Fuad İbrahimli - Gözüm Yaşla Dolmasınmı?!

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • Fuad İbrahimli tərəfindən "Gözüm Yaşla Dolmasınmı?!" parçasının ifası.
    Fuad İbrahimliyə RUclips-da abunə ol: mikpro.az/fibr...
    Bəstəkar: Emin Sabitoğlu
    Söz: Nigar Rəfibəyli
    Fuad İbrahimlini sosial şəbəkələrdə izlə:
    Instagram: mikpro.az/fibr...
    Facebook: mikpro.az/fibr...
    Telegram: mikpro.az/fibr...
    TikTok: mikpro.az/fibr...
    Genius: mikpro.az/fibr...
    Fuad İbrahimlini rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/fibr...
    Sözlər:
    Dağları duman alanda,
    Gözüm yollarda qalanda,
    Yadıma səni salanda,
    Gül yanağım solmasınmı?
    Gözüm yollarda qalanda
    Yadıma səni salanda
    Gül yanağım solmasınmı?..
    Əsən yellər, əsən yellər
    Sevgilimdən mənə xəbər...
    Solanda narın çiçəklər
    Gözüm yaşla dolmasınmı?..
    Dolmasınmı, yar?..
    Bu yerlərdən keçməz oldu
    Dost, düşməni seçməz oldu
    Eşqinə and içməz oldu
    Könlüm xarab olmasınmı?
    Mən niyə baxıram yollara yenə?
    Sən ki bu yollardan dönən deyilsən
    Bir zaman qoymazdın ürəyim yana
    İndi bir dərdimi bilən deyilsən, deyilsən, deyilsən
    İnsan baş çıxarmaz bəzən özündən
    İnciyər dostunun acı sözündən
    Mən çox ağlasam da, Sənin üzündən
    Sən ki, göz yaşımı silən deyilsən.
    Əsən yellər, əsən yellər
    Sevgilimdən mənə xəbər
    Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2020
    Etiketlər:
    #Fuadİbrahimli #GözümYaşlaDolmasınmı #mikpro

Комментарии • 288

  • @PianobyVN
    @PianobyVN 4 года назад +467

    *Əziz Fuad. Bu musiqini bu gün mən də öz kanalım da paylaşacaqdım.Sən məni qabaqladın. Ona görə bu gözəl ifaya görə sənə təşəkkür etmək istədim. və bir növ üzürxahlıq etmək istədim)*

    • @ferhadorucov7201
      @ferhadorucov7201 4 года назад +41

      Hər ikinizinifasi ürəklərimiz də taxt qurub təşəkkürlər

    • @periquliyeva5305
      @periquliyeva5305 4 года назад +15

      @@fuadibrahimli xaiş etsəm faiq suceddinov veten balladasini öyrənmək məqsədli çalarsan?

    • @periquliyeva5305
      @periquliyeva5305 4 года назад +11

      Faiq suceddinov veten balladasi çala bilərsiz?

    • @seawolf1983
      @seawolf1983 4 года назад +14

      Konkurensiya buna deyirlər, demək inkişaf var. Çalışın üstün performans göstərin bir-birinizə oxşaymayın. İkinizədə uğurlar

    • @eminhuseynli8794
      @eminhuseynli8794 3 года назад +11

      Her ikiniz gozel ifa edirsiniz. Ruhumuz dincelir size qulaq asanda. Ugurlar size

  • @namiqlkbrov1291
    @namiqlkbrov1291 4 года назад +152

    Heç kəsin gözü yaşla dolmasın...

  • @vicdanlbiri4522
    @vicdanlbiri4522 4 года назад +107

    ŞƏHİDLƏRİMİZİN RUHUNA OLSUN BU İFAA. Və Allahdan onların hər birinə ruhlarının şad olmasını diliyirəm CƏNNƏTLİK ŞƏHİDLƏRİM SİZİNLƏ BİR AZƏRBAYCANLI KİMİ FƏXR EDİRƏM

  • @aynurhuseynli8841
    @aynurhuseynli8841 4 года назад +73

    Mən çox ağlasam da, sənin üzündən,
    Sən ki, göz yaşımı silən deyilsən..💙
    Əllərinizə sağlıq✨

