Ayaz Babayev - Yenəmi Sən (Rəsmi Musiqi Videosu)
HTML-код
- Опубликовано: 20 окт 2022
- Ayaz Babayevin "Yenəmi Sən" mahnısı klipi ilə birgə onlayndır!
Ayaz Babayevə RUclips-da abunə ol: mikpro.az/ayazyt
Rəqəmsal platformalarda dinlə: bfan.link/yenemi-sen
Baş rolda: Fidan Aliyeva
Musiqi və söz: Dadaş Nuriyev
Aranjiman: Nihad Məlikov
Miksinq və masterinq: Nihad Məlikov
Rejissor: Mamed İsmayılov
Rejissor assistenti: İlqar İsmayılov
İcraçı prodüser: Alik Babayev
Qrim və makiyaj: Məsi Rəhman
Saç: Nigar Məmmədli
Geyim: Dably Baku
Xüsusi təşəkkür: Hakan Məmmədov
Aynur Xəlilova
Layihə rəhbəri: Xəzri Hüseynzadə
Ayaz Babayevi sosial şəbəkələrdə izlə:
Facebook: mikpro.az/ayazfb
Instagram: mikpro.az/ayazig
Twitter: mikpro.az/ayaztw
Telegram: mikpro.az/ayaztg
Tiktok: mikpro.az/ayaztk
Genius: mikpro.az/ayazgn
Ayaz Babayevi rəqəmsal platformalarda dinlə:
Keçid: mikpro.az/ayaz.dinle
Sözlər:
[Giriş]
Fikrimdən daşınmaram
Eybi yox, sən də daşınma
Əlimdə bir dənə "Love Is..."
Səni gözləyərəm məhlə başında
[Nəqərat]
Demə mənə, yenəmi sən?
Barışarsan yenə, yenə bilsən
Danışıram, qulaq asıb eləmirsən
Amma bilirsən, eləmərəm elə bir səhv mən
Demə mənə, yenəmi sən?
Barışarsan yenə, yenə bilsən
Danışıram, qulaq asıb eləmirsən
Amma bilirsən, eləmərəm elə bir səhv
[Bənd 1]
Dəyişmədim, mən elə mənəm, ey
Getmə, qayıt, gəl elə mənə, ey
Bir kəsi sənə tən eləmərəm, ey
Sən eləsən də mən eləmərəm
Mən beləyəm, beləyəm, de, e!
Həm dəliyəm, dəliyəm, de, e!
Dərd eləyəndə niyə de, e!
Zəng eləyəndə deyər
Nə deyər, nə deyər?
[Keçid]
Yolumu yoluna yönəldən
Çıxaram yoluna dönəndə
Səndən bir xahişim var
Hər dəfə məni yolda görəndə
[Nəqərat]
Demə mənə, yenəmi sən?
Barışarsan yenə, yenə bilsən
Danışıram, qulaq asıb eləmirsən
Amma bilirsən, eləmərəm elə bir səhv mən
Demə mənə, yenəmi sən?
Barışarsan yenə, yenə bilsən
Danışıram, qulaq asıb eləmirsən
Amma bilirsən, eləmərəm elə bir səhv
[Bənd 2]
Nə qədər sevirsən?
De görüm, məni nə qədər sevirsən?
Gündüzləri gecəmə keçirsən
Səhər açılır nə qədər geciksən, nə qədər sevirsən?
Bir mənə, bir sənə bir də gəlim yəni
Bir səbəbin məni birdəfəlik aparır uzağa
Günah hiss eləsin məni
Səni əfv eləsin o-o-o!
[Keçid]
Yolumu yoluna yönəldən
Çıxaram yoluna dönəndə
Səndən bir xahişim var
Hər dəfə məni yolda görəndə
[Nəqərat]
Demə mənə, yenəmi sən?
