Şeir Mənim Üçün - "Ramiz Rövşən Həftəsi" 28.03.2022

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • Aparıcılar: Xəzər Süleymanlı
    Kamal Yaşar
    Şeir Mənim Üçün...
    Sizi söz və səsin vəhdətini dinləməyə dəvət edirik. Xəzər Süleymanlı və Kamal Yaşarın təqdimatında həftəiçi hər gün, saat 20:00-21:00 arası Radio Space 104FM-də şeirlər sizin üçün səslənəcək !
    Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Bakı) - şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019).
    Həyatı
    Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992-2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.
    Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
    2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.
    Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir (2019).
    Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.
    Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
    Yazıçı Yaşar Əliyevin qardaşıdır.
    Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.
    #SpaceRadio #RamizRovshenHeftesi

Комментарии • 14

  • @y.a.3800
    @y.a.3800 2 года назад +3

    Nə çoxmuş dünyanın yüku;
    Sevgisi yük, nifrəti yük...
    Görüşəndə _söhbəti yük
    Ayrılanda_həsrəti yük.....🥀
    Ramiz Rövşən

  • @Lady-j5k
    @Lady-j5k 2 года назад +1

    Ne qeder sevindim, bu verilişi ilk izledimdiyinden.. Uğurlar olsun. Ramiz Rövşen edebi dünyamızın felsefi Şairi.

  • @nahidismayilov9910
    @nahidismayilov9910 2 года назад +2

    Bravoooooo,ən sevdiyim şairlerden biri ve birincisi Ramiz Rövşən ;Allah hamınıza can sağlığı versin 🤲🧿

  • @kamalabagirova5289
    @kamalabagirova5289 2 года назад +2

    Kamal bəyin səsində Həsən Əblucun səsini duyuram şanki.. Çox sağ olun zövq alıram verilisinizdən ❤️☺️

  • @xaqaniqasmov8350
    @xaqaniqasmov8350 2 года назад +1

    ZƏMANƏMİZİN DAHİSİ, SÖZ USTASI

  • @kamalyashar5491
    @kamalyashar5491 2 года назад +7

    Əziz dinləyicilər, bayram fasiləsindən sonra yenidən xoş gördük!)

  • @shriyarqafarzad4386
    @shriyarqafarzad4386 2 года назад +1

    Allah razı olsun bütün yaradıcı heyətindən. Bütün günün yorğunluğunu sizin bir saatla unutmaq olur. Bütün gün işlək olan ruh dincəlir, göz sükuta dalır, bədən aramlayır, çırpınan ürək aram aram döyünür və Xəyalın iş saatı başlayır sizə qulaq asanda.

  • @nijat0121
    @nijat0121 2 года назад +2

    Əla

  • @ilhameabdulayeva7802
    @ilhameabdulayeva7802 2 года назад +2

    Bomba shairdi . Ele bil ele sizi yashdadi .

  • @YAQUBYOLCUYEV
    @YAQUBYOLCUYEV 4 месяца назад

    Салам Гозел Достлар!
    Сизлерден бир хаиш едим; - Билирсизсе, фантазияйнан фелсефенин фергини иззах едердиз.
    Буну билмек чох вачибди чемиййетимиз учун.

  • @gonulxalil1074
    @gonulxalil1074 2 года назад +2

    sizdən bir xayişim olacaq xayış edirəm səməd vurğun haqqında danışında

    • @kamalyashar5491
      @kamalyashar5491 2 года назад

      Səməd Vurğuna həsr olunan ayrıca həftəolacaq əlbəttə ki.