Quvvətsən qəlbimə,gücsən qoluma, Məhəbbət saçırsan sağım,soluma. Mənim cığırıma, mənim yoluma, Daim işıq saçan,nur olan Dəhnəm. Mənə məbəd olan,pir olan Dəhnəm. Göynər səndən ötrü burnumun ucu, Sənsən harda olsam başımın tacı, Rəbbim yaşatmsın sənə bir acı, Acısı,şirini bir olan Dəhnəm. Mənə məbəd olan,pir olan Dəhnəm. İlahi eşqimsən bu yer üzündə, Paklıq var,saflıq var yolun,izində. Parlarsan Məmmədin dolan gözündə, Sevgisi qəlbimdə gur olan Dəhnəm. Mənə məbəd olan,pir olan Dəhnəm.
Gözəl Dəhnəmiz Sən marağında, Mən sorağında. Yol qırağında, Gözəl Dəhnəmiz. Üstü dağ-dərə. Dolar bənd-bərə, Axar çöllərə. Gözəl Dəhnəmiz. Yolları torpaq, Qızmar od-ocaq Sevər dost,qonaq, Gözəl Dəhnəmiz. Sübh sökülər dan, Bəmbəyaz hər yan. Hamı mehriban. Gözəl Dəhnəmiz. Gələr bahar,yaz Hər yan edər naz. Dildə xoş avaz, Gözəl Dəhnəmiz. Açar yasəmən, Quşlar ötər şən. Gülər çöl - çəmən, Gözəl Dəhnəmiz. Cücərər seyrək, Göyərti lək- lək. Təndirdə əppək, Gözəl Dəhnəmiz. Halal ruzulu, Qoyun quzulu. Ən xoş arzulu, Gözəl Dəhnəmiz. Bölüşmək adət. Bol hörmət,izzət. Fəxr edir Məmməd. Gözəl Dəhnəmiz.
Yazdı gələn Dəhnəyə Sevgi qucaq-qucaqdı, Ömür sürməli çağdı. Çox qalmayan qonaqdı, Yazdı gələn Dəhnəyə. Nazdı gələn Dəhnəyə. Püştə-çəpər qupquru, Su çaylaqda dupduru Yayxanıb naxır,sürü, Yazdı gələn Dəhnəyə. Nazdı gələn Dəhnəyə. Yaşıl geyir təpə,dağ, Çiçək açır hər budaq. Mahnı deyir dil-dodaq, Yazdı gələn Dəhnəyə. Nazdı gələn Dəhnəyə. Kənd yatıb sakit gecə, Çıxarıbdır kürt cücə. Deyir xalı cüt cücə, Yazdı gələn Dəhnəyə. Nazdı gələn Dəhnəyə. Çinar boyun şax tutar. Cavanlar qurşaq tutar. Məmməd də soraq tutar. Yazdı gələn Dəhnəyə. Nazdı gələn Dəhnəyə.
Quvvətsən qəlbimə,gücsən qoluma,
Məhəbbət saçırsan sağım,soluma.
Mənim cığırıma, mənim yoluma,
Daim işıq saçan,nur olan Dəhnəm.
Mənə məbəd olan,pir olan Dəhnəm.
Göynər səndən ötrü burnumun ucu,
Sənsən harda olsam başımın tacı,
Rəbbim yaşatmsın sənə bir acı,
Acısı,şirini bir olan Dəhnəm.
Mənə məbəd olan,pir olan Dəhnəm.
İlahi eşqimsən bu yer üzündə,
Paklıq var,saflıq var yolun,izində.
Parlarsan Məmmədin dolan gözündə,
Sevgisi qəlbimdə gur olan Dəhnəm.
Mənə məbəd olan,pir olan Dəhnəm.
Gözəl Dəhnəmiz
Sən marağında,
Mən sorağında.
Yol qırağında,
Gözəl Dəhnəmiz.
Üstü dağ-dərə.
Dolar bənd-bərə,
Axar çöllərə.
Gözəl Dəhnəmiz.
Yolları torpaq,
Qızmar od-ocaq
Sevər dost,qonaq,
Gözəl Dəhnəmiz.
Sübh sökülər dan,
Bəmbəyaz hər yan.
Hamı mehriban.
Gözəl Dəhnəmiz.
Gələr bahar,yaz
Hər yan edər naz.
Dildə xoş avaz,
Gözəl Dəhnəmiz.
Açar yasəmən,
Quşlar ötər şən.
Gülər çöl - çəmən,
Gözəl Dəhnəmiz.
Cücərər seyrək,
Göyərti lək- lək.
Təndirdə əppək,
Gözəl Dəhnəmiz.
Halal ruzulu,
Qoyun quzulu.
Ən xoş arzulu,
Gözəl Dəhnəmiz.
Bölüşmək adət.
Bol hörmət,izzət.
Fəxr edir Məmməd.
Gözəl Dəhnəmiz.
Yazdı gələn Dəhnəyə
Sevgi qucaq-qucaqdı,
Ömür sürməli çağdı.
Çox qalmayan qonaqdı,
Yazdı gələn Dəhnəyə.
Nazdı gələn Dəhnəyə.
Püştə-çəpər qupquru,
Su çaylaqda dupduru
Yayxanıb naxır,sürü,
Yazdı gələn Dəhnəyə.
Nazdı gələn Dəhnəyə.
Yaşıl geyir təpə,dağ,
Çiçək açır hər budaq.
Mahnı deyir dil-dodaq,
Yazdı gələn Dəhnəyə.
Nazdı gələn Dəhnəyə.
Kənd yatıb sakit gecə,
Çıxarıbdır kürt cücə.
Deyir xalı cüt cücə,
Yazdı gələn Dəhnəyə.
Nazdı gələn Dəhnəyə.
Çinar boyun şax tutar.
Cavanlar qurşaq tutar.
Məmməd də soraq tutar.
Yazdı gələn Dəhnəyə.
Nazdı gələn Dəhnəyə.