Hörmətli izləyicilər!Video-söhbətdə dediyim kimi, Səməd müəllimi yeniyetməliyim dövründən tanıyıram. Bütün bu ötən illər ərzində (45 ilə yaxın vaxtda!) işin, şəraitin, zamanın diqtəsi nadir hallarda ünsiyyət saxlamağımıza səbəb oldu. Nəhayət, çoxdan nəzərdə tutulan, amma müəyyən səbəblərdən təxirə salınan çəkilişi edə bildik. Məni post-söhbət qeydini yazmağa vadar edən bir-iki nüans var, düşünürəm onları yazmasam düz çıxmaz, hətta bir az tərif elementlərini özündə ehtiva eləsə də... Müəyyən vəzifə yüksəklikləri, imkanlar, mühit Səməd müəllimin davranışlarına demək olar ki, əsaslı təsir göstərmədi, o, həmişə sadəliyini qoruyub saxladı. O fikirdəyəm ki - söhbət zamanı da buna ötəri işarə vurmuşam - yüksək təhsil görmüş, 2 ali məktəb bitirmiş Səməd müəllimin potensialından tam istifadə edilmədi, ola bilsin, bu da tale məsələsidi. Yaxud başqa səbəblər... Çəkilişə hazırlaşarkən həmsöhbətimdən keçmişi əks etdirən əşyaları istədim, şəkilləri, kitabları araşdırdıq. Nə tapdıq, nə tapmadıq, keçmişdən nələr qalmışdı - bu da maraqlıdı. Bir daha aydın olur ki, insanın fəaliyyəti zaman ötdükcə gerçək faktlara, əşyalara çevrilir və necə deyərlər, nə etmisən, o qalır. Bu yerdə tarixi təfəkkür haqda düşünməli olursan. YENİ NƏSLİN öz elinə, bölgəsinə, ölkəsinə daha böyük fayda verəcəyinə ümid edirəm. Sayğılarla...
Maraqlı söhbət üçün hər birinizə var olun deyirəm. Qurban müəllim olan yerdə həmişə bir səmimiyyət olur.Bu söhbətdə də bir rahatlıq, səmimiyyət var idi. Hər birinizə uğurlar arxu edirəm.
Hörmətli izləyicilər!Video-söhbətdə dediyim kimi, Səməd müəllimi yeniyetməliyim dövründən tanıyıram. Bütün bu ötən illər ərzində (45 ilə yaxın vaxtda!) işin, şəraitin, zamanın diqtəsi nadir hallarda ünsiyyət saxlamağımıza səbəb oldu. Nəhayət, çoxdan nəzərdə tutulan, amma müəyyən səbəblərdən təxirə salınan çəkilişi edə bildik. Məni post-söhbət qeydini yazmağa vadar edən bir-iki nüans var, düşünürəm onları yazmasam düz çıxmaz, hətta bir az tərif elementlərini özündə ehtiva eləsə də... Müəyyən vəzifə yüksəklikləri, imkanlar, mühit Səməd müəllimin davranışlarına demək olar ki, əsaslı təsir göstərmədi, o, həmişə sadəliyini qoruyub saxladı. O fikirdəyəm ki - söhbət zamanı da buna ötəri işarə vurmuşam - yüksək təhsil görmüş, 2 ali məktəb bitirmiş Səməd müəllimin potensialından tam istifadə edilmədi, ola bilsin, bu da tale məsələsidi. Yaxud başqa səbəblər...
Çəkilişə hazırlaşarkən həmsöhbətimdən keçmişi əks etdirən əşyaları istədim, şəkilləri, kitabları araşdırdıq. Nə tapdıq, nə tapmadıq, keçmişdən nələr qalmışdı - bu da maraqlıdı. Bir daha aydın olur ki, insanın fəaliyyəti zaman ötdükcə gerçək faktlara, əşyalara çevrilir və necə deyərlər, nə etmisən, o qalır.
Bu yerdə tarixi təfəkkür haqda düşünməli olursan.
YENİ NƏSLİN öz elinə, bölgəsinə, ölkəsinə daha böyük fayda verəcəyinə ümid edirəm.
Sayğılarla...
Maraqlı söhbət alınıb, Şamaxı haqda hələ necə maraqlı məlumatlar öyrənəcəyik
Maraqlı söhbət üçün hər birinizə var olun deyirəm.
Qurban müəllim olan yerdə həmişə bir səmimiyyət olur.Bu söhbətdə də bir rahatlıq, səmimiyyət var idi.
Hər birinizə uğurlar arxu edirəm.
T'əşəkkür edirəm, qardaş!
Maraqlı söhbət idi,Allah hər birinizə can sağlığı versin.
Çox maraqlı bir insanla zəngin müsahibəni təqdim edirik. Baxın, xoşunuza gəlsə layk vurun, rəy bildirin, abunə deyilsinizsə abunə olun. Sayğılarla...
Çox maraqlı söhbətdir sağ olun ki keçmişi yada salırsınız ❤