Barışarsan yenə, yenə bilsən
Danışıram, qulaq asıb eləmirsən
Amma bilirsən, eləmərəm elə bir səhv mən
Demə mənə, yenəmi sən?
Barışarsan yenə, yenə bilsən
Danışıram, qulaq asıb eləmirsən
Amma bilirsən, eləmərəm elə bir səhv
[Çıxış]
Məni yad elə röyalarında-ya!
Məni yad elə, guya yanındayam
Məni yad elə röyalarında-ya, ya, ya, ya!
Məni yad elə, guya yanındaya-ya-yam
Ayaz Babayev tərəfindən ifa olunan "Yenəmi Sən" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2022
Etiketlər:
#AyazBabayev #YenəmiSən #mikpro - Видеоклипы
Soyuq payız günlərində,içinizə bir yaz istiliyi gətirəcək işlə qarşınızdayam ❤ Fikirlərinizi yazmaqı,bəyənsəniz like butonuna basmaqı və kanalıma abunə olmaqı unutmayın 🥰
😍♥️
Çoox maraqli ❤qeşey klip
Əlinə Sağlığ,Yorulmayasan)
Tebrikler👏👏👏👏
Bir kiwi bir qadini bele seve biler. Sevginin mohtewem gosteren kilip.. eslinde bu mahni lirik musiqisi olsa bele cox sevilerdi.. ama mahinin dadi onun ritmir musiqi ile verilmesidi.. meselen indi sumuklerim oynaya oynaya yaziram bu fikirleri.. kilipin desti xetti qadinin tebii gozelliyi. Ayazin saf sevgisi uzumuzu guldurur. Bununcun cox sag olun Ayaz bey. Bu novbeti mohtewem iwiniz ucunki bize her defesinde unuda bilmeyeceyimiz musiqiler hazirlayirsiniz.. P.S elinde telefon olan xala menim bibime oxwayir,onun kimi ara vurandi🤣🤣🤣. Neysee..Ugurlariniz bol olsun..
``Bismillahi Rahmani Rahim neçə nəfəri oxuda bildim oxutdumsa nə xoş mənə``🙂
ALLAH razi olsun
Cox tesir etdi((((
Allah sənə çoxlu savab versin 🤲🏻💕
Allah Razi olsun
Cənnətə 30 uc😉
Qizin tebii gozelliyi cox xosuma geldi.indi her yerde olan suni qizlar kimi deyil😍.
Super👏qızın təbii gözəlliyi, klipin gözəlliyinə xüsusi bir rəng qatıb,yenə bravo!!!👏👏🌹
qaşını almamağı vapşe superdi (Təbiilik gözəldir)
"Xəyallar fəsli" olan payız fəslində belə "Möcüzə" bir ifa və sevginin nə olduğunu ən gözəl şəkildə tərənnüm edən "Mələk kimi" saf və təmiz eyni zamanda "Kino" vibe'ı aldığımız bir kliplə "Yenəmi sən" keyfiyyəti gətirdin trendə Ayaz Babayev ? ❤️
Sefonun axrinci mahnisina yazılmış rəyə oxşatmaq istəmisiz).
@@aitanpashazada7911 Sefo dinləmirəm, sonuncu ifasından xəbərim yoxdu, Sefonun yorumlarını oxuyacaq qədər boş vaxtımda yoxdu
@@aitanpashazada7911 fanatlar çox vaxt belə şərhlər yazır 🌼
@@sevincmii nə hikmetse eyni məzmundu)
@@birfikir297 ola bilər. Mən təkrar və ozenti sevmədiyimə görə) gözümə çarpdı yanıt verdim
Canlı konsert izləmək o qədər ləzzət etdiki😍
Sizinle bir gün qarşılaşmaq dileyi ile.Mahnılarınıda ve işlerinizde uğurlar Ayaz Babayev💚
Həyatda ən pis şey, səni yalnız hiss etdirən insanların içində qalmaqdır.
Qırdığın qəlbə yaxşı bax. Bir gün mütləq yolun ona düşəcək..
