Küçələrdən Yığıb Daşıyırlar - İnsanların 90%-i Bu Bitkinin Faydalarından Xəbərsizdir

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • #BirBax #xalqtəbabəti #
    Bu bitkinin insan üçün inanılmaz faydalarının olduğunu bilirdinizmi? Əksər insanın görünüşü və rənginə görə sevdiyi bu bitki sən demə xalq təbabətində uzun illərdir dərman vasitəsi kimi istifadə edilir. Bəli, bu gün Bir Bax kanalında bi bitkinin təbabətdə istifadə edilən effektiv reseptlərindən danışacam. Videonu sona qədər izləməyi unutmayın, çünki sonda bitkilərin əks təsirləri haqqında da məlumat verəcəm.
    Dəyərli zləyicilərim, sualım sizədir. Bu bitkidən sizdə varmı? Ondan heç dərman vasitəsi kimi istifadə etmisizmi? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Mən də bitkinin faydalarından danışım.
    El arasında hər kəsin Məxmər gülü kimi tanıdğı bu bitki Mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Bitkinin vətəni əslində Amerikadır. Lakin 17-ci əsrdə Amerikadan İspaniyaya gətirildiyi üçün sonradan Avropa ölkələrinə yayılıb.
    Məxmər gülünün insan orqanizminə faydaları
    Bitkini faydalı edən onun qurdqovucu, həzmə kömək edən, sidikqovucu, sakitləşdirici və mədə üçün ağrıkəsici özəlliyidir. Həmçinin bitki ekzemanı müalicə etmək hünərinə də malikdirlər. Məxmər gülü müalicə vasitəsi kimi qəbul edildikdə görmə qabiliyyətini artırır, göz ağrılarını və revmatizmi azaldır. Rus adət-ənənələrində ailədə sağlamlıq və firavanlıq simvolu kimi çoxdan yerini alıb. Adətən, rusların ənənəvi bal bayramında, kilsələrdə məxmər gülünün dəstələrinə dualar oxunur, sonra gələn ilədək müalicə məqsədi ilə evdə saxlanır. Lakin bu bitkinin bəzi növləri, tibbi məqsədlər üçün istifadə edilmir. Kiçik çiçəkli olanlar, cır növləri efir yağları və vitaminlər baxımından daha zəngindir.
    Sadə vasitələr: Bu bitkilərin əlvan rəngli, xoş ətirli çiçəklərindən hazırlanan vasitələr soyuqdəymə zamanı, qurdların tökülməsində orqanizmə kömək edir. Həmçinin, orqanizmi vitaminlərlə təmin edir və sidikqovucu təsirə malikdir. Lakin bir şeyi vurğulamalıyam. Bu bitkini hər kəs istifadə edə bilməz. Əgər istifadə edəcəksinizsə, mütləq həkimlə məsləhətləşsiniz, daha doğru olar.
    1. Şəkərli diabet zamanı. 50 ədəd qəhvəyi və ya tünd-narıncı rəngli çiçək, 500 ml yüksək keyfiyyətli spirt lazımdır. Çiçəkləri bir qaba qoyun, üstünə spirt tökün, qaranlıq yerdə 1 həftə saxlayın. Vaxtaşırı qabı silkələmək lazımdır. Alınan qarışımı süzün, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edin. Bu dərman vasitəsi, xüsusilə, diabetin ilkin mərhələlərində təsirli olur. Şəkərli diabetin daha ağır hallarında da qanda şəkərin səviyyəsini azalda bilir. Şəkərli diabet zamanı toxumlu çiçəkləri xırda doğrayıb qaynar su ilə dəmləmək də köməyə çatır. Gündə 4 dəfə, hər dəfə 50 ml olmaqla içilən dəmləmə pankreatit tutmalarına da faydalıdır. Hər 2 saatın tamamında 1 xörək qaşığı içməklə pankreatit ağırlaşmalarının qarşısını almaq mümkündür;
    2. Mədəaltı vəzi xəstəlikləri zamanı. 1 orta ölçülü çiçək götürün, əzin, üzərinə 200 ml qaynar su tökün və yarım saat saxlayın. Sonra alınan qarışımı süzün, ən azı, 2 həftə ərzində qida qəbulundan asılı olmayaraq, gündə 4 dəfə, hər dəfə 50 ml qəbul edin;
    3. Pullu dəmirov zamanı. 8 çiçək və 4,5 stəkan qaynar su lazımdır. Çiçəklərin üzərinə 4 stəkan qaynar suyu tökün. Vam odda 5-7 dəqiqə saxlayın. Sonra süzün və qalan kütləyə yarım stəkan qaynar suyu əlavə edin. Yenidən qaynadın. Yaranan qarışım təkrar süzülür və birincisi ilə qarışdırılır. Bu dəmləməni gündə 3 dəfə, yeməkdən əvvəl 3 stəkan olmaqla içirlər. Müalicə müddəti 1 aydır. 7-10 gün ara verildikdən sonra, müalicə kursu təkrarlanır. Bu vasitə pullu dəmirovla yanaşı, vitiliqo, neyrodermatit, həmçinin, görmə zəifliyi və şiddətli saç tökülməsi üçün losyon və kompreslər şəklində istifadə edilə bilər;
    4. Oynaqların iltihablanması zamanı. 1 xörək qaşığı çiçəyi 250 ml qaynar suya əlavə edin, odun üstünə qoyun, qaynadın. Sonra cuna ilə süzün. Dəmləməni gündə 3 dəfə yeməkdən əvvəl, hər dəfə 200 ml olmaqla qəbul edin. Kursun müddəti 3 aydır, bundan sonra 20 günlük fasilə verilir. Lazım gələrsə, kurs təkrarlanır;
    5. Qaraciyəri təmizləmək üçün. 8 çiçəyin üzərinə 1 litr qaynar su tökülür. Vam odda qaynadıldıqdan sonra süzülür. Kütlənin üzərinə yenidən 750 millilitr qaynar su tökülür, təxminən, 5-6 dəqiqə qaynadılır və sonra süzülür. Birinci və ikinci dəmələmələr qarışdırılır, yenidən süzülür. Alınan məhluldan gündə 2 dəfə, hər dəfə 1 stəkan olmaqla yeməkdən 10-15 dəqiqə əvvəl qəbul edin. Müalicə kursu 1 aydır. Sonra 1 həftəlik fasilə edilir, ardınca kurs təkrarlanır;
    6. Görmə qabiliyyətinin yaxşılaşması üçün. Məxmər gülü görmə qabiliyyətini yaxşılaşdırmağa yönəlmiş bioloji əlavələrin bir hissəsi ola bilər. Bitkilərin tərkibində olan karoten və lutein maddələri kataraktın yaranmasının qarşısını alır. Göz problemlərinin həcmini azaltmaq üçün hər gün 3 çiçək yemək məsləhət görülür;
    7. Qaşınma zamanı. Dərinin qıcıqlanmasını aradan qaldırmaq və gicişməni yox etmək üçün mürəkkəbçiçəklilərdən hər hansı birini dəmləməyə tələsin;

