Almaz Ələsgərlinin qızı şirkət açdı, Günel nikahdankənar uşağından danışdı

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
    MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. O qeyd edib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.
    -----------------------+
    Müğənni Emil Bədəlovun qızı Zeynəbin 1 yaşı tamam olur.
    Axşam.az xəbər verir ki, ifaçı qızının şad gününü şəhər restoranlarından birində qeyd edib.
    Məclisə dəvət olunan şou-biznes nümayəndələri doğum günündən fotoları sosial şəbəkədə paylaşıblar.
    Qeyd edək ki, Emil xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəlidir. Cütlüyün 5 yaşında Səadət adlı qız övladı da var.
    -------------+
    Müğənni Elnarə Xəlilova uzun fasilədən sonra İnstaqram səhifəsində yeni fotolarını paylaşıb.
    Axşam.az-ın məlumatına görə, sənətçi 263 minlik İnstaqramında yayımladığı fotosuna “Darıxmışdız?” qısa şərhini yazıb.
    Hər zaman geyimləri müzakirə edilən Xəlilovanın bu dəfə bədən quruluşu diqqət çəkib. Elnarənin xeyli arıqlaması gözdən qaçmayıb.
    Sənətçi bundan əvvəl dəfələrlə idman zamanı lentə alınan görüntülərini izləyiciləri ilə paylaşmışdı.
    ---------------+
    Müğənni Elvin Abdullayev ikinci dəfə ata olub.
    Axşam.az-ın məlumatına görə, ifaçının oğlu dünyaya gəlib. Körpə bu gün səhər doğulub. Elvinin həyat yoldaşı Afət və uşaq özünü yaxşı hiss edir.
    Qeyd edək ki, Elvin və Afət cütlüyünün Tuncay adlı bir oğlu da var.
    -----------------+
    Müğənni Günel Ələkbərova nikahsız övlad dünyaya gətirməsinə münasibət bildirib.
    Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "10-dan sonra" verilişində danışıb. O, aparıcı Yusif Ağayevin "Övladın haqda çox söhbətlər gəzdi. Nikahsız uşaq dünyaya gətirdin" sözlərinə belə cavab verib:
    "Allaha şükür olsun ki, hər şey yaxşıdır. Mənə görə heç kim narahat olmasın. Qızımın anası da, atası da yanındadır. Ən azından bunu dostlarım bilir".
    -------------+
    Əməkdar artist Almaz Ələgərlinin qızı Əminə iş xanımı olub.
    Axşam.az-ın məlumatına görə o, səyahət şirkəti açıb. Bu haqda A. Ələsgərli özü xəbər yayıb. O, qızını təbrik edərək, ona uğurlar arzulayıb.
    Qeyd edək ki, müğənninin Mədinə adlı daha bir qızı var. Mədinə İsveçdə yaşayır və çalışır.
    -------------+
    Ana olmağa hazırlaşan rəqqasə və aktrisa Oksana Rəsulova sənət dostlarının arxiv görüntülərini yayıb.
    Publika.az xəbər verir ki, 35 yaşlı rəqqasə yeni-yeni tanınmağa başladığı dövrdə Rəhim Rəhimli, əməkdar artist Röya Ayxan, ABD Malik, Elnarə Xəlilova və Natavan Həbibi ilə çəkdirdiyi şəkillərini instaqramda paylaşıb.
    Bu şəkillərin O.Rəsulova burnunu əməliyyat etdirməzdən əvvəl çəkilməsi diqqətdən yayınmayıb.
    ----------+
    Rusiyada yaşayan azərbaycanlı aktrisa özünə ər axtarır.
    BAKU.WS xəbər verir ki, bu, son aylar zorlanma xəbərləri ilə gündəmə gələn aktrisa Fatimə Abasquliyevadır.
    O, bu barədə "İnstagram" səhifəsində ərə getmək istədiyini elan edib:
    "Mənə çox xoşdur ki, mən gül kimiyəm və arılar mənə qonur. Ancaq ən yaxşısı və yeganə olanı bal alır. Bunu əməllərilə, qayğıkeşliyilə və hörmətilə nümayiş etdirmək lazımdır. Zəngin, cəsur, xeyirxah ər axtarıram. Sadəcə başqasının mənə gücü çatmaz".
    Xatırladaq ki, Fatimə Abasquliyeva Azərbaycanda doğulub. Atası yazıçı, anası skripka ifaçısıdır. 15 yaşında “Miss Azərbaycan” tacına layiq görülən Fatimə, 17 yaşında iki nominasiyada “Qızıl mikrafon” musiqi mükafatının qalibi olaraq estradaya gəlib. Müxtəlif kliplər çəkdirir, şou baletlər təşkil edir. 19 yaşında Moskvaya gəlir, Moskva teatr sənəti institutuna daxil olub.
    Fatimə 12 əvvəl “U Nikitinskix vorot” teatrının rəhbəri Mark Rozovski tərəfindən zorladığını açıqlayaraq yenidən gündəmə gəlib. Onun sözlərinə görə, bu hadisə o, tələbə olanda baş verib. Aktrisa rejissorun cəzalandırılmasına nail olmaq üçün məhkəməyə müraciət edib. 80 yaşlı Rejissor Rozovski isə ittihamı rədd edib.

Комментарии • 14