☹👌☺
Bütün Azərbaycanda konsertlərinizi vermək ümidiylə🤩😍
Birinin uykusundan önce ettiği Dua ‘da yer almak hayatta olabileceğin en güzel yerdir.
Gülüşünü sevərsən, səsini sevərsən, söhbətini sevərsən. Sevmək üçün mütləq üzünü görmək şərt deyil, ürəyində duruşunu sevərsən.
Əslində hekayə belədir.
Hərkəs sevdiyin qəhramanı olmaq istər.
Hərşey sevgiylə bağlıdır.
İnsan sevdiyi axatar hər zaman yollarda,küçələrdə, evlərdə, insan sevdiyi hər yerdə axtarır.
Xatirəsi olduğu küçədən tek keçəndə bilirsən ki sevgin dəyərin.
Sevdiyinizin dəyərin bilin.
Kilibə baxanda bu sözləri yazmaq içimdən gəldi.
Tebrikler Ayaz Bey möhtəşəmsiniz.
Belə gənclərin istedadlarını dünyaya tanıtmaq lazımdı👏🏻💕
Belə möhtəşəm musiqilərin Azərbaycanda yer alması qürurvericidir!
Ayazz Babayevi çoooxxx sevirəm ❤❤❤ 15 iyul konsertinə.mütləq gələcəmmm mütləqqq
Digər ölkələrin pop ulduzları varsa, bizim də Ayaz Babayevimiz var. Uğurlar 🤩
Dillər əzbər olan Yenəmi Sən ❤️
Ayaz Babayev ferqi ortadadır.❤️
Bu yaşda bu qədər uğur, bu qədər pozitiv ruhlu əhval ruhiyye,əldə olunmuş sevgi.
Səsiylə könüllər qazanmış,gözəl qəlbli ,usag ruhlu adam.sadece əhsən. Uğurlar diləyirəm.
2024de qulaq asanlarrr
Bu mahnı niyə 1 milyonu keçmir axı Möhtəşəm musiqidi👍😊Superr
Azərbaycan musiqisi ferqi.🤤 Sizin kimin möhtəşəm musiqiçilər varkən, adımızı hər yerdə tanınacaq.❤️🙏
Yağış başlayanda "gəlsəydi, birlikdə islanardıq", - deyəcəyi biri olmalı insanın həyatında❤️🔥
👍
Təkrar təkrar qulaq asanlar burdasiiiz ❤👍👍👍👍 Çox sevilirsiz Ayaz Babayeb 👍👍
Qardaş həqiqətəndə səndə alinirda. Super.
"Bundan daha artıq nə edə bilər"-, deyə düşündükdən sonra daha da yüksələn Ayaz Babayev.Adınız və imzanız yetər.Əsl sənətkara az dəyər verilən bu ölkədə böyük uğurlarınızı görmək sevindirir.Daha da böyük və gözəl işlərdə görmək diləyi ilə🧚♀️
İşləri ilə herzaman ön planda olan sayılı müğənnilərdənsiniz. Ayaz Babayev ❤️
Çok güzel şarkı👍haftada 1 kaç defa dinliyom🥲
Qizin gozelliyi❤ masAllah. Qiza gore klipe nece defe baxdim. O qeder bezmisik ki, cilpaq elde qayrilmalardan. Gozumuz esl gozelliye hesret qalib. Qizin edebli geyimide bir basqa👍 Allah bextini gozel etsin qizimizin
Klip o qədər gerçəkçi alinib ki, bir an yolda duran xalaları yolmaq keçdi içimdən😅 Mahnıya isə söz yox hər zaman olduğu kimi MÖHTƏŞƏM🤩Xeyirli Uğurlu olsun Ayaz Babayev🥳
Gözəl Mahnı və Kilip əziyyət çəkən insanların teşekkürler ❤️
Hər gün dinləyərsən amma bezmersen,bağımlılık yaradır resmen☺️✨️👌🏻❤️
Farkkk ettt❤Ayaz Babayev❤
