Kabus - Məhbus

Поделиться
HTML-код
  • Опубликовано: 5 фев 2025
  • Music by Kabus performing "Məhbus". © 2019
    Mix&mastering: Shahin Tayfun
    Facebook: / kabuspage
    Instagram: / kabus_official
    Yükləmə linki: / kabus-mehbus
    #freepoliticalprisoners
    Sözlər:
    Bütün beynimizi açıb töksək,
    Bizi qovarlar ölkədən,
    Əgər ancaq düzləri desək,
    Bizi qovarlar ölkədən.
    Sərhədlər öldürəcək bizi,
    Olacaq bu, var geci-tezi,
    Bəzən hər şeydən, hamıdan bezib,
    Deyirsən ki, gedəsən ölkədən.
    Elə bil donuruq, bürünüb boza,
    Biri gərəkdi bu yuxunu yoza,
    Bəzən istəyirsən ki, olub pozan,
    Bütün bozları siləsən ölkədən.
    Şəhər dağılır, dedilər qurular,
    Bizi batırır, dedilər-qodular,
    Görəsən, arzularım çin olar,
    Əgər sadəcə diləsəm ölkədən?
    Bizi vətəndən soyudan,
    Adamların qolumuza qandal vurar,
    Söylə, bəs sənin sonun necə olar,
    Əgər hamı nifrət eləsə ölkədən?
    Bütün beynimizi açıb töksək,
    Bizi qovarlar ölkədən,
    Əgər ancaq düzləri desək,
    Bizi qovarlar ölkədən.
    Fərqlənmək günahdı, dillənmək cinayət,
    Bəs hanı ədalət?
    Ona heç kim vermir zəmanət,
    Gör geriyə nə qalıbdı ölkədən?
    Yalanlar yağır yağış kimi,
    Yaltaqlıq indi yarış kimi,
    Dul qadına olan baxış kimi,
    Fikirlər nələr alıbdı ölkədən?
    İnsanlar ikiyə bölünməz,
    Bəzən sadəcə olurlar dözülməz,
    Neçələri deyiblər görülməz,
    Və sadəcə dadırlar ölkədən.
    Bəlkə də düzü qoyub səhvi tutanı sevək,
    Görək utanırmı bəyəm?
    Zaman uzanırmı məgər susanda?
    Belə olma, dillən ayıbdı ölkədən!

Комментарии • 76