Bura vətəndir - Ləzgilər - 05.04.2021

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • “BURA VƏTƏNDİR”- LƏZGİLƏR
    Ssenari müəllifi: Lütfi Nəzəroğlu
    Rejissor: Nəsimi Əliyev
    Azərbaycanın qafqazdilli etnosları arasında özünəməxsus tarixi, mədəniyyəti və adət-ənənəsiylə seçilən ləzgilər- əsrlər boyu Azərbaycan xalqı ilə sülh və qardaşlıq şəraitində yaşayıblar.
    Azərbaycanda yaşayan ləzgilərin mədəniyyət,adət-ənənə və məişət həyatında- əsrlər boyu qarşılıqlı ünsiyyətdə olub,sıx qohumluq, qonşuluq telləri ilə bağlandıqları Azərbaycan türklərinin təsirini görməmək mümkün deyil.Bununla yanaşı, ləzgilər- bir etnos kimi özlərinə məxsus milli ənənələrini, məşğuliyyət formalarını və digər başqa həyat tərzlərini də qoruyub saxlayıblar.
    Ləzgilərdən danışarkən,yolu bu bölgəyə düşən hər kəsin yan keçə bilmədiyi bir məkan yada düşür,Qanlı dərə.. Quba-Qusar bölgəsində yaşayan digər xalqlarla yanaşı,igid, döyüşkən ləzgi oğullarının da qanlarının bir-birinə qarışdığı müqəddəs bir məkan..
    1918-ci ildə,Bakı Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə,ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə Quba qəzasına göndərilir.Erməni generalı Hamazasın rəhbərlik etdiyi bu hərbi dəstə-həmən ilin yanvar-may aylarında Quba qəzasında 16 mindən çox insanı məhv edir.İnsan qanına susamış düşmən- silah-sursat sarıdan nə qədər güclü olsa da, yerli əhali- əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər,yəhudilər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurlar.
    Ləzgi yeməklərin başında duran və ləzgilərin “milli iftixar rəmzi” olan ləzgi çörəyi, uzun əsrlərdir öz bişirilmə texnologiyasının mükəmməlliyi ilə,bu çörəyin dadına baxanları heyrətə gətirməkdə davam edir.Ləzgi çörəyinin dadı, onun gözəl forması, ovulub tökülməməsi, bununla da itkiyə yol verilməməsi, bişirildikdən sonra uzun müddət keyfiyyətini itirməməsi heç kəsə sirr deyil. Lavaşların üstünün lələklənərək bişirilməsi ləzgi çörəyinin özəlliklərindən sayılır.Bu çörəyin əsas özəlliyi isə,onun хьар adlanan, Azərbaycan dilində “xhar” kimi səslənən ləzgi ocağında bişirilməsidir.
    Ləzgilərin rəqsə olan münasibətini heç nə ilə müqayisə etmək mümkün deyil.Lakin,bu etnosların çoxsaylı rəqsləri arasında məhz “ləzginka”nı- ləzgilərin “vizit vərəqəsi” adlandıranlar yanılmayıb.
    Azərbaycanlılar kimi, ləzgilərin də ailə məişət həyatında tarixən patrialxal münasibətlər üstünlük təşkil edib.Belə ki, ata ailənin həm maddi, həm də mənəvi başçısı sayılıb.Ailənin gəlir-çıxarı, dolanışığı, bir sözlə, idarə edilməsi atanın üzərinə düşüb.
    Ümumiyyətlə,Azərbaycanda yaşayan ləzgilərin, istər maddi-mənəvi,istərsə də digər ailə-məişət həyatlarında azərbaycanlılarla eynilik təşkil etməsi bu xalqların eyni tarixi köklərə söykənib,eyni dinə mənsub olmalarından irəli gəlir.
    / ictimai.tv
    / ictimaitv.official
    itv.az/
    #İTV
    #Buravətəndir
    #Ləzgilər
    #ictimaitv #video #televiziya #baku #videolar #itv

Комментарии • 123