Sizi paylaşan şəxslərdən sonra, dostlarınızın uğurunu hekayə qisminizdə paylaşdıgınızı görəndə özümdən asılı olmadan ağladım. Yadımdadır illər əvvəl Pərvanə ilə videolarınız, elə o vaxdan sizi bəyənirəm, nə əziyyətlərlə gəldiyinizi də gördüm. Hətda gözü uğurlarınızı götürməyən, məhşurlardan da dəstək əvəzinə köstək gördüyünüzüdə. Amma hər zaman qəlbinizin çörəyini yediniz❤️👍. Həmişə dostlarınıza dayaq durdunuz, hekayələrinizə ağlamaqımın da səbəbi budur. Əvvəlki illərə nisbətdə xeyli iləridəsiniz, lakin yenə də o günləri unutmur , o günlər də yanınızda olanların yanındasınız, HALAL OLSUN SİZƏ. Rəbbim yolunuzu açıq etsin əziz Ayaz
Bu platformaya layiq olan yeganə insan Ayaz Babayev🤩 dinləyicilərinə dəyər verən nadirlərdənsiz❤️❤️❤️
Sevgi kəpənək kimidir. Arxasınca qaçdıqca səndən qaçar. Ən yaxşısı qoy, uçsun, bəlkə heç gözləmədiyin bir anda gəlib çiyninə qonar.
Hər sevən adsız bir qəhrəmandır və insan, sevə bildiyi qədər insandır!
Bəzən gerçəklər duymağa ehtiyacımız olan son şeydir.
Hər əlini sıxanla dost, hər canını sıxanla düşmən olma.
- Sevgi kəpənək kimidir. Arxasınca qaçdıqca səndən qaçar. Ən yaxşısı qoy, uçsun, bəlkə heç gözləmədiyin bir anda gəlib çiyninə qonar.Rebbim gozlemediyiniz anda en gozel sevgi nesib etsin size Ayaz bey ve eger sevdiyiniz varsa hal hazirda Rebbim sizi xosbext etsin bir yerde daima xos gunler goresiz bir qocalasiz
_Bildiyimə eşitdiyimə görə elə bu xanımla nişanlanıblar bilmirəm nə dərəcədə doğrudur məlumat amma instagramdada paylaşmışdı Ayaz bəy_
Klip bağımlılıq edir dostlar.Ayaz babayev əsl starsız.Gun o gun olsun xəyallarınızdakı bütün oökələrdən konsert xəbəriniz gəlsin.🙏❤
Klip ifa sənət hərsey mükəmməl😍 bayıldımm
Klipdeki xanimin cox tebii gozelliyi var
Çəkilən əziyyətə dəyər bir proyekt olub məncə.Həm aktyorluq işi, həm senari çox səmimi, içdən alınıb.Bu soyuq havada içimizi isidən bir iş ərsiyə gəlib.Yəni hər zamanki kimi Ayaz Babayev öz sözünü deyib.😉❤
Əməklərə sağlıq.👍🏻👏🏻
Ayaz sevənlər Hardadır,özünüzu Bəlli edin🥰🥰
Əla mahnıdır dinləməyə deyermiş super
Maşına oturan kimi,evdə hər yerdə ancaq bu mahnı🎉
Möhtəşəmliyi ilə göz oxşayan kilib❤️
Dillər əzbəri olan mahnı ❤️
Yenəmi Sən ❤️
Çox sevilməyə deyil, həmişə sevilməyə ehtiyacımız var🙏🏼❤️
Əlimdə bir dənə love is səni gözləyərəm məhlə başında🖤
ƏLA mahnıdı👍
playlistimizi gözəl musiqiləri ilə dolduran Ayaz Babayev ✨😍
Sevgi insanda ölənə qədər yaşayan yeganə hissdir.❤️
Məni çox uzaqlara aparan yeganə mahnı ...1000 dəfə qulaq assam da yorulmadan dinləyərəm ...