Комментарии • 19

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 4 месяца назад +5

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN

  • @kovakadini88
    @kovakadini88 4 месяца назад +1

    Teşekkürler ♥️! ✨✨🙏✌️

  • @kovakadini88
    @kovakadini88 4 месяца назад +1

    Çox Sağol Ay Gözəl Qız ♥️🥰🌹🍀✨✌️

  • @BƏXTİYARCəfərov-u4e
    @BƏXTİYARCəfərov-u4e 4 месяца назад +2

    Çox faydalı məlumatdı

  • @asifesgerov3284
    @asifesgerov3284 4 месяца назад +2

    Cox sag olun.Gözəl vidiolarcùn.

  • @NigarYusif1517
    @NigarYusif1517 4 месяца назад

    Bu bitgiyə məxmər güle deyirik qapıda gül kimi əkirik heç dərman kimi istifadə eləməmişik

  • @ГаджарАбиева
    @ГаджарАбиева 4 месяца назад +2

    Чох ❤саголун дузкун мелуматландырдыгыныз коре миннетдарыг ❤🙌🙏👏👏👏

  • @asifhemidov4270
    @asifhemidov4270 4 месяца назад

    Gözəl izaha görə hər zamanki kimi təşəkkürlər 🙏🙏🙏

  • @telmanwabanov9792
    @telmanwabanov9792 4 месяца назад +2

    ilk sag olun

  • @firengizferemez1688
    @firengizferemez1688 4 месяца назад

    Bəli mən istifadə etmişəm elə indi də istifadə edirəm.Qurudub canını dəmləyib içirəm xeyri olur

  • @adileismayilova4533
    @adileismayilova4533 4 месяца назад

    Bu bitki heyetlerde etdiyimiz chichek deyilmi he mexmer gülü

  • @birgun5393
    @birgun5393 4 месяца назад +2

    salam bu gülün qoxusun heç sevmirəm

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Necədir qoxusu?

    • @Heyatqisa
      @Heyatqisa 4 месяца назад

      ​@@birbaxkanalCox keskin qoxusu var Amma Cox Faydalidir ayaqqlari bu cicekle Vanna edende tam sagalir kurs uc ay hefdede 3 gun (gun asiri edilmelidi)

    • @shahinqummatov7911
      @shahinqummatov7911 4 месяца назад

      ​@@Heyatqisaayaqlarda hansi xestelik olanda ?