  • @NurlanaNH
    @NurlanaNH 4 года назад +102

    Olaram əsiri-möhnət, səni ağlayan görəndə,
    Qalaram sevincə həsrət, səni ağlayan görəndə.
    Nə ağıl qalar başımda, nə də nur olar gözümdə,
    Görərəm cahanı zülmət, səni ağlayan görəndə...
    Əşrəf Pirşağılı

  • @tan8576
    @tan8576 4 года назад +70

    Nə gözəl musiqi və nə gözəl sözlər.
    Nigar Rəfibəyli nə gözəl yazıb, Emin Sabitoğlu da gözəl bəstə edib. Çox sağ olun Fuad müəllim. Yorulmayasınız.

  • @ahmedov4982
    @ahmedov4982 4 года назад +101

    Bir vaxt seirlerimin olardi ardi
    Diesen qocalib seirlerimde
    Evveller ag kagiz bir qelem vardi
    Indise tek qalib qelem elimde
    “Ahmedov”

    • @zeynall7886
      @zeynall7886 4 года назад +19

      Bir vaxtlar sevirəmlər kəsilməz idi,
      Sənsizlik əzabdır, getmə deyərdi..
      İndi özü tərk etmiş, bitirmişdir eşqi
      Qırılan qəlbimdə köksümdə tək qalıb indi..
      Zeynallı

    • @abuhayataliyeva2519
      @abuhayataliyeva2519 4 года назад +7

      Sizlerinde elinize ureyinize sağliq artiq her ifanin yorumunda sizin serleri oxumağa alisdik 👏👏👍♥️ tesekkurler cox gozel

    • @Hemzeyeva_23
      @Hemzeyeva_23 4 года назад +10

      Bir vaxt üzümdə təbəssüm vardı,
      Diyesən çox gördü sevdiklərimde .
      Əvvəllər can deyib sevenler vardı,
      İndisə tek qaldim,həyat önündə.
      "Yaska"

    • @arzyvaa
      @arzyvaa 3 года назад +7

      Bir vaxtlar həyata vardı marağım,
      Sən demə elə buda mənasız imiş.
      Əvvəllər marağında olmuş olduğum
      Sən demə yox olub gedənlərdən imiş.)
      𝙰𝚛𝚣𝚞✰

    • @ramosomusbrawler305
      @ramosomusbrawler305 3 года назад +2

      Noo komment...

  • @abdullayevafatim8924
    @abdullayevafatim8924 4 года назад +28

    İfalarınızdan doymaq olmur. Əllərinizə sağlıq. Bütün musiqilərin birləşdiyi videonu endirə bilsək çoooox sevinərik

  • @medaturbo9899
    @medaturbo9899 3 года назад +11

    Teşekkürler Fuad Türkiyemden sevgiler
    Sözler:
    -----------------------------
    Dağları duman alanda,
    gözüm yollarda qalanda,
    yadıma seni salanda,
    gül yanağım solmasın mı?

    Gözüm yollarda qalanda
    yadıma seni salanda
    gül yanağım solmasan ma?

    Esen yeller, esen yeller
    sevgilimden mene xeber…
    Solanda narın çiçekler,
    gözüm yaşla dolmasın mı?
    gözüm yaşla dolmasın mı?
    Dolmasın mı, yar?

    Bu yerlerden kechmez oldu
    dost dushmeni sechmez oldu
    eşqine and içmez oldu
    könlüm xarab olmasın mı?

    Men niye baxıram yollara yene?
    sen ki bu yollardan dönen deyilsen
    bir zaman qoymazdın üreyim yana
    indi bir derdimi bilen deyilsen, deyilsen, deyilsen.

    İnsan baş çıxarmaz bezen özünden
    inciyer dostunun acı sözünden
    men çox ağlasam da, senin üzünden,
    sen ki, göz yaşımı silen deyilsen.

    Esen yeller, esen yeller
    Sevgilimden mene xeber…
    Solanda narın çiçekler,
    gözüm yaşla dolmasın mı?
    gözüm yaşla dolmasın mı?
    Dolmasın mı, yar?