İndi bele möhtəşəm mahnılar çox çox az tapılır
Mohtesem ses mohtesem klippp ugurlariniz daimi olsun Ayaz Babayev..🌹Sevgində Duamda🌹..Eşq Sevdiyinin bir baxışı ilə belə qəlbində çiçəklər açmasıdır və Eşq Sevdiyinin bir sözü ilə belə üzündə gülüşlər yaranmasıdır.. Xoşbəxtliyi anlamaq üçün, onu bölüşəcək birinə sahib olmaq və heç ağılında yoxkən qelbinə aşiq olduğun adamı Allahına xatir könlünə "Yar💓" bilməkdir Eşq..!! ,,Qəlbinə aşiq olduğum Adam,, Sən mənim Namaz kimi sevib Aminlərimdə Varlığına Şukur etdiyim Duam kimisən mənə..Nə vaxt səni ağlıma gətirsəm bir huzurun içinə düşürəm..Sən mənim dünyam, Sən mənim Cənnətdəki axirətə qovuşmaq adına Allahıma ən gözəl Dualarımsan..!! Qələmdən kağıza tökülən dəyərli sətirlərim, yaşamağa doymadığım Ömrümsən..!! Sən Allahıma yalvarışım, göy üzünə göndərdiyim Duamın yer üzündəki ən gözel Şükür cavabısan..!! Sən Allahın rızasıyla sevdiyim, Rəbbimdən mənə ərmağanım və sən Sevgi dünyama Cənnət, könlümə Eşqsən...Eyy Sevgili Yar gəl,,--
__Qəlbimizi --İMAN'A
__Könlümüzü --QURAN'A
__Dinimizi --İSLAM'A
__Qulağımızı --AZAN'A
__Əlimizi --ALLAH'A açıq tutub bu sevgimizi Səbrlə, Şükürlə Allaha xatir qoruyub, Eşqimiz iki qəlbdə sonsuzluğa var🤗🤗🤗🤗🤗
Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı kimi❤️🔥
Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgini tapmaqdır.
Super. Çox xoşuma gəldi. Amma gözəl plastikası olan bir rəqs qrupu da olsaydı lap super olardi.
Xoşbəxtliyin səmadan tökülən yağışlar qədər bol olsun o qədər xoşbəxt ol ki gözlərindəki xoşbəxtlik xoşbəxtliyi axtaran mutsuzların ümidi olsun .
Dərdinə ortaq olan ,sirrini qoruyan, varlığınla var olan, səni sevib dəyər verən..❤
Zəmanəmizin ən istedadlı müğənnilərdən biri "Ayaz Babayev"💫🌟✨🥰
Bir sözlə möh-tə-şəm i-na-nıl-maz🤩💗
Ilk once tebrik ler cox gozel kilipdi❤men kilipe defelrce baxdim menace rayon qizlarindan behs gedr burda ve en esas AZERBAYCANIN BAXS ACISINI EKS ETRIR IN SE ALLAHKI BEYENERSIZ YORUMUMU SEVGI DAIM QAZANIR ❤🎉SEVGILERLE AYAZ BABAYEV FIDAN XANIM ❤
Qız nə gözəldi 🥰😍Estetikli qızlara min basar 😍🥰Mahnı da əla. Amma klipə baxmaqdan mahnıya yönələ bilmədim 😃
Beli cox tebbi qizdir hemde gozeldi,Ayazla Nisanlandilar duzgun secim etdi Ayaz Xosbext olsunlar❤
Ağrılarıma belə, həzz qatır eşqin. Bütün hüceyrələrimə toxunan məlhəm kimisən.
