MƏĞLUBEDİLMƏZ AZƏRBAYCANLI ÇEMPİON

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Sponsorluq, Reklam və İş təklifləri üçün;
    / farahimgasim (DM)
    / blnm_yengercekler (DM)
    ferahim1453@gmail.com (e-mail)
    Hidayət Minayət oğlu Heydərov 27 iyul 1997-c ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçaydandır. Hidayətin üç yaşı olarkən ailəsi Bakıya köçüb. Balaca vaxtlarından aktivliyi ilə seçilən, idmana marağı olan çempionumuz altı yaşında olarkən cüdoya başlayır. Onun ilk müəllimi Tərlan Həsənov olur. Əzmkarlığı ilə diqqət çəkən Hidayət tezliklə cüdoda uğur qazanmağa başlayır. O, 2008-ci ildə Bakı çempionluğunu, bir il sonra isə Azərbaycan çempionluğunu qazanır. 60 kq çəki dərəcəsində iki dəfə Azərbaycan çempionluğunu əldə edən yeniyetmə idmançının ayağı bundan sonra beynəlxalq arenaya açılır. 2010-cu ildə Tbilisidə keçirilən beynəlxalq turnirdə ikinci yerə çıxan Hidayət, növbəti il Ankarada keçirilən Avropa kuboku uğrunda turnirdə birinci yeri tutur. 2012-ci ildə Hidayət, yeniyetmələrdən ibarət Azərbaycan yığmasına dəvət alır. Antalyada yeniyetmələrin Avropa kubokunda yarışan Hidayət turniri birinci pillədə başa vurur. Hidayət Heydərov, sonradan yarışlara 73 kq çəki dərəcəsində qatılır. Hansı ki bu çəkidə Elnur Məmmədli, Rüstəm Orucov kimi idmançılar böyük uğurlar əldə edib, olimpiya oyunlarında medal qazanıblar. Hidayət hazırda dördqat Avropa çempionudur. O, qitə birinciliyində iki bürünc, bir gümüş əldə etməyi də bacarıb. Abu-Dabidəki dünya çempionatı boyu Hidayət gərgin mübarizədə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Finalda isə o, hazırkı Asiya çempionu, yaponiyalı Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki, vazari xalı ilə önə keçib. Lakin Hidayət təslim olmayıb. Əzmkarlıq göstərən idmançımız vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib və Abu-Dabidə Azərbaycan bayrağını dalğalandırıb.
    Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!

Комментарии • 3

  • @rasimsdullayev398
    @rasimsdullayev398 Месяц назад +3

    👏🏻👏🏻👍🏻✌🏻🇦🇿🇦🇿🇦🇿

  • @elzadeliyeva5038
    @elzadeliyeva5038 Месяц назад +2

    🇦🇿🤘🤘♾️🤘🤘🤘