  • @hesenoveltun8779
    @hesenoveltun8779 4 года назад +52

    İlk məhəbbət bu dünyanın adıdır
    İlk məhəbbət ömrümüzün dadıdır
    Amma sonu ayrılığa bağlıdır
    Axı niyə? Cavab verin, sevənlər.
    Nurəddin Mehdixanlı

    • @vuqarkamalov1106
      @vuqarkamalov1106 2 года назад +7

      Yaxşılar seçilməz yaman olmasa
      Arzular cücərməz güman olmasa
      Vüsal şirin olmaz,hicran olmasa
      Təsəlli tək tapır bunda sevənlər

    • @user-yn9dr5th5d
      @user-yn9dr5th5d 2 года назад

      Çoq gozəl 👌

  • @NurlanaNH
    @NurlanaNH 4 года назад +15

    Salam. Niye bele berk gedir bu? Secim yaxwidi. Amma, mence asta ritmle calinsaydi daha yaxwi olardi... Senin bu caldiqlarini bezen weirlerin fonunda istifade edirem. Weir qalir qiraqda musiqini soruwurlar menden... Sirazi deyirem kim calir... 😊 Beyenirler...

  • @elchinjr1907
    @elchinjr1907 4 года назад +27

    Piano yene danışır)

  • @gunaymayilova4410
    @gunaymayilova4410 4 года назад +111

    Şəhidlərimizə görə nə isə ifa etsəydiniz daha gözəl olardı.

    • @kamilmemmedli8320
      @kamilmemmedli8320 3 года назад +2

      😢😢😣

    • @sabahyeli6285
      @sabahyeli6285 3 года назад +21

      Gözlərimiz yaşla dolmadımı şəhidlərimiz üçün

    • @jalebagirova3817
      @jalebagirova3817 3 года назад +21

      Oynamali mahni olsa sozunuz tam yerine duwerdi.Allah wehidlerimize rehmet etsin.Ifa da cox gozel alinib.

    • @anarbagirov7999
      @anarbagirov7999 2 года назад +8

      Bu mahnı bəyəm oynamalıdı?

    • @kamranslimli4110
      @kamranslimli4110 2 года назад +13

      Vallah bizim millətin çoxunda var da) nə edirsən bəyənmirlər.Bu ki oynaq mahnı deyil.Çox gözəl əsərdi.

  • @nigaranar4236
    @nigaranar4236 Год назад +11

    Atasini itirmis, ve dinlerken gozu yasla dolan tek men deyilem yeqin.💔

    • @elvineminov9014
      @elvineminov9014 10 месяцев назад

      ALLAH rehmet elesin

    • @VasifHidayetov-zj6mw
      @VasifHidayetov-zj6mw 6 месяцев назад +1

      7 aydır 19 yaşlı oğlumu itirdim gözüm yaşla dolmasınmı 😢😢😢

  • @ferqanetagiyeva7764
    @ferqanetagiyeva7764 4 года назад +17

    Ağıllı oğlum halal olsun səninlə qürur duyuram Allah qorusun

  • @lmnlyamponcini1998
    @lmnlyamponcini1998 4 года назад +17

    Və yenə ""Ruhun adamı""əllərin dərd görməsin...qəlbimizi doldurdun❤️❤️❤️tam zamanında yenə❤️🎶🎶

  • @ilhamaigidova1918
    @ilhamaigidova1918 4 года назад +8

    Sen yadima duwende gözum yaşla dolmasinmi qizim??senin nakam ömrun meni aglatmasinmi??senin yarim qalan arzularin ömrun dusunende gözum yawla dolmasinmi??melanin cennet olsun qizim

  • @turkanalimova3017
    @turkanalimova3017 2 года назад +3

    Xahis edirem bunu da nece ifa etdiyinizi ouredesizzz

  • @yusiftagiyev9902
    @yusiftagiyev9902 4 года назад +10

    Şəhidlərimizə görə nəsə ifa edin qardas😞😞😞

  • @sanubarbabazadeh575
    @sanubarbabazadeh575 4 года назад +14

    Sadecd melodiyaya birinci defe idi ağlayırdım...