Virtualdan,sosial mediadan uzaq saf uşaq qelbi ile sevgini on plana cixarmisiz.,hansiki bu tip sevgiler daha mesum daha deyerli ve heçzaman unudulmur.ve bu klipi daha semimi edib.😍
Klipdəki qız çoox gözəldi.Mahnınıda çox bəyəndim.Uğurlar arzu edirəm
Cox gozel ifadir😍🙏
Azərbaycanı anlatmısan, Bir çoxunun yaşadığı hissləri burada yaşamağın necə çətin bir o qədər əyləncəli və rahatladıcı olduğunu.. Amma heç kəs Dünyanın Ən Gözəlini əlindən ala bilməz, Həqiqət budur..🫶🏻
Bu ən böyük duadır - mənim ol. Mənimlə, ağlınla, sevgilinlə min yaşa.
Ayaz Babayev musiqini yaşadır.
Nəbzini tutur insanın kilip və musiqisi ilə. ❤️
Qız çox gözəldi.təbidi görəsən haralıdır
Özbək qızlarına oxşayır.mahnı klip əladı❤❤❤❤
Klip ümumi superdi renglər və qiz seçimi ..
Uğurlu işdi məkanlarda superdi ...
Ayaz Babayevin uğurlarından birisi daha Yenəmi Sən ❤️
Xoş dinləmələr😻
Ayaz sən Azərbaycan incəsənətinə Allahdan bir hədiyyəsən. Səsin, davranışın, alicənablığın, mədəniyyətin, yumoristikliyin və s. və s. Haqqında sayacaq çox şey var amma bir kəlmə ilə deyirəm sən bir MÖHTƏŞƏMSƏN ! ⭐🖤
İfa ela ,sözler su kimi axmiş , insanin ezbere öyrenmeye ceht etmesine ehtiyac yoxduki, dinleyende ezbere çevrilir.Ammmmmma klip olmamiş ifa o qeder gözelki kilp biturlu oturmur.Uğurlar size☘️
Allah sizi xiwbexd etsin bu qizla niwan kadirlar girdum cox sevindim❤
Keçdiyim bütün yollar
Qəlbindən keçib gedir
Gözlərin bu dünyaya
Sevilməyi öyrədir❤️
Ürəyimdə olan saf sevdiyim vaxtlar yadıma düşdü 🥺
Yaxşıki varsınız Ayaz Babayev ❤️
Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
Bu proyektdə pis niyyətli insanların gördüyü tək şey Ayaz və Fidan xanımın guya reklam xatirinə insanları "aldatması" oldu. Amma burda bir reallıq var ki, Ayaz hər bir klip partnyoru ilə gerçək sevgili münasibəti bəxş edir bu isə klipin, proyektin nə dərəcədə uğurlu, gərçəkci olmasından xəbər verir. Nə olur olsun səni sevənlər hər zaman yanındadı, sənə dəstəkdi Ayaz Babayev! Uğurların bol olsun. Hər dəfə bizi təəccübləndirməyi bacarırsan əhsən sənə. Digər bəzi sənətkarlar kimi lovğa, özündən razı yox əksinə sadə olmağınla göz oxşayırsan. Sevilirsən AYAZ BABAYEV ⭐🖤
Yaxşıki varsınız Ayaz Bey ❤️
Sayənizdə musiqiyə olan insan ehtiyacın qarşılayırsınıź❤️
Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.
Dünyanı gəzmək və kamilləşməmək, hamamdan yuyunmadan çıxmaq ilə eynidir.
Qəlbdən gələn sözlər qəlbə çatar, dildən gələnlər isə qulaqdan o tərəfə kecməz.
Hüzur verici ses,klip desen, doğma olan mekanda gözümüzü, könlümüzü açan insan simalari,bunnan dahası olmaza məncə,sadece möhtəşəmdir...♥️ uğurlarınız daimi olacag!Buna əminəm...
