Ata haqqında şeir

Поделиться
HTML-код
  • Опубликовано: 21 авг 2019
  • SƏN DEYƏN KİMİ
    Atacan, qürurum polad kimidi,
    Özüm də dəmirəm, sən deyən kimi.
    Çətinə düşəndə namərd önündə,
    Qəddimi əymirəm, sən deyən kimi.
    Aşiqi olmuşam qara gözlümün,
    Şəkəri olmuşam şirin sözlümün.
    Nə bir kimsəsizin, nə bir məzlumun,
    Qəlbinə dəymirəm, sən deyən kimi.
    Özümü dost üçün atardım oda,
    Əlimi bal etdim gəlmədi dada.
    Nə yaxın dostuma, nə də ki yada,
    Sirrimi vermirəm, sən deyən kimi.
    Vaxt olub namərdə qor göstərmişəm.
    Başına dərd açan tor göstərmişəm,
    Bəzən, həyasıza zor göstərmişəm,
    Üzünə gülmürəm, sən deyən kimi.
    Lənət söyləmişəm şeytan, iblisə,
    Meylimi salmışam qoşma, təcnisə.
    Nə bir xanimanə, nə bir məclisə,
    Dəvətsiz getmirəm, sən deyən kimi.
    Girib söz bağına bəzən azıram.
    Qələmlə, varaqla qəbir qazıram.
    Baxma ki, şairəm, şeir yazıram.
    Söz deyə bilmirəm sən deyən kimi.

Комментарии •