  • @sonaabdullaeva238
    @sonaabdullaeva238 4 года назад +36

    Dunyada Azan sesinen sonra en sevdiyis ses piano sesidi elerinize ureyinize sagliq Fuad bey👍👍👍👍👍

  • @Gün7296
    @Gün7296 4 года назад +21

    Insanin ruhu dincelir sanki..Ellerinize saglig..

  • @sokaklambas1544
    @sokaklambas1544 4 года назад +8

    Birgün dünya bizim olsun
    Eyni bərabər şəkildə
    Sevgilərin kimə necə forması olmadan
    "Birdən bilərlər" qorxusu olmadan -
    birgün dünya bizim olsun...
    Rənglərin qarışığında yaranan sevgilərin
    Topa tutulmadığı birgün də bəs edər
    Qadınların saçlarından tutulub
    Bir kənara atılmadığı birgün də bəs edər..
    Bəs edər mənim fikrimcə dənizin sahilində
    Sarılıb biri birimizə
    Deyə bilsək deyə bilmədiyimiz sözləri
    Yorulub biri birimizə..
    Səhərləri - keçmişin sorğu sualında ağlayan-
    Gecələri - başqasının qollarında gözlərini bağlayan
    Qırmızı çaxır düşkünü qadının intizarı ahı ahu-zarı
    Artıq sona çatsın məncə nə aşağı nə yuxarı-
    Birgün dünya bizim olsun..
    İçində hərgün lənət oxuyan gəncləri
    Görmək istəmirəm qucaqlayıb divarların künclərin
    Niyə sualına 7 ildir cavab tapa bilməyən bir adam kimi
    Əyləşirəm hər gecə həyatımla üz-üzə
    Özümə baxıram özümə yadam kimi...
    Rənglərin qarışığında göy qurşağı kimi
    Hələ 17 yaşında qız uşağı kimi
    Küçələrin bozu kimi
    Dənizin mavisi kimi
    İnsanların qarası ağı kimi
    Eyni bərabər şəkildə
    Birgün dünya bizim olsun..
    Çok sevdiğim bir Azerbaycanlı şairin şiiridir.. Notalar bana bunu hatırlatdı gerçekten çok güzel. Ellerinize sağlık.

  • @arzuehmedova3205
    @arzuehmedova3205 2 года назад +1

    Sizden cox xahiş edirem bu mahniya oyredici video cekin zehmet olmasa🤗🤗🤗

  • @eshq_qirintisi
    @eshq_qirintisi 4 года назад +8

    Unutmağa çalışdıqlarımız , heç vaxt unuda bilmədiklərimizdir...

  • @sahilamehman2160
    @sahilamehman2160 4 года назад +11

    Əlləriniz qızıldı Fuad bəy. Yenə ruhumuzu oxşadınız. ❤️

  • @mathildaaaa7
    @mathildaaaa7 Год назад +1

    Tək adamlıq idimi bu şəhər, sən gedincə bomboş qaldı?!

  • @xhdjjbdhdjfjuova3629
    @xhdjjbdhdjfjuova3629 4 года назад +10

    Салом ака 🇰🇬🙏👍 рахмат 🇰🇬🇰🇬👐 зор

  • @АйнураКадимов
    @АйнураКадимов 4 года назад +9

    Çox sağol qardaşim minətdaram belə həzin və retro mahnılarina görə.əziyyətinə dəyərdi uğurlar sənə qardaşım.

  • @cukurfanss4581
    @cukurfanss4581 4 года назад +1

    Salam cox gozel calirsiz olar ki ekranin yuxarisina lent qoyursuze basa salanda mahnilari onu normal calanda da mahnilara qoya bilersiz? Bezen video qoyursuze onun yerine bunu qoyunda xahis

  • @nicatibrahimli4998
    @nicatibrahimli4998 4 года назад +6

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @gulumehdiyeva440
    @gulumehdiyeva440 4 года назад +8

    Nolar endirmeni acig qoyun 😓

  • @rasimrzayev1374
    @rasimrzayev1374 4 года назад +12

    Əlləriniz dərd görməsin😍🧡

  • @fatyamva2624
    @fatyamva2624 4 года назад +13

    Uğurlar ❤️👏🏻

  • @hisssever6187
    @hisssever6187 4 года назад +6

    🥺.......

  • @eminhuseynli8794
    @eminhuseynli8794 3 года назад +8

    Bu aralar gozlerim yaşla doludur... Bütün şehidlerimizin ruhu qarşısında baş eyirem.... Analara seslenirem sizin balalarınız bir ölür, MİN dirilir.... Meğrur olun, ellerinizden öpürem🇦🇿🇦🇿🇦🇿

  • @melekaliyeva5063
    @melekaliyeva5063 3 года назад +1

    Solanda narın çiçekler gözüm yaşla dolmasınmi?

  • @asyaallahyarova1721
    @asyaallahyarova1721 3 года назад +1

    Qəşəng idi . Amma bir az yavaş olsaydı əla olardı . Duyğulara qapılmaq istəyirsən , musiqi tez - tez çalınır deyə tam yaşamaq olmur .
    Amma əllərinizə sağlıq⚘

  • @Muzaffar_98
    @Muzaffar_98 4 года назад +11

    Gözəl !

  • @R.M03
    @R.M03 4 года назад +8

    🖤...

  • @thomasshelby405
    @thomasshelby405 4 года назад +9

    👍🏻👍🏻👍🏻

  • @EminSabitoghlu
    @EminSabitoghlu 4 года назад +4

    Çox sağolun, Fuad. Sizin ifanızda Emin Sabitoğlu musiqilərinin 'playlist'i 👇
    📀▶️: ruclips.net/p/PL4TbwhzexHSNG_2mFP1He2HRSQFDPBE-i

    • @EminSabitoghlu
      @EminSabitoghlu 4 года назад

      @@fuadibrahimli "Otel otağı" filmindən olan musiqini də sizin ifanızda "playlist"ə əlavə edə bilərdik :) ruclips.net/video/NWL2RTzXCs0/видео.html

  • @cookiecupcake5138
    @cookiecupcake5138 4 года назад +2

    1.5k bəyənmə və 9 bəyənməmə. Kimdi o 9 nəfər ekrana tərs baxanlar? 🤪🤗

  • @ulvigulehmedov4052
    @ulvigulehmedov4052 4 года назад +10

    Mükəmməl👍👏👏👏

  • @maqsudisgndrov2480
    @maqsudisgndrov2480 Год назад +1

    Gözəl insan sən nə yaşamısan belə....Nə danışmısan minlərin adından nə hiss elədəyimizi necə bilmisən...əlin qolun ağrımsanın Sənətkar....

  • @papatya_tanem
    @papatya_tanem 4 года назад +8

    "Neden oldu" nece ifa edilir gelsin.+1

  • @alimcelilov5144
    @alimcelilov5144 Год назад +2

    Nə vaxt azərbaycan dövləti yaşayacaq, onun mədəniyyəti, musiqisi daima yaşayacaq, musiqiyə görə təşəkkürlər

  • @ramalhsnli5038
    @ramalhsnli5038 4 года назад +5

    Əllərinizə ürəyinizə sağlıq.insanın ruhunu oxşayır.çox sevrək dinlədim👏👏👏

  • @leylaveliyeva9410
    @leylaveliyeva9410 4 года назад +6

    Bu qədər gözəl bir səhifə, bu qeder gözəl ifa və qızıl əllər ❤️ Sadece vurğunuyam

  • @Teymur_23.
    @Teymur_23. 4 года назад +6

    👌

  • @alpnovruz
    @alpnovruz 4 года назад +6

    beh beh

  • @frhadhuseyn965
    @frhadhuseyn965 4 года назад +5

    Video hansısa filmdəndir?

  • @samiresalayeva847
    @samiresalayeva847 4 года назад +4

    Sükutu pozmayin xatireler danisir gedene boş ver gelene xoş gel demeyi bacarin çünki geden en ali en xoş hisslerden mehrum biridi heyat davam edir hezin misiqi sedalari altinda yaşa yarat ey insan

  • @birbaxkanal
    @birbaxkanal 2 года назад

    Adam sən niyə bu qədərsən?? Bu qədər eşq hardan gəlir, ey adam!!!!???

  • @guneljeyranova4623
    @guneljeyranova4623 4 года назад +5

    Mən çox ağlasam da, sənin üzündən
    Sən ki, göz yaşımı silən deyilsən...

  • @namazovaafaq1352
    @namazovaafaq1352 3 года назад +2

    Mukemmel,emosiya dolu,secilen bir ifa,elleriniz derd gormesin🤲🌼👍👍👍

  • @gulustangurbanova
    @gulustangurbanova 4 года назад +7

    Nece qeshengggg👍🏻

  • @aydanslimova8843
    @aydanslimova8843 4 года назад +6

    Hər zamankı kimi yenə qəlbə toxunan bir ifa 😍😍😍😍

  • @thetamilla
    @thetamilla 4 года назад +4

    Dislike eden şexsin yeqin zövqü yoxdu🙄😑, Amma mahniya vuruldum😍

  • @aykhanaghasaf726
    @aykhanaghasaf726 4 года назад +6

    1st view

  • @nerminselimova6680
    @nerminselimova6680 4 года назад +7

    👌👍

  • @eternal_sunshine_of_the_sp3337
    @eternal_sunshine_of_the_sp3337 4 года назад +4

    Axı necə olur bu unudulmazları bir daha ölümsüz etməyi bacarırsız?...Sizin musiqi duyumunuza aşiqəm♥️

  • @Resadilyaslı
    @Resadilyaslı 6 месяцев назад

    Zeynəb Xanlarovanın əvəzsiz mahnısıdı bu məncə.Lirik soprano müöənnimizin

  • @faridahamidzadeh9453
    @faridahamidzadeh9453 4 года назад +4

    Emin Sabitoğlunun bütün əsərləri gözəldir.😍❤️ Çox sağ olun ki, belə gözəllikləri tez-tez xatırladırsınız. 😊👏🏻

  • @ismaylagazad4325
    @ismaylagazad4325 4 года назад +5

    👍👍👍 uğurlar

  • @kucukkelebek4859
    @kucukkelebek4859 4 года назад +6

    Halaldı

  • @hermionegranger7116
    @hermionegranger7116 4 года назад

    Çox xahiş edirəm, çaldığınız alət haqqında məlumat verərdiniz. Fortepiano deyil deyəsən. İfanız çox gözəldi əllərinizə sağlıq👍

  • @seideehmedova2464
    @seideehmedova2464 4 года назад +1

    Gözümdən yaş düşməyi problem deyil.Sən düşdün ...Onu neyləyək?

  • @gloriaritz4567
    @gloriaritz4567 3 года назад +7

    Талантище, восхищаюсь вашим исполнением, 👏 браво

  • @sevinchebibe8278
    @sevinchebibe8278 4 года назад

    Salam.Ifalariniz cox gozeldir.Size sualim var?Bu ses yazmani nece edirsiz,men tlf yazanda ses cox pis cixir.Her hansisa proqramdan istifade edirsiz?

  • @periquliyeva5305
    @periquliyeva5305 4 года назад

    Bu dəfəki musiqimiz faiq suceddinov veten balladasi olsun zhm! Ama öyrədim məqsədli

  • @muhmmdlizad8413
    @muhmmdlizad8413 3 года назад +2

    Bir piano aşiqi olaraq SUPER SUPER SUPER...Yeni yeni dinləyirəm sizi.Bir sözlə möhtəşəm👍👍👍

  • @aysn_
    @aysn_ 11 месяцев назад

    Xəyallar deyilmi gözəl olan? Hər şey dilədiyin,olmasını isdədiyin kimi olur axı orda, və ən dərində gizlənən xatirlər. Hər dəfəsində yada salanda buraxdığı yaraları yenidən üzə çıxaran xatirələr,.

  • @zuleyxahuseynli2799
    @zuleyxahuseynli2799 3 года назад

    03.04.2017 sabah evliliyimizin 4 ili olur. gozum yashla dolmasinmi? 03.03.2021

  • @nurcanm6146
    @nurcanm6146 4 года назад +4

    bilirem serhinimi beyeneceksiz

  • @samiraxmedov4402
    @samiraxmedov4402 Год назад

    Cooox xahis edirem bu mahniya oyredici video gelsinde...❤️👍

  • @taranakerimova1440
    @taranakerimova1440 3 года назад +2

    Her zaman arzum olub pionada ifa etmek artiq illerdiku arzu olaraq qalir.ozum qocalram arzumsa qocalmir .sizi dinlemek ise zovq verir insana

  • @abuhayataliyeva2519
    @abuhayataliyeva2519 4 года назад +2

    Zeyneb Xanlarovanin ifasinda cox dinledik ve bu mahnilarla boyuduk .Sizinde elleriniz ağrimasin cox gozel tesekkur edirem 👏👏👏👍♥️

  • @florahumbatova9657
    @florahumbatova9657 3 года назад

    Salam Fuad bey, bu musiqi gox xoshuma gelir🌹🥰yuklemek istedim telefona alinmadi ishlemir link

  • @tinaalibeyli8427
    @tinaalibeyli8427 Год назад +1

    Qəlbinizle, ruhunuzla hiss edərək ifa edirsiniz... Ona görə belə gözəl alınır. Alqislayiram

  • @aysuhuseyin
    @aysuhuseyin 4 года назад +2

    Mən çox ağlasam da, sənin üzündən
    Sən ki göz yaşımı silən deyilsən..
    Yenə Emin Sabitoğlu, yenə möhtəşəm bir əsər.)🥀

  • @vusalaasadova3410
    @vusalaasadova3410 4 года назад +3

    Salam ! Zehmet olmazsa gumusgölu efsanesi filmin musiqisin calinda bir defe cox sevdiyim musiqidi ancaq ki film fraqmentinden gulag asiram hemise.

  • @davidnamazov4437
    @davidnamazov4437 Год назад +1

    Yaşasın Şanlı "Vətən 🇦🇿 Can Azərbaycan"

  • @sehlaceferova1246
    @sehlaceferova1246 3 года назад

    Herşey eladir ancaq kaş ki, piano notlarinda goyasiniz)))

  • @ayselpianist9792
    @ayselpianist9792 4 года назад +9

    Əla ifa ellerinize sagliq👏👏

  • @turkanalimova3017
    @turkanalimova3017 2 года назад +1

    Xahis edirem bunu da nece ifade etmeyi oyredesiz Cooox xahis edirem sizden:)

  • @aylin5482
    @aylin5482 4 года назад

    Salam. Siz telebe qebul edirsiniz ?(qızim ucun maraqlanirdim)

  • @frhadhuseyn965
    @frhadhuseyn965 4 года назад +4

    👏👏👏👏

  • @stem6109
    @stem6109 3 года назад

    Qarabağ şikəstəsini zəhmət olmasa ifa edərdiz

  • @LankHome
    @LankHome 4 года назад +1

    ... mene xeber...

  • @humayquliyeva7208
    @humayquliyeva7208 4 года назад +2

    O geder gozel ifa edirsiz ki...her gun gelirem sehifenize...

  • @beylerabbasquliyev2416
    @beylerabbasquliyev2416 3 года назад

    Pionis qizdan tek xatire duz 12 il tesellim budur.

  • @fidanmammadova8340
    @fidanmammadova8340 4 года назад +3

    Ellerinize sagliq

  • @Zeynal22-g2k
    @Zeynal22-g2k 8 месяцев назад

    Unutmayin bestekarin adini yazmaq her defe!

  • @vahidmusayev2460
    @vahidmusayev2460 4 года назад

    mümkünsə çalanda titirlərdə notları göstərin

  • @xelilovaseymure
    @xelilovaseymure 3 года назад +2

    Yadıma səni salanda...
    Gül yanağım solmasınmı?😢🥺🥺

  • @ramilmammadov777
    @ramilmammadov777 10 месяцев назад

    Kaş indiyə kimi siz musiqi oxuya bilərdiniz😏😑😔❤

  • @movlacim
    @movlacim 4 года назад

    Bunun mp3 nece yukleyim?(( mukemmel calirsiz.

  • @decalcomaaniaa
    @decalcomaaniaa 8 месяцев назад

    salam əziz fuad bəy. sizdə bu əsərin notları var?

  • @maninforest1926
    @maninforest1926 2 года назад

    Qemzesi yandirdi meni mahnisini paylawarsan