Nə fərqi varki gozlərin renginin. İstər gecəni xatirlatsin, istersede çəməni... Əsas odu o gozlərin arxasinda sevgi dolu dunya gizlənir❤️ Sevdiyimiz ifacinin sevgisini görmək bizə çox xos oldu😍Həmisə sevib seviləsən ve olduglari kimi insanlari taniyib elə dəyər veresən😍 və verdiyin dəyərin qarşiligini görəsən✌️🤲 Səni cooox amma cox sevirik XƏYALLARİN ADAMİ😍
İnşallah 6 milyonu keçər♥️🙌
Cox şen ve super mahni... 👍👍👍👍👍
Klip bir anlıq məni keçmişə apardı.Mahnının müasirliyi,ifanın möhtəşəmliyi ilə klipin, klipdəki obrazların gözəlliyi bir-birini tarazlayıb.Eynilikdən kənar,təkrarlanmamış bir iş olub.Təbrik edirəm buna görə sizi Ayaz bəy👏❤️
Hər bir klip və mahnılarınız ayrıca mükəmməl bir əsərdir 🥰❤️✨👣
Istər bu insani görüm , istər səsini eşidib musiqisini dinleyim her defesinde yeni bir sevgi yeni bir heyacan yaşayiram. 😕Ve ele bir mahnisi yoxdurki , men o mahnida xeyal qurmayim 🥺 siz her zaman menim nömre 1 Ulduzum'sunuz AYAZ BABAYEV 💙
👍🏻😎 🤙🏻 COOl 😎
Başqalarından daha üstün olmaq önəmli deyildir. Əsas önəmli olan, dünənki SƏNDƏN daha üstün olmaqdır.Bunun üçündə çalışmaq və hərşeyin öhdəsindən gəlmək lazımdır🙏🏼
Dünyanın hər yerindən səsiniz gəlsin🤩
Bu bahar sevgimizin bütün izzətini taclandıracaq və biz sevən bir ailəyə çevriləcəkik!
Əməyinizə sağlıq,maraqlı süjet xətti,sadə amma yaddaqalan notlar,gözəl sözlər,şirin ifaçı...
Özün,zövqün,duruşun bu bir stardır deyə biləcəyimiz adam Ayaz Babayev🤩❤️
Ən gözəl sevgi sözləri, ən gözəl aşk sözləri, sevgiliyə deyiləcək ən gözəl cümlə mövzusunda bu günə kimi söylənmiş ən gözəl sözləri, cümlələri bir musiqidə toplanıb❤️
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olur..
.
Ne şirin mahnidi klipde şirindi mahni kimi, qiz mahnidan klipdende şirindi❤
Mahnılarınız o qədər fərqli bir aura aşılayır ki insana…Sizin mahnılara qulaq asanda sadəcə üzümdə təbəssüm,şən ovqat və hətta oynamaq keçir😍Bütün Azərbaycan xalqının və hətta digər ölkə vətəndaşlarının qəlbində böyük yerə sahibsiz,öz gözəl ürəyinizlə…❤️Allah daima ürəyinizə görə versin böyük ürəkli,xeyirxah insan!
Əsl və saf sevginin hələ də var olduğunu nostalji hisslərlə və duyğularla bizə musiqi ilə ötürən Ayaz Babayev❤Yaxşıkı siz🥳Uğurlarınız bol olsun…Yolumu yoluna yönəldən ifadəsi daha çox diqqətimi çəkir və mən öz fikrimdə belə düşünürəm ki, Rəbbimiz əsl sevənləri hər daima qovuşdurur və həmin insanı qəlbimizdə saf və gözəl hisslərlə sevirik və Allaha şükür edirik ki,yaxşıki həmin insanla qarşılaşdıq, Tanrı yolumu yoluna yönəltdi…🙏🏻❤️🔥
Mahnı başlayan kimi bütün bədən oynamağa başlayır 😅😅👏👏 Человек -зажигалка, человек -позитивная энергия!!!👏👏👏👏❤️❤️❤️💥💥💥✨
Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.