqu Dr. Kamal Quliyev və professional komandası olub.
    Əməliyyat müddətində xəstə həkimlərin suallarını cavablandırıb. Əməliyyatın bu üsulla təşkili və xəstənin ətraflarının hərəkəti və danışığının müşahidə altında saxlanılması, beyinin həyati funksiyalarına zərər yetirmədən törəmənin maksimum şəkildə xaric edilməsinə kömək edir. Bu qəbildən olan əməliyyat həm cərrah və anestezioloqun peşəkarlığı, həm də yeni nəsil avadanlıqların movcudluğu ilə mümkün olur.
    Maddi cəhətdən digər beyin əməliyyatlarından fərqlənməyən bu cərrahi müdaxilələr son illər ABŞ-da və inkişaf etmiş Avropa ölkələrində geniş yayılıb.